Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
1802
13 Sep 2024 | 15:00

Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı

Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 516 müraciəti daxil olub.
 
Bu barədə Moderator.az-a DMX-dən məlumat verilib.
 
Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 40 min 800 müraciət ediblər.
 
Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 1216 olub.
 
Link kopyalandı!
Son xəbərlər