Bizi sosial şəbəkələrdən izləyin:
Çinin Milli Səhiyyə Komissiyası, "uyğun yaşda" evlilik və uşaq dünyaya gətirmənin təbliğ edilməsinə daha çox səy göstərəcək. Çünki ölkə hökuməti əhalinin sayının aşağı düşməsinə gətirən doğum nisbətini var gücü ilə artırmağa çalışır.
Milli Səhiyyə Komissiyasının (NHC) sədr müavini Yuy Süezün hökumətin gəncləri “nikah, uşaq dünyaya gətirmə və ailəyə müsbət baxış”a doğru istiqamətləndirmək üçün valideyn vəzifələrinin bölüşdürülməsinə çağırdığını bildirib.
Yuy əlavə edib ki, bu, “yeni evlilik və uşaq dünyaya gətirmə mədəniyyətinin” formalaşmasına töhfə verəcək.
Qanuna uyğun olaraq çinli kişilər yalnız 22, qadınlar isə - 20 yaşdan sonra evlənə bilər. Bu addım Çin əhalisinin 2023-cü ildə ikinci il ardıcıl olaraq doğum səviyyəsinin rekord həddə düşməsindən sonra daha çox qadını uşaq sahibi olmağa təşviq etmək üçün atılıb.
Bir çox çinli qadın yüksək uşaq baxımı xərcləri səbəbindən uşaqsız qalmağa üstünlük verir. Onlar, həmçinin ailə qurmaq istəmirlər, çünki hesab edirlər ki, cəmiyyətdə əsas qəyyum hesab olunurlar və gender ayrı-seçkiliyi hələ də geniş yayılıb.
Bu ilin birinci yarısında nikahların sayı 2013-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Çinin demoqrafik tənəzzülünün əsasən 1980-2015-ci illərdə tətbiq edilən “bir ailə - bir uşaq” siyasətinin, eləcə də bir çox çinlinin birdən çox və ya ümumiyyətlə uşaq sahibi olmaq istəməməsinə səbəb olan yüksək təhsil xərclərinin nəticəsidir.