Tiflisdən Qərbi qəzəbləndirəcək daha bir addım - doğru, amma...
Cəmiyyət
Oxunub: 2562
10 Jun 2024 | 19:11
Tiflisdən Qərbi qəzəbləndirəcək daha bir addım - doğru, amma...
Gürcüstan hakimiyyəti parlamentə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini təqdim edib. Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.
 
Paket “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsindən və Mülki və Əmək məcəllələri də daxil olmaqla, mövcud qanunvericiliyə dəyişiklik edən 18 qanun layihəsindən ibarətdir. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, paket səkkiz əsas məsələni tənzimləyir:
 
konstitusiyaya görə, Gürcüstanda nikah kişi və qadının birliyidir, bu məqam daha da möhkəmlənəcək;
 
LGBT təmsilçiləri üçün uşaqların övladlığa götürülməsinə qadağa;
 
cinsiyyətin dəyişdirilməsi üçün əməliyyatların və hər hansı tibbi prosedurların qadağan edilməsi;
 
sənədlərdə cinsin göstərilməsi - qeyri-bioloji cinsin göstərilməsi qadağandır;
 
eynicinsli münasibətləri və ya insestləri təbliğ edən kontentlərin yayımına qadağa;
 
eynicinsli münasibətləri təşviq etmək məqsədi daşıyan ictimai toplantıların və nümayişlərin qadağan edilməsi;
 
17 may - Ailə müqəddəsliyi günü olaraq istirahət günü kimi müəyyən edilir.
 
“Gürcü Arzusu” paketi yaz sessiyasında birinci oxunuşda qəbul etməyi, sonra isə payızda baxılmağa davam etməyi planlaşdırır.
 
Bəllidir ki, LGBT aparıcı Qərb dövlətlərinin insan haqları kimi dəyər verdiyi bir mövzudur. Belə olan halda “Xarici agentlər haqda” qanundan sonra növbəti “anti-Qərb” sənədinin qəbulunun Tiflis üçün bədəli nə ola bilər? Azərbaycandan ötrü mümkün və uzaq təsirlər?

Rəşad Bayramov: “Belə bir qanunun müzakirəyə çıxarılması kifayət qədər düşünülmüş məsələdir və...”

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Qərbin oyunlarının nəticəsiz qalacağını düşünür: “Əslinə baxanda Gürcüstan hakimiyyətinin LGBT təbliğatını qadağan edən qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməsi Qərb dövlətlərinin rəsmi Tiflis üzərinə hücum etməsinə hesablanıb. Gürcüstanda hakim ”Gürcü Arzusu" Partiyası belə bir qanunun nəinki qəbulub hətta müzakirəyə çıxarılmasına Qərbin səssiz qalmayacağını bilir və belə bir təşəbbüs göstərməklə Qərbi oyuna çəkir. Belə ki, Gürcüstanda əhali böyük çoxluqla mühafizəkar baxışlara malikdir və xüsusilə də ailə dəyərləri baxımından gürcülər olduqca həssas topluluqdur. Eyni şəkildə Gürcüstanda yaşayan və saylarına görə gürcülərdən sonra ikinci yerdə olan azərbaycanlıların da Qərbin təbliğ etdiyi qeyri-ənənəvi nikahları və ümumiyyətlə LGBT təbliğatını qəbul etmədiyi məlumdur. Məhz bu səbəbdən də LGBT təbliğatını qadağan edən qanunun parlamentin müzakirəsinə çıxarılmasına Qərb tərəfdən ediləcək təzyiqlər əslində əks effekt verəcək və Gürcüstan hakimiyyətinə anti-Qərb təbliğatını qurmaq üçün yeni imkanlar yaradacaq. Qərbin diqtəsi ilə hərəkət edən QHT-lər və müxalifət isə ictimai rəyi nəzərə alaraq ya susmaq məcburiyyətində qalacaq, ya da bu məsələdə də hakimiyyətin üzərinə gedib nüfuzlarını itirəcəklər. Gürcüstan hakimiyyəti üçün, xüsusilə indiki dönəmdə, yəni oktyabrda keçiriləcək Parlament seçkiləri ərəfəsində Qərb təsiri ilə hərəkət edən qüvvələrin zəifləməsi olduqca vacibdir.

Qanun layihəsinin özünə gəldikdə isə göründüyü kimi kifayət qədər əhatəli və ailə dəyərlərinin müdafiəsinə yönəlik bir layihədir. Həqiqətən də LGBT təmsilçiləri üçün uşaqların övladlığa götürülməsi, eynicinsli münasibətlərin təşviqi gələcəkdə bu baxışlarla yeni nəslin formalaşmasına imkan açar ki, bu da yolverilməzdir.

Qərbin insan hüquqları adı altında belə bir qanun layihəsinin əleyhinə çıxması isə, əksinə bu baxışları normal hesab etməyən və qəbul etməyən çoxluğun hüquqlarını tapdalamaq deməkdir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Gürcüstan hakimiyyəti tərəfindən belə bir qanunun müzakirəyə çıxarılması kifayət qədər düşünülmüş addımdır və Qərbdən gələcək hücumlardan istifadə edərək anti-Qərb kampaniyasının aparılmasına hesablanıb".

Niyaməddin Orduxanlı: “Qərb Gürcüstanda etdiklərini bu gün Azərbaycanda edə bilməz”

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Qərb dairələrinin Gürcüstanda etmək istədiklərini Azərbaycanda heç bir zaman edə bilməyəcəklərini qeyd etdi: “Son zamanlar qonşu Gürcüstanda baş vermiş hadisələri Qərblə Rusiya arasında açıq müstəvidə mübarizənin təzahürü kimi xarakterizə edərdim. Yerli hakimiyyətə qarşı geniş etiraz aksiyalarının keçirilməsini Qərb təşkil edir. Yəni Rusiya meyilli qüvvələrə əzələ nümayişi. Qərb Gürcüstanda özünün yaratdığı 5-ci kolon vasitəsindən çox məharətlə yararlanır. Təsəvvür edirsiniz, bir neçə milyonluq Gürcüstanda 30000-ə yaxın QHT var və bu vətəndaş cəmiyyəti institutlarının 90% qrantını Qərb verir. 30 000 QHT-nin elə ancaq öz ailə üzvləri çıxsa, ən azı 50-70 min adam deməkdir. Həmin mitinqlərdə də bu kontingent iştirak edir. Necə deyirlər, pul kim veribsə, sifarişi də o verir. Ötən illərdə Qərb bu QHT-lərə boş-boşuna pul verərdi? Bugünkü situasiya üçün hazırlayırdı. Qərbdə uzun müddətdir ki, liberallaşma geniş vüsət alıb. Məqsədli şəkildə bır sıra ölkələrdə LGBT təbliğatından istifadə edirlər. Gürcüstan hökumətinin təqdim etdiyi qanun layihəsi başa düşüləndir. Qərb uzun illərdi ki, LGBT-nin təbliğatını külli miqdarda maliyyə qarşılığında yerli TV-lər vasitəsi ilə həmin ölkələrdə davam etdirir. Öz siyasətlərini həyata keçirmək, ailə dəyərlərini sıradan çıxartmaq üçün. Gürcüstan konstitusiyasına görə, nigah kişi və qadın birliyidir! Başqa cür də ola bilməz! Din də buna yol vermir ki, eynicinsli münasibətlər baş versin. Bu, birbaşa mənəvi deqradasiyadır. Ancaq Qərb bunu Gürcüstanda insan hüquqlarının və azadlıqlarının pozulması kimi qiymətləndirir. Gürcüstan hökumətini açıq şəkildə hədəfə almaq üçün bu cür bəhanələr tapır. Hökumət həm də ” Xarici agentlər haqda" qanun qəbul olunmasını da 5-ci kolonun fəaliyyəti ilə bağlı olduğunu gizlətmir. Tiflisə Qərb bütün imkanları ilə təzyiqini davam etdirəcək. Birazdan açıq şəkildə sanksiya hədəsi gələcək. Ancaq Qərb unutmamalıdır ki, gürcü xalqı Saakaşvilliyə ona görə səs vermədi ki, onun qonşu Rusiya ilə münasibətləri çox pis idi, İvanaşviliyə ona görə səs verdi ki, Gürcüstanla Rusiyanın münasibətlərini daha da yaxşılaşdırsın. Rusiya ilə münasibətlərinə görə İvanaşvili Saakaşviliyə qalib gəldi. Gürcüstanda baş verənlərin Azərbaycana təsirinə gəldikdə isə Gürcüstanda fərqli olaraq Azərbaycanda Qərb çox güclü şəkildə “qhtşniklər” vasitəsilə 5-ci kolonunu qura bilməyib. Bəzi azsaylı istisnalar var. Qərb barmaqla sayılacaq bir necə QHT və media orqanlarına gizli yollarla pul göndərə bilir. O cümlədən də, pul qarşılığında Əli Kərimlini Azərbaycan hakimiyyətinə qarşı danışdıra bilir. Ancaq xalqımız Əli Kərimlinin pula görə Qərbin tapşırıqlarını yerinə yetirdiyini çox yaxşı anlayır. Belə bir adama xalq heç zaman dəstək verməz. Qərb Gürcüstanda etdiklərini bu gün Azərbaycanda edə bilməz".

Oxşar xəbərlər
06:47, Bu gün
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sep 2024 | 22:13
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
28 Sep 2024 | 22:05
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
28 Sep 2024 | 21:59
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 21:20
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
28 Sep 2024 | 21:16
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
28 Sep 2024 | 21:08
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 20:32
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
28 Sep 2024 | 20:29
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
28 Sep 2024 | 20:24
Kök pəhrizi ilə arıqlayın
28 Sep 2024 | 20:16
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
28 Sep 2024 | 20:08
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
28 Sep 2024 | 20:00
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 19:30
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 19:18
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
28 Sep 2024 | 19:10
Şərabın ən ucuz olduğu ölkələr
28 Sep 2024 | 19:03
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 18:55
Həsən Nəsrullahı o əvəz edəcək?
28 Sep 2024 | 18:50
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
28 Sep 2024 | 18:43
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
28 Sep 2024 | 18:37
ABŞ qoşunlarını İraqdan çıxarır
28 Sep 2024 | 18:32
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
28 Sep 2024 | 18:28
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
28 Sep 2024 | 18:20
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
28 Sep 2024 | 18:19
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
28 Sep 2024 | 18:16
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
28 Sep 2024 | 18:14
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
28 Sep 2024 | 18:06
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
28 Sep 2024 | 18:05
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
28 Sep 2024 | 18:04
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
28 Sep 2024 | 17:57
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
28 Sep 2024 | 17:52
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
28 Sep 2024 | 17:47
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
28 Sep 2024 | 17:43
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
28 Sep 2024 | 17:37
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
28 Sep 2024 | 17:31
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
28 Sep 2024 | 17:25
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
28 Sep 2024 | 17:19
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
28 Sep 2024 | 17:12
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
28 Sep 2024 | 17:06
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
28 Sep 2024 | 17:00
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
28 Sep 2024 | 16:54
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
28 Sep 2024 | 16:48
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
28 Sep 2024 | 16:42
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
28 Sep 2024 | 16:36
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
28 Sep 2024 | 16:30
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
28 Sep 2024 | 16:24
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
28 Sep 2024 | 16:18
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
28 Sep 2024 | 16:06
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
28 Sep 2024 | 16:03
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
28 Sep 2024 | 16:00
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
28 Sep 2024 | 15:55
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
28 Sep 2024 | 15:49
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
28 Sep 2024 | 15:43
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
28 Sep 2024 | 15:37
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
28 Sep 2024 | 15:31
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
28 Sep 2024 | 15:25
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
28 Sep 2024 | 15:18
Kamilənin toyu BU TARİXDƏ olacaq
28 Sep 2024 | 15:12
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
28 Sep 2024 | 15:06
Yemək yeyəndə niyə su içmək olmaz?
28 Sep 2024 | 15:00
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 14:54
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
28 Sep 2024 | 14:48
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
28 Sep 2024 | 14:42
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
28 Sep 2024 | 14:36
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
28 Sep 2024 | 14:30
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
28 Sep 2024 | 14:24
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
28 Sep 2024 | 14:18
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
28 Sep 2024 | 14:11
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
28 Sep 2024 | 14:05
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
28 Sep 2024 | 13:58
Prezident fərman imzaladı
28 Sep 2024 | 13:52
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
28 Sep 2024 | 13:46
İlham Əliyev Si Cinpini təbrik etdi
28 Sep 2024 | 13:41
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28 Sep 2024 | 13:35
Bu ərazilərdə havada toz müşahidə olunur
28 Sep 2024 | 13:29
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
28 Sep 2024 | 13:23
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
GÜNLÜK
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
28 Sep 2024 | 12:41
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
28 Sep 2024 | 12:41
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO