Azərbaycan ədəbi dilinə akademik baxış
Oxunub: 3482
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
Hər bir kəs özündən sonra qoyub getdiyi həyat əhəmiyyətli yaratdıqlarının hesabına həmişə yad edilir, xatırlanır və hər yerdə yaratdıqlarına istinad edilir.
 
Belə şəxsiyyətlərdən biri də hər bir kəsin Tofiq müəllim kimi tanıdığı, ömrünü öz xalqının ana dilinin – Azərbaycan türkcəsinin keçdiyi yolu qarış-qarış izləyən, ümumtürk dünyasında həmişə barmaqla göstərilən akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.
 
May ayının 1-i bu görkəmli şəxsiyyətin anadan olduğu gündür. Yaşasaydı bu gün 88 yaşı tamam olacaqdı. Onu da deyim ki, bu görkəmli şəxsiyyət 1 may 1936-cı ildə Qarabağ mahalında, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, 27 noyabr 2016-cı ildə vəfat etmişdir. Görkəmli alim İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
 
Dünyanı dərk edib başa düşəndən qələmini silaha çevirib öz dilinin qədimliyi, saflığı və Qafqazda aparıcı dil olduğunu sübut etmək üçün bu sahəyə aid onlarla kitab və yüzlərlə məqalə yazıb çap etdirmişdir. Onun yaradıcılığının geniş bir hissəsini Azərbaycan ədəbi dilinin tarixinə həsr etdiyi “Azərbaycan ədəbi dilinin tarixi” dərsliyi təşkil edir. Dərslik iki hissədən (iki kitabdan ibarətdir) və son nəşri Azərbaycan Respublikası təhsil nazirinin 10.07.2012-ci il 1325 saylı əmri ilə təsdiq edilərək həmin ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmişdir.
 
Dərsliyin birinci hissəsi “Ön söz” və “Fənnin mövzusu və bir neçə anlayış haqqında”, “Azərbaycan dili terminoloji anlayışı, etnik mənşəyi, ən qədim izləri və təşəkkülü”, “Azərbaycan ədəbi dilinin dövrləri”, “Dədə Qorqud kitabı”nın dili” və sair bölmələrdən ibarətdir.
 
Bunun ardınca akademik Azərbaycan xalqının yaşadığı tarixi dövrlərdə ədəbi dilinin hansı göstəricilər üstündə bərqərar olduğunu dəqiq göstərmək üçün bu dilin keçdiyi tarixi yolu müxtəlif əsrlərə bölərək tədqiq edib araşdırmışdır. 
 
Dərsliyin bölmələrindən biri XIII-XVI əsrlər ədəbi dili adlanır. Bu bölmədə müəllif ilk olaraq XII-XIII əsrlərdə Azərbaycan dilinə digər dillərin təsirindən söhbət açır və yazır: “Artıq XIII əsrdən başlanan yeni mərhələdə ərəb, fars dillərindən türkcəmizə güclü lüğət axını özünü göstərir. Bununla da alınmaların türkcəmiz tərəfindən mənimsənilməsi, özününküləşdirilməsi prosesi gedir. Xalq dili də, ədəbi dil də sınaq qarşısında durur”. 
 
Akademik Azərbaycan türkcəsinə müxtəlif dövrlərdəki təsirlərə həmin dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılığına istinad etməklə qiymət verir və zərgər dəqiqliyi ilə hesablayaraq hansı əsrdə dilimizə əcnəbi sözlərin daha çox daxil olduğunu nümunələr əsasında qeyd edir. 
 
Məsələn, müəllif XIV əsrin görkəmli söz ustası İzzəddin Həsənoğlunun iki qəzəlini götürüb həmin qəzəllərdə işlənən sözlərin ümumi sayının neçəsinin əsl türk, neçəsinin alınma söz olduğunu qeyd edərək yazır: “XIII əsrdən Həsənoğlunun əlimizdə olan qəzəllərindən ikisinin lüğət tərkibinə diqqət yetirək. Qəzəllərin dilində 100 söz var. Bunlardan 59-u türk, 41-i ərəb-fars sözləridir”. 
 
