Əhaliyə BƏD XƏBƏR - Qiymət bundan sonra da artacaq
Cəmiyyət
Oxunub: 580
14:14, Bu gün
Əhaliyə BƏD XƏBƏR - Qiymət bundan sonra da artacaq
İyulun 1-dən Azərbaycanda yeni taksi fəaliyyəti ilə bağlı qaydalar qüvvəyə minib. Bugünlərdə isə Bakıda “manatlıq” taksilərin əsas toplanma yeri olan metronun “20 Yanvar” stansiyasının ətrafı onlardan təmizlənib. Lakin həmin taksilərin yığışdırılması bir sıra problemlər yaradıb. Ərazidən daha çox Sumqayıt istiqamətinə gedən taksiləri indi sərnişinlər əl-əl axtarırlar. Gecikən avtobuslar sərnişinləri yolda qoyur, taksi sürücüləri isə avtomobillərini harada gəldi saxlayırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb.
 
“Ərazidə artıq avtobus zolaqları salınıb. Taksilərin ərazidə duraraq nəqliyyatın hərəkətinə maneə törətmə halları aradan qaldırılıb. İnzibati Xətalar Məcəlləsində olan son dəyişikliklərə əsasən yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Sözügedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan xüsusi zolaq və həmin zolağı bildirən yol nişanı və nişanlanma xətti mövcuddur və bu kimi qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə alaraq digər nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına riayət olunması xahiş olunur”, - deyə BŞDYPİ rəsmisi qeyd edib.
 
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bakı və Sumqayıt şəhərləri arasında sərnişindaşımanın əsas hissəsini qeyri-qanuni fəaliyyət göstərən taksilər təşkil edir. Ekspertin fikrincə, bunun əsas səbəbi odur ki, dövlət sərnişinlərin əksəriyyətini ictimai nəqliyyatla təmin edə bilmir: “İctimai nəqliyyatın hər yerdə əlçatan olmaması səbəbindən sərnişinlər şəxsi avtomobillərlə, mikroavtobuslarla daşınır. "Manatlıq" taksilər təkcə Sumqayıt deyil, Ceyranbatan, Masazır, Sulutəpə, Xırdalan istiqamətində də sərnişindaşıma həyata keçirirlər. Marşrutların sayına, intervalına baxsaq, Xırdalana qədər problem yoxdur. Masazır istiqamətində işləyən 525 saylı marşrut isə əhalinin tələbatını ödəmir. Nəticədə narazılıq yaranır. Bu xətt üzrə işləyən avtobusların Cavid Qurbanova məxsus olduğu deyilir. Təəssüf ki, bəzi marşrutların məmurların monopoliyasında olması problemlər yaradır, nə inkişaf etdirirlər, nə də başqa marşrutların ərazidə işləməsinə imkan verirlər. Masazır sakinləri isə “manatlıq” taksilərin ümidinə qalıb... Sulutəpədə də eyni vəziyyətdir. Əsas problem isə Sumqayıtdadır. Normal marşrut yoxdur. 20 Yanvar ərazisini təmizlədilər. Həmin ərazidə fəaliyyət göstərən taksilər isə həyətlərdə dayanmağa başlayıblar, həyətləri zəbt ediblər. Bu isə düzgün deyil. Əgər tələbat ödənmirsə, nəyə görə aidiyyəti qurumlar lazımi şəraiti yaratmır? Fikrimcə, normal şəraiti olan taksi parkı yaratmaq olar. İnsanlar avtovağzala tərəf getmək istəmirlər. Mən təklif edirəm ki, "Avtovağzal" stansiyasını inkişaf etdirmək lazımdır. Əhali arasında təbliğat aparmaq lazımdır. Bununla yanaşı, 20 Yanvar dairəsini tam təmizləmək mümkün deyil. Ora böyük şəbəkədir. Ən azı 10-15 avtomobilin dayanması üçün normal park yeri yaradılmalıdır. Say məhdudiyyəti tətbiq etməklə bunu həyata keçirmək olar. Bağlamaq, təmizləmək çıxış deyil. Vəziyyəti tənzimləmək, çıxış yolu tapmaq lazımdır".
