Mənim dayım...
Cəmiyyət
Oxunub: 1652
08 Feb 2024 | 10:52
Mənim dayım...
Min doqquz yüz çoxdanıncı illərin söhbətidir. Səkkiz nəfərdən ibarət ailəmizlə Sumqayıtda, iki otaqlı mənzildə yaşayırdıq. Atam işləsə də, anam evdar qadın idi. Yaxşı yadımdadır, səkkizinci sinfi bitirib sənədlərimi Sumqayıt Politexnik Texnikumuna vermişdim. Qəbul imtahanlarına isə xeyli vaxt qalırdı.
 
Günlərin birində harayasa kitab almağa getmişdim. Evə dönəndə, dayımı bizdə görüb çox sevindim. Hal-əhval tutandan sonra məlum oldu ki, institututa sənəd verməyə gəlib. Sabahı gün səhər tezdən evdən çıxıb Bakıya, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı institutuna yollandıq. Sənədləri qəbul komisiyyasına təqdim edib Sumqayıta, evə döndük. Həmin yay imtahanlara birlikdə hazırlaşdıq, o, instituta, mən isə texnikuma qəbul olunduq. Qrupda 25 tələbə idilər, 22-si qız, 3-ü oğlan və aralarında ən yaşlısı olduğuna görə o, “qrup nümayəndəsi” təyin olunmuşdu. İnstitutda yaxşı hörmət qazanmışdı. Bir sözünü iki etmirdilər, eşidilirdi. Qəribə mütaliə metodu vardı, rus dilində əzbərlədiyi mətni əvvəlcə maqnitofona söyləyir, sonra dəfələrlə dinləyib səhvlərini düzəldirdi. Nə isə, tələbəlik illərimi onun nəzarəti altında, tövsiyyələri ilə başa vurdum. Əsgərliyə yollanana kimi onunla bir otaqda necə deyərlər, həm yatıb dururduq, həm də dərslərə hazırlaşırdıq. Demək olar ki, günümüz bir yerdə keçirdi. Mən əsgərlikdən qayıdanda o, artıq Yardımlı rayon Partiya Komitəsində məsul vəzifədə çalışırdı. Çox keçmədi ki, onu Saratov Ali Partiya Məktəbinə göndərdilər və iki il də oranın tələbəsi olub geri- öz işinə döndü. Arada bir görüşsək də müntəzəm əlaqəmiz yox idi. Necə deyərlər, hərə öz işində...
 
Yardımlı, ey Yardımlı...
 
Bu hadisələrdən xeyli vaxt keçirdi. Artıq XXI əsrin əvvəlləri idi. Yeni yaratdığımız “Tək Dam”, sonradan “Yardımlı Xeyriyyə Cəmiyyəti” adlandırılan təşkilatın fəaliyyəti ilə bağlı Yardımlıya tez-tez getməli olurdum. Hər gedəndə də Dəlləkli kəndinə, onun yaşadığı “baba evi”ndə qalırdım. Bəzən gecədən səhərə qədər söhbətləşir, yeni ideyalarımı onunla bölüşüb məsləhət alırdım...
 
Necə deyərlər, Yardımlıda at oynatdığına, yardımlıları təhqir etdiyinə görə, 2008-ci ildə rayonun o vaxtkı icra başçısı ilə münasibətlərim korlandı. Və ona qarşı kəskin mövqedə oldum. Rəhbərlik etdiyim “Tək Dam", sonradan “Yardımlının Səsi” müstəqil qəzetlərində rayondakı problemləri işıqlandırır, icra başçısını nöqsanlarına görə tənqid edirdim. Vəziyyət o yerə gəlib çatmışdı ki, onun qorxusundan rayonda hamı mənimlə ünsiyyətdən qaçır, buna görə cəzalandırılacaqlarını açıq-aşkar dilə gətirirdilər. Çox keçmədi ki, qəzetin yayımlanmasına böyük əngəllər yaradılırdı. Buna baxmayaraq, qəzetimiz əldən ələ gəzir, hətta “ksero kopiya”sını çıxarıb rayon əhalisi arasında bir-birinə ötürürdülər. Bundan qəzəblənən icra başçısı qəzeti rayonda yayımlayan, o vaxt qaz idarəsində çalışan dostum Ramiz İsmayılovu vəzifəsindən çıxartmağa nail də oldu. Sağ olsun, rayon məhkəməsinin sabiq hakimi Gündüz Abbasov, onun vasitəsi ilə Ramizi bir təhər işə bərpa etdirə bildik. Sonradan qəzetin yayımlanmasını xalamın həyat yoldaşı Kərbəlayi Məhəmməd kişi öz boynuna götürdü. Buna görə, onun da başına min oyun açdılar. Çox əlləşdilər, özəl aptekini əlindən almağa çalışdılar, amma bacarmadılar. Sanki icra başçısı mənə və qohumlarıma gizli müharibə elan etmişdi. Fəqət, bir gənc xalam oğlunu işlədiyi mühafizə xidmətindən, bir əmim oğlunu rəhbərlik etdiyi YAP-ın kənd bölməsindən uzaqlaşdıra bildi. Haqqında söhbət açdığım dayım onda Dəlləkli kənd məktəbinin direktoru işləyirdi. Çox keçmədi ki, onun da, necə deyərlər, torbasını tikib vəzifəsindən uzaqlaşdırdılar. Həmin vaxtlar həyatımın həm təhlükəli və həm də çox ağrılı vaxtları idi. Rayonumuz naminə atıldığım mübarizədə arxamda çox az adam görünürdü. Bir neçə dəfə professor Vəli Əsmətov icra başçısının qardaşı vasitəsi ilə bu müharibəyə son qoyulmasına çalışsa da, artıq gec idi... 
 
Fürsətdən istifadə edib o vaxt mənə sədaqət göstərən, vəfalı dostlarım Zakir İmanova, Əli İskəndərova, Kərbalayi Məhəmməd kişiyə, Ramiz İsmayılova, Qabil Qaraxanlıya bir daha minnətdarlıq edirəm. Yeri gəlmişkən, həmin dövrdə qəzetimizdə çap olunan bir şeirimi sizə təqdim etmək istəyirəm:
 
Üz-üzə gələndə, yad adam kimi, 
Mənə salam vermə, salam gözləmə. 
Gedib söyləyərlər, çuğullar çoxdur, 
Mənə salam vermə, salam gözləmə. 
 
Bir elin yoxdursa ər oğulları, 
Arxası boş qalar nər oğulların. 
Hələ meydandadır yurd çuğulların, 
Mənə salam vermə, salam gözləmə. 
 
Zəng edib arasam, açma telefonu, 
Çatar qulağına bu xəbər onun… 
Yazıqsan, yetişər vədəsiz sonun, 
Mənə salam vermə, salam gözləmə. 
 
Heyif o dağlardan, heyif o düzdən, 
Ərəni yoxdursa, düşəcək gözdən. 
Salam! Utanıram vallah, bu sözdən, 
Mənə salam vermə, salam gözləmə...
 
Və nəhayət
 
2010-cu ildə Sevindik Hətəmovun rayonumuza icra başçısı təyin olunması ilə, bu mübarizəyə son qoyuldu. Bax, onda “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin də, “Yardımlının Səsi” qəzetinin də fəaliyyəti səhmana düşdü. Artıq rayon mərkəzində, mehmanxanada və ya dostların evində qalmaq mənim üçün təhlükəsiz oldu. Heç indiki icra başçısı- Ayaz Əsgərov da fəaliyyətimizə qarşı radikal olmayıb. Arada həmişə mehribanlıq və diqqət olub. Ara-sıra Dəlləkli kəndinə dayımgilə getsəm də, əsasən rayon mərkəzində qalırdım. Amma dayımla əlaqəm həmişə olub, tez-tez zəngləşib telefonla danışırdıq. Doğrudur, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin rayonda baş tutan tədbirlərində iştirak etməsə də, çətin günlərimdə əziyyətimə çox qatlaşıb...
 
İndi soruşacaqsınız ki, bəs dayının adı nədir?
 
Düşünürəm ki, dayımın kim olduğu barədə xeyli məlumat verdim. Adı, ölkəmizdə nadir adlardan biri - Bafadin, soyadı isə Nəsirov idi. Ötən il, 66 yaşında vəfat edib. Yox, yox! Rəsmi xronukada belə olsa da, mənim üçün Bafadin Nəsirov hələ də sağdır, hələ də yaşayır. Elə təsəvvür edirəm ki, o, yenə də uzaqlara - harayasa oxumağa gedib. Nə vaxtsa görüşəcəyik...
 
Bəli, fevralın 9-u onun ad günüdür, 67 yaşı tamam olur.
 
Mövludun mübarək, dayı!
 
Elman Eldaroğlu
 
Oxşar xəbərlər
00:12, Bu gün
Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul edib
21 Oct 2024 | 23:54
İsrail ordusu Livana yeni hücumlar silsiləsi elan etdi
21 Oct 2024 | 23:50
Bakıda yollar keçilməz vəziyyətdə: Sakinlər taxtadan körpü düzəltdilər
21 Oct 2024 | 23:48
Dəməşqdə "Hizbullah" komandiri öldürüldü
21 Oct 2024 | 23:18
Deputat: "Region üçün "3+3" formatından daha uğurlu platforma ola bilməz"
21 Oct 2024 | 23:08
"Rusiyaya dönərəmsə, prezident seçkilərində namizədliyimi irəli sürəcəyəm" - Yuliya Navalnaya
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
21 Oct 2024 | 22:57
Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam - Tramp
21 Oct 2024 | 22:40
Paytaxtda yağan aramsız yağışın FƏSADLARI: Bakı küçələrində SON VƏZİYYƏT
21 Oct 2024 | 22:32
Kapitan komanda yoldaşının çənəsini sındırdı
21 Oct 2024 | 22:24
İsrail raket yağışına tutuldu: yanğınlar baş verdi
21 Oct 2024 | 22:16
Bakıda 2 yeniyetmə “BMW”dən görün nə oğurladı
21 Oct 2024 | 22:08
Rihannanın sevgilisi futbol klubu alır
21 Oct 2024 | 22:00
Xuraman Muradova: “Sən  yoxsan…”
21 Oct 2024 | 21:45
Yatmazdan əvvəl telefonu şarj edənlərə XƏBƏRDARLIQ
21 Oct 2024 | 21:40
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq daha bir yardım
21 Oct 2024 | 21:35
Bakıda ADAM OĞURLUĞU: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar
21 Oct 2024 | 21:31
"İsrail Sinvarın ölümündən sonra xəyallara qapılmamalıdır"  - CNN
21 Oct 2024 | 21:24
Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu
21 Oct 2024 | 21:16
XƏBƏRDARLIQ: Yeni COVID ştammının təhlükəsi
21 Oct 2024 | 21:06
Azərbaycanda "Halloween" bayramına maraq göstərənlərin sayı artıb: Ekspertlər nələri açıqladı?
21 Oct 2024 | 21:00
Putin və Ərdoğan Kazanda hansı məsələləri müzakirə edəcək?
21 Oct 2024 | 20:55
Keçmiş prezident saxlanıldı
21 Oct 2024 | 20:48
"Cənubi Koreya Rusiyanın güclü düşməninə çevrilə bilər" - "Bild"
21 Oct 2024 | 20:40
Ukraynalı turist Bakıda rus dilində söyüş söydü, həbs edildi
21 Oct 2024 | 20:30
WhatsAppda zənglərlə bağlı yenilik
21 Oct 2024 | 20:25
Hindistan Çinlə münaqişəyə son qoydu
21 Oct 2024 | 20:20
Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır
21 Oct 2024 | 20:15
Məşhur müğənni özü-özü ilə evləndi
21 Oct 2024 | 20:08
Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər edib - VİDEO
21 Oct 2024 | 20:06
ABŞ-dan Pekinə göz dağı: Bütöv bir freqat “Çin ərazisindən” keçdi...
21 Oct 2024 | 20:00
"3 gün təsir edəcək"- Astroloqdan XƏBƏRDARLIQ
21 Oct 2024 | 19:53
Rusiyalı futbolçu Messini ötdü
21 Oct 2024 | 19:45
Yadplanetlilər Yer kürəsini ziyarət ediblər?– Pentaqon "həqiqəti" AÇIQLADI
21 Oct 2024 | 19:35
Şuşa-Laçın avtomobil yolunda QƏZA - VİDEO
21 Oct 2024 | 19:30
Müharibəni dayandırmaq üçün İsrailə səfər...
21 Oct 2024 | 19:25
Bakıda xanım sürücü QƏRİBƏ QƏZA törətdi - VİDEO
21 Oct 2024 | 19:20
Dollara tələb kəskin artıb: “Bir çox bank süni əngəllər yaradır”
21 Oct 2024 | 19:15
Alatavadakı söküntü işləri dayandırıldı
21 Oct 2024 | 19:08
BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib
21 Oct 2024 | 19:00
Bakıda "qaraçı"lar avtobusda OYUN ÇIXARDILAR - VİDEO
21 