Xətaidə "Müstəqilliyə gedən yolun başlandığı gün" mövzusunda dəyirmi masa keçirildi - FOTO
Cəmiyyət
Oxunub: 1359
12 Jul 2024 | 17:20
Xətaidə
İyulun 12-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümünə  həsr olunan “Müstəqilliyə gedən yolun başlandığı gün” mövzusunda dəyirmi masa  keçirilib.
 
Moderator.az xəbər verir ki, YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 14 iyul 1969-cu ilin Azərbaycan tarixində xüsusi yeri vardır. 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də  ideyaları   ölkəmizi  yeni-yeni hədəflərə doğru inamla aparan yolu  işıqlandıran  mayakdır. Ulu Öndər keçmiş İttifaqın  əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyətində yüksək mövqe tutması qürurverici idi. Eyni zamanda, Ulu Öndərin  öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Tariximizin gedişinin və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindəndir. Ulu Öndərin atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdi. Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdi.
 
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın dövlət  müstəqilliyinin daimiliyinin, sarsılmazlığının təmin edilməsində Ümummilli Liderin xilaskarlıq missiyasından da geniş bəhs edib. Bildirib ki, müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan üçün olduqca ağır, çətin və faciəli bir dövr idi. Azərbaycan o dövrün iqtidarının siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin dövrdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni dövrün başlanğıcı oldu. Ümummilli Lider Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurdu və Azərbaycanın  dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər  Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
 
Vüqar Rəhimzadə bildirib ki, möhkəm təməl 2003-cü ildən bugünədək Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirir. Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Böyük Yolun davamı kimi dəyərləndirildi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın işğaldan azad edilən bütün torpaqlarda dalğalanması, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı və sair kimi qürurverici hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir.
 
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında qeyd edib ki,  Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyası ilə xarakterizə edilir. Belə ki,  Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman Ümummilli Liderin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı dövrü yaşandı. Uzaqgörənliklə atılan addımlardan biri azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması  oldu. Ümummilli Lider dəyərli təhsil ənənəsinin əsasını qoydu.  Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirildi.
 
Pənah İmanov bildirib ki,  Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  yenə də zəngin idarəçilik təcrübəsindən bəhrələnərək   ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi. Doğma xalqını vahid bir məfkurə ətrafında səfərbər edərək  sabaha inam hissini yaratdı. Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı, tarixi Zəfəri ilə yeni reallıqların əsasını qoydu. 
 
Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin  akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov  Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətindən,  bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmasından, müəllim vəzifəsinin dəyərləri və ideal müəllim modelindən, cəmiyyətin həyatında mühüm rolu olan elm və təhsil sahəsindəki islahatlardan, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün imzaladığı Fərman və sərəncamlardan, təsdiqlədiyi Dövlət Proqramlarının uğurlu icrasından bəhs edib. Bildirib ki, Ümummilli Lider Azərbaycanı həm dirçəldir, yenidən qurur, həm də onun gələcəyi barədə düşünürdü. Onun fəaliyyəti əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır.  Müasir dövrdə nəinki  Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında  gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən  və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.
 
Vaqif Abbasov bu mühüm məqamı xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev  yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən başlanan dövrü  Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.  Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi  baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycançılığın ən parlaq səhifələri məhz Ümummilli Liderin hakimiyyətinin birinci dövründə yazılıb. Bu dövr  milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının  özünə qaytarılması, müstəqil dövlətçilik  ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
 
 Akademik bildirib ki, 1969-1982-ci illərdə  yaradılan möhkəm təməl Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı, həmçinin 2003-cü ildən bu günədək Prezident İlham Əliyevin hakimiyyəti dövründə görülən işlərin əsası oldu. Prezident İlham Əliyev uğurlu siyasəti ilə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı  Zəfərlərə qovuşdurdu.
 
Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü genişmiqyaslı işlərdən, yaradılan möhkəm təməldən bəhs edib. Bildirib ki, dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun yüksək ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə 1971-ci ildə Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Bu gün qürurla torpaqlarımızın tarixi sahibinə qovuşmasından, tarixi ədalətin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından bəhs edirik. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
 
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.
 

Xətaidə "Müstəqilliyə gedən yolun başlandığı gün" mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Xətaidə "Müstəqilliyə gedən yolun başlandığı gün" mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Xətaidə "Müstəqilliyə gedən yolun başlandığı gün" mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Oxşar xəbərlər
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:40, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - Xəsarət alanlar var
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:27, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxşıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
13:06, Bu gün
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
12:59, Bu gün
Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
12:55, Bu gün
Sabah hava necə olacaq? - PROQNOZ
12:50, Bu gün
Maqnit qasırğası yenidən Yeri bürüyəcək
12:44, Bu gün
Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artırıldı - FOTO
12:38, Bu gün
Müəllimi baltalayaraq qətlə yetirən şəxs: "Mən meşədə olanda arvadıma sataşdı..."
12:32, Bu gün
Gənclər festivalı "Yay Fest"in 3-cü həftəsi necə yadda qaldı? - FOTO
12:17, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
12:11, Bu gün
“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, "komsomol Cəlal" dərmanlardan şikayətləndi
12:05, Bu gün
Hakan Fidan HƏMAS-ın yeni lideri ilə görüşdü
12:01, Bu gün
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
11:59, Bu gün
Rusiyanı gözləyən strateji dalan...
11:58, Bu gün
İmtahanda yüksək bal toplayan məzun:“Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
11:53, Bu gün
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı
11:52, Bu gün
Zəlzələ Ermənistanla Gürcüstanı silkələdi
11:48, Bu gün
“Dedim öləcəm, amma görüşlərimdən qalib ayrılacam” - VİDEO
11:44, Bu gün
Laçının bu kəndinə köç olacaq
11:43, Bu gün
Qarışıq reallıq: cihaz gələn il təqdim ediləcək
11:39, Bu gün
Sosial yardım alanlara şad xəbər: Müddət 5 günə endirildi
11:35, Bu gün
Bu ilin sentyabrında Qarabağda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
11:30, Bu gün
Gələn həftədən təşviqat kampaniyası başlayır
11:26, Bu gün
Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür
11:24, Bu gün
Xüsusi şərtlərlə pensiya alanların sayı AÇIQLANDI
11:19, Bu gün
Abdulla Şaiqin nəticəsi: Valideynlərim həmişə bizimlə Azərbaycan dilində danışıblar
11:15, Bu gün
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
11:10, Bu gün
Cizgi filmləri uşaqların psixikasına zərər verə bilər
11:03, Bu gün
UNEC “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA təlim proqramına start verir
11:01, Bu gün
O, Ermənistanın bu məsələdə Kremlin sifarişini yerinə yetirdiyini iddia etdi...
10:58, Bu gün
Abay Kunanbayevin "İşıq varsa könüldə..." kitabına Ön söz... - Cavanşir FEYZİYEV
10:50, Bu gün
Əcnəbi rəqqaslar "Uzundərə"ni ifa etdilər: Video sosial şəbəkələrdə virus kimi yayıldı
10:46, Bu gün
IV “Yüksəliş” müsabiqəsinin qaliblərindən 10 nəfəri UNEC məzunudur
10:42, Bu gün
90 nəfər şəhid ailəsi üzvü işlə təmin olundu
10:36, Bu gün
Ən çox maaş verilən 10 ölkə
10:28, Bu gün
Azərbaycan neftinin qiyməti cüzi artıb
10:20, Bu gün
Əhaliyə xəbərdarlıq: “Bu linkləri açmayın” – VİDEO
10:12, Bu gün
Detoks pəhrizləri
10:00, Bu gün
Bərdədə gənc oğlan özünü asdı
09:53, Bu gün
COP29-la bağlı bu mərkəz fəaliyyətini dayandırdı
09:45, Bu gün
"Nar" natiqlik çempionatının qaliblərini mükafatlandırdı
09:37, Bu gün
"Apple" cihazlarının kilidini ürək ritmi ilə açmaq mümkün olacaq
09:31, Bu gün
Bu gündən hava dəyişir - İstilər başlayır
09:26, Bu gün
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
09:24, Bu gün
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
09:23, Bu gün
Azərbaycanda 74 nəfər zəhərləndi, ölənlər var
09:17, Bu gün
Azərbaycanda naməlum vəhşi heyvan kənd sakinlərini QORXUYA SALDI - FOTOLAR
09:10, Bu gün
UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub
09:02, Bu gün
12 ildən sonra 2 qızıllı Olimpiada  təkrarı - FOTOLAR
08:55, Bu gün
“Curiosity” Marsda təmiz kükürd tapdı
08:48, Bu gün
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
08:34, Bu gün
"CNN" Kamala Harrisin Rusiya ilə məhbus mübadiləsindəki rolundan danışdı...
08:30, Bu gün
Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək
08:22, Bu gün
Rusiya və Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir
08:17, Bu gün
2030-cu ilə qədər bu 9 şəhər suyun altında qalacaq
08:10, Bu gün
Ev heyvanını tərk edən şəxsləri 3000-ə qədər cərimə gözləyir
08:05, Bu gün
Bu bitki güclü antioksidant təsirə malikdir
07:59, Bu gün
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:07, Bu gün
Husilər də İsrailə qarşı çağırış etdi
00:06, Bu gün
Ərdoğanla Bayden arasında telefon danışığı olub
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 22:30
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb
GÜNLÜK
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 17:25
"Ana dilimiz qəzalı vəziyyətdədir" - SEYRAN SƏXAVƏT DANIŞDI
01 Aug 2024 | 17:00
Baş nazirdən sosial ödənişlərlə bağlı QƏRAR
01 Aug 2024 | 16:54
"Bu göstəriciyə görə Azərbaycan əksər ölkələrdən geridədi, hətta..." - Sabiq maliyyə naziri AÇIQLADI
01 Aug 2024 | 17:07
"Yaxşı, Kamala Harris hindli, yoxsa qaradərilidir?" - Tramp
01 Aug 2024 | 18:25
Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ
01 Aug 2024 | 16:44
Dilimiz milli kimliyimizdir...
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 17:25
"Ana dilimiz qəzalı vəziyyətdədir" - SEYRAN SƏXAVƏT DANIŞDI
01 Aug 2024 | 17:00
Baş nazirdən sosial ödənişlərlə bağlı QƏRAR
01 Aug 2024 | 16:54
"Bu göstəriciyə görə Azərbaycan əksər ölkələrdən geridədi, hətta..." - Sabiq maliyyə naziri AÇIQLADI
01 Aug 2024 | 17:07
"Yaxşı, Kamala Harris hindli, yoxsa qaradərilidir?" - Tramp
01 Aug 2024 | 18:25
Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ
01 Aug 2024 | 16:44
Dilimiz milli kimliyimizdir...