Sənət dostları Şahmar Ələkbərovu anırlar: "Sanki tez gedəcəyini hiss edirdi..."
Cəmiyyət
Oxunub: 638
25 Aug 2024 | 21:00
Sənət dostları Şahmar Ələkbərovu anırlar:
"Şahmar xəstəliyə tutulandan sonra daha çox işləyirdi. Sanki tez gedəcəyini hiss edirdi. Amma özündən sonra tamaşaçılarına yadigar nəsə qoymağa çalışırdı. Şahmar çəkdiyi filmlər üzərində işləyərkən xəstəliyi ilə, ağrılarla da mübarizə aparırdı..."
 
Tanınmış kinoaktyor, Xalq artisti Şahmar Ələkbərov (23 avqust doğum günü idi) haqqında həmkarlarının xatirələrindən kino lentlərindən tanıdığımız məğrur, mətin aktyorun bir insan kimi xarakterini də öyrənirik.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
 
Şahmar xoşbəxt sənətkar idi
 
Xalq artisti Rasim Balayev mərhum həmkarını Azərbaycan kinosunun görkəmli nümayəndəsi adlandırır: "Mən Şahmarı həm də teatrın səhnəsində görmüşəm. İstedadlı teatr aktyoru idi. Əvvəllər "Azdrama"da da rollar oynadı. Hamısı uğurlu işlər idi. Tale elə gətirdi ki, o, özünü kinoya həsr etdi. Əgər Azərbaycanda dublyajın iki-üç ustası vardısa, biri də Şahmar Ələkbərov idi. Mən instituta daxil olmaq istəyəndə onun dublyaj etdiyi filmlərə baxırdım. O vaxtlar "Avropalı gəlin" filmində onun səsinə qulaq asıb heyran olmuşdum. Onun cingiltili səsi hələ də qulağımdadır. Şahmarla bir neçə filmdə çəkilmişəm. O, çox gözəl tərəf-müqabil idi. Şahmar düşünüb-düşündürən aktyorlardan idi". R.Balayev deyir ki, Şahmar bir insan kimi də alicənab idi:
"Şahmar ipək kimi adam idi. Heç kimlə işi yox idi. Paxıllıq hissi ona yad idi. Hamının uğuruna uşaq kimi sevinirdi, hamıya hörmətlə yanaşırdı. Hamı da onu bir insan kimi sevirdi". R.Balayev mərhum aktyorun amansız xəstəliyə düçar olduğu vaxtları xatırlayır: "Şahmarın xəstələndiyi vaxtlar da yadımdadır. Müalicə üçün çox yerlərə getdi, xaricə də üz tutdu. Amma sağalmaz xəstəliyə düçar olmuşdu. Onun ölüm xəbərini gec eşitdim. Onda İranda idim. Şahmarın ölümü Azərbaycan mədəniyyəti üçün böyük itki oldu. O, kinomuzda öz yeri və çəkisi olan sənətkarlardan idi. Amma Şahmar xoşbəxt sənətkar idi. Çünki onun oynadığı filmlər həmişə yaşayacaq və insanlar da Şahmarı həmişə məhəbbətlə yad edəcəklər".
Üç muşketyor
 
Xalq artisti Tariyel Qasımov mərhum aktyorla teatr dərnəyinə yazıldığı illərdən dostluq edib: "Atam Ağstafa rayonunda kolxoz sədri idi. Rayona gələn aktyorlar evimizə qonaq gəlirdi. Onları görüb "mən də aktyor olacağam", - deyə qərar verdim. Amma atam məni Bədən Tərbiyəsi İnstitutuna gətirdi. Orada oxuyan vaxt Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Mədəniyyət Sarayına gəldim. Dərnəkdə Şahmar Ələkbərov və Həsən Əblucla tanış oldum. Şahmar 10-cu sinifdə, Həsən Politexnik İnstitutunun birinci kursunda oxuyurdu. Sonra bu tanışlıq bizim ömürlük dostluğumuza çevrildi. Biz üçümüz də Teatr İnstitutuna qəbul olmağa qərar verdik və arzumuza çatdıq. Ayrılmaz dostlar idik. Bizə "üç muşketyor" deyirdilər. Həm də əlaçı idik. Şəklimiz institutun foyesində vurulmuşdu. Bir gün institutun qəzetində şəklimiz çap olundu. Qəzeti rayonda atama göstərirlər. O, oxuduğum institutu Teatr İnstitutuna dəyişdirdiyimi öyrənincə anamı Bakıya göndərdi ki, məni rayona qaytarsın. Amma mən qərarımı vermişdin.
