Tokayevin Astanada yeni sülh danışıqları təklifi
Siyasət
Oxunub: 193
11:16, Bu gün
Tokayevin Astanada yeni sülh danışıqları təklifi
Ermənistan danışıqlar üçün növbəti məkanı qəbul edəcəkmi?; “Bu danışıqlar Orta dəhlizin mühüm oyunçularından sayılan ölkədə baş tutacaq”
 
Sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Tərəflər bir sıra ikitərəfli məsələləri müzakirə ediblər. Rəsmi məlumatda o da deyilir ki, Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Yada salaq ki, bu il mayın 10 və 11-də Almatıda Qazaxıstan XİN-in vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının iki günlük görüşü olub. Tokayevin bu vasitəçilik missiyasını yenidən təklif etməsi maraq doğurur. Əlbəttə, Tokayevin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün yenidən platforma təklif etməsi müsbət haldır. Çünki Qazaxıstan hər iki ölkəyə yaxın əlaqələrə malik olduğu üçün, neytral vasitəçi ola bilər. Nəzərə almaq lazımdır ki, Qazaxıstan Azərbaycanla yaxın əlaqələrə malik olmaqla yanaşı, Ermənistanla eyni hərbi (hələ ki formal olsa da) və iqtisadi bloklarda təmsil olunurlar. Düzdür, işğal dövründə Qazaxıstan birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. İndi isə Qarabağ məsələsi həll olunduğu üçün Qazaxıstan daha çox Ermənistanı regional əməkdaşlığın vacibliyinə inandırmağa çalışır. Çünki Çinin “Bir kəmər, bir yol” layihəsinin üzərində yerləşən Qazaxıstan bu marşrutun Mərkəzi Asiyadan keçən hissəsini təşkil edən Orta dəhlizin reallaşmasında maraqlıdır. 
 
Ukrayna müharibəsi fonunda Qazaxıstan Çindən Avropaya gedən yüklərin bir hissəsinin Zəngəzur dəhlizi vasitəsilə daşınmasında maraqlıdır. Çünki təkcə Bakı-Tiflis-Qars dəmir yolu bunun üçün yetərli deyil. Bu marşrutlarla həm də öz məhsullarını Avropa bazarlarına çıxartmaq istəyir. Digər tərəfdən, Qazaxıstanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bir təcrübəsi var. 90-cı illərin əvvəllərində Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev bununla bağlı bir neçə dəfə cəhd göstərib, amma alınmayıb. O baxımdan, Qazaxıstanın yenidən belə bir təşəbbüslə çıxış etməsi təəccüblü deyil. Yada salaq ki, qeyri-rəsmi məlumatlara görə, İrəvan Moskvanın vasitəçiliyi ilə görüşlərin təşkilinə yumşaq desək, soyuq baxır. Qazaxıstanın vasitəçilik üçün Astananı təklif etməsinə isə çətin ki, Rusiyanın xüsusi qıcığı olsun. Çünki Tokayevin Putinlə ən yüksək səviyyədə dostluq münasibətləri var. Bu mənada təşəbbüs reallaşa, Astana sülh meydançası ola bilərmi?
 
“Qazaxıstan prezidenti çox təcrübəli diplomatdır. Əgər o, məhz indi Azərbaycan prezidentinə Astananın sülh danışıqları aparılması üçün yenidən platforma rolu oynayacağını deyirsə, belə görünür ki, birincisi, görüş üçün şərait yarandığı, ikincisi, Ermənistanın da onun məhz Astanada keçirilməsinə razılıq verəcəyi haqda bilgisi var”.
 
Deputat Sahib Alıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. S.Alıyevin fikrincə, Ermənistanın danışıqların Astanada aprılmasına qarşı çıxmayacağı Vladimir Putinin Nikol Paşinyana zəngi zamanı razılaşdırılıb: “Artıq çoxlarına sirr deyil ki, Ermənistan rəhbərliyinin anti-Rusiya ritorikası bir sıra hallarda Moskvanın maraqlarına xidmət edir. Yəni Rusiyaya satışına qadağa qoyulan malların böyük bir hissəsinin ora məhz Ermənistan üzərindən ötürülməsində, yaxud da Qranada və Brüsseldəki reallıqların üzə çıxması səbəbindən Qərb platformasının danışıqlar üçün cəlbediciliyini itirməsində  bu ritorika az rol oynamır. Və belə bir ritorika ortada ikən, rəsmi İrəvanın Azərbaycanla Ermənistan arasında danışıqların Rusiyada aparılmasına razılıq verməsi Qərbdə təbii ki, soyuq duş effekti yaradacaqdı. Özü də söhbət iki ölkə arasında əlaqələrin normallaşması haqda çərçivə anlaşmasının imzalanması, yaxud da sənədin paraflanması yönündə mühüm addım atılacaq bir görüşdən gedirsə...” 

 
Azərbaycana gəldikdə, deputat qeyd etdi ki, biz ilk zamanlar ikitərəfli format çərçivəsində aparılması şərtilə, az öncə xatırladılan Qaranada və Brüssel reallıqları üzə çıxanadək danışıqların istənilən platformada baş tutmasına hazır və razı olmuşuq: “2023-cü ilin oktyabrında Qranada sammitində Avropa Birliyinin Fransanın yedəyində getməsi və bu ilin aprelində Brüsseldəki üçlü görüşdə ABŞ-ın bunun arxasında əslində özünün durduğunu sərgiləməsi təbii ki, Azərbaycanın haqlı narazılığına səbəb olmaqla yanaşı, sözügedən güclərin sülh danışıqlarının təşkilatçıları rolunda çıxış etmələrinin üstündən də xətt çəkdi. Bu danışıqların bizimlə eyni bir ailənin üzvü olan və mümkündür ki, hətta yaxın pespektivdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldəcəyimiz bir dövlətin paytaxtında keçirilməsinin əslində nə anlam daşıdığını deməyə ehtiyac da yoxdur. Üstəlik, unutmaq lazım deyil ki, bu danışıqlar Orta dəhlizin mühüm oyunçularından sayılan bir ölkədə baş tutacaq. Və ola bilsin ki, orada Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması yönündə də irəliləyiş əldə edildi". 
 
S.Alıyevin fikrincə, hər halda, İrandakı rejimin əndişəsindən belə görünür ki, onlar Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq vermək üzrə olduğunu düşünürlər, yaxud da bu haqda məlumatları var: “Doğrusu, bilmirəm, Azərbaycanla Qazaxıstanın dövlət başçıları arasında telefon danışığında bu mövzuya toxunulub ya yox, amma rejim təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı narazılıqlarının hədəfi olaraq Rusiya göstərilsə də, onların açıqlamalarında türk düşmənçiliyi daha qabarıq görünürdü ki, məncə, Mərkəzi Asiyadakı qardaşlarımızın da diqqətini çəkməyə bilməzdi. Ümid edirəm ki, Mərkəzi Asiya dövlətləri belə bir rejimlə gələcək əlaqələrdə bu reallığı görməzdən gəlməyəcəklər, eyni zamanda öz yüklərinin İran üzərindən ötürülməsinin nə dərəcədə maraqlarına cavab verib-vermədiyi üzərində də düşünəcəklər”.
 
