Kirayə evlərin bahalaşma SƏBƏBİ MƏLUM OLDU
1855
15 Sep 2024 | 11:40

Kirayə evlərin bahalaşma SƏBƏBİ MƏLUM OLDU

Paytaxtda kirayə evlərin qiyməti günbəgün qalxır. Səbəb isə fərqlidir. Kimisi bunu tələbələrin gəlişi, kimisi gənc ailələrin evsizliyi, kimisi də bölgələrdən gələn vətəndaşların çoxluğu ilə əlaqələndirir. 

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Moderator.az-a danışdı. 

Onun sözlərinə görə, azad olunmuş ərazilərimizdə artıq kütləvi sürətdə tikinti bərpa işləri gedir və köç prosesləri başlayır:

"Bu problemlərin kökündə əsas o dayanır ki, ölkə iqtisadiyyatının daha böyük hissəsi paytaxt Bakıdan ibarətdir. Əgər bölgələrdə iqtisadi vəziyyət yaxşılaşarsa, təbii ki, artıq evlərin qiymətlərindən tutmuş kirayələrə qədər enmələr müşahidə oluna bilər. Həmçinin, bölgələrdə işsizliyin səviyyəsi aşağı düşərsə, yeni iş yerləri, yeni müəssisələr açılarsa, paytaxta pənah gətirən insanlar öz bölgələrinə geri dönüş etməklə evlərində yaşayarlar və ev problemləri olmaz”.

Link kopyalandı!
Son xəbərlər