Media və Mülki Cəmiyyət İctimai Birliyi “Cənub bölgəsində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə bağllı maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda növbəti layihəsi davam edir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.
X.Əhmədov
bildirib ki, layihədə
cənub bölgəsində yerləşən rayonlarda (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara) dövlət orqanlarında vətəndaşların ərizə və
müraciətlərinə baxılması işinin
təkmilləşdirməsinə yardım göstərilməsi məqsədilə maarifləndirmə və
məlumatlandırma tədbirlərinin təşkili nəzərdə tutulub: “Məqsədimiz cənub bölgəsini
təmsil edən rayonlarda sosial-hüquqi maarifləndimə xidmətini təşkil etməklə
vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq, onları qanunlarımızla
tanış etmək, sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının
qorunmasında vətəndaşlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini
inkişaf etdirməkdir”.
Artıq layihə
çərçivəsində bir sıra işlər görülüb və layihənin davamı kimi iyunun 1-də
Yardımlı şəhərində “Vətəndaş-məmur münasibətlərinin mövcud vəziyyəti
və problemlər” mövzusunda ictimai müzakirə keçiriləcək. Həmin tədbirdə problemlər
və çıxış yolları müzakirə olunacaq.