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Qazaxıstan Azərbaycanla yüksək əlaqələri olan dost ölkədir: “İki ölkə arasında dərin bağlar və siyasi əlaqələr mövcuddur. Həm də nəzərə almalıyıq ki, Qazaxıstanın Ermənistanla da əlaqələri həmişə normal olub. Mərkəzi Asiyada siyasi təsir gücünə görə ən vacib ölkələrdən biridir Qazaxıstan. Belə olan təqdirdə, Tokayev bir neçə dəfə Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istədiyini bildirib. Qazaxıstanın nüfuzunu və siyasi çəkisini nəzərə alanda, Astana format olaraq həqiqətən də təsirli platforma ola bilər. Azərbaycanla Ermənistan arasında Ermənistanın bütün provokasiyalarına rəğmən irəliləyişlər mövcuddur”. T.İsmayılov hesab edir ki, əslində Qazaxıstan formatının iki vacib nəticəsi ola bilər: “Birincisi, Qazaxıstan bölgəyə yaxın ölkədir, hətta anlaşmazlıqları da aradan qaldıran bir uğurlu platformadır. İkincisi, Qazaxıstan formatı regionu qarışdırmaq istəyən üçüncü tərəflərə də barrikadalar ola bilər. Top Ermənistan tərəfdədir. Fransa və imperialistlərin əlində Ermənistan oyuncaqdır, Qazaxıstanın vasitəçiliyini əngəlləmək üçün əllərindən gələni edirlər”.
 
 
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Qazaxıstan prezidenti Tokayevin prezident İlham Əliyevə parlament seçkilərinin nəticələri ilə bağlı təbrik zəngi fonunda Qazaxıstanın Ermənistanla Azərbaycan arasında vasitəçi olmağı təklifi xüsusi siyasi əhəmiyyət kəsb edir: “İlk növbədə Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə uyğun olaraq ikitərəfli delimitasiya və demarkasiya prosesində razılığa gəlib. Həmçinin Astana neytral tərəfdir və tərəflər bu formatda danışıqlar apararsa, ciddi irəliləyiş əldə edilə bilər. Hazırda Rusiya və Qərb Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışır. Məhz Qazaxıstanın belə bir təşəbbüslə çıxış etməsi prosesi neytrallaşdırır. Qazaxıstan iki tərəf arasında sülhün tezliklə bağlanmasında maraqlıdır”. M.Əsədullazadə əlavə etdi ki, ümumiyyətlə, Qazaxıstan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Orta dəhlizin əsas seqmenti olan bu dəhliz Orta Asiya ilə Qərbi birləşdirən əsas yollardan biridir. Qazaxıstan öz təşəbbüsündə maraqlıdır”. Amma ekspert hesab edir ki, Azərbaycana heç bir format lazım deyil: “Yalnız Ermənistanla ikitərəfli danışıqlar əsasında ciddi irəliləyiş əldə oluna bilər. Məhz üçüncü tərəflərin iştirakı olmadan artıq irəliləyiş əldə edilib. Qazaxıstan tərəfi öz təkliflərində səmimidir və irəliləyiş əldə edilməsi üçün obyektiv mövqe tutub. Hesab edirəm ki, Astanada xarici işlər nazirləri görüşə bilər. Hətta sülh müqaviləsinin ya sərhəddə, ya da Astanada bağlanması məqbul sayıla bilər”.
 
Hələlik İrəvandan Tokayevin təşəbbüsünə reaksiya yoxdur. Görünür, havadarlarından, ağalarından mesaj gözləyirlər...
 
Elşad Paşasoy
musavat.com
Oxşar xəbərlər
13:16, Bu gün
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
13:11, Bu gün
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
13:06, Bu gün
Bu məhsullar bahalaşdı - SİYAHI
13:00, Bu gün
"Harris və Tramp arasında debatlar: tamaşaçılar kimi qalib hesab edir?" - CNN-nin sorğusu
12:55, Bu gün
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək - FOTO
12:49, Bu gün
Azərbaycanın ən BAHALI ixtisasları - Hər il 10 min manat ödənilir
12:42, Bu gün
İlkin sülh sənədində bu qeydlər olacaq - Sabiq nazir detallı danışdı
12:36, Bu gün
Kriminal aləmin üzvünü öldürən azərbaycanlı HƏBS OLUNDU
12:30, Bu gün
"Ukrayna Kremlə qarşı elə onun öz "silahından" istifadə edib" - ekspert rəyi
12:24, Bu gün
Sentyabrın 11-nin ən xoşbəxt BÜRCÜ: Sizə elə bir şans veriləcək ki...
12:18, Bu gün
Mövqelərimiz atəşə tutuldu - MN məlumat yaydı
12:14, Bu gün
“Tramp daha güclü lider təsiri bağışladı...” - Qüdrət Həsənquliyev
12:08, Bu gün
Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - MÜHÜM QƏRARLAR VERİLDİ  
12:04, Bu gün
DSX əməkdaşını öldürənlərə cəza istənildi
11:58, Bu gün
Ermənistan silah axtarışında: Qərb “hə” deyib, sırada “Asiya əjdahaları”dır
11:48, Bu gün
Sevgiyə inanmayan BÜRCLƏR - Onu vaxt itkisi sayırlar
11:48, Bu gün
Məmməd İsmayıl: Mən Yazıçılar Birliyinə tərif deyib nəsə ummaram - MÜSAHİBƏ
11:42, Bu gün
Sülh sazişi: Razılaşdırılmayan 3 bənddə nələr var?
11:40, Bu gün
Azərbaycanda devalvasiya gözlənilirmi? - TƏHLİL
11:36, Bu gün
Xəbərdarlıq: Geomaqnit qasırğası olacaq - FOTO
11:30, Bu gün
Müğənni Kərim toyda döyüldü - Saxlanılanlar var
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11:22, Bu gün
Xocalı və Xocavənddə yanğın: əraziyə helikopterlər cəlb edildi - VİDEO
11:19, Bu gün
Azərbaycanlı müğənni Türkiyədə konsertdən QOVULDU - VİDEO
11:16, Bu gün
Tokayevin Astanada yeni sülh danışıqları təklifi
10:58, Bu gün
11-ci sinif şagirdi intihar etdi- TƏFƏRRÜAT (FOTO)
10:55, Bu gün
Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?
10:53, Bu gün
ŞOK araşdırma: Patogen mikroblar havada minlərlə kilometr məsafə qət edə bilər
10:48, Bu gün
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
10:45, Bu gün
Hacıqabulda bir ay narkotiklərlə bağlı 15 nəfər saxlanılıb
10:39, Bu gün
Xocalı və Xocavəndə helikopterlər cəlb edildi - VİDEO
10:38, Bu gün
“Kəlbəcərlilər o günü gözləyir...”
10:23, Bu gün
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
10:18, Bu gün
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
10:15, Bu gün
Azərbaycanda bu məktəblərdə dərslər noyabrda başlayacaq
10:06, Bu gün
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
09:58, Bu gün
Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA
09:49, Bu gün
Azərbaycanda tələbə yataqxanalarının qiyməti - SİYAHI
09:41, Bu gün
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbəri yenidən məhkəmə qarşısında
09:32, Bu gün
Əhəmiyyəti böyük olan debat - Nələr müzakirə olundu?
09:32, Bu gün
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
09:20, Bu gün
Ronaldo seçimini etdi: Futbol tarixinin ən yaxşı klubu hansıdır?
09:09, Bu gün
Laçın sakini: Bu gün bizim ailə bayramımızdır
08:54, Bu gün
Eynşteynin məktubu 4 milyon dollara satıldı-FOTO
08:41, Bu gün
Laçına növbəti köç karvanı YOLA SALINDI
07:27, Bu gün
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
07:09, Bu gün
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:14
Rusiyada tarix yenidən yazılır: siyasi repressiyalar qurbanlarının sayı azalacaq
10 Sep 2024 | 23:02
"MEDİALAB” televiziya proqramına start verildi
10 Sep 2024 | 23:00
Həkim yaşlı insanlar arasında qidalanma ilə bağlı əsas səhvləri açıqlayıb
10 Sep 2024 | 22:53
ABŞ-da hava limanında iki təyyarə toqquşdu - FOTO
10 Sep 2024 | 22:45
Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
10 Sep 2024 | 22:38
İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sep 2024 | 22:30
Hamilə qadın naməlum səbəbdən öldü
10 Sep 2024 | 22:22
İran intihar məngənəsində: hər il 80 min cəhd
10 Sep 2024 | 22:14
Ən faydalı çay növləri – Bu xəstəliklərə çarədir
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 22:06
“İran Air”ə qarşı sanksiya
10 Sep 2024 | 21:58
Rus ordusu Kurskda əks-hücuma keçdi
10 Sep 2024 | 21:50
Rusiya Hərbi-Dəniz Donanması strateji təlimlərə başlayıb
10 Sep 2024 | 21:43
İrəm özünü tanınmaz hala saldı - FOTO
10 Sep 2024 | 21:35
Ronaldo Vinisiusa şans tanımadı - “Qızıl top”u o qazanacaq
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 21:20
Bu məktəblər birləşdirilir? – RƏSMİ AÇIQLAMA
10 Sep 2024 | 21:13
Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
10 Sep 2024 | 21:05
ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..
10 Sep 2024 | 20:58
“Alov qüllələri” arasında yeriyən görün kim imiş – VİDEO
10 Sep 2024 | 20:50
“Müsəlman qardaşları” qurucusunun nəvəsi qadın zorlayıb – TƏFƏRRÜATLAR
10 Sep 2024 | 20:44
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
10 Sep 2024 | 20:38
Payızda bu vərdişlər xəstələnməyə səbəb olur
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 20:23
Prezident əlcəzairli həmkarını təbrik etdi
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 20:15
Hadisənin sərvət dəyərində geyimi müzakirə yaratdı - VİDEO
10 Sep 2024 | 20:10
Bu çərəz gözlərə çox faydalıdır
10 Sep 2024 | 20:03
Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
10 Sep 2024 | 19:53
Rəsmi Bakıdan Paşinyana CAVAB
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 19:43
Amerikalılar Ukraynaya yardımın artırılmasına qarşı çıxdı
10 Sep 2024 | 19:37
Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:20
Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı
10 Sep 2024 | 19:13
Bürclər istədiklərinə necə nail olurlar? – Hiyləgərlik, yalan...
10 Sep 2024 | 19:08
“Chatbot” nədir, istifadə zamanı nəyə diqqət edilməlidir?
10 Sep 2024 | 19:02
ABŞ dominantlığını saxlamağa çalışır - Putin
10 Sep 2024 | 18:56
Oğlunu xilas etmək üçün ata qeyri-adi dərman hazırlayır
10 Sep 2024 | 18:50
Çinlilər bu yeni telefona heyrandılar – Özəllikləri nələrdir?
10 Sep 2024 | 18:43
Türkiyədə dizel bu tarixdən UCUZLAŞACAQ
10 Sep 2024 | 18:38
Ermənistanda İES-də güclü partlayış baş verdi
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 18:30
Cavanşir Feyziyev: “Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək”
10 Sep 2024 | 18:25
Azərbaycanda Əlincədağ təbiət abidəsi yaradılır
10 Sep 2024 | 18:25
Ermənistanda Azərbaycanla delimitasiya üzrə sənədə baxılacaq tarix BİLİNDİ
10 Sep 2024 | 18:20
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
10 Sep 2024 | 18:17
Azərbaycanda "Tik-Tok"dan pul qazananlardan VERGİ TUTULACAQ
10 Sep 2024 | 18:10
İşdən çıxarıldınız? - Yeni işə başlamağın faydalarını oxuyun
GÜNLÜK
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 13:36
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 13:22
Əli Əhmədovun yerinə bu nazir gətirilir
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 13:36
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 13:22
Əli Əhmədovun yerinə bu nazir gətirilir
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...