“Sağa ver, saxla!” Axı niyə?… — Dövlət Yol Polisinin stasionar postlarında nə baş verir?
Cəmiyyət
Oxunub: 1667
28 Aug 2024 | 09:25
“Sağa ver, saxla!” Axı niyə?… — Dövlət Yol Polisinin stasionar postlarında nə baş verir?
"1 həftə əvvəl rayona gedəndə polislər məni postda saxladılar. Dedilər ki, 100 və 50 manatlıq cəriməm var. Guya 1 saat öncə qayda pozuntusu etmişdim. Dedim ki, “qardaş, məni niyə buna görə saxlamısınız?” Cəriməm varsa, “sms radar” tətbiqindən göndərin, ödəyim. 1 həftədir gəlmişəm, hələ heç bir cərimə gəlməyib. Bilirdim ki, heç bir qayda pozuntusu etməmişəm. Etsəm belə, onsuz da dərhal tətbiqdən bildiriş gəlir və onlayn formada ödəyirəm. Buna görə niyə saxlanılıram? Maşının nömrəsində çip var, radar var, kamera çipi oxuyur,  maşının yiyəsi haqda, texniki baxışdan keçib-keçməməsi, sığortasının olub-olmaması, sürət hesablaması və qayda pozuntusu haqda bildirişləri təyin edir. Bu halla rastlaşmağım ilk dəfə deyil. Dəfələrlə mənim və tanışlarımın başına gəlib ki, yüksək məbləğdə cərimə olduğu bildirilib, silinməsi üçün də aşağı məbləğ təklif edilib. İndiki dövrdə bu məsələlərin hələ də gündəmdə olması çox məyusedicidir. Və stasionar postların fəaliyyətinin nədən ibarət olduğunu anlamıram”. 
 
Moderator.az xəbər verir ki, dövlət yol polisinin stasionar postlarında dəfələrlə neqativ hallarla üzləşən Bakı sakini Qasım Məmmədli Pressklub.az-a danışarkən deyib ki, digər ölkələrdəki kimi, Azərbaycanda da stasionar postlar ləğv edilsə, yaxşı olar.
 
Bir çox ölkələrdə fəaliyyətinə son qoyulan, Azərbaycanda isə sovet dövründən bəri varlığını qoruyan stasionar yol polisi postları ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyir ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi vaxtda bu postların əhəmiyyəti qalmayıb. Hər hansı qayda pozuntusu zamanı radar, kamera bunu müəyyən edir və həmin sürücü yerindəcə cərimələnir, mobil telefonuna da bununla bağlı bildiriş göndərilir. Sürücü də bunu onlayn formada rahatlıqla ödəyir. Bəziləri isə deyir ki, həmin postların mövcudluğu əmin-amanlıq, təhlükəsizlik və nəzarət baxımından əhəmiyyətlidir. Halbuki onsuz da yollarda polis maşınlarını görmək adi hal alıb. Zəruri hal yarananda həmin polislər dərhal sürücünü saxlayıb, lazımi xəbərdarlığı edir.
 
Yeri gəlmişkən, bəzi Avropa ölkələrində nəinki stasionar postlar, hətta dövlətlərarası sərhəd-keçid məntəqələri belə ləğv edilib. Şengen ölkələrində sürücülər bir ölkədən digərinə keçəndə nə bir post, nə də bir polis-sərhədçi gözə dəymir. Həmin ölkələrdə nəzarəti elə ustalıqla həyata keçirirlər ki, vətəndaş onu görmür. Amma bir hadisə olsa, dərhal polislər hadisə yerində olurlar.
 
Belə bir məqamda sözügedən stasionar postların fəaliyyətinin nədən ibarət olduğu maraq doğurur. Görəsən, bu postların əhəmiyyəti nədir? Fəaliyyəti nədən ibarətdir? Və həmin postlarda neqativ hallarla rastlaşan vətəndaşlar nə etməlidir?
 
