Kəlbəcər adlı təbiət muzeyini qoruyaq - FOTO
Cəmiyyət
Oxunub: 1415
12 Jul 2024 | 21:20
Kəlbəcər adlı təbiət muzeyini qoruyaq - FOTO
Azərbaycan flora növlərinin ümumi sayına və təbii sərvətlərinə görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycanda yayılmış 4500 ali bitki növündən 240 növü Azərbaycan (ümumi floranın 6%-nə qədəri), 920 növü isə Qafqaz üçün endem növlərdir. Azərbaycanın yerüstü və yeraltı təbii sərvətləri də əhatə dairəsi və növünə görə Cənubi Qafqazda ölkəmizi birinci edir. Azərbaycanın flora növləri, təbii sərvətlərinin əhəmiyyətli hissəsinin yerləşdiyi rayonlarımızdan biri Kəlbəcərdir. 
 
Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılıb. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər rayonu ərazisində 500-dən artıq müxtəlif bitki növü vardır. Onlarda 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal bu yerlər üçün xarakterik fauna növləridir.
 
 
Bu bölgə faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 30 min hektar ərazisini meşələr təşkil edir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefritoidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataqları aşkar edilib. Bu yataqlardan Söyüdlü və Ağduzdağ yataqları sənaye əhəmiyyəti daşıyır ki, onların bazasında Kəlbəcər rayonunda qızıl sənayesi təşkil etmək olar.
 
 
Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Kəlbəcər rayonu axar çaylarla zəngindir. Onlardan ən böyüyü Tərtərçaydır. Məşhur İstisu Tərtərçayın yuxarı axın hissəsində yerləşir. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır. Ümumilikdə, Kəlbəcər ərazisində 500-dən artıq bitki növü mövcuddur. Onlardan 200-ə qədəri dərman bitkisi hesab olunur və dərman bolluğunun olmadığı dövrlərdə rayon əhalisi bu bitkilərlə müxtəlif xəstəliklərin müalicəsinə, xəstələrin şəfa tapmasına nail ola bilirdilər. Böyük turizm potensialı olan Kəlbəcər rayonunun gələcək inkişafı həm də bölgənin zəngin təbiətinin qorunub saxlanmasından asılıdır. Otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin, o cümlədən Kəlbəcər rayonunun Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. 
 
Tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Artıq müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrası sürətlə davam edir. Kəlbəcərli fermerlər, arıçılar yay mövsümündə təsərrüfatlarını doğma yurdlarına köçürürlər. Əhalinin bu il yeni inşa olunan Kəlbəcər şəhərinə köçürülməsinə start veriləcək. Kəlbəcərə, Başlıbelə və digər kəndlərə əhali yerləşdikcə  bu bölgənin təbiətinin, ətraf mühitinin, ekologiyasının, təbii sərvətlərinin qorunması məsələsi də aktuallaşır. 
 
 
Ümumilikdə, ölkəmizin zümrüd qaşı Kəlbəcərin inkişafı və gələcəyi üçün təbiətin müdafiə olunması günün aktul məsələsinə çevrilməlidir. Sakinlər bilməlidirlər ki, doğma diyarın inkişafı turizm, kənd təsərrüfatı kimi aparıcı sahələrin inkişafından əhəmiyyətli şəkildə asılıdır. Təbiətə zərər vurulmaması, onun qorunması isə bölgədə turizmin, kənd təsərrüfatı sahəsinin inkişafına təkan verəcək. Mütəxəssislər hesab edir ki, Kəlbəcərdə qoruq, milli park yaratmaq lazımdır artıq. Həm təbiətimizi qoruyaq, həm də ekoturizm inkişaf etsin.
 
Qeyd: “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Xalid Kazımov 
 
Oxşar xəbərlər
18:24, Bu gün
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
18:18, Bu gün
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
18:14, Bu gün
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
18:14, Bu gün
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
18:10, Bu gün
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
18:05, Bu gün
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
18:00, Bu gün
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
17:58, Bu gün
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
17:54, Bu gün
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
17:50, Bu gün
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
17:49, Bu gün
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
17:45, Bu gün
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
17:41, Bu gün
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
17:36, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
17:32, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
17:26, Bu gün
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
17:19, Bu gün
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
17:13, Bu gün
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
17:07, Bu gün
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
17:02, Bu gün
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
16:57, Bu gün
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
16:57, Bu gün
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
16:50, Bu gün
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
16:44, Bu gün
Şamxal Həsənov vəzifəsindən azad olundu
16:38, Bu gün
İrana vurulan şillə - VİDEO
16:32, Bu gün
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
16:25, Bu gün
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
16:18, Bu gün
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
16:12, Bu gün
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
16:05, Bu gün
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:46, Bu gün
ATMU ali təhsil müəssisələrinin sərgisində
15:45, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
13:06, Bu gün
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
12:59, Bu gün
Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
12:55, Bu gün
Sabah hava necə olacaq? - PROQNOZ
12:50, Bu gün
Maqnit qasırğası yenidən Yeri bürüyəcək
12:44, Bu gün
Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artırıldı - FOTO
12:38, Bu gün
Müəllimi baltalayaraq qətlə yetirən şəxs: "Mən meşədə olanda arvadıma sataşdı..."
12:32, Bu gün
Gənclər festivalı "Yay Fest"in 3-cü həftəsi necə yadda qaldı? - FOTO
12:17, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
12:11, Bu gün
“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, "komsomol Cəlal" dərmanlardan şikayətləndi
12:05, Bu gün
Hakan Fidan HƏMAS-ın yeni lideri ilə görüşdü
12:01, Bu gün
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
11:59, Bu gün
Rusiyanı gözləyən strateji dalan...
11:58, Bu gün
İmtahanda yüksək bal toplayan məzun:“Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
11:53, Bu gün
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı
11:52, Bu gün
Zəlzələ Ermənistanla Gürcüstanı silkələdi
11:48, Bu gün
“Dedim öləcəm, amma görüşlərimdən qalib ayrılacam” - VİDEO
11:44, Bu gün
Laçının bu kəndinə köç olacaq
11:43, Bu gün
Qarışıq reallıq: cihaz gələn il təqdim ediləcək
11:39, Bu gün
Sosial yardım alanlara şad xəbər: Müddət 5 günə endirildi
11:35, Bu gün
Bu ilin sentyabrında Qarabağda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
11:30, Bu gün
Gələn həftədən təşviqat kampaniyası başlayır
11:26, Bu gün
Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür
11:24, Bu gün
Xüsusi şərtlərlə pensiya alanların sayı AÇIQLANDI
11:19, Bu gün
Abdulla Şaiqin nəticəsi: Valideynlərim həmişə bizimlə Azərbaycan dilində danışıblar
11:15, Bu gün
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
11:10, Bu gün
Cizgi filmləri uşaqların psixikasına zərər verə bilər
11:03, Bu gün
UNEC “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA təlim proqramına start verir
11:01, Bu gün
O, Ermənistanın bu məsələdə Kremlin sifarişini yerinə yetirdiyini iddia etdi...
10:58, Bu gün
Abay Kunanbayevin "İşıq varsa könüldə..." kitabına Ön söz... - Cavanşir FEYZİYEV
10:50, Bu gün
Əcnəbi rəqqaslar "Uzundərə"ni ifa etdilər: Video sosial şəbəkələrdə virus kimi yayıldı
10:46, Bu gün
IV “Yüksəliş” müsabiqəsinin qaliblərindən 10 nəfəri UNEC məzunudur
10:42, Bu gün
90 nəfər şəhid ailəsi üzvü işlə təmin olundu
10:36, Bu gün
Ən çox maaş verilən 10 ölkə
10:28, Bu gün
Azərbaycan neftinin qiyməti cüzi artıb
10:20, Bu gün
Əhaliyə xəbərdarlıq: “Bu linkləri açmayın” – VİDEO
10:12, Bu gün
Detoks pəhrizləri
GÜNLÜK
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 18:38
Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəlib
01 Aug 2024 | 19:41
Azərbaycana 2-ci medal qazandırdı
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 21:03
Bakıda seksual manyak peyda oldu - FOTO
01 Aug 2024 | 19:23
Dünya müharibəsinə sayılı günlər qalıb - ASTROLOQDAN ŞOK PROQNOZ
01 Aug 2024 | 19:58
Əkbər Əlizadə hava limanında DAVA ETDİ - VİDEO
01 Aug 2024 | 18:30
XİN məlumat yaydı
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 18:38
Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəlib
01 Aug 2024 | 19:41
Azərbaycana 2-ci medal qazandırdı
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 21:03
Bakıda seksual manyak peyda oldu - FOTO
01 Aug 2024 | 19:23
Dünya müharibəsinə sayılı günlər qalıb - ASTROLOQDAN ŞOK PROQNOZ
01 Aug 2024 | 19:58
Əkbər Əlizadə hava limanında DAVA ETDİ - VİDEO
01 Aug 2024 | 18:30
XİN məlumat yaydı