Atam da o gündən mənə pul göndərmədi. Artıq kirayə qalmaq üçün xərcliyim yox idi. Şahmar vəziyyəti görüb məni evlərinə apardı. Anası dedi ki, "Şahmar da təkdir, sən də mənim oğlum, qal bizdə". Mən dörd il onların evində qaldım və institutu bitirdim. Şahmarın anası mənim üçün elçi də getdi. Şahmar əsgər gedəndən sonra mən də onlardan çıxıb Naxçıvana getdim". T.Qasımov xatırlayır: "Bir gün "Dağlarda döyüş" filmi çəkilirdi. Rejissor Fərrux roluna məni çəkmək istəyirdi. Onda İrəvanda idim. İkinci rejissor Əşrəf Mamayev dedi ki, "mən bilirəm, sən Şahmargilin evində yaşamısan, onunla yaxın dostsan. İndi ilk dəfədir ki, onu filmə çəkəcəklər. Onun şansı böyükdür. 20 nəfərin içindən təkcə Şahmar seçilib. Əgər sən gəlməsən, onda Şahmar çəkiləcək. Mən ona dedim ki, "qoy Şahmar çəkilsin, nə sən məni görmüsən, nə də mən səni". Mən İrəvana qayıtdım. Şahmar ilk dəfə filmə çəkildi. Bu rol ona böyük uğur gətirdi. Ondan sonra dalbadal filmlərə dəvət aldı və kinoaktyor kimi məşhurlaşdı. O, rejissorluq etdiyi "Sahilsiz gecə", "Qəzəlxan" filmləri üçün məni çağırıb, "Qasımov, bax, bu ssenaridir, oxu, hansı rolu ürəyin istəyir götür, oyna" deyib. Mən hər iki filmdə çəkildim. Təəssüf ki, Şahmar bizi erkən tərk etdi. O, kinomuz üçün çox işlər görəcəkdi. Şahmarı məzara qoyanda Həsən Əbluc onun qəbri üstündə bərkdən hönkürdü və dedi ki, darıxma, qardaşım, mən də tezliklə gələcəyəm. İki ildən sonra Həsən Əbluc da rəhmətə getdi. İndi o gözəl insanların yeri boş qalıb..."
Təmiz adam deyəndə...
 
Xalq artisti İlham Namiq Kamal sənət yoldaşını həmişə xoş duyğularla xatırladığını deyir: "Şahmar sənətin fədaisi idi. O, 48 yaşında dünyasını dəyişdi. Amansız xəstəlik ona yaradıcılığını davam etdirməyə imkan vermədi. Şahmar həddən artıq təbii insan idi. El arasında "təmiz adam" sözü var. "Təmiz adam" deyəndə mən məhz Şahmarı düşünürəm. Şahmar haqqında "həyatda yoxdur" sözlərini deyə bilmirəm. İncəsənət Universitetində oxuduğum illərdə o, institutda dərs deyirdi. Biz tez-tez kinostudiyaya dublyaja, çəkilişlərə gedirdik. Biz onun dublyaj səsləndirmələrinə heyran olurduq. Şahmarın radioda da gözəl bədii qiraətləri vardı. Aramızda yaş fərqi olsa da, biz onunla çay da içir, söhbət də edirdik. Onun məsləhətləri bizim üçün çox dəyərli idi. O ziyalı, alicənab insan idi. Şahmar yaratdığı obrazlarını elə bil yaşayırdı. Həyatda da təvazökar və qayğıkeş idi. İndiyə kimi gözümün qarşısındadır: üç dost - Tariyel, Şahmar və Həsən Əbluc. Onlar bir-birinə necə sadiq idilər! Aralarında bir-birlərinə qarşı qardaş məhəbbəti vardı. Yaşadığı ev Qasım İsmayılov küçəsində idi. Mənim babamın evi oradan bir tin yuxarıda yerləşirdi. Həmişə tində rastlaşardıq. Həmişə də "yaxşı olacaq, sən hələ təzə başlayırsan, uğurların çox olacaq" deyərdi".
Oxşar xəbərlər
25 Aug 2024 | 23:44
Deputatlığa namizəd növbəti dəfə minlərlə evə seçki bukleti payladı - FOTO
25 Aug 2024 | 23:35
Rusiyanın Xalq artisti vəfat etdi
25 Aug 2024 | 23:21
"Ermənistanın Qərbin köməyinə ümid etməsi məyusluq gətirəcək..."
25 Aug 2024 | 23:13
Zəngəzur dəhlizinə bu tuneldən keçib gedəcəyik: Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəcək
25 Aug 2024 | 23:11
“Hizbullah” lideri bir neçə PUA-nın İsraildəki hədəfləri vurduğunu bildirib
25 Aug 2024 | 22:01
Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub
25 Aug 2024 | 21:59
"Mənə 3-4 min manat ziyan vurub, uşağı da bu hala salıb" - Həkim səhlənkarlığından ŞİKAYƏT
25 Aug 2024 | 21:28
Yol qəzasına düşərək vəfat edən Nəsiman Yaqublu KİMDİR? - TƏRCÜMEYİ-HAL
25 Aug 2024 | 21:00
Sənət dostları Şahmar Ələkbərovu anırlar: "Sanki tez gedəcəyini hiss edirdi..."
25 Aug 2024 | 20:48
Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb
25 Aug 2024 | 20:39
Dünyada 7-ci pasiyent HİV infeksiyasından (QİÇS) tam sağalıb
25 Aug 2024 | 20:31
TƏBİB Nəsiman Yaqublunun ölümünün ilkin səbəblərini açıqlayıb
25 Aug 2024 | 19:55
Gürcüstanın baş naziri: “Tbilisi “ikinci cəbhə” açmamaqla sülhü qoruyub”
25 Aug 2024 | 19:54
Deputatlığa namizəd Nəsiman Yaqublu ağır qəzaya düşdü: Həyatını itirdi - YENİLƏNİB
25 Aug 2024 | 19:33
Edvard Snouden Durovun saxlanılmasını Fransa üçün rüsvayçılıq adlandırıb
25 Aug 2024 | 19:09
Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu
25 Aug 2024 | 19:06
Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub
25 Aug 2024 | 19:04
Beynəlxalq Kosmik Stansiyada ilişib qalan NASA astronavtları Yerə 2025-ci ildə qayıdacaq
25 Aug 2024 | 19:01
Xoşbulaq kəndinə ildırım düşüb, elektrik xətti sıradan çıxıb - FOTO
25 Aug 2024 | 19:00
Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub
25 Aug 2024 | 18:54
Sabiq millət vəkili VƏFAT ETDİ - FOTO
25 Aug 2024 | 18:50
"O videodan sonra hamı mənə PUL VERİR" - VİDEO
25 Aug 2024 | 18:38
Nəsiman Yaqublu Sumqayıtda Qubadlı seçiciləri ilə görüş keçirib - FOTO
25 Aug 2024 | 18:27
BMT-dən İsrail və Hizbullaha MÜRACİƏT
25 Aug 2024 | 18:23
Türkiyənin xüsusi xidmət orqanları PKK-nın təhlükəli terrorçusunu zərərsizləşdirib
25 Aug 2024 | 18:22
İsrail “strateji hədəfə” atılan Hizbullah PUA-larını VURDU
25 Aug 2024 | 17:38
Pakistanda iki avtobus qəzasında 34 nəfər ölüb
25 Aug 2024 | 17:36
"Qərb Rusiya ilə bağlı iki dərin kök salmış mifə söykənir" - tarixçidən açıqlama
25 Aug 2024 | 17:29
Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşüb - FOTO/VİDEO
25 Aug 2024 | 17:26
Göygöldə minik avtomobili yük maşınına çırpıldı, ölənlər və xəsarət alanlar var
25 Aug 2024 | 17:09
DİM taksi sürücüləri üçün test imtahanı keçirib
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
25 Aug 2024 | 16:50
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
25 Aug 2024 | 16:40
“Hizbullah”ın hədəfləri AÇIQLANDI - MOSSAD qərargahı...