 
Son iki aydakı vəziyyətlə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin də fikirlərini öyrəndik. Ekspert vurğuladı ki, taksi fəaliyyəti ilə bağlı tənzimləmələrə başlayanda keyfiyyətin artırılmasını əsas gətirdilər, lakin keyfiyyətin nədən ibarət olduğu izah edilmədi: “Taksi fəaliyyətində keyfiyyət dedikdə həm də operativlik nəzərdə tutulur. Taksilərin sayının inzibati qaydada azaldılması nəticəsində vətəndaşların keyfiyyətlə bağlı narazılığı yarandı. Taksidən bir nöqtədən digərinə sürətlə çatmaq üçün istifadə olunur. Lakin öncədən də gözlənildiyi kimi, keyfiyyətin azaldığını müşahidə etdik. Adaptasiya bir qədər zaman tələb edir. Eyni zamanda qiymətin artmasının şahidi olduq. Görünən odur ki, aidiyyəti qurumların fəaliyyəti fraqmentar xarakter daşıyır. Məsələn, bir çox ərazidə velosiped zolaqları çəkilir. Vətəndaş velosipeddən istifadə edirsə, bir nöqtədən digərinə fasiləsiz, rahat getməlidir. Bəzi küçələrdə zolaq var, bəzilərində isə yoxdur. Prosesi kompleks həyata keçirmək lazımdır. Velosiped zolaqları ancaq əsas yollarda görüntü üçün çəkilir. 3-5 küçəni sistemsiz şəkildə daraltmağın nəticəsi isə ziyanlı olur”.
 
X.Kərimli həmçinin bildirdi ki, şəxsi avtomobillərin sərnişindaşımada istifadə olunması tamamilə qeyri-qanuni hesab olunmur: “Xarici ölkələrdə də bu təcrübə var. Hətta xüsusi mobil tətbiqlərdən istifadə olunur. Azərbaycanda taksilərin avtobus zolaqlarına girişinə icazə verilmir. ABŞ-da isə hər yolda "carpool" var. Maşında 2 və daha çox sərnişin olduqda xüsusi zolaqdan rahatlıqla istifadə etmək olar. Əgər avtomobildə bir nəfər varsa, bu halda avtobus zolağından istifadə qadağandır. Fikrimcə, avtobus zolağına heç olmasa taksilərin girişinə icazə verilməlidir. Yolun daralması yol iştirakçılarının daha çox narazılığına səbəb olur. Hesab edirəm ki, tədbirlər kompleks həyata keçirilməlidir. Məhdudlaşdırma son tədbir olmalıdır. “O olmaz”, “bu mümkün deyil” demək çıxış yolu deyil. Əksinə, xidmətin keyfiyyəti pisləşir. İctimai nəqliyyatın keyfiyyəti, avtobusların sayı artırılmadan digər nəqliyyat vasitələrinə çıxış azaldılır - taksilərin sayı azaldılır, şəxsi avtomobillərin hərəkəti məhdudlaşdırılır və s. İctimai nəqliyyat keyfiyyətli olmalıdır ki, məhdudiyyət olduqda sərnişinləri yönəltmək mümkün olsun. O ki qaldı taksi fəaliyyətinə, qiymət artımı davam edəcək. Cavabı olmayan suallar çoxdur. Problemlər operativ şəkildə aradan qaldırılmalıdır. Taksi xidmətində keyfiyyət artımı olmayıb, əksinə, keyfiyyət düşüb".
 
Qeyd edək ki, taksi xidmətində qiymət artımından sonra bu sahədə fəaliyyət göstərən şirkətlərin sürücülərdən aldıqları faizlərin miqdarını qaldırdıqları bildirilir. Belə ki, əvvəllər sürücülər qazanclarının 17 faizini şirkətə ödəyirdisə, artıq 25 faizini ödəməli olurlar. Bu isə qazancın azalması deməkdir. Ekspertlər hesab edirlər ki, əvvəllər şirkətlərin əlavə xərcləri olmadığı üçün çox faiz tələb etmirdilər. Amma hazırda müəyyən rüsumlar ödənilir. Şirkətlər öz xərclərini gəlir üzərində qurduqları üçün sürücülərdən tutulan faizlər qaldırılıb. / “Yeni Müsavat”
Oxşar xəbərlər
18:20, Bu gün
Karyeramızla bağlı bizə ilham verəcək 5 ilhamverici TED çıxışı
18:14, Bu gün
Bakıda tozun konsentrasiyasında nisbi azalma müşahidə edilir
18:10, Bu gün
Bu şəhəri düşmən hücumlarından “cadugərlər” qoruyur
18:07, Bu gün
"Kanadada polis görmədim...-Məhkəmələr isə sanki ittiham olunanlara vəkillik edir...”
18:06, Bu gün
Ən əzmkar bürclər onlardır
18:00, Bu gün
Niyə qatığa bal əlavə etməlisiniz?
17:58, Bu gün
Metroda nasazlıq yarandı: Sərnişinlər düşürüldü
17:54, Bu gün
Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri AÇIQLANDI
17:48, Bu gün
CAR Çin və Braziliyanın Ukrayna üzrə "sülh planı"nı dəstəkləyir
17:42, Bu gün
Ersin Tatar Prezident İlham Əliyevə zəng etdi
17:36, Bu gün
Seyfəlidə yararsız döyüş sursatları məhv edilir
17:30, Bu gün
15 yaşlı qızın meyiti GÖRÜN HARADAN TAPILDI - Üzərində xəsarət izləri var
17:25, Bu gün
Türkiyənin BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verilib
17:24, Bu gün
XİN-dən Aİ-yə ÇAĞIRIŞ - Azərbaycanın daxili işlərinə müdaxilələr...
17:18, Bu gün
"Parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib" - XİN
17:13, Bu gün
Kəlbəcərə 1-ci mərhələdə nə qədər ailə köçürüləcək?
17:08, Bu gün
Azərbaycanda xərçəng xəstələri buna görə artır - SƏBƏB
17:04, Bu gün
Türkiyə uğrunda Qərb və Şərqin mübarizəsi - BRICS-ə üzvlük Zəngəzur dəhlizini aça bilərmi?
16:59, Bu gün
“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”
16:54, Bu gün
Demokratiya dərsləri: Qərb Azərbaycandan nəyi öyrənə bilər?
16:48, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycanla oyun üçün İsveçdən 65 azarkeş gələcək
16:42, Bu gün
Erməni terroru: İrəvanın dövlət siyasətinin bir parçası - TƏHLİL + FOTO
16:36, Bu gün
“Gəncə” heyətini əcnəbi voleybolçu ilə gücləndirdi
16:30, Bu gün
Türk generaldan Ermənistana sərt xəbərdarlıq: "Qarşılığı çox ağır olacaq!"
16:26, Bu gün
"Mercedes" almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər - FOTO
16:20, Bu gün
Bakının Nizami küçəsində təmir işləri aparılır
16:15, Bu gün
Ədliyyə naziri Göygöldə vətəndaşları qəbul edəcək
16:06, Bu gün
İstanbulda azərbaycanlı alimə həsr olunan beynəlxalq riyaziyyat konfransı keçirilir - FOTO
16:00, Bu gün
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı
15:55, Bu gün
İsrailin Quru Qoşunlarının komandanı istefa verdi
15:49, Bu gün
Elə bir müsibət yoxdur ki, sizin başınıza gəlməmiş, o, bir kitabda yazılmamış olsun – Paşa Yaqub yazır 
15:43, Bu gün
Evlərini bu cür kirayə verənlərin nəzərinə - CƏRİMƏLƏNƏCƏKSİNİZ
15:37, Bu gün
“Onları sobaya atıb yandırmaq istəyirəm” - Nazilə Səfərli
15:30, Bu gün
İranın Zəngəzur yolu iddiası: Tehran Moskvaya qarşı - ŞƏRH + FOTO
15:24, Bu gün
Netanyahu "Filadelfiya dəhlizi" haqqında bəyanatla çıxış edib
15:17, Bu gün
MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər
15:11, Bu gün
FIFA referisi Elçin Məsiyev təyinat aldı
15:05, Bu gün
Prezidentlə xanımı Kəlbəcər sakinləri ilə belə görüşdü - VİDEO
15:00, Bu gün
Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul etdi - FOTO
14:56, Bu gün
Azərbaycanda məktəbin sabiq direktoruna elektron qolbaq taxıldı
14:49, Bu gün
Manatla bağlı iddiaların iqtisadi əsası varmı?
14:43, Bu gün
Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti tapıldı
14:37, Bu gün
“Azərbaycan-İtaliya hərbi əməkdaşlığı hər iki dövlətin mənafeyinə uyğundur”
14:36, Bu gün
Paytaxtdakı tozlu hava şəraitinin səbəbi nədir? - NAZİRLİKDƏN AÇIQLAMA
14:30, Bu gün
Niyaməddin Orduxanlı Parlament seçkiləri ilə bağlı açıqlama yaydı
14:26, Bu gün
Lüksemburq - Azərbaycan oyununu o idarə edəcək
14:20, Bu gün
Sumqayıtda kişi qadına əxlaqsız təklif etdi, oğlu onları izlədi, sonda... – ŞOK
14:14, Bu gün
Əhaliyə BƏD XƏBƏR - Qiymət bundan sonra da artacaq
14:09, Bu gün
Gəncədə yaşayış binasında yanğın - VİDEO
14:05, Bu gün
Azərbaycanca bülbül kimi cəh-cəh vuran erməni qızı - VİDEO
14:00, Bu gün
"Rusiya ərazisinə soxulan quldurlarla məşğul olmaq lazımdır" - Putin
13:55, Bu gün
İlham Əliyev Kəlbəcər səfərindən video paylaşdı
13:49, Bu gün
"Cəmiyyətlə işləmək asan deyil..." - Deputat seçilən şəhid qardaşı ilə MÜSAHİBƏ
13:42, Bu gün
Mingəçevirdə qadını küçədə it dişlədi: Vaksindən imtina etdi - FOTO
13:37, Bu gün
Paris-2024: İdmançımız finala yüksəldi
13:33, Bu gün
Zəngəzurla bağlı son gediş: Ermənistan ərazisi kimi tanınmadı
13:32, Bu gün
Azərbaycanda deputat bədbəxt hadisə nəticəsində xəsarət aldı
13:30, Bu gün
Rusiyada itən "Mi-8" helikopteri sərt eniş edib
13:28, Bu gün
Bacısına görə 106 kiloqram arıqladı
13:24, Bu gün
Bu işarə altında doğulan kişilər daha ağıllı və bacarıqlı olurlar
13:19, Bu gün
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI
13:16, Bu gün
Azərbaycanda məşhur universitet ləğv olundu - Rəsmi
13:09, Bu gün
Taksi sürücüləri üçün növbəti imtahanın vaxtı məlum oldu
13:03, Bu gün
Tezliklə mühüm həyati qərarlar verməli olacaq 3 BÜRC
12:58, Bu gün
"Bəzi partiyaların hay-küy salıb hakimiyyətdən nə isə qopartmaq praktikasına son qoyulmalıdır"
12:57, Bu gün
Ötən ay neçə nəfər ZƏHƏRLƏNİB?
12:52, Bu gün
BİZ QAYITDIQ, İSTİSU!
12:51, Bu gün
Qazaxıstanın baş müftisi: “Şəriət niqabı vacib buyurmur”
12:45, Bu gün
BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
12:39, Bu gün
DOST RİM ABŞ-də keçirilən müsabiqədə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb
12:39, Bu gün
"COVİD-19"dan sağalanlarda yeni və təhlükəli xəstəlik aşkarlandı - Bu simptomlar varsa…
12:32, Bu gün
Tarixin ən qaranlıq dövrü: Çin Xandan öncə nələr olmuşdu?
12:26, Bu gün
"Rusiya hazırda heç vaxt olmadığı qədər zəifdir" - Tayvan prezidenti Pekinə məsləhət verdi
12:22, Bu gün
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
12:20, Bu gün
“Monqolustan Rusiyadan qorunmaq üçün Çinə, Çindən qorunmaq üçün isə Rusiyaya sığınır..."
