"106 illik yolun təqdimatı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir" - Vüqar Rəhimzadə
Cəmiyyət
Oxunub: 2172
25 Jun 2024 | 11:25
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. Şübhəsiz, bu tarixi hadisədən ötən 106 illik yolu bir yazıda tam  əhatə etmək qeyri-mümkündür. Bu yolun uğurlu addımlarının nəticəsində hazırda dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sonsuz qürurlandıran tarixi Zəfərə imza atdıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bir daha sübut olundu ki, 106 illik şərəfli tarixə sahib olan Azərbaycan Ordusu üzərinə düşən istənilən missiyanı layiqincə yerinə yetirmək gücündə, qüdrətindədir. Buna əmin olmaq üçün təkcə müstəqilliyimizin bərpasından ötən dövrdə ordu quruculuğu istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına qədər Azərbaycanın yaşadığı faciələr, təhlükələr tariximizin  qara səhifəsi olaraq daim vərəqlənir və bir daha sübut olunur ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması ondan da çətindir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrü xarakterizə edən mühüm məqamlardan biri də Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi idi. Bu isə son nəticədə torpaqlarımızın işğalına səbəb oldu.
 
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğursuzluqlara son qoyuldu. Başqa sözlə, Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı.  Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında sazişin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndirildi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Onu da qeyd etməliyəm  ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayaraq  Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Qürur hissi ilə vurğulamaq gərəkdir ki, müstəqilliyimizin bərpasından sonra bu hərbi lisey Azərbaycanda ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin beynəlxalq standartlara uyğun formalaşdırılması bütün dövrlər üçün aktuallığını qoruyaraq bu istiqamətdə mühüm addımların atılması ilə xarakterizə edilir. Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlar sırasında bu məqamı xüsusi qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və Analiz Prosesi” Proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və fəaliyyətini NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Bununla yanaşı, hərbi kadrların yetişdirilməsi məsələsi də prioritetliyi ilə diqqətdə oldu. Ulu Öndərin 1999-cu ildə imzaladığı Fərman əsasında Azərbaycan Hərbi Akademiyasının yaradılması da bunun bariz nümunəsidir. Akademiyanın fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq və hərb elmləri sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil etməkdir. Həmçinin Ulu Öndər Heydər Əliyevin  2001-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Təbii ki, atılan hər bir addım müstəqilliyimizin və suverenliyimizin qarantı kimi dəyərləndirilən ordumuzun daha da güclənməsinə, qüdrətlənməsinə xidmət etdi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün  – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması da orduya dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Nəzərə alaq ki, hər bir bayram, əlamətdar tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Hesabat xarakteri daşıyan bu tarixlərdə  konkret sahənin inkişafı istiqamətində atılan addımların təhlili fonunda qarşıdakı dövrdə görüləcək işlər diqqətə çatdırılır, hədəflər açıqlanır.
 
YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar da davamlılığı ilə diqqətdədir. Keçilən 106 illik yolun təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Azərbaycan 30 il işğal altında olan torpaqlarının azad edilməsi üçün bu müddətdə dünya güclərindən ədalət gözlədi. Sülh danışıqlarına üstünlük verən Azərbaycan dövləti müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğunu da xüsusi diqqətdə saxladı. Ümummilli Lider Heydər Əliyevin çağırışlarında qeyd edildiyi kimi, ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.
 
Vüqar Rəhimzadə bildirib ki, son 20 ildən artıq dövrdə ordumuzun qüdrətinin, döyüş qabiliyyətinin artırılması, bir sözlə, Qələbəyə hazırlanması istiqamətində atılan addımların uğurlu nəticələri zaman-zaman qazandığımız zəfərlərdə özünün aydın ifadəsini tapıb. Belə ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən  2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən Qələbə sevinci yaşatdı. Bu Zəfərin davamı olaraq 2018-ci ildə Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin imkanlarını bir daha nümayiş etdirdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ermənistan silahlı qüvvələri aldığı bu dərslərdən nəticə çıxarmadı, yenə də hərbi təxribatları davam etdirdi. Nəticədə 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli  Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə tarixdə heç zaman unutmayacaqları dərsi verdi. 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.
 
YAP Xətai rayon təşkilatının sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir” fikrini önə çəkərək qeyd edib ki, istər hərbi əməliyyatların  həyata keçirilməsi, istərsə də humanitar məsələlərin həlli baxımından Azərbaycan Ordusu bütün dünya üçün nümunə yaratdı. Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim  humanitar  tələblərə uyğun davranır. 44 günlük İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən bir günlük antiterror tədbirləri bunun bariz nümunəsidir.  Bu əməliyyatlar  zamanı mülki əhali ziyan görmədi, onıların qorunması üçün zəruri addımlar atıldı. Ermənistan silahlı qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə məğlubiyyətlərini həzm edə bilməyərək  bu və ya digər ərazilərimizi raket atəşinə tutmalarını, mülki əhaliyə vurduqları zərəri, insan itkisini xatırlatmaqla onların  dünya güclərinin gözləri qarşısında beynəlxalq hüququn norma və  prinsiplərini necə kobud şəkildə  pozmaları heç vaxt yaddaşlardan silinməyəcək. Təəssüf ki, yeri gəldi-gəlmədi daim haqqdan, ədalətdən dəm vuran dünya gücləri yenə də ermənilərin bu vandalizm aktlarına  susmaqla bir növ işğalçı dövlətə dəstəklərini nümayiş etdirdilər.
 
Vüqar Rəhimzadə onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanında Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərə tezliklə sağalıb   döyüş meydanına,  öz missiyalarını başa vurmağa qayıtmaq arzusunda olduqlarını bildirir və bu istəklərini reallaşdırırdılar. Budur, Azərbaycan əsgərinin, zabitinin torpaq, Vətən sevgisi, şərəfli missiyasını yerinə yetirmək bacarığı, mərdliyi və qəhrəmanlığı. Bu gün beynəlxalq ekspertlər hələ də Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənir, təhlil edirlər. Hər bir sahədə ilklərə imza atan Azərbaycan modern müharibə taktikası ilə də dünyanın diqqətində oldu.
 
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etsək də ordu quruculuğu daim prioritet məsələ kimi öndədir. Tarixi Zəfərimizdən ötən dövrdə bu istiqamətdə atılan addımların uğurlu nəticələrini ötən ilin 19-20  sentyabr tarixlərində ordumuzun apardığı 23 saatlıq  lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi zamanı  gördük. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən  andiçmə mərasimində bütün sahələrdə hədəfləri açıqladı. Ordu quruculuğu istiqamətində atılan addımların təhlili əsasında belə bir çağırışı səsləndirdi ki, bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır.  Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər: “Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.”
 
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, şanlı Silahlı Qüvvələrimizin yaranmasının 106-cı ildönümü ərəfəsində Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocavənddə,  Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə, bütövlükdə müqəddəs Qarabağ və Şərqi Zəıngəzur torpaqlarımızın hər qarışında  olduğumuz üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
 
Oxşar xəbərlər
19:10, Bu gün
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
19:02, Bu gün
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
18:58, Bu gün
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
18:51, Bu gün
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
18:40, Bu gün
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
18:35, Bu gün
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
18:31, Bu gün
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
18:30, Bu gün
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
18:25, Bu gün
Prezident və xanımı Cəbrayılda...
18:18, Bu gün
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
18:10, Bu gün
Şəkərin ən təhlükəli xüsusiyyəti
18:04, Bu gün
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
18:00, Bu gün
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
17:55, Bu gün
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
17:50, Bu gün
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
17:44, Bu gün
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
17:38, Bu gün
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
17:32, Bu gün
Rövşən Binnətli vəzifəsindən azad olundu
17:27, Bu gün
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
17:22, Bu gün
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17:17, Bu gün
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
17:12, Bu gün
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
17:07, Bu gün
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
17:02, Bu gün
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
16:56, Bu gün
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
16:51, Bu gün
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
16:45, Bu gün
Kamran Əliyev onu təltif etdi - FOTO
16:40, Bu gün
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
16:34, Bu gün
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
16:28, Bu gün
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
16:22, Bu gün
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
16:16, Bu gün
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
16:06, Bu gün
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
16:00, Bu gün
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
15:54, Bu gün
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
15:49, Bu gün
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
15:44, Bu gün
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
15:38, Bu gün
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
15:33, Bu gün
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
15:28, Bu gün
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
15:22, Bu gün
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
15:16, Bu gün
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
15:11, Bu gün
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
15:05, Bu gün
İlham Əliyev Zəngilana getdi
15:00, Bu gün
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
14:55, Bu gün
Metro gücləndirilmiş iş rejimində çalışacaq
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?