25 Aug 2024 | 16:38
ABŞ İsrailə İrandan və bölgədəki müttəfiqlərindən müdafiədə kömək etməyə hazırdır
25 Aug 2024 | 16:14
Dağlıq ərazilərdə yağış yağıb, Bakıda və Abşeronda külək güclənib – FAKTİKİ HAVA
25 Aug 2024 | 16:12
Cavanşir Feyziyev kimdir...
25 Aug 2024 | 15:51
Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək
25 Aug 2024 | 15:48
“İsgəndər”in baş konstruktoru öldü
25 Aug 2024 | 15:43
Putin üçün Bakıya gələn, Fransada tutulan Pavel Durov kimdir? Telegram əfsanəsinin həzin sonu? DOSYE
25 Aug 2024 | 15:39
ABŞ Yaxın Şərqdə vəziyyətin eskalasıyasından narahatdır
25 Aug 2024 | 15:38
Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib
25 Aug 2024 | 15:35
"Rusiya diktatoru Ukraynaya qarşı müharibəni bitirə bilməz" - Podolyak
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
25 Aug 2024 | 15:31
Azərbaycanda bu deputatın 3 milyard manatlıq sərvəti var - FOTO
25 Aug 2024 | 15:30
Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir
25 Aug 2024 | 14:55
Evli kişilər 1 günlük subay olur - Xalqların qəribə adətləri
25 Aug 2024 | 14:54
Zabit Səmədov "Azərbaycan Atabəyləri" serialında
25 Aug 2024 | 14:37
Hakan Fidan Arakçı ilə telefonla danışdı
25 Aug 2024 | 14:35
UEFA Azərbaycan klublarına ödəniş edib
25 Aug 2024 | 14:34
Türkiyə sahillərində onlarla qanunsuz miqrant xilas edilib
25 Aug 2024 | 14:25
Bəşər Əsədlə bağlı şok iddia: Rusiyaya qaçdı?
25 Aug 2024 | 14:24
Şahbuzun ucqar dağ kəndinin orta məktəbinin 9 məzunundan 8-i ali məktəblərə qəbul olub
25 Aug 2024 | 14:15
Taker Karlson: "Durovun həbsi digərləri üçün də siqnal olmalıdır"
25 Aug 2024 | 14:12
Nüvə savaşı planları yeniləndi - Ordulara təlimatlar ard-arda verildi
25 Aug 2024 | 14:08
Siyəzəndə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT
25 Aug 2024 | 14:05
Diş ağrısıyla yatdı, 32 il sonra oyandı
25 Aug 2024 | 14:02
Rusiya "Telegram"ın təsisçisi Pavel Durovun saxlanılmasına münasibət bildirib
25 Aug 2024 | 13:59
"Haniyənin qisası ilə bağlı yaxşı xəbər..." - İran generalı
25 Aug 2024 | 13:51
Beyindəki mikroplastiklər təhlükəli xəstəliklərə SƏBƏB OLUR
25 Aug 2024 | 13:44
Təl-Əvivdə 240 bomba sığınacağı AÇILDI
25 Aug 2024 | 13:38
Dünyanın ən bahalı qəhvəsi: Kiloqramı 10 min dollara satıldı
25 Aug 2024 | 13:29
Laçın şəhərinə həyatın qayıtması tariximizin ən qürurlu səhifələrindən biridir
25 Aug 2024 | 13:20
"Biz qələbəyədək sizin yanınızda olacağıq!" - ABŞ və Aİ Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib
25 Aug 2024 | 13:19
Samirə Yusifqızı ƏSƏBLƏŞDİ: “Qızım kimi iynə-dərmanla yaşayasınız, daşımız düşüb başınıza...”
25 Aug 2024 | 12:41
İlk iş günündə Bakıda və Abşeronda gözlənilən hava şəraiti açıqlandı
25 Aug 2024 | 12:32
“Ətrafımdakı itlər...” - Vəfa Şərifova
25 Aug 2024 | 12:21
Durov rusdur, ona görə də təhlükəlidir - Medvedyev
25 Aug 2024 | 12:15
Ürəyiniz üçün xolesterolu aşağı salan qidalar AÇIQLANDI 
25 Aug 2024 | 12:06
Ölkədə yeni qayda qüvvəyə minir - Oktyabrın 1-dən...
25 Aug 2024 | 11:50
İşğaldan azad edilən ərazilərimizi çirkləndirənlərlə bağlı polis hərəkətə keçdi
25 Aug 2024 | 11:42
914-cü gün: Rusiyanın itkiləri yeniləndi
25 Aug 2024 | 11:31
ABŞ-da yaşayan Elariz gileyləndi - VİDEO
25 Aug 2024 | 11:19
Köhnə döşəkdən nə etmək olar: 5 qeyri-adi fikir
25 Aug 2024 | 11:07
Deputatlığa namizəd Günay Ağamalı Salyan şəhərində şəhid ailələri ilə görüşdü - FOTO/VİDEO
25 Aug 2024 | 11:00
İlon Mask Pavel Durovu azadlığa buraxmağa çağırıb
25 Aug 2024 | 10:44
2040-cı ildə necə yaşayacağıq?- Uzunömürlülük dövrü, bir illik evliliklər, kirayə uşaqlar...
25 Aug 2024 | 10:17
"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçisi vəfat edib
25 Aug 2024 | 10:11
“Ali məktəblərə qəbuldakı bu rekord məktəb tədrisi hesabına qazanılıb, cənab nazir?...”
25 Aug 2024 | 10:02
Avqustun sonunda dörd bürcü inanılmaz sürpriz gözləyir
25 Aug 2024 | 09:51
Nişanlısına söz atan kişini küçənin ortasında ürəyindən bıçaqladı
25 Aug 2024 | 09:40
Ərdoğan: Bu layihələrə 96 milyard dollardan çox investisiya qoyulub
25 Aug 2024 | 09:33
Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova FAKTLARI AÇIQLADI
25 Aug 2024 | 09:18
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər ölüb
25 Aug 2024 | 09:12
Məşhur milyarderin 18 yaşlı qızının cəsədi Siciliya sahillərində tapıldı
25 Aug 2024 | 09:11
Tanınmış jurnalistin evi qarət olundu - VİDEO
25 Aug 2024 | 09:02
İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub - YENİLƏNİB
25 Aug 2024 | 08:51
Şamaxıda zəlzələ olub
25 Aug 2024 | 08:44
Güzgü necə əks görüntü VERİR?
25 Aug 2024 | 08:31
Rusiya Kurska bu qədər ordu toplamalıdır ki... - NYT
25 Aug 2024 | 08:10
Bu məhsulları mətbəxdə yumaq QADAĞANDIR 
25 Aug 2024 | 07:53
Taksi sürücüləri üçün ÖNƏMLİ BİR GÜN 
25 Aug 2024 | 07:16
"O, Rusiya üçün ən uğursuz layihəni - onu necə məhv etmək layihəsini doğurub...”