12:16, Bu gün
Azərbaycanda bu universitet LƏĞV OLUNDU
12:10, Bu gün
Bakıda polis atəş açdı: Evə basqın edən şəxs zərərsizləşdirildi
12:05, Bu gün
Şəhid anası vəfat etdi
12:00, Bu gün
Əli Hacıyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
11:53, Bu gün
Bazarda qiymət belə tənzimlənəcək: Monopoliyaya ciddi zərbə
11:47, Bu gün
Baş idarə əməliyyat keçirdi - SAXLANILANLAR VAR
11:43, Bu gün
Qanun qüvvəyə mindi: Bu partiyalar maliyyə yardımı alacaq - SİYAHI
11:40, Bu gün
Bakıda daha bir yol təmirə bağlanır
11:36, Bu gün
Lənkəranda əməliyyat: Həbs olunanlar var - FOTO
11:33, Bu gün
Dərin Dəniz Özülündə ölən şəxs tüstüdən boğulubmuş
11:31, Bu gün
Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür
11:29, Bu gün
Qəza törədib qaçan “Prius” marketə girdi - FOTO
11:28, Bu gün
Universitet bu vəzifəyə işçi axtarır
11:24, Bu gün
Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO
11:24, Bu gün
“ “Gün keçdi” filmi ilə bağlı SİRR açıldı-“Anar Leyla Şıxlinskayanın yox, Şəfiqə Məmmədovanın çəkilməyini istəyib” - İLLƏR SONRA ETİRAF+ÖZƏL
11:20, Bu gün
Dövlət Xidməti və "Araz Supermarket" arasında çəkişmə davam edir: Alıcıların aldadıldığı bildirilir
11:16, Bu gün
Evi təmir etmək adı ilə dələduzluq edən şəxs tutuldu
11:15, Bu gün
20 Yanvarda "KAMAZ" tuneli uçurdu
11:14, Bu gün
Gözlənilməz açıqlama: Paşinyan xəritə ilə göstərdi – "Təkcə Zəngəzur yox..."
11:13, Bu gün
Sentyabrın 5-dən 21-dək aktiv meteor yağışı olacaq
11:09, Bu gün
Rusiya səfiri İran XİN-ə çağırıldı - Zəngəzur dəhlizinə görə...
11:01, Bu gün
Xınalıq yolunda körpü uçdu - FOTO
10:50, Bu gün
Yaşı 70-i ötmüş deputatlarımız - SİYAHI
10:44, Bu gün
Bakını bürüyən tozun mənşəyi nədir? - Ekoloq
10:30, Bu gün
Uşaqpulu ilə bağlı ən son xəbər: “Kimin neçə uşağı varsa…”
GÜNLÜK
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
10:20, Bu gün
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
01:58, Bu gün
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 19:17
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub - YENİLƏNİB
02 Sep 2024 | 19:41
“Həyat yoldaşımın ölümündən sonra bank mənə təzyiq edir, hədə-qorxu gəlir, deyir ki..” - ŞİKAYƏT+ARAŞDIRMA
02 Sep 2024 | 20:06
Prezident “əla!” dedi - Video
02 Sep 2024 | 19:39
“Nəsibə xanım qohumumdur, amma bu gün onu görməyib, efirdə yalandan elə danışıb adından istifadə edirlər ki..”-FOTO+ÖZƏL
02 Sep 2024 | 21:32
Təyyarə sərnişinləri səmada qəribə obyekt gördülər - TOPA BƏNZƏYİRDİ
02 Sep 2024 | 18:35
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb
02 Sep 2024 | 22:35
Əsgər bir ay yeməksiz qalsa da döyüşdən SAĞ ÇIXDI
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
AYLIQ
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
10:20, Bu gün
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
01:58, Bu gün
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 19:17
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub - YENİLƏNİB
02 Sep 2024 | 19:41
“Həyat yoldaşımın ölümündən sonra bank mənə təzyiq edir, hədə-qorxu gəlir, deyir ki..” - ŞİKAYƏT+ARAŞDIRMA
02 Sep 2024 | 20:06
Prezident “əla!” dedi - Video
02 Sep 2024 | 19:39
“Nəsibə xanım qohumumdur, amma bu gün onu görməyib, efirdə yalandan elə danışıb adından istifadə edirlər ki..”-FOTO+ÖZƏL
02 Sep 2024 | 21:32
Təyyarə sərnişinləri səmada qəribə obyekt gördülər - TOPA BƏNZƏYİRDİ
02 Sep 2024 | 18:35
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb
02 Sep 2024 | 22:35
Əsgər bir ay yeməksiz qalsa da döyüşdən SAĞ ÇIXDI