Fuad Əbdürrəhmanov sağ olsaydı... - FOTO/VİDEO
Cəmiyyət
Oxunub: 1494
30 Aug 2024 | 16:26
Fuad Əbdürrəhmanov sağ olsaydı... - FOTO/VİDEO

Rudəkinin Düşənbədə, Nizaminin Gəncə şəhərində ucalan əzəmətli abidələrinin, Bakının mərkəzində zamanın buxovlarına meydan oxuyan "Azad qadın" heykəlinin, İsgəndəri heyran qoyan Nüşabənin, Şirinin eşqi uğruna Fərhadın Bisutun dağını yardığı təkrarsız mənzərələrin müəllifi, ilk azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov bəşər sivilizasiyasının qədim mədəniyyət beşiyi Şəki torpağında dünyaya göz açıb. Şəki Azərbaycanın geosiyasi xəritəsində öz əsrarəngiz təbiəti ilə həmişə seçilib. Bu torpağın yetirdiyi şəxsiyyətlər də elə o yurdun özü böyüklükdə əzəmət abidəsi olublar. Bütün Avropaya “Azərbaycanın Volteri” kimi səs salan Mirzə Fətəli Axundzadə, kitabşünaslıq fəaliyyəti ilə Azərbaycanda məktəb yaradan Əbdülqəni Nuxəvi, Türk dünyasının İstiqlal şairi kimi ürəklərdə taxt quran Bəxtiyar Vahabzadə, bu gün milli düşüncəli mətbuat nümayəndələrinin hər birinin unudulmaz müəllimi kimi ehtiramla yad etdiyi professor Şirməmməd Hüseynov, "Ağ yapıncı" romanıyla tariximizi vərəq-vərəq yaddaşımıza köçürən yazıçı, görkəmli alim, tarix elmləri doktoru Mahmud İsmayılov, psixoanalitik fəlsəfi fikrin ideoloji əsaslarını yazan mütəfəkkir filosof Fərman İsmayılov, sənətiylə könüllərdə əbədiyaşarlıq qazanan Şəfiqə xanım Axundova, Emin Sabitoğlu bu torpağın suyundan içib pərvəriş tapıblar.

Açıklama yok.

Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam ağaclar pöhrələyər. Cavanşir Feyziyev dahilər yetirən Şəki torpağının ən işıqlı barı-bəhrəsidir, elminin işığına minlərin aydınlandığı böyük ziyalı, kölgəsinə minlərin sığındığı köklü-köməcli Dədə Palıd ağacıdır...
 
Əsərləri dünyanı bəzəyən, xarüqələr yaradan qızıl əllərin sahibi Fuad Əbdürrəhmanov sağ olsaydı, bu gün insanların könül mülkündə Cavanşir Feyziyev adına sevgiylə, ehtiramla bina etdiyi, vicdanlı əməyi, halallığı həyat qayəsinə çevirən, bu saf mənəviyyata, yüksək əxlaqa, zəngin dünyagörüşə, ən nəcib insani keyfiyyətlərə sahib olan, sadəliyi və səmimiyyəti öz şəxsində bütövləşdirən, kamil, müdrik şəxsiyyətin Şəkinin mərkəzi meydanında heykəlini yapardı... Və bu abidə Halallığa, Xeyirxahlığa, Dürüstlüyə, Fədakarlığa, İnsanlığa, Vicdana ucalan abidə olardı...
 
Mən könüllərdə ucalan o məbədi görmüşəm, elə könlümün gözüylə... həm də bir yox, min yerdə...

Açıklama yok.

***
 
2022-ci ilin iyun ayı idi... "İNCSOS - VII Beynəlxalq Sosial Elmlər Konqresi" Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Azərbaycanda keçirilirdi. Türkiyə Böyük Millət Məclisi Başkanı, professor Mustafa Şentopun başçılığı ilə Türkiyədən gələn 520 professorun iştirakı ilə baş tutan elmi konfransın sədası Türk dünyasını bürümüşdü. Həmin ilə qədər İspaniya, Rumıniya, Türkiyə, Qüds, Özbəkistan və Makedoniyada keçirilən konqresin məhz Qarabağın tarixi zəfərinə həsr olunması hörmətli Sahibə xanımın təşəbbüsü idi və Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması, elmi ədəbiyyatlarda əks olunaraq gələcək nəsillərə çatdırılması məqsədi daşıyırdı.
 
