Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir - FOTO
Cəmiyyət
1595
14 Sep 2024 | 16:37

Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir - FOTO

"Böyük Qayıdış" proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
 
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14.80 manat, Bakı-Xankəndi istiqamətində 14.20 manat, Bakı-Xocalı istiqamətində isə 13.90 manat təşkil edir.
 
Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
 
Qeyd edilib ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
 
Qeyd edək ki, bu gün Bərdə-Xocalı-Xankəndi marşrutu üzrə təşkil edilən ilk reys Bərdədən Xankəndiyə yola düşüb.

 

Link kopyalandı!
Son xəbərlər