Moderator.az xəbər verir ki, kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Qazaxstanda “Nanoekotexnologiyalar laboratoriyası”-nın direktoru Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında kəşf tarixində nadir hadisə olaraq, 05.10.2023-cü il tarixlində Almaniyada 1 kəşf bəyanatı ilə 6 Elmi Kəşf qeydiyyatdan keçmişdir:
1. Polinanoquruluşa malik çoxbloklu SFM deemulqatorların dozası zamanı daha yüksək hidrofobluğa malik oliqomer homoloqların su-neft emulsiyalarında, daha yüksək hidrofilliyə malik oliqomer homoloqların isə neft-su emulsiyalarında paylanması hesabına, “Su-neft və neft-su emulsiyalarının eyni zamanda parçalanma hadisəsi” (Elmi Kəşf formulu);
2. Çoxbloklu SFM nanodeemulqatorların polinanoquruluş xassəsi (Elmi Kəşf formulu);
3. Çoxbloklu SFM nanodeemulqatorlar üçün maddənin kristallik-maye (KM) hibrid aqreqat halı xassəsi (Elmi Kəşf formulu);
4. Çoxbloklu SFM nanodeemulqatorlar üçün molekuldaxili bloklararası fəallıq xassəsi (Elmi Kəşf formulu);
5. Çoxbloklu SFM nanodeemulqatorlar üçün molekuldaxili daimi nanomühərrik xassəsi (Elmi Kəşf formulu);
6. Su-neft və neft-su emulsiyalarının nanodispers fazaları üçün maddənin kristallik-maye (KM) hibrid aqreqat halı xassəsi (Elmi Kəşf formulu), Qaz hidratları üçün kristallik-qaz (KQ) hibrid aqreqat halı xassəsi (Elmi Kəşf Bəyanatı səh. 11).
Bu hesabla professor Rahim Daşdiyev 13 Elmi Kəşf (11-i tətbiqi nanokolloid kimyası, 2-si isə Quran ayələri əsasında) müəllifidir. Qeyd edilən Elmi Kəşflər, kəşf tarixində nadir hadisə olmaqla yanaşı, professor Rahim Abas oğlu Daşdiyev və digər Azərbaycan, Çin, Qazaxstan həmmüəlliflərin fikrincə, həm də neftin ilkin hazırlanması nanoekotexnologiyaları erasında tətbiqi nanokolloid kimyasının dünya səviyyəsində inqilabi nailiyyətləri olması baxıımından, mühüm nəzəri və praktiki dəyərlərə malikdir.
Professor Rahim Daşdiyevin Elmi Kəşflər bazasında yeni texnologiyaların yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olunmasında əsas meyar hesab etdiyi mötəbər mənbələr:
Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı:
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı bəyanatı:
“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.