3 gün müxtəlif panel və bölmə iclaslarında davam edən konfrans öz işini uğurla başa vurmuş, bu günlər ərzində bütün akademik heyətin – elə təkcə Türkiyədən dəvət alan 520 professorun hava limanından - hotellərə; hotellərdən - ADA Universitetinə; Universitetdən - Xiyabanlara, Yanar dağa və s.yerlərə nəzərdə tutulan səfərlərinin yüksək səviyyədə koordinasiya olunması qonaqlarda Sahibə xanım Qafarovanın elmi dünyagörüşü və natiqlik məharəti qədər həm də idarəedicilik qabiliyyətinə heyranlıq doğurmuşdu.
 
Bu elmi konfrans olmaqla yanaşı həm də Türk dünyasının ictimai fikir adamlarını bir araya gətirən səmimi bir görüş idi.
 
Ankara Gazi Universitetinin qocaman professorlarından olan, ustadım Cemal Kurnaz və xanımı professor Şefika Kurnaz da konfransda iştirak edirdi. Cemal bəy Azərbaycana “ata vətən” deyirdi, sonuncu gün Cemal bəy Azərbaycana ziyarətinə vəsilə olan Sahibə xanımın ünvanına alxış edərək: “Atası rəhmətlik, sağ olsun, bizləri ata vətənə yenidən qovuşdurmaqla bizə şərəf verdi. Sonuncu dəfə Bəxtiyar Vahabzadənin vida törəninə Türkiyədən gələn nümayəndə heyətinin tərkibində idim. Bakıya gəlməyəli 13 yıl oldu, - dedi…
 
-Qızım, burda mənim qədim bir dostum vardı... Çox əfsus ki, zamansız kayb etdik... 46-47 yaşlarındaydı... Onun məzarını ziyarət etmək, halallaşmaq istərdim. Ölümlü dünyadır, kim bilir bir də Azərbaycana gəlmək qismət olacaqmı?!...
 
Söhbətin Aydın Məmmədovdan getdiyini anlamışdım... Cemal hocam hər zaman Bəxtiyar Ustaddan danışanda, Şəkidən danışanda gözləri yol çəkər, boğazında düyünlənən qəhərdən heç vaxt Aydın Məmmədovun adını dilinə gətirməzdi, "talehsiz qardaşım" deyərdi...
 
***
 
Prof.dr.Cemal Kurnazın arzusuyla Şəkiyə - qədim Kiş kəndinə gəlmişdik: Cemal hocam, Şefika xanım, Tayfun Haykır, həyat yoldaşım və mən...
 
Yolboyu Cemal hocam Aydın Məmmədovun cəsarətindən, sovet rejiminin mürəkkəb dönəmlərində türkoloji çalışmalarından, Türkologiya jurnalına redaktorluq etməyindən, tərcüməçilik fəaliyyətindən, Oljas Süleymenovla doğma münasibətlərindən, Kiş kəndində Aydının atası Mirsaleh kişinin ocağında qonaq olmaqlarından, Oljas Süleymenovun Şəkidə, Böyük Dəhnə kəndinin mədəniyyət evindəki çıxışından, şəkililərin qabiliyyətli süfrə açmağından danışırdı.
 
Kiş kəndində bizi təsadüfən qarşılaşdığımız, istiqaməti soruşduğumuz Bəşarət müəllim Yusifov adlı ağsaqqal bir ziyalı müşayiət edirdi. Aydın Məmmədovu ziyarət edəndən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, kəndin məzarlığında yanaşı uyuyan şəhid məzarlarını ziyarət etdik. Bəşarət müəllim dedi ki, şəhidlərin uyuduğu gördüyünüz bu məzarlığı deputatımız Cavanşir Feyziyev şəhidlərimizin əziz ruhuna hörmətlə xatirə kompleksi kimi abadlaşdırıb, şəhidlərimizin hamısının baş daşını özü qoydurub.
 
Bəşarət müəllimin Cavanşir Feyziyev haqqında danışdıqlarından Cemal hocam, Şəfiqə xanım, Tayfun Haykır heyranlıq içindəydi:
 
İndi ziyarətinə gəldiyiniz mərhum Aydın Məmmədovun adını daşıyan məktəb vardı Kiş kəndində. Köhnə məktəb idi, uçulub dağılmışdı. Cavanşir müəllim həmin məktəbi yenidən inşa etdi…İndi məktəb adamın üzünə gülür.
 
