Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda bu günədək meymunçiçəyi virusuna yoluxmada şübhəli hallar qeydə alınmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkə ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə yoluxmada şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.