25 Aug 2024 | 02:46
Pavel Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib
25 Aug 2024 | 00:34
“Vüqarın istədiyi qız da onun kimi bədbəxt oldu, həyat yoldaşı öldü, iki uşaqla tək qaldı”-meyxanaçının atası SİRRləri AÇDI-ÖZƏL+FOTO
24 Aug 2024 | 23:49
Azərbaycanda gənc jurnalist vəfat etdi
24 Aug 2024 | 23:47
Türkiyə altı yeni tipli sualtı qayığa sahib olacaq
24 Aug 2024 | 23:42
İstanbulda Türkiyə və Avropa İttifaqının bayraqları dalğalanır
24 Aug 2024 | 23:03
Hava limanlarında həyəcan siqnalı - Bu ölkələrdən gələnlər yoxlanılır
24 Aug 2024 | 22:59
Fransada sinaqoq yaxınlığında partlayış baş verib
GÜNLÜK
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
25 Aug 2024 | 07:16
"O, Rusiya üçün ən uğursuz layihəni - onu necə məhv etmək layihəsini doğurub...”
25 Aug 2024 | 08:10
Bu məhsulları mətbəxdə yumaq QADAĞANDIR 
25 Aug 2024 | 12:06
Ölkədə yeni qayda qüvvəyə minir - Oktyabrın 1-dən...
25 Aug 2024 | 10:02
Avqustun sonunda dörd bürcü inanılmaz sürpriz gözləyir
25 Aug 2024 | 10:11
“Ali məktəblərə qəbuldakı bu rekord məktəb tədrisi hesabına qazanılıb, cənab nazir?...”
25 Aug 2024 | 12:15
Ürəyiniz üçün xolesterolu aşağı salan qidalar AÇIQLANDI 
25 Aug 2024 | 10:44
2040-cı ildə necə yaşayacağıq?- Uzunömürlülük dövrü, bir illik evliliklər, kirayə uşaqlar...
25 Aug 2024 | 09:11
Tanınmış jurnalistin evi qarət olundu - VİDEO
HƏFTƏLİK
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 22:31
Çayı nə ilə içmək xeyirdir?
21 Aug 2024 | 09:07
“Zəngəzur dəhlizi açılacaq!”
23 Aug 2024 | 13:27
“Məni sayan, yada salan olmadı, fəxri adım da yoxdur, pensiya ilə dolanıram”-45 ilin şef aşbazı-MAKEDONdan ETİRAF-FOTO+ÖZƏL
19 Aug 2024 | 09:56
Yemiş bu şəxslər üçün daha faydalıdır
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
23 Aug 2024 | 12:41
“Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...” - Aygün Bəylərin bacısı SİRRİ AÇDI - ÖZƏL + FOTO
21 Aug 2024 | 05:13
Putin diz çökdü –VİDEO
20 Aug 2024 | 09:01
"Həmin təhlükə əsas vermir ki, Azərbaycan taleyini çökməkdə olan Rusiya ilə bağlasın..."
19 Aug 2024 | 23:08
Balığın təzəliyini bu üç əlamətdən bilmək olar
AYLIQ
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
25 Aug 2024 | 07:16
"O, Rusiya üçün ən uğursuz layihəni - onu necə məhv etmək layihəsini doğurub...”
25 Aug 2024 | 08:10
Bu məhsulları mətbəxdə yumaq QADAĞANDIR 
25 Aug 2024 | 12:06
Ölkədə yeni qayda qüvvəyə minir - Oktyabrın 1-dən...
25 Aug 2024 | 10:02
Avqustun sonunda dörd bürcü inanılmaz sürpriz gözləyir
25 Aug 2024 | 10:11
“Ali məktəblərə qəbuldakı bu rekord məktəb tədrisi hesabına qazanılıb, cənab nazir?...”
25 Aug 2024 | 12:15
Ürəyiniz üçün xolesterolu aşağı salan qidalar AÇIQLANDI 
25 Aug 2024 | 10:44
2040-cı ildə necə yaşayacağıq?- Uzunömürlülük dövrü, bir illik evliliklər, kirayə uşaqlar...
25 Aug 2024 | 09:11
Tanınmış jurnalistin evi qarət olundu - VİDEO