Orta Zəyzid kəndindən gənc bir müəllimə vardı, savadlı adam idi, uşaqları universitetə hazırlaşdırmaq üçün əlavə dərslər keçmək üçün can atırdı, amma şəraiti əl vermirdi. Hörmətli deputatımıza deyib ki, evə ehtiyacım var. O müəlliməyə ev tikildi.
 
Tək ona yox, neçə-neçə şəhid ailəsinə evlər tikdi Cavanşir müəllim.
 
Hələ Birinci Qarabağ müharibəsində oğlu şəhid olan bir ana vardı, ona iki mərtəbə ev tikdirmişdi. Ağbirçək deyib ki, ev hündürdü, qalxıb düşə bilmirəm, mənə həyətdə bir əl damı lazımdır. Kənd camaatı deyiblər: ayıbdır, o kişi sənə bu boyda imarət tikib. Söhbət Cavanşir müəllimin qulağına çatan kimi: “ Boynumuzun borcudur!” deyib ağbirçəyin arzusuna uyğun göstəriş verib.
 
Şəkidə 57 şəhid ailəsi var. Hamısını himayəsinə götürüb, o evlərin hansının qapısını açsa, o başı qara örpəkli, köksü bala dağlı şəhid anaları Cavanşir müəllimi “Oğul” deyib, “qardaş” deyib köksünə sıxacaq…
 
Şəhid balalarından ötrü elədikləri saya-hesaba gəlməz. Təkcə Şəkidə yox vallah, ən ucqar rayonumuz olan Balakənə qədər gedib çıxıb, şəhid ailələrinin qayğılarına kömək edib, o atasız balaların başına sığal çəkib.
 
Şəkinin özündə nə qədər yetim uşaq vardı, hamısına yüksək səviyyədə ali məktəb oxumağını təmin elədi. Onların hamısına özü təqaüd ayırdı.
 
İndi Kazım kişinin evinin yanından keçəcəyik, gözlərinizlə görərsiniz. Oğlu şəhid olmuşdu. O kişinin qapısına baş sağlığına gəlmişdi Cavanşir müəllim. Gələndə görüb ev xeyli şəraitsizdi. Rəhmətliyin həyətində bir ev tikdi ki, ziyarərgah…
 
Yox, yanından keçməyək, Şefika xanım etiraz edir, Cemal bəy biz də ziyarət edəriz, bir başsağlığı diləriz, Azərbaycanın şəhid övladı bizim də şəhidimizdir, - deyir.
Bütün şəhidlərimizin və burada uyuyan, Kiş sakinlərinin ruhuna dualar oxuyub məzarlığı tərk edir, Bəşarət müəllimin bələdçiliyi ilə Kazım kişinin evinə sarı yola düzəlirik. Cemal bəy də, xanımı da, Tayfun bəy də heyranlıq içindədir.
 
***
 
Orxan Əhmədov Kazım kişi ilə Pərvanə ananın böyük oğludur. 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Orxanın dəfni zamanı başsağlığına gələn deputat ailənin yaşadığı evin şəraitsiz olduğunu görür, Orxanın kiçik qardaşı Vüsal deyir ki, hətta Cavanşir müəllim o evin tikintisi üçün əlavə torpaq -filan almaq istəyirmiş. Kazım kişi məsləhət görüb ki, elə öz həyətimizdə tikilsə, yaxşıdı. Və beləliklə, deputat köhnə evin yerində ailənin bütün rahatlığını ən yüksək səviyyədə təmin edəcək ev tikdirib, təmirini, içinin avadanlıqlarını ən yüksək səviyyədə hasilə gətirib.
 
Bir çay içib qalxarıq, - niyyətiylə getdiyimiz evdə qonum-qonşudan eşidən-bilən qonaqları salamlamağa, bizimlə görüşməyə gəlir. Həmişə əsərlərində “asil insan” axtarışında olan Cemal hoca axtardığını tapmış adam kimi sualı-suala, söhbəti-söhbətə calayır. Eşitdikləri isə onun qəlbində Cavanşir Feyziyev adlı yeni kitabın səhifələrinə dönüşür… Bizim Kiş kəndinə səbəbi-ziyarətimizin Aydın Məmmədovun məzarına baş çəkmək olduğunu bilən ailə üzvləri, qonşular hərə bir yerdən dillənir:
 
Elə Aydın Məmmədovun adına olan məktəbi döşəməsindən tavanına, pəncərə şüşəsindən- qapısına gülə-çiçəyə döndərdi Cavanşir müəllim.
 
Təkcə o məktəbi yox, kənddə 4 nömrəli məktəb də vardı, xeyli dağılmışdı. O məktəbi də təmir elətdirdi, içinin avadanlığına qədər hər şeyi gözəl ərsəyə gətirdi.
 
Təmir eləmək nədi ki, neçə yerdə məktəblər tikdi, hər il yüz faiz qəbul imtahanı nəticələri verən məktəblər bina elədi.
 
Kənd kitabxanalarına saysız-hesabsız kitablar bağışladı…
 
Kəndlərdə bağçalar tikdirdi. Hələ ürəyi rahat olmadı, getdi Bakıdan uşaqlara yatacaq, çarpayılar, yorğan-döşəklər, oyuncaqlar alıb göndərdi.
 
Bəlkə min tələbənin əlinə diplom almağına, universitet oxumağına səbəbkar olub, minlərlə tələbənin təhsil haqqına dəstək olub. Oxudandan sonra da o uşaqları taleyin ümidinə buraxmayıb, işlə təmin olunmalarına kömək edib.
 
Şəkidən saysız-hesabsız ailələrə dayaq olub, insanların maddi rifah halından tutmuş tibbi xidmət ehtiyaclarına qədər hər nə varsa, əlindən gələni artıqlaması ilə edib.
 
Minlərlə adamın müalicəsi üçün xəstəxana, dərman… bütün ehtiyaclarını ödəyib.
 
Xəstəsini həkimə apara bilməyən yolsuz Şirinbulaq kəndinə yol çəkdirib.
 
Neçə-neçə dağılmış yolları bərpa etdirib, neçə-neçə yol salıb. Yolu açıq olsun!
 
Cəyirli kəndinə içməli su çəkdirib Cavanşir müəllim! Su qədər ömrü olsun!
 
Neçə yerdə artezian quyuları qazdırıb, əhalinin istifadəsinə verilib.
 
Neçə susuz kəndə uzaq məsafələrdən içməli su kəmərləri çəkdirib...
 
Neçə-neçə qazinin toyunu eləyib… Allah balalarına toy qismət eləsin!
 
Sadalıqca Cavanşir müəllimin xeyir əməlləri, insanların isə onun ünvanına yönələn alxışları, duaları səngimək bilmirdi… Əgər həmin gecə Ankara yolçuluğu olmasaydı, əminəm ki, nə Cemal hoca, nə xanımı, nə Tayfun bəy, nə də biz Şəkidən - şirin ləhcəli doğma insanlardan ayrılıb gəlmək istəməzdik… Biz Şəkiyə yola çıxanda Şəki halvası, kəlağayı alacağımızı, Aydınbulaq qalasına, Gələsən-Görəsənə, Kiş məbədinə, Xan sarayına – tarixi abidələrə də gedəcəyimizi düşünürdük. Heç bir tarixi abidəyə getməyə ehtiyacımız qalmamışdı – biz canlı tarixi və o tarixi yazan adamı görmüşdük…
 
Ürəyim köksümə sığmırdı. Cemal hocanın Azərbaycandan belə bir xatirəylə ayrılacağı düşüncəsi məni sonsuz bəxtiyar edirdi. Çünki onun xasiyyətini bilirdim. Bilirdim ki, Cavanşir müəllim kimi bir insanın varlığından xəbərdar olmaq yaşının ahıl çağında əziz ustadıma yaşamaq və yazıb-yaratmaq üçün mənəvi stimul olacaq. Düşündüyüm kimi də olmuşdu. Ankaraya çatar-çatmaz Gazi Universitetinin mətbuat şöbəsi “Prof.dr. Cemal Kurnazın Şeki hatıraları”nı yayımlamış, sayın professor Azərbaycanda tanıdığı, özünü görmədən xeyirxah əməlləri ilə şəxsiyyətinə heyranlıq duyduğu millət vəkili Cavanşir Feyziyevdən ürəkdolusu bəhs etmiş, bəlkə mənim ömrüm çatmaz, Türk gəncliyinin oxuyub tanıması üçün Cavanşir bəy haqqında yazmasını Türkiyə Yazarlar Birliyinin Sakarya şöbə başqanı, Türkiyədə ədəbi portret janrının ustadı Fahri Tunaya vəsiyyət etmişdi…
 
Bütün bunlar adi yaşanmışlar deyildi… Mən adi kəndlidən tutmuş akademikə qədər saysız insanların dilindən Cavanşir müəllimin əsl dövlət ərkanı etikasını, millət vəkilinin səmimi təmas estetikasını, kübar davranışını, sadəliyindəki böyüklüyü, səmimiyyəti dəfələrlə dinləmişəm. Hətta heç unutmayacağım 2021-ci ilin 17 Kasım’ı İstanbulda Şehzadebaşı Camide sayın professor Mustafa Şentop, İbrahim Kalın, Musa Kazım Arıcanın rəhbərlik etdiyi heyətlə ayaqüstü söhbətləşmədə onların Cavanşir bəyə duyduğu etiram və etimadı sözlə ifadə edə bilmirəm. Dəfələrlə iştirakçısı olduğu elmi görüşmələrdə Cavanşir Feyziyev imzasına və şəxsiyyətinə yönələn sonsuz sayğının şahidi olmuşam. Türküstanda Xoca Əhməd Yəsəvi adına Qazax-Türk Universitetində Cavanşir müəllimin araşdırmalarının əl-əl gəzdiyini müşahidə etmişəm. Bu yaxınlarda Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində “Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetin rektoru akademik Şuhrat Sirocəddinovdan, beynəlxalq əlaqələr üzrə prorektor Nozilya Zorilovnadan hörmətli Cavanşir müəllimin Türk dünyasını qapsayan monumental tədqiqat əsərlərinin Türkdilli universitetlərdə dərs vəsaiti kimi istifadə olunduğunu öyrənmişəm. Özbəkistan Parlamentinin deputatı və Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid əfəndi “Vaxt heykəli” kitabının Azərbaycan türkcəsinə çevrilərək çapına böyük dəstək olan Cavanşir müəllimdən necə minnətdarlıqla danışdığına şahid olmuşam. Daşkənddə işıq üzü görən “ Kitab dünyası” qəzetinin baş redaktoru Xosiyyet Rustamın “44 gün” kitabının nəşrinə Bakıda nail olmaqla Qarabağ həqiqətlərinin Türk dünyasına yayılmasına vəsilə olan Cavanşir müəllimin Vətənimiz qarşısında yüzlərlə, minlərlə misilsiz müstəsna xidmətlərini gözlərimlə görmüşəm… Bu gün Cavanşir Feyziyev imzası, adı Türk insanının yaşadığı bütün coğrafiyalarda hörmətlə çəkilir, fundamental elmi araşdırmaları ilə ümumtürk mədəniyyətinə qatdığı dəyərlər təqdir olunur və ən əsası bir fikir adamı olaraq onun məqalə-məqalə, kitab-kitab irəli sürdüyü müddəalar qəbul olunur. Elm üçün sadəcə tanınmaq deyil, həm də qəbul olunmaq böyük şərtdir. Qlobal əhəmiyyəti və aktuallığı ilə böyük dəyər kəsb edən araşdırmalarından olan “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı haqqında əməkdar elm xadimi, akademik Yaqub Mahmudovun yazdıqları isə fikirlərimizin birmənalı təsdiqidir: “Tanınmış alimimiz Cavanşir Feyziyev uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyasını oxuyandan sonra həm əmin, həm də çox məmnun oldum ki, yaxından tanıdığım ziyalı dostum sinəsində mənsub olduğumuz müqəddəs bir dünyanın – Türk dünyasının keçmişi, bu günü və gələcəyi barədə nə qədər dərin narahatlıqlarla dolu bir ürək gəzdirirmiş. Cavanşir Feyziyevin öz yeni intibahına qovuşan Türk dünyasının qarşılaşdığı və gələcəkdə də üzləşəcəyi problemlər barədə düşüncələri, təklif etdiyi çıxış yolları və irəli sürdüyü model məni çox təsirləndirdi…”
 
Bəli, bu, bizim Əziz Cavanşir Müəllimdir!
 
Türk dünyasının hər nöqtəsində elmi mündəricəsi ilə hörmətlə qarşılanan elm xadimi…
 
Qərbin “mədəniyyət” imperializmi qarşısında baş əyib öz milli-mənəvi dəyərlərini itirmiş və ya itirmə istiqamətində olanlara getdikləri yolun gedər-gəlməz olduğunu xatırladan, milli-mənəvi mənliyini qoruyanlara haqq yolunda olduğuna əminliklə inam aşılayan təəəssübkeş ziyalı…
 
Sözünü məsuliyyət bilən, sözünün ləyaqətini özünün ləyaqəti kimi qoruyan, sözünə işi və əməli ilə sadiq olan fikir adamı…
 
Dünyanın ən ali tribunalarında çıxışlar etsə də, kəndinə, elinə, yurduna üz tutub seçicisi ilə yanbayan dayananda onlardan biri olmağı bacaran, sonsuz səmimiyyəti ilə sadə kəndlilərlə münasibətdə araya heç bir sərhəd, distansiya qoymayan, yüksək mədəniyyəti və səmimiyyətin böyüklüyünü öz şəxsində bütövləşdirən millətin vəkili…
 
Vicdanı, alnının təri, xəmiri halallıqdan yoğrulmuş əllərinin əməyi, sağlam əqidəsi, istirahətsiz ömrü, hədsiz təvazökarlığı, mərd xarakteri, yüksək əxlaqı, elmi erudisiyası və nəcib ziyalılığı ilə heç kimə bənzəməyən İnsanlıq nümunəsi…
 
Mən Tanrının ən gözəl sifətlərinin yaratdıqlarında təcəlli etdiyinə və bəzi insanları müəyyən missiyalarla görəvləndirərək Yer üzünə Seçilmiş olaraq göndərdiyinə ürəkdən inanıram… İdrakım, hissiyyatım və bütün qəlbimlə bu mütləq həqiqətə inanaraq söyləyirəm ki, Cavanşir Müəllim məhz Tanrının Seçilmişlərindəndi… Və O, zəngin mənəvi dünyası, kamil xarakteri ilə millət vəkili olmağın da, elm xadimi olmağın da lap fövqündə dayanır…
 
Hər kəlməsindəki vətəndaş məsuliyyətini dərindən duyduğum, hər yazısından, hər əsərindən düşüncəsindəki işığa yenidən vurulduğum, əqli olaraq kitab-kitab dərk etdiyim Cavanşir Müəllim hörmətli akademik Yaqub Mahmudovun da söylədiyi kimi, sinəsində böyük bir ürək daşıyır. Şəkinin dili söz tutan körpəsindən qocaman ağbirçəyinə, ağsaqqalına qədər hər birinin söylədikləri bunu təsdiqləyir. Bəli, Cavanşir Müəllimin köksündə bütün Türk dünyasını sığdıra biləcək qədər Böyük ürəyi var… O böyük ürəyin içindən Böyük Dəhnə kəndindən Tanrı dağlarına qutlu bir yol uzanır… Cavanşir Müəllim o Haqq yolunun yorulmaz və fədakar yolçusudur… Yolu aydın olsun!

Açıklama yok.

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Oxşar xəbərlər
23:12, Bu gün
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
23:05, Bu gün
Stoltenberq: Avropanın hərbi potensialı Rusiyanınkından aşağıdır
22:59, Bu gün
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
22:57, Bu gün
Qan xərçəngi ilə əlaqəli əsas gen tapıldı
22:50, Bu gün
Türkiyədə zəhəri ilə insanı öldürə bilən hörümçək: Balalarını kürəyində daşıyarkən görüntüləndi - FOTO
22:43, Bu gün
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
22:35, Bu gün
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
22:23, Bu gün
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
22:18, Bu gün
"Şimali Koreyanın köhnə və etibarsız mərmiləri sayəsində Rusiya döyüşdə üstünlüyünü saxlayır" - "Foreign Policy"
22:10, Bu gün
COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama
22:00, Bu gün
Evdə təmir aparan usta hündürlükdən yıxıldı və...
21:53, Bu gün
Azərbaycanda müəllim intihar etdi - FOTO
21:48, Bu gün
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
21:40, Bu gün
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım
21:36, Bu gün
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
21:26, Bu gün
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
21:15, Bu gün
Kişi arvadını öldürdü - Səbəb dəhşətə gətirir
21:08, Bu gün
Keçmiş baş nazirin hamamından dinləmə cihazı çıxdı
21:00, Bu gün
“İsrailin neftayırma zavodlarını vuracağıq”
20:53, Bu gün
Teleqramda problemlər nədən qaynaqlanır?
20:45, Bu gün
Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs
20:37, Bu gün
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
20:32, Bu gün
Şəkidə bu tarixi abidələrə kameralar quraşdırılacaq
20:28, Bu gün
İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri
20:20, Bu gün
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
20:15, Bu gün
Kiyevdə gərginlik: Onu da qovur
20:08, Bu gün
Ən uzunömürlü bürclər - Kimi hansı xəstəlik gözləyir?
20:00, Bu gün
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
19:55, Bu gün
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
19:48, Bu gün
"Apple" qatlanan "iPhone"un buraxılışını təxirə salır - Problemlər var
19:43, Bu gün
Heyvanlarla rəhmsiz rəftar edənləri 2 min manat cərimə gözləyir
19:38, Bu gün
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
19:30, Bu gün
Babəkdə evdən 9 min manat oğurlandı
19:25, Bu gün
Bakıda yeni bulvar salınır - VİDEO
19:18, Bu gün
"Hizbullah"ı ermənilərlə nə birləşdirir?
19:03, Bu gün
Vaqif Mustafayevin qolu sınıb - FOTO
18:58, Bu gün
Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir
18:43, Bu gün
Bunu edənlər 500 manat cərimələnəcək
18:35, Bu gün
Bu şəxslər 4000 manat cərimələnəcək
18:30, Bu gün
Cərimələr artırılır – 300 manatdan 7000 manatadək
18:25, Bu gün
Timsah tamaşa zamanı məşqçiyə HÜCUM etdi - VİDEO
18:24, Bu gün
“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
18:20, Bu gün
Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər
18:15, Bu gün
Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
18:12, Bu gün
Körpələrin inkişafı üçün ən yaxşı qida
18:10, Bu gün
Sentyabrda temperatur iqlim normasından yüksək olub
18:04, Bu gün
Cəbrayılda ilk "Şəhər günü" keçirildi - FOTOLAR
17:59, Bu gün
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
17:54, Bu gün
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
17:48, Bu gün
Zəfərə gedən yol...
17:43, Bu gün
Vidadi İsayev Bərdənin Mollagüllər kəndində səyyar qəbul-görüş keçiridi - FOTOLAR
17:38, Bu gün
Joze Mourinyo "Fənərbağça"dan ayrılır?
17:34, Bu gün
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
17:29, Bu gün
İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək - FOTO
17:24, Bu gün
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
17:19, Bu gün
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”-Sabiq səfir
17:13, Bu gün
“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”
17:07, Bu gün
"İt hürər, karvan keçər..."
17:01, Bu gün
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
16:56, Bu gün
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
16:50, Bu gün
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
16:44, Bu gün
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
16:38, Bu gün
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
16:33, Bu gün
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
16:28, Bu gün
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
16:22, Bu gün
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
16:16, Bu gün
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
16:10, Bu gün
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
16:04, Bu gün
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
15:58, Bu gün
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
15:52, Bu gün
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
15:46, Bu gün
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
15:40, Bu gün
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
15:34, Bu gün
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
15:28, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
15:22, Bu gün
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
15:16, Bu gün
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
15:10, Bu gün
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
15:04, Bu gün
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
14:58, Bu gün
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
14:54, Bu gün
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
14:48, Bu gün
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
14:44, Bu gün
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
14:39, Bu gün
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
14:34, Bu gün
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
14:29, Bu gün
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
14:24, Bu gün
Azərbaycanlı sənətçi itkin düşdü
14:18, Bu gün
Əhaliyə at əti satanlar tutuldu - FOTO
14:12, Bu gün
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
14:06, Bu gün
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
14:00, Bu gün
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
13:54, Bu gün
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
13:48, Bu gün
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
13:43, Bu gün
Cəbrayıl yeni dirçəliş yollarında
13:38, Bu gün
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
13:33, Bu gün
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
13:28, Bu gün
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
13:24, Bu gün
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
13:19, Bu gün
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
13:15, Bu gün
Sabah bölgələrdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
GÜNLÜK
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
08:45, Bu gün
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
09:19, Bu gün
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
12:39, Bu gün
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
10:42, Bu gün
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
07:23, Bu gün
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
10:34, Bu gün
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
10:26, Bu gün
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
08:02, Bu gün
"İsrail İran üçün tələ hazırlayıb..." 
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
08:45, Bu gün
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
09:19, Bu gün
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
12:39, Bu gün
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
10:42, Bu gün
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
07:23, Bu gün
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
10:34, Bu gün
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
10:26, Bu gün
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
08:02, Bu gün
"İsrail İran üçün tələ hazırlayıb..."