Akademikin apardığı hesablamadan dilimizin saflığının XIII əsrdə hansı vəziyyətdə olduğu açıq-aydın ortaya çıxır. Ərəb istilasından sonra xalqımızın özü ilə bərabər, dilimizin də hansı dərəcədə istilaya məruz qalması müəllifin bu hesablamasında açıq şəkildə özünü göstərir. Tofiq Hacıyev Həsənoğlunun qəzəllərinin hamısında ərəb və fars sözlərinin türk sözləri ilə eyni nisbətdə işlənmədiyini apardığı tədqiqatın nəticəsi kimi ortaya çıxararaq yazır: “Qəzəllərdə türkcə və ərəb-farsca sözlərin nisbəti müxtəlifdir. “Apardı könlümü...” qəzəlində 47 sözdən iyirmisi türkcə, iyirmi yeddisi ərəbcə, farscadır – türkcə ümumi lüğətin 42,5 faizidir. “Necəsən, ey gül üzü ağum...” qəzəlində 68 sözdən cəmi on altısı ərəbcə, farscadır – türkcə ümumi lüğətin 76, 5 faizidir. Bütövlükdə hər iki qəzəldə lüğətin 59 faizi türkcədir”.
 
Digər əsrlərdə (XIII, XIV, XV, XVI) yazılan əsərlərin tipoloji cəhətdən uyğun gəldiyini qeyd edən müəllif, eyni zamanda, bu əsrlərdə yaranan ədəbi nümunələrin bir-birindən müəyyən dərəcədə fərqli olduğunu, fərqləndiyini də qeyd edir.
 
Ərəb istilasından sonra monqol işğalına da məruz qalan xalqın dilində yenə də yeni gəlişmələr baş verməyə başlayır. İşğala məruz qalan xalqların danışdığı dilə işğalçı xalqların dillərinin göstərdiyi mənfi təsiri qeyd edən akademik bununla bərabər, işğala məruz qalan xalqların həyatında bəzən müsbət xüsusiyyətlərin olduğunu da qeyd edir. Müəllif bununla bağlı yazır: “XIII əsrə (monqollara) qədər ancaq əski Midiya–Atropaten ərazisinə, indiki təbirlə ölkəmizin cənubuna Azərbaycan deyirdilər, şimalı, əski Albanıyanı Arran, Şirvan və s. kimi tanıyırdılar. Məhz monqollar Şimalı və Cənubu birləşdirib, hər ikisinə birlikdə Azərbaycan dedilər”. 
 
Tofiq Hacıyev yadelli işğalçıların təsirlərinə baxmayaraq türkdilli şeir nümunələrinin öz ənənələrinə qoruyub saxladığını belə səciyyələndirir: “Uzun illər boyunca ərəb və farsların, sonradan isə monqolların işğalı altında əzilməsinə baxmayaraq XIII əsrdən tarixi, ictimai-siyasi şəraitlə bağlı ölkədə ədəbi dilin üçləşməsi müşahidə olunur. Ərəb-fars dilləri ilə yanaşı Azərbaycan dili də dövlət, sənət və elm dili kimi işlənmək hüququ qazanır”. 
 
Müəllif XIII əsrdən başlayaraq Azərbaycandilli ədəbi dil nümunələrinin Nəsiminin yaradıcılığında kamil şəkildə ortaya çıxması məsələsini də diqqətə çatdırır. Akademik Nəsimi yaradıcılığının ədəbi dilin püxtələşməsi işində xüsusi rola malik olduğunu qeyd edir və bununla bağlı yazır: “Nəsimi dilində ərəb, fars lüğəti ilə müqayisədə türkcənin Füzulidən üstünlüyü, həm də onun şeirlərinin təbliğat məqsədi ilə bağlı idi: Nəsimi şeirini yayan, təbliğ edən dərvişlər aşıqlar, ozanlar kimi camaat içində olur, sözlərini üz-üzə insanlara deyirdilər. Şeirini yazanda Nəsimi bunu düşünürdü”.
 
Dərsliyin digər bir bölməsi “XV-XVI əsrlər (ədəbi) dili” adlanır. Bu bölmədə müəllif “XVI əsr Azərbaycan ədəbiyyatının istedadlı lirik şairi, XVI əsr Səfəvilər dövlətinin yetişdirdiyi böyük Füzulidən söhbət açır. Onun sənət müəlliminin Şah İsmayıl sarayının məlikiş-şüərası Həbibi olduğunu qeyd edir. Və eyni zamanda göstərir ki, “İraq məhz M.Füzulinin zamanında Osmanlı imperiyasının tərkibinə daxil oldu”.
 
Müəllif yenə də kitabın həmin bölməsində Xətai hakimiyyəti dövründə müxtəlif şəhərlərdə müxtəlif şairlər məclisinin fəaliyyət göstərdiyindən söhbət açır. Cahan şah Həqiqi sarayında Azərbaycandilli və farsdilli şairlərin, Şah İsmayıl sarayında isə Həbibinin başçılıq etdiyi şairlər məclisinin fəaliyyət göstərdiyini tarixi faktlara əsaslanaraq qeyd edir. Bütün bu deyilənləri yekunlaşdıraraq Tofiq Hacıyev yazır: “Şah İsmayıl hakimiyyəti və Füzulinin sənət dili Azərbaycan ədəbi dilini ən qüdrətli türkcə kimi qeyd edir”.
 
Azərbaycan ədəbi dilinin üslublarının bu dövrdə formalaşıb bitkin bir forma alması da bu bölmədə geniş şəkildə qeyd edilir. Müəllif apardığı araşdırmalardan belə bir nəticəyə gəlir ki, “ədəbi dil xalq dilindən seçilən fonetik, leksik, qrammatik faktların vahid orfoqrafik və orfoepik tələblər çərçivəsində təzahürüdür”. 
 
Dərsliyin digər bölmələrində ilkin olaraq Qurbaninin, onun ardınca isə Xətainin anadilli şeirləri haqqında söhbət açılır və bu dövrdə poetik nümunələrlə yanaşı, nəsr əsərləri nümunələrinin yarandığı haqqında məlumat verilir.
 
Kitabın “XVII-XVIII əsrlərdə ədəbi dil” bölməsində isə bədii üslub, Qövsi Təbrizi və M.P.Vaqifin dili haqqında geniş məlumat verilir. Burada nəsr dili elmi üslub və rəsmi epistolyar üslub məsələləri də ayrı-ayrı bölmələr şəklində verilir və geniş şəkildə aydınlaşdırılır. XVII-XVIII əsrlər ədəbi dili haqqında düşünən müəllif yazır: “XVII-XVIII əsrlərdə də tarixi şərait, iqtisadi, siyasi vəziyyət, dövlətçiliyin səviyyəsi ədəbi dilin varlığına, inkişafına öz möhürünü vurur. XVI əsrin sonu, XVII əsrin əvvəllərindən Səfəvilər dövlətinin keçirdiyi böhran nəticəsində Azərbaycan ədəbiyyatı yuxarıdan himayəsini itirir və ədəbi dil dövlət nəzarətindən çıxır”.
“Azərbaycan ədəbi dilinin tarixi” dərsliyinin II cildində isə ilk əvvəl XIX əsrin tarixi-mədəni şəraitindən, həmin əsrin ədəbi dilindən, dövrün elmi-dilçilik mühitindən fonetik, leksik və sintaktik normalardan söhbət açılır və hər bir məsələdən bədii nümunələrə əsaslanaraq bəhs edilir. 
 
XIX əsrdə yaranan bədii əsərlərdə üslub mənzərəsinin necə olduğundan söhbət açılır və bu barədə yazılır: “Üslub mənzərəsi dövrün ədəbi dilində özünəməxsus xüsusiyyətləri, yeniliyi, eyni zamanda istisnaları ətalətlə davam edib kommunikativ fakta çevrilməyən elementləri əyani əks etdirir.”
 
Dərsliyin “Folklor danışıq dilinin davamı” adlı bölməsində isə Vaqif məktəbinin şimaldakı davamçısı Qasım bəy Zakir, cənubdakı davamçısı Əbdülqasım Nəbatidən danışılır. Müəllif bu dövrdə yaşayıb-yaradan müəlliflərin əksəriyyətinin şifahi xalq ədəbiyyatı ənənələrindən qidalandığı məsələsini və digər məsələləri qabarıq şəkildə nəzərə çarpdırır. Digər bölmələrdə isə A.A.Bakıxanov, S.Ə.Şirvani və M.F.Axundzadənin bədii dili araşdırılır. Q.Zakirin “dilinə” xüsusi bir bölmə həsr edən akademik T.Hacıyev onun yaradıcılığı haqqında deyir: “Q.Zakir bədii nitqi ilə, bir tərəfdən, Vaqif demokratizminin davamçısı, digər tərəfdən, Mirzə Fətəlinin yeni sənət dilinin bilavasitə başlanğıcıdır”.
 
Dərsliyin digər bir bölməsi isə “Seyid Əzim Şirvaninin dili” adlanır. Bu bölmədə akademik Tofiq Hacıyev müəllifin əsərlərindən götürülən nümunələri təhlil edib aydınlaşdırır. S.Ə.Şirvani yaradıcılığının Xətai və Axundov yaradıcılığı arasında bir körpü rolunu oynadığını qeyd edir. Bunu nəzərə alan akademik yazır: “S.Ə.Şirvani klassik kitab dilini ikili şəkildə davam etdirir: O, şeirdə də, nəsrdə də həm Füzuliçi kimi, həm də yenilikçi kimi çıxış edir. Əlbəttə, yenilik daha çox fikrin məzmunu ilə bağlıdır”. 
 
Dərsliyin daha bir bölməsi diqqəti xüsusilə cəlb edir. Bu, Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuş, həm dramaturq, həm şair, həm publisist, həm də nasir kimi özünə şöhrət qazanmış, ömrünü “komediyalarımıza” həsr etmiş “M.F.Axundzadənin bədii dili” adlanır. Bu bölmədə Mirzə Fətəlinin hansı səviyyədə insan olması müxtəlif bənzətmələrlə oxuculara çatdırılır. Axundzadə kimi bir şəxsiyyətə sahib olan xalqı bəxtəvər, sayılıb seçilən xalq adlandırır və bununla bağlı yazır: “M.F.Axundzadə bütün təfəkkür hüceyrələri ilə yenilikçidir. O, təkcə ədəbiyyatımızda deyil, bütövlükdə mədəniyyət tariximizdə era başlıyır. V.Q.Belinskinin Lomonosov haqqında “bu bizim ilk universitetimizdir” təyini Azərbaycan mədəniyyəti tarixində M.F.Axundzadəyə düşür. O, dramaturgiyamızı başladı, nəsrimizi yeni məcraya saldı, ilk dəfə ədəbi dil nəzəriyyəsi ilə məşğul oldu, orfoqrafiya, orfoepiya, durğu işarələri, terminologiya kimi dil quruculuğu işləri gördü, əlifba ilə bağlı ideyası və fəaliyyəti dil quruculuğu dairəsindən çıxıb xalqın bütöv maarif, pedaqogika və mədəniyyət sahələrini əhatə etdi.” 
 
Kitabın digər bölmələri Azərbaycan ədəbi dilinin üslublarına həsr edilmiş, norma və üslublar haqqında geniş danışılmışdır.
 
Dərsliyin “Norma və üslublar” bölməsində Azərbaycan ədəbi dilinin əsas üslublarından bədii üslub, publisist üslub, elmi üslub, şəriət üslubu və rəsmi-epistolyar üsluba aid nümunələr müxtəlif yazıçı və şairlərin əsərlərindən mətnlər ilə verilmiş, norma və üslubi baxımdan şərh edilmişdir. Dərsliyin sonunda ardıcıl olaraq Azərbaycan Xalq Cümhuriyyəti, həm də sovet dövründə Azərbaycan ədəbi dilinin bütün istiqamətləri ətraflı şəkildə işıqlandırılmışdır.
 
Dərslik müəllifinin ədəbi dil haqqında birinci kitaba yazdığı “Ön söz”də söylədiyi fikirlər daha diqqətçəkəndir. Bununla bağlı o, yazırdı: “Azərbaycan ədəbi dili qədim və zəngin türk yazılı ədəbi dillərindən biridir. O, qədim və zəngin ümumtürk mədəniyyəti bazasında, qardaş türk dilləri ilə qarşılıqlı əlaqədə dolğun inkişaf yolu keçmişdir.
 
Akademik Nizami Cəfərov “Akademik Tofiq Hacıyev (Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi)” mövzusunda Respublika elmi konfransının materialları 02 noyabr 2016-cı il səh.4 adlı məqaləsində bu barədə yazır: “Tofiq Hacıyevin elmi maraq dairəsinin əsasını, heç şübhəsiz Azərbaycan dilinin tarixi təşkil edir ki, bu sahədə onun gördüyü ilk (və ən fundamental)” iş “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda yazdığı doktorluq dissertasiyasıdır.
 
Bu dərsliklə bağlı filologiya elmləri doktoru, professor Elbrus Əzizov “Tofiq Hacıyevin elmi fəaliyyətinin əsas istiqamətləri” adlı məqaləsində yazır: “Ədəbi dilin dövrləşdirilməsində normanın dəyişməsi prinsipinin əsas götürülməsi kimi fikri ilk dəfə onun 1973-cü ildə Kişinyovda nəşr olunmuş “Azərbaycan ədəbi dilinin tarixinin dövrləşməsi problemlərinə dair” adlı məqaləsində öz əksini tapmışdır. Müəllif həmin məqalədə Azərbaycan ədəbi dili tarixində 2 dövr müəyyənləşdirir.” 
 
Digər bir dilçi alim, filologiya elmləri doktoru, professor Sevil Mehtiyeva isə Tofiq Hacıyevin ədəbi dillə bağlı yazdığı əsərlər haqqında fikrini belə ifadə edir: “Akademik Tofiq Hacıyev Azərbaycan, ümumən, türkologiya elminin bütün sahələri üzrə öz mükəmməl qələmini sınamış, Azərbaycan ədəbi dili tarixi, tarixi qrammatika, tarixi leksikologiya, üslublar tarixi ... ilə bağlı kitablar, dərsliklər yazmış, Azərbaycan dilinin tarixi sahəsində çox saylı alim yetişdirmiş, bu sahədə həm də məktəb yaratmış müəllimdir.” 
 
Filologiya üzrə fəlsəfə doktoru İslam Əliyev isə özünün “Azərbaycan dilinin tarixi üzrə məktəb yaratmış alim” adlı məqaləsində professor Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixi ilə bağlı fəaliyyətini aşağıdakı kimi ifadə edir: “Azərbaycan ədəbi dilinin təşəkkülü, formalaşması və dövrləşdirilməsi kimi vacib problemlər Tofiq Hacıyev yaradıcılığının əsasını təşkil edirdi. Filologiya fakültəsində Azərbaycan ədəbi dili tarixi üzrə proqramların, dərsliklərin və dərs vəsaitlərinin hazırlanması zəhmətkeş və məhsuldar qələm sahibi olan Tofiq Hacıyevin adı ilə bağlı idi. Onun “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (1977), “Azərbaycan ədəbi dili (təşəkkül dövrü)” (1976), “Azərbaycan ədəbi dili tarixi, II hissə” (1987), “XIII-XVI əsrlər ədəbi dil tarixi”, “Azərbaycan ədəbi dili tarixi” (1991), “Azərbaycan ədəbi dilinin tarixi” (I və II cildlər, 2012) ... və s. kitabları Tofiq Hacıyevin dil tarixinin bilicisi kimi həmişə axtarışda olduğunu sübut edən faktlardandır”.
 
Görkəmli alim, böyük şəxsiyyət, savadlı olub bu sahədə öz sözünü deməyə şəraiti olmayan gənclərə təmənnasız olaraq köməklik göstərən, yetirmələrinin uğurlarını öz uğuru hesab edən bu təkrarsız insanın – akademik Tofiq İsmayıl oğlu Hacıyevin özündən sonra qoyub getdiyi əsərlərindən hələ neçə-neçə nəsillər yararlanacaq və onun ruhu qarşısında özlərini borclu sayacaqlar.
 
Sərdar Zeynal,
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru 
 
Oxşar xəbərlər
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfəbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
26 Sep 2024 | 14:45
İlk köç karvanı Cəbrayıla çatdı, açarlar təqdim olundu
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq