ATƏT-in “hesabatı” hazırdır – Bakıya qarşı qurulan oyun…
Cəmiyyət
Oxunub: 1529
27 Aug 2024 | 09:16
ATƏT-in “hesabatı” hazırdır – Bakıya qarşı qurulan oyun…
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq prosesi beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun davam edir. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb: bütün seçki məntəqələrinə təşviqat lövhələri qoyulub, seçicilərlə görüş üçün qapalı və açıq yerlər ayrılıb, mediada ödənişsiz və ödənişli təşviqatın aparılması təmin edilib. Mərkəzi Seçki Komissiyası seçicilərin maarifləndirilməsindən tutmuş, aşağı seçki komissiyalarının səsvermə gününə hazırlığına qədər hər şeyi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir.
 
Bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
 
Bütün bunların fonunda beynəlxalq müşahidəçilərə seçkiyə hazırlıq dövrünü və səsvermə prosesini izləmək üçün lazımi şərait yaradılıb. İndiyə qədər 43 ölkə və 24 qurumdan ümumilikdə 228 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. Beynəlxalq müşahidəçilərə yaradılan şərait də Azərbaycanda demokratik seçki mühitinin mövcudluğundan xəbər verir. Və seçkiöncəsi mühit və Azərbaycanın seçki təcrübəsi sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin şəffaf şəkildə baş tutacağına əminlik yaradır.
 
Seçkini izləmək üçün qeydiyyatdan keçən qurumlardan biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasıdır. ATƏT-ə üzv ölkələrdə keçirilən seçkilərdə adətən DTİHB-nin rəyi əsas götürülür. Lakin reallıq fərqlidir: DTİHB-nin Azərbaycan da daxil olmaqla bir çox ölkədə apardığı "müşahidə" formal xarakter daşıyır və əsasən ABŞ başda olmaqla Qərb ölkələrinin/institutlarının təzyiq siyasətində "alət" rolunu oynayır.
 
Azərbaycanda keçirilən seçkilərdə bu fakt təcrübə ilə ispat olunub. ATƏT/DTİHB müşahidəçiləri qeydiyyatdan keçir, seçkiöncəsi mühiti və səsvermə prosesini "ciddi şəkildə" izləyir və sonda bir qayda olaraq, neqativlərdən ibarət hesabat dərc edirlər. Halbuki, DTİHB-nin hesabatları əksər vaxt digər beynəlxalq müşahidəçilərin hesabatları ilə ziddiyyət təşkil edir. Sual yaranır: eyni seçki məntəqəsinə baş çəkən beynəlxalq müşahidəçilərdən niyə yalnız DTİHB-nin əməkdaşları neqativ hesabat hazırlayır, yaxud digər müşahidəçilərin gördüyü və qeydə aldığı müsbət məqamlar niyə onların hesabatlarında əksini tapmır?
 
ATƏT/DTİHB-nin hesabatı öncədən hazırlanır, aparılan "müşahidələr" isə sadəcə formal xarakter daşıyır və müşahidəçilərin nə görməsindən, nəyi müşahidə etməsindən asılı olmayaraq, sonda seçkidən öncə hazırlanmış hesabat yayımlanır. Hazırda Azərbaycandakı seçki prosesini izləyən ATƏT/DTİHB-nin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatının da artıq hazır olduğunu və seçkidən sonra yayımlanacağı sirr deyil.
 
O da sirr deyil ki, ATƏT/DTİHB Avropada ABŞ-ın nəzarətində olan qurumdur və bu qurumun hazırladığı seçki hesabatları da Vaşinqtonun xarici siyasətində təzyiq aləti rolunu oynayır. Bir neçə məqam qurumun Vaşinqtonun nəzarətində olduğunu ispat etməyə yetərlidir:
 
- DTİHB-nin müşahidəçiləri əsasən ABŞ vətəndaşları olur: bu qurumun ATƏT-in çətiri altında fəaliyyət göstərdiyini nəzərə alsaq, müşahidə prosesində çoxluğun məhz amerikalılara üstünlük verilməsi diqqətçəkən amildir;
 
- DTİHB adətən ABŞ-dakı seçkilərlə bağlı mənfi rəy vermir, seçki pozuntularının üzərindən səssiz keçir;
 
- ABŞ-dakı seçkilər zamanı bir çox ştatda DTİHB müşahidəçilərinə seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşmağa icazə verilmir;
 
Azərbaycanda bütün seçki prosesini əvvəldən axıra qədər izləmək imkanı yaradılan DTİHB müşahidəçilərinin sonda bir qayda olaraq, hazır hesabatla çıxış etməsi isə məqsədin seçki yox, siyasi olduğunu təsdiq edir. Və sentyabrın 1-də keçiriləcək seçkilərdən sonra qurumun hazır hesabat yayacağı təəccüblü olmayacaq.
 
Seçkilərlə bağlı əsas müzakirə mövzularından olan AŞPA-nın müşahidəçi kimi iştirak etməməsi də siyasi məsələlərdən qaynaqlanır. Bu qurum Azərbaycana qarşı riyakar və qərəzli mövqeyi ilə seçilir. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin mandatının qəbul edilməməsi qərəzli siyasətin son nümunəsi oldu. Belə bir təşkilatın seçkidə "müşahidə" aparmaq niyyəti əvvəldən bəllidir: seçki prosesini formal şəkildə müşahidə edərək, sonda həqiqətin təhrif olunduğu hazır hesabat yayımlayacaq, bununla da rəsmi Bakıya təzyiq edəcəklər.
 
Məhz buna görə AŞPA-nın müşahidəçi kimi iştirak etməməsi daha məqbuldur. Bəllidir ki, seçkidən sonra AŞPA da ATƏT/DTİHB-nin hazır hesabatına istinadən Azərbaycan haqqında qərəzli iddialar səsləndirəcək. Çünki Qərb, xüsusilə rəsmi Brüssel Azərbaycana qarşı ikili oyun qurub: Fransa "pis polis" rolunda Bakıya qarşı hücum edir, Almaniya "yaxşı polis" rolunda guya münasibətlərə önəm verir. Bu oyunu ifşa edən məqam Almaniyanın AŞPA-da nümayəndə heyətinin sədri Frank Şvabenin Azərbaycana qarşı hücuma keçməsidir. Bir tərəfdən "yaxşı polis" rolunu oynayan rəsmi Berlin digər tərəfdən Şvabe kimi təlxək və anarxisti rəsmi Bakının üzərinə göndərir.
 
Bütün bunlar - ATƏT/DTİHB-nin artıq hazır olan "seçki hesabatı", AŞPA-nın qərəzli hücumları, Brüsselin qurduğu oyunların əsas hədəfi 44 günlük müharibədən sonra regionda yaranmış reallığı dəyişdirmək cəhdləridir. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən Prezident İlham Əliyevin tarixi zəfərini Qərbdə hələ də həzm edə bilmirlər.
 
44 günlük müharibədən sonra Azərbaycana qarşı iki mərhələdə planların qurulduğu müşahidə edilir.
 
Birinci mərhələdə Avropa strukturlarının reallığı əks etdirməyən "hesabatları", "qətnamələri ilə rəsmi Bakıya təzyiq etməyə çalışdılar.
 
Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə Qərb və regionda maraqları olan digər oyunçular Azərbaycan torpaqlarında "ikinci erməni dövləti"nin yaradılmasına çalışırdı. İşğalçı Ermənistana heç bir təzyiqin edilməməsi də bundan qaynaqlanırdı. Bu məqsədlə Azərbaycana qarşı edilən təzyiqlər nəticə vermədi, Prezident İlham Əliyev bu oyunları pozaraq, 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi və regionda yeni reallıqlar yaratdı. Vətən müharibəsindən sonra Xankəndində qalmış separatçıların qalıqlarına dəstək verən Qərb ölkələri ümid edirdilər ki, "ikinci erməni dövləti"nin yaradılması planını həyata keçirə biləcəklər. Qərb institutlarının Azərbaycana təzyiq xarakteri daşıyan "qətnamələri", "qərarları" da buna hesablanmışdı. Prezident İlham Əliyevin erməni separatizminin məhv edilməsi və suverenliyimizin bərpası istiqamətində həyata keçirdiyi strategiyası bütün bu oyunları ikinci dəfə iflasa uğratdı. Artıq bölgədə "erməni kartından" Azərbaycana qarşı istifadə etmək imkanları azalan qüvvələr çıxılmaz vəziyyətə düşüb və müxtəlif bəhanələr, "seçki planları", "demokratiya və insan haqları" kimi prinsiplər üzərindən rəsmi Bakıya təzyiq göstərmək cəhdləri davam edir. Hərçənd, özləri də yaxşı bilir ki, Azərbaycan dövlətini və xalqını, dövlət və xalqın maraqları uğrunda mübarizə aparan Prezident İlham Əliyevi bu cür təzyiqlərlə geri addım atmağa məcbur edə bilməyəcəklər.
 
İkinci mərhələdə B planını - Ermənistanın silahlandırılması prosesini işə salıblar.
 
Qərbdə Fransanın rəhbərliyi altında İrəvana ağır hücum silahlarının verilməsi sürətlənib, o cümlədən, Qərb qüvvələrinin Cənubi Qafqazda Ermənistan üzərindən yerləşdirilməsi həyata keçirilir. Buna paralel olaraq, Ermənistana ciddi iqtisadi dəstək də verilir, hətta rəsmi İrəvanın pul qazanması üçün Rusiyaya qarşı sanksiyaların pozulmasına da göz yumurlar. 2022-ci ildə - Ukrayna müharibəsi başladıqdan sonra Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin "fontan vurması" bu kontekstdə təsadüfi deyil.
 
2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 68.8 faiz artaraq, 14,1 milyard ABŞ dollarına çatıb. Bu, Ermənistanın Satatistika Komitəsinin rəsmi məlumatında əks olunur.
 
- 2022-ci ildə Ermənistanın idxalı 2021-ci illə müqayisədə 63,5 faiz artaraq, 8,7 milyard dollardan çox olub;
 
- 2022-ci ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 91,7 faiz artaraq, 5,05 milyard dollar olub;
 
- Ermənistanın Rusiyaya ixracı 2,4 dəfə artaraq, 20,4 milyard dollar olub: bu əvvəlki illərlə müqayisədə rekord həddir;
 
- Ümumilikdə Ermənistanın ixracında Rusiyanın payı 45 faizə çatıb;
 
Bu "müsbət saldo" Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsinin nəticəsidir.
 
2022-ci ildə Ermənistana qiymətli metal və daşların idxalı 200 faiz, nəqliyyat vasitələrinin idxalı 170 faiz, elektronikanın idxalı 100 faiz, dəmir və polad məmulatlarının idxalı 76 faiz, maşın və mexaniziki qurğuların idxalı 52 faiz artıb. Və bütün bunlar 2022-ci ildə Ermənistandan Rusiyaya irxac edilən əsas məhsullar olub. Ermənistandan Rusiyaya elektron məhsulların ixracı 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, qiymətli metal və daşların ixracı 200 faiz, texniki və tibbi avadanlıqların ixracı 400 faiz artıb. Beləliklə, Rusiya bu məhsulları idxal edə bilmədiyi üçün Ermənistana "sifariş verir", Ermənistan idxal edərək, Rusiyaya göndərir. Ermənistan iqtisadiyyatı ilə bağlı 2022-ci ilin proqnozları ilə artım tempi arasındakı böyük fərq də əsas faktlardan biridir. Belə ki, Ermənistan Mərkəzi Bankı 2022-ci ildə iqtisadi artımla bağlı proqnozu 5,3 faizdən 1,6 faizə, Beynəlxalq Valyuta Fondu 5,25 faizdən 1,5 faizə, "Fitch Ratings" 5,3 faizdən 1,3 faizə endirib. Lakin 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, xarici ticarət dövriyyəsi isə 69 faiz artıb. Heç bir istehsala dayanmayan bu artım da Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini ispat edir. ABŞ Sənayi və Təhlükəsizlik Bürosunun məlumatında da qeyd olunur ki, Ermənistan ABŞ-dan mikroçip və prosessor idxalını 515 faiz, Avropa İttifaqından isə 212 faiz artıb, daha sonra həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. 2023-cü ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin 7,3 milyardı ötməsi, bu ilin ilk rübündə isə 40 faiz artması da "sanksiyaların dəlinməsi" əməliyyatlarından qaynaqlanır.
 
Qərb ölkələri isə Ermənistanın maraqları naminə hər şeyə göz yumur. Məqsəd Cənubi Qafqazda Ermənistanın gücləndirilməsi və Azərbaycana qarşı revanşizmin körüklənməsidir. Hərçənd, Qərb reallığı anlamalıdır: Azərbaycanın maraqları nəzə alınmadan, Cənubi Qafqazda heç nəyə nail ola bilməyəcəklər.
 
Nə "seçki planları", nə "demokratiya və insan haqları" adı altında qurulan oyunlar, nə də Ermənistanın silahlandırılması bu reallığı dəyişdirə bilməz. Azərbaycan Ermənistanın silahlandırılmasına seyrçi qalmayacaq, çünki 30 ilə yaxın dövrdə bu ölkənin işğal və soyqırımı siyasəti ilə üzləşib. Bundan sonra bir daha erməni revanşizminin baş qaldırmaması, Xocalının yaşanmaması, Gəncə və Bərdənin bombalanmaması üçün lazım olan addımlar atılacaq. Azərbaycanın adekvat addımının Ermənistana verilən Qərb silahlarının məhv edilməsi və Qənimətlər Parkına daşınması ilə nəticələnəcəyi bəllidir.
Oxşar xəbərlər
19:56, Bu gün
"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi
19:48, Bu gün
Amazonda yerli əhali qırıla bilər: Yanğınlar insanları boğur
19:40, Bu gün
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
19:35, Bu gün
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
19:28, Bu gün
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı
19:20, Bu gün
Fələstini dəstəkləməyə davam edəcəyik - Pezeşkian
19:15, Bu gün
İsrail ordusu Beyruta hücum etdi
19:10, Bu gün
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
19:02, Bu gün
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
18:58, Bu gün
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
18:51, Bu gün
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
18:40, Bu gün
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
18:35, Bu gün
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
18:31, Bu gün
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
18:30, Bu gün
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
18:25, Bu gün
Prezident və xanımı Cəbrayılda...
18:18, Bu gün
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
18:10, Bu gün
Şəkərin ən təhlükəli xüsusiyyəti
18:04, Bu gün
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
18:00, Bu gün
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
17:55, Bu gün
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
17:50, Bu gün
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
17:44, Bu gün
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
17:38, Bu gün
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
17:32, Bu gün
Rövşən Binnətli vəzifəsindən azad olundu
17:27, Bu gün
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
17:22, Bu gün
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17:17, Bu gün
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
17:12, Bu gün
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
17:07, Bu gün
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
17:02, Bu gün
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
16:56, Bu gün
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
16:51, Bu gün
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
16:45, Bu gün
Kamran Əliyev onu təltif etdi - FOTO
16:40, Bu gün
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
16:34, Bu gün
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
16:28, Bu gün
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
16:22, Bu gün
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
16:16, Bu gün
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
16:06, Bu gün
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
16:00, Bu gün
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
15:54, Bu gün
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
15:49, Bu gün
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
15:44, Bu gün
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
15:38, Bu gün
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
15:33, Bu gün
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
15:28, Bu gün
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
15:22, Bu gün
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
15:16, Bu gün
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
15:11, Bu gün
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
15:05, Bu gün
İlham Əliyev Zəngilana getdi
15:00, Bu gün
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
14:55, Bu gün
Metro gücləndirilmiş iş rejimində çalışacaq
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?