Məhəmməd Əmin Rəsulzadə ucalığı…
Cəmiyyət
Oxunub: 2195
05 Jun 2024 | 10:35
Məhəmməd Əmin Rəsulzadə ucalığı…
Məhəmməd Əmin Rəsulzadə deyincə, ilk ağıla gələn Azərbaycan Cümhuriyyəti, Azərbaycan bayrağı və Bütöv Azərbaycandır! Azərbaycan Türk aydını Hüseyn Baykaranın təbirincə desək: O, Böyük bir KİŞİdir! Əsl Azərbaycan Türk KİŞİsi! Hüseyn Bayqara “M.Ə.Rəsulzadə haqqında bir neçə söz” məqaləsində yazırdı: “Əmin bəy yalnız Azərbaycan Türk xalqının qurtuluşu üçün çarpışan bir lider olmayıb, eyni zamanda İslam dünyasının siyasi oyanışı üçün çalışan bir Şərq inqilabçısı və Rus əsiri millətlərin din və irq fərqi göstərmədən xilası üçün uğraşan bir insandır. Bu səbəblə Əmin bəyin fəaliyyəti Azərbaycan və Qafqasiya hüdudlarını aşmışdır. Şəxsiyyəti və xarakteri etibarilə Əmin bəy kiçik çapda bir siyasət yapmaqdan əsasən çox uzaqdı”.
 
Baykara yazır ki, Əmin bəy zamanında, ən sol və ən radikal siyasi hərəkatlara qatıldığı və bu konspirativ hərəkatları dəstəklədiyi halda, Türk və Türkluk davasını əsla əldən buraxmamışdır. Bu dövrdə Əmin bəy əvvəlcə rəhmətlik Kərbalayi Vəli, Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və arkadaşları tərəfindən qurulan radikal bir komitənin başına keçmiş və bu komitənin fəaliyyət sahəsini genişlətmiş və konsantirə etmişdir. Baykara daha sonra yazırdı: “Əmin bəy haqqında yazı yazan bəzi dostlar Əmin bəyin ilk siyasi fəaliyyətə sosyalist olaraq başladığını məskut (sukut olunmuş) keçmək istərlər. Halbuki, bu durum Əmin bəyi kiçildəcək bir olay deyil, biləks onun böyüklüyünün başlıca dəlili sayılmaqdadır. Əmin bəy kimi göruş obyektivi geniş bir adam ilk siyasi həyata atılarkən başqa cür hərəkət edəməzdi. O zaman bir qism Azərbaycan Türk münəvvərləri rusca qonuşmayı bir məziyyət sayıyorlardı, qüvvətli bir Türk inqilab təşəkkülü yox idi. Rus çarlığının istibdadı açıqca bir Türk təşəkkülü qurmaya və türkcə qəzetə çıxarmaya imkan vermiyordu. Digər tərəfdən qüvvətli və gizli bir Rus Sosyal-Demokrat partiyası vardı. Bu partiya Qafqasiya və Rusiya çapında fəaliyyət göstəriyor və kəndinə məxsus tarixi vardı. İştə, Əmin bəy bu hərəkata qatılıyor və bu hərəkat içindən kəndi Türk xalqı üçün nə qurtara biləcəyini deyirdi. Sonra unutmamaq lazımdır ki, o zaman inqilabçılar üçün ilk yaxın hədəf Rus çarlıq istibdadının devrilməsi idi. Realist Əmin bəyin seçəcəyi ən doğru yol, bu böyük hərəkata qatılmaq, ona yardım etmək və əvvəla Rus çarlığının istibdadını yıxmaqdı. Çarlıq yıxıldıqdan sonra Əmin bəy yuxarıda qeyd etdiyimiz kəndi ifadəsiylə də bəlirtdiyi kimi, mənsub olduğu Azərbaycan milliyyətçiliyi və istiqlalı yollarını cızacaqdı. Rus inqilab tarixi, başlanğıcda Əmin bəyin bu görüşünün doğru olduğunu göstərmişdir. Birinci Dunya savaşı içində Çarlıq yıxılmış, Əmin bəy öncə rus əsiri türklər üçün milli-məhəlli muxtariyyət şüarıyla ortaya atılmış və sonra Cənubi Qafqasiya millətləri idarəsi “Seym” məclisi ilə Tiflisə intiqal edincə, orada Qafqasiyanın tamamilə Rusiyadan ayrılması, mütəaqibən hürr və müstəqil Azərbaycan idealını mənimsəmiş və nəticədə müvəffəq də olmuşdur”.
 
 
H.Baykara yazırdı ki, Əmin bəyi şəxsən İstanbulda mühacirətdə tanıyıb: “O, bir Türk dövləti qurmuş olan adam, həyatın min bir cəfasını cəkdiyi və yarın əkmək bulub-bulamıyacağı məşkuk (şubhəli) bir duruma düşdüyü zamanda dəxi iman və ideolojisindən zərrə qədər qaib etmiş deyildi. Rus imperializmi ilə mücadilə (rəngi nə olursa-olsun) onda təsəvvüfi bir inanc halına gəlmişdi. Onun mühacirətdə gördüyüm təvazöini və təvəkkülünü heç bir zaman unutamayacağım. Azərbaycan davasına yarar – deyə, ən kiçik və ən ümidsiz görülən hadisələr və şəxslər üzərində durur və böyük bir səbr və təhəmmüllə uğraşırdı. Heç bir haqlı səbəb yoxkən, müarizlərinin (etiraz edən, opponent) kəndisinə aşırı təərrüzlərini acı təbəssümlərlə keçişdirirdi. Bu müarizlərin əksəriyyəti Azərbaycanda ikən burunları da qana-mamış, milli davamız üçün ən ufaq bir risqə dəxi girməmiş, fəqət təsaduflərə borclu olaraq çox qolaylıqla hürr Ana Vətən – Türkiyəyə gəlincə, birər qəhrəman kəsilmişlərdir. Əmin bəyin göstərişdən uzaq və sadə yaşayışı özəniləcək qədər ideal dərəcədə idi. 20-ci yüzilin birinci yarısında Qafqasiyada bu tarix yapan insan, şəxsi haqqında sensasyonal çıxışlardan və göstərişdən əsla xoşlanmazdı. Əmin bəy xatiratını bihaqqın yazsa idi, həyatının sonuna qədər Amerikan dərgilərindən alacağı dollarlar kəndisini rahatca bəslərdi. Fəqət, o, bəzən günlük əkməyi təhlükəyə düşdüyü zamanlarda belə, böylə bir şeyə yanaşmamışdır. Əmin bəy, şair Tofiq Fikrətin dediyi kimi: Qaldığım varsa da gah əkməksiz, Qalmadım indiyədək məsləksiz…dediyi tipdən böyuk bir insandı. Azərbaycanda gizli yeraltı fəaliyyətində tanıdığım və bərabərcə çalışdığım və bu gün böyük əksəriyyəti həyatda olmayan və qurşuna düzülən güzidə şəhid arkadaşlarımız Əmin bəydən bəhs edərkən, daima “Böyuk kişi” – deyə, kəndisini anarlardı. Azərbaycan İstiqlal mücadiləsinin bu əziz şəhidlərini anarkən, xatirələri önündə əyilərək təkrar edirəm ki, Rəsulzadə Məhəmməd Əmin bəy Azərbaycanın və rus əsiri millətlərin qurtuluş mücadiləsi uğrunda bütün həyatını vəqf etmiş eşsiz “Böyuk bir Kişi” idi!”.
 
Bu gün, Azərbaycan Türk KİŞİsi M.Ə.Rəsulzadənin qurduğu Cümhuriyyətin, dalğalandırdığı Üçrəngli Bayrağın kölgəsində yaşayan bəzi zatların uydurmalarına gəlincə, bu cür xoşagəlməz halların səbəbləri hər kəsə bəllidir! Belələri dünən də olub, bu gün də var, gələcəkdə də olacaq. Olsun! Görünür, belələri də olmalıdır! Əsas odur ki, on milyonlarla Azərbaycan Türklərinin, Azərbaycanlıların yolu Rəsulzadə yoludur. Bizlər, Rəsulzadə yolu ilə gedirik, Azərbaycan yolu ilə gedirik, Türklük yolu ilə gedirik, Bütöv Azərbaycan yolu ilə gedirik və gedəcəyik də!3-5 nəfər əliheyderqarayevlərin, məşədi əzizbəyovların, həmid sultanovların yolunu gedirsə, bu da onların seçimdir, getsinlər! Böyük Azərbaycan Türk aydını, filosofu Əli bəy Hüseynzadənin təbirincə desək, hər kəsin öz gedəcəyi yol var, Bizlər Türklük, İslamlıq, İnsanlıq, Çağdaşlıq yolu ilə gedirik. Yol, bu yoldur, Cümhuriyyətin qurucusunun Yoludur! Yeni dövrdə Yolbayımız Rəsulzadədir! Bu adın özü belə Azərbaycan Tarixidir, Azərbaycan Mədəniyyətidir, Azərbaycan dövlətçiliydir, Azərbaycan bayrağıdır! Bu dövlətə Azərbaycan adını da, Azərbaycanlı kimliyini də, O, böyük KİŞİ vermişdir! Bu baxımdan Rəsulzadənin yolunu qəbul etmək istəməyənlər buyursunlar , Azərbaycan pasportundan, Azərbaycanlı kimliyindən də imtina etsinlər. Çünki bütün bunların, bugünkü Azərbaycan Respublikasında Azərbaycan adlı nə varsa , müəllifi O, böyük KİŞİdir.
 
Bir dövləti onlarla, yüzlərlə, minlərlə kişilər qurar, amma o, kişilərin başında da bir Kişi kimi Kişi olan Böyük bir Kişi dayanar. Bu anlamda Azərbaycan Cümhuriyyətinin qurucusu, dövlət başçısı, cumhurbaqanı Məhəmməd Əmin Rəsulzadədir. Əlbəttə, bu dövlətin qurulması prosesində M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə çalışmış Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşı, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Həbib bəy Səlimov, Üzeyir Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı və başqa böyük şəxsiyyətlərimiz də olublar. Onların hər birinin Azərbaycan Cümhuriyyətinin qurulması və inkişafında özünəməxsus yeri və rolu vardır. Bu gün, onları qarşı qarşıya qoymaq qətiyyən doğru deyil. Ancaq bu bir həqiqətdir ki, o zaman və sonralar Azərbaycan Cümhuriyyətinin qurucusu, dövlət başçısı, cumhurbaqanı Məhəmməd Əmin Rəsulzadə qəbul edilib. Bizlər, bundan yalnız və yalnız qürur duymalıyız.
 
Deməli, çox sözümüz, yazmalı çox məqamlar var, amma bu gün bu qədər yetər!
 
 
Faiq Ələkbərli,
Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
 
Oxşar xəbərlər
00:43, Bu gün
Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib
00:41, Bu gün
"Tbilisi Maydanı" : Gürcüstan çaşqınlıq içindədir" - "Financial Times"
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
11 Sep 2024 | 23:12
Qidadan maksimum dəmiri necə əldə etmək olar?
11 Sep 2024 | 23:04
ABŞ Ukraynaya 700 milyon dollardan çox vəsait ayırdı
11 Sep 2024 | 22:56
Bürclər nəyi xəyal edir? Qoç və Buğa
11 Sep 2024 | 22:50
İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi
11 Sep 2024 | 22:42
Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA
11 Sep 2024 | 22:34
Rəsmi Moskva: Bakıya BRICS-ə qoşulmaq məsələsində hər cür kömək etməyə hazırıq
11 Sep 2024 | 22:26
Millimiz Olimpiadaya qələbə ilə başladı
11 Sep 2024 | 22:18
Hər gün balqabaq toxumu yesəniz nə olar?
11 Sep 2024 | 22:10
Bakıda qadın sürücü avtomobili marketə çırpdı – FOTO
11 Sep 2024 | 22:03
Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?
11 Sep 2024 | 21:55
Ağır xəstə körpüdə tıxacda QALDI – VİDEO
11 Sep 2024 | 21:50
Tacikistanın baş müftisi bıçaqlandı
11 Sep 2024 | 21:41
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
11 Sep 2024 | 21:40
"İran Rusiyadan ballistik raketlərin əvəzinə nə əldə edib?" - Pentaqonun spikeri
11 Sep 2024 | 21:33
Media Tədris Mərkəzinin tələbələri məzun oldu
11 Sep 2024 | 21:25
Bakı bulvarı bağlandı: giriş-çıxış QADAĞAN OLUNDU
11 Sep 2024 | 21:18
Ukrayna bizdən 2 şey istəyirdi, imtina etdik
11 Sep 2024 | 21:13
Xatirə şəklini tənqid atəşinə tutanlara cavab verdi
11 Sep 2024 | 21:08
Əsirlərlə bağlı Azərbaycanla fəal işləyirik - Zelenski
11 Sep 2024 | 21:00
Bu BÜRCLƏR həyatlarına yeni insan almamalıdır
11 Sep 2024 | 20:53
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
11 Sep 2024 | 20:45
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
11 Sep 2024 | 20:40
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
11 Sep 2024 | 20:32
"Brent" markalı neft daha da ucuzlaşacaq
11 Sep 2024 | 20:27
Bakıda qadını qatar vurdu
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 20:15
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
11 Sep 2024 | 20:11
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
11 Sep 2024 | 20:06
Azərbaycan klubu 5 basketbolçusunu yola saldı
11 Sep 2024 | 20:00
Doktoranturaya qəbul üzrə son imtahanlar keçirildi
11 Sep 2024 | 19:56
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
11 Sep 2024 | 19:45
İran diplomatı Britaniya XİN-ə çağırıldı
11 Sep 2024 | 19:30
Zelenski ikinci sülh planından danışdı
11 Sep 2024 | 19:14
Aralıq orucu kimlərə məsləhət deyil?
11 Sep 2024 | 19:06
Yeni "iPhone" almağın ən sərfəli olduğu ölkələr-SİYAHI
11 Sep 2024 | 19:00
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı
11 Sep 2024 | 18:55
Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
11 Sep 2024 | 18:50
“Bəzilərinin həcisi var, mənimsə mollam?”
11 Sep 2024 | 18:45
Bu məsələdə Bakıya hər cür yardıma hazırıq - Zaxarova
11 Sep 2024 | 18:37
İstanbulda Azərbaycan məktəbi açılacaq
11 Sep 2024 | 18:29
Uzun və xoşbəxt HƏYATIN AÇARI
11 Sep 2024 | 18:21
"iPhone"nun prosessorlarını "Samsung" istehsal edir - "iPhone" haqqında maraqlı FAKTLAR
11 Sep 2024 | 18:15
Yapon şirkəti 10 pişiyi işə götürdü
11 Sep 2024 | 18:10
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
11 Sep 2024 | 18:05
Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm" - VİDEO
11 Sep 2024 | 18:00
Qəhvədən imtina etmək niyə faydalıdır?
11 Sep 2024 | 17:55
"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov
11 Sep 2024 | 17:50
Qarabağ Universitetində yeni akademiya yaradılır
11 Sep 2024 | 17:44
İqtisadi Şura növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi - FOTO
11 Sep 2024 | 17:38
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək
11 Sep 2024 | 17:37
Növbəti köç karvanı Laçına çatdı, mənzillərin açarları təqdim olundu - FOTO
11 Sep 2024 | 17:30
ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin etdi - FOTO
11 Sep 2024 | 17:24
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayət - ŞOK DETALLAR
11 Sep 2024 | 17:17
Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
11 Sep 2024 | 17:10
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO
11 Sep 2024 | 17:04
Keçmiş müstəmləkələrdən Parisə "soyuq duş": Makron hökumətinin Bakı qərəzi ifşa edildi - TƏHLİL
11 Sep 2024 | 16:58
"Qarabağı alsın, İlham Əliyevin əlindən öpərik deyən müsavatçılar..." - Novella Cəfəroğlu
11 Sep 2024 | 16:52
Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində NƏLƏR VAR? - VİDEO
11 Sep 2024 | 16:46
Taleh Yüzbəyov 18 minlik borcundan danışdı
11 Sep 2024 | 16:40
Ağdamda 55 yaşlı kişini ilan sancdı
11 Sep 2024 | 16:34
Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB
11 Sep 2024 | 16:27
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 Sep 2024 | 16:20
Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
11 Sep 2024 | 16:13
Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
11 Sep 2024 | 16:06
Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun! 
11 Sep 2024 | 16:00
Yenicə ana olan Aysun qızına mahnı oxuyub AĞLADI - VİDEO
11 Sep 2024 | 15:55
İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
11 Sep 2024 | 15:49
Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılıq əldə olunub - FOTO
11 Sep 2024 | 15:43
BDU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalandı - FOTO
11 Sep 2024 | 15:37
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
11 Sep 2024 | 15:31
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi - ŞƏRH
11 Sep 2024 | 15:25
“Azərbaycanda təcavüz halları artacaq” - Psixoloqdan ŞOK XƏBƏRDARLIQ
11 Sep 2024 | 15:18
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu
11 Sep 2024 | 15:12
Ramiz Zeynalova ağır itki
11 Sep 2024 | 15:06
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
11 Sep 2024 | 15:00
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
11 Sep 2024 | 14:53
"İsrail liderləri öz xalqına qarşı diqqətli olmalıdır" - Blinken
11 Sep 2024 | 14:48
Rəqqasə Fatimə 418 minə ev aldı
11 Sep 2024 | 14:42
"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ
11 Sep 2024 | 14:36
“2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki...” - 9 aydır itkin düşən Rasimin atası danışdı   
11 Sep 2024 | 14:29
DYP-dən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
11 Sep 2024 | 14:26
Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
11 Sep 2024 | 14:22
Şok olay: İki qadınla tanış oldu, onlardan elə şey tələb etdi ki... – "Ərinə və atana..."
11 Sep 2024 | 14:16
İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir
11 Sep 2024 | 14:10
“Bu xəstəlik 2032-ci ildən tez baş verməyəcək” - MÜHÜM AÇIQLAMA
11 Sep 2024 | 14:03
Aytən Səfərova uzun aradan sonra efirə qayıdır - VİDEO
11 Sep 2024 | 13:57
"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden
11 Sep 2024 | 13:51
Sabah leysan yağacaq - HAVA PROQNOZU
11 Sep 2024 | 13:45
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi? - AÇIQLAMA
11 Sep 2024 | 13:39
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
11 Sep 2024 | 13:33
Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 13:26
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşdi
11 Sep 2024 | 13:20
Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında - VİDEO
11 Sep 2024 | 13:16
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
11 Sep 2024 | 13:11
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
11 Sep 2024 | 13:06
Bu məhsullar bahalaşdı - SİYAHI
GÜNLÜK
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 07:09
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
AYLIQ
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 07:09
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR