Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn Afiyəddin Cəlilovun nəvəsinin daha bir paylaşımı müzakirələrə səbəb olub.
Moderator.az Publika.az-a istinadla xəbər verir ki, onun hazırda Türkiyədə eyni hərəkətləri təkrarladığı və insanları narahat etdiyi iddia olunur.
Əli-Afiyəddinin ictimai nəqliyyatda lentə alınan görüntüləri birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda qeyri-etik hərəkətlər edərək videolarını paylaşıb. Qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib və psixiatriya xəstəxanasına yerləşdirilib. Bir müddət sonra müalicə aldığı xəstəxanadan evə buraxılıb.