Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA
Cəmiyyət
1681
11 Sep 2024 | 22:42

Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı metrosunun stansiyalarında iki eskalatordan birinin işləməsi müzakirələrə səbəb olub. Əhalinin sıx olduğu vaxtlarda eskalatorun işləməməsi narazılıq yaradıb.
 
Moderator.az valyuta.az-a istinadən xəbər verir ki, məsələyə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov aydınlıq gətirib.
 
Onun sözlərinə görə, metronun bütün stansiyalarında eskalatorlardan biri daim ehtiyatda saxlanılır:
“Bu sərnişindaşıma təhlükəsizliyinin ən vacib hissələrindən biridir. Əsas səbəb odur ki, fövqəladə hallarda, hansısa hadisə, xüsusən sərnişinlərin ehtiyatsızlığı səbəbilə eskalatorların dayandırılması halları baş verdikdə həmin eskalatorların dərhal işə qoşularaq sərnişin axınının tənzimlənməsinin təmin olunmasıdır”.
Link kopyalandı!
Son xəbərlər