 
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis  polkovnik-leytenantı Mübariz Ağayev Pressklub.az-a açıqlamasında bildirib ki, stasionar yol-patrul xidməti (YPX) postu yol polisi naryadlarının xidmət apardığı əməliyyat-texniki və xüsusi vasitələr, mühəndis və digər qurğularla təchiz olunan xüsusi xidməti obyektdir: “Stasionar postlar əsasən, respublika əhəmiyyətli avtomobil yollarında, paytaxtın giriş və çıxışlarında təşkil olunur. Stasionar yol-patrul xidməti postlarında xidmət aparan YPX inspektorları yol hərəkətinə nəzarət, inzibati xətaların qarşısının alınması və profilaktikasını həyata keçirir. Təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, yol-nəqliyyat hadisəsi yerindən və cəzadan yayınan şəxslərin, habelə qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddələr, narkotiklər və narkotik tərkibli maddələri daşıyan, eləcə də digər cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin aşkarlanması, axtarışı və saxlanması funksiyasını yerinə yetirir”.
 
Müsahibimiz bildirib ki, stasionar postlar dayandırılmış nəqliyyat vasitələrinin sürücülərindən yolların vəziyyəti, yol şəraiti, gecə vaxtı yolun hərəkət hissəsində saxlanmış nəqliyyat vasitələri ilə bağlı məlumatlar alır, şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan təbii fəlakətlər və hava şəraitinin pisləşməsi zamanı, habelə gecə vaxtı dayanmaq üçün nəqliyyat vasitələrinin sürücülərinə və əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı daxili işlər orqanlarının əməkdaşlarına yardım göstərir: “Bundan başqa, hazırda stasionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb, sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb, qısamüddətli istirahət edə bilər”.
 
M. Ağayev bildirib ki, qeyd olunan neqativ hallar qanuna ziddir. Və bu cür hallarla rastlaşan vətəndaşlar Daxili İşlər Nazirliyinə ya ənənəvi formada, ya da sosial media hesablarından müraciət edib, şikayəti bildirə bilərlər.
 
Görəsən, stasionar postlar digər ölkələrdəki kimi Azərbaycanda da ləğv edilə bilərmi?
 
Pressklub.az-a danışan ekspert Elməddin Muradlı deyib ki, bir çox ölkələrdə bu postlar var. Ola bilsin ki, fəaliyyəti fərqlidir. Onlara xüsusən postsovet məkanlarında rast gəlinir.
 
 
Neqativ hallar zamanı sürücülər aidiyyəti quruma müraciət etməlidir:  “Stasionar postda sürücünü saxlayıb, ondan cərimə ödənişi tələb etmək qeyri-qanunidir. Ona görə də vətəndaşlar belə hallarla rastlaşanda aidiyyəti quruma müraciət etməlidir ki, məsələ araşdırılsın və günahkarlar cəzasını çəksin”. 
 
Ekspert hesab edir ki, stasionar postların ləğvi müəyyən problemlər yarada bilər. Stasionar postlar qanunsuz saxlanılan silah-sursatla, narkotiklə bağlı faktların aşkarlanmasında mühüm rol oynayır: “Sürücülərin narkotik vasitələrin təsiri altında sükan arxasına keçməsi kimi hallara rast gəlinir. Buna qarşı həmin stasionar postlardakı polislər tədbir görür. Və o postlar adətən yol kənarlarında yerləşir. Yol kənarlarında da o qədər məsafə var ki, ərazidə xidmət aparan əməkdaşların dincəlməsi üçün həmin postlar qurulur.  Bəzən yol-nəqliyyat hadisələri olanda həmin yerə polis Təcili Tibbi Yardımdan daha tez çatır. Bu da stasionar postların əməkdaşları sayəsində olur”.
 
Müsahibimiz bildirib ki, stasionar postların əməkdaşlarının kimisə saxlayıb, cərimə məbləğindən aşağı ödəniş alaraq cəriməni silməyi təklif etməsi qanuna ziddir. Xətanı xüsusi texniki vasitələr qeydə alırsa, cərimə dərhal vətəndaşın “AsanPay”-da elektron kabinetinə göndərilməlidir.
 
Ekspert bildirib ki, sürücülərin əksəriyyəti həmin postlara çatanda sürəti azaldır, təhlükəsizlik kəmərini taxırlar. Postu keçəndən sonra isə əvvəlki vəziyyətə qayıdırlar. Bizim psixologiyamız hələ ki, bu səviyyədədir: “Ona görə də məncə, postların ləğv edilməsindən söhbət gedirsə, bu amillərə nəzər salmalıyıq ki, biz buna hazırıqmı? Məncə, xeyr. Çünki psixoloji olaraq biz ancaq polisi gözləyirik ki, polis gəlsin, bizə qayda-qanun öyrətsin, göstəriş versin”. 
 
Məlumdur ki, stasionar postlarda cərimə ödənişinin tələb edilməsi qanuna ziddir. Bəs bu halda hansı qanun pozuntusu faktı baş verir?
 
Mövzu ilə bağlı Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, vətəndaşlar həmin vaxtı protokol tələb etməlidir. Cərimə elektron qaydada tələb edilməlidir. Rüşvət tələb etmək cinayət məsuliyyəti yaradır: ““Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Həmin hallar bu qanunla tənzimlənir”.
 
 
Hüquqşünasın sözlərinə görə, stasionar postlar SSRİ-dən qalan “miras”dır. Hələ də onu ləğv etməyi düşünmürlər. Əvvəl stasionar post 2-3 otaqdan ibarət idi. İndi böyük inzibati idarə binası tikiblər: “100, hətta 50-60 kilometrdən bir stasionar post qurublar. Bu məsafədə baş verən hadisələrə Daxili İşlər Nazirliyinin təhqiqat idarəsinin yol-nəqliyyat hadisələri şöbəsinin əməkdaşları baxır. Onlar həmin postlarda oturur. Stasionar postlar artıq xərcdir. Ləğv edilməlidir”. 
 
Nazirliyin və bu cür postların qalmasının vacib olduğunu deyən ekspertlərin əsas arqumentlərindən biri konkret ərazidə baş verməsi ehtimal olunan cinayətlərin və qayda pozuntularının qarşısının alınması barədədir. Amma axı hər hansı ərazi ölkənin bəlli rayonunun inzibati tabeliyindədir və həmin əraziyə o rayonun polis, habelə yol polisi şöbələri nəzarət etməlidir, edir. Sözügedən neqativ halların qarşısını onlar da ala bilərlər və buna birbaşa cavabdehdirlər. Rayon ərazisində və rayondan keçən respublika əhəmiyyətli yollarda patrul xidmətini təşkil etmək vəziyyətə daha effektiv nəzarət imkanı yarada bilər.
 
Ancaq bütün bunların yerinə, böyük büdcəli binaların tikilməsi, saxlanılması, həmçinin postlarda çalışan əməkdaşların təminatı kimi məsrəflərə yol verilir. Üstəlik, vətəndaşlarla rəftar zamanı baş verən neqativ hallar barədə şikayətlər çoxalır. Rəqəmsallaşan ölkədə bu məsələlər onsuz da nə zamansa həllini tapacaq. Tez və məqsədli şəkildə edilsə, cəmiyyət də bu cür addımlara dəstəyini əsirgəməz.
 
 
Oxşar xəbərlər
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
03 Oct 2024 | 22:35
Safurə qızına ad günü etdi
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 22:24
Kim Çen Inın bacısı: "Mənasız təlxəklikdir"
03 Oct 2024 | 22:16
Yaxın Şərq münaqişəsi qlobal bazarlara təsir edir
03 Oct 2024 | 22:08
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
03 Oct 2024 | 22:00
Vatsapdan mesajlaşma ilə bağlı yenilik
03 Oct 2024 | 21:53
Bayden Putinlə görüşü haqqında danışdı
03 Oct 2024 | 21:45
Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıldı
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 21:25
Böhrandan Qələbəyə: Dahi Liderin xarici siyasət strategiyası
03 Oct 2024 | 21:18
"Qarabağ" - "Malmö" matçında ikinci qol... - Canlı
03 Oct 2024 | 21:10
İsrail bir də bunu etsə, sarsıdıcı cavab alacaq - İran
03 Oct 2024 | 21:04
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
03 Oct 2024 | 20:46
Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
03 Oct 2024 | 20:38
Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 20:05
Hansı “iPhone” daha məsləhətlidir? – 5 MODEL
03 Oct 2024 | 19:56
"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi
03 Oct 2024 | 19:48
Amazonda yerli əhali qırıla bilər: Yanğınlar insanları boğur
03 Oct 2024 | 19:40
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
03 Oct 2024 | 19:35
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 19:20
Fələstini dəstəkləməyə davam edəcəyik - Pezeşkian
03 Oct 2024 | 19:15
İsrail ordusu Beyruta hücum etdi
03 Oct 2024 | 19:10
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
03 Oct 2024 | 19:02
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
03 Oct 2024 | 18:58
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 18:40
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
03 Oct 2024 | 18:35
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 18:30
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
03 Oct 2024 | 18:25
Prezident və xanımı Cəbrayılda...
03 Oct 2024 | 18:18
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
03 Oct 2024 | 18:10
Şəkərin ən təhlükəli xüsusiyyəti
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 17:50
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 17:38
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
03 Oct 2024 | 17:32
Rövşən Binnətli vəzifəsindən azad olundu
03 Oct 2024 | 17:27
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
03 Oct 2024 | 17:22
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
03 Oct 2024 | 17:17
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
03 Oct 2024 | 17:12
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
03 Oct 2024 | 17:07
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
03 Oct 2024 | 17:02
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
03 Oct 2024 | 16:56
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
03 Oct 2024 | 16:51
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
03 Oct 2024 | 16:45
Kamran Əliyev onu təltif etdi - FOTO
03 Oct 2024 | 16:40
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
03 Oct 2024 | 16:34
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
03 Oct 2024 | 16:28
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
03 Oct 2024 | 16:22
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
03 Oct 2024 | 16:16
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
03 Oct 2024 | 16:06
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
03 Oct 2024 | 16:00
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
03 Oct 2024 | 15:54
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
03 Oct 2024 | 15:49
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
03 Oct 2024 | 15:44
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
03 Oct 2024 | 15:38
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
03 Oct 2024 | 15:33
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
03 Oct 2024 | 15:28
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
03 Oct 2024 | 15:22
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
03 Oct 2024 | 15:16
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
03 Oct 2024 | 15:11
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
03 Oct 2024 | 15:05
İlham Əliyev Zəngilana getdi
03 Oct 2024 | 15:00
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
03 Oct 2024 | 14:55
Metro gücləndirilmiş iş rejimində çalışacaq
03 Oct 2024 | 14:50
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
03 Oct 2024 | 14:44
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
03 Oct 2024 | 14:38
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
03 Oct 2024 | 14:32
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
03 Oct 2024 | 14:26
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
03 Oct 2024 | 14:20
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
03 Oct 2024 | 14:14
Cəbrayılda zavodun təməli qoyuldu
03 Oct 2024 | 14:07
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
03 Oct 2024 | 14:00
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
03 Oct 2024 | 13:56
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
03 Oct 2024 | 13:51
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
03 Oct 2024 | 13:46
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
03 Oct 2024 | 13:39
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
03 Oct 2024 | 13:33
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
03 Oct 2024 | 13:27
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
03 Oct 2024 | 13:21
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
03 Oct 2024 | 13:15
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
03 Oct 2024 | 13:10
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
03 Oct 2024 | 13:05
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
GÜNLÜK
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 07:19
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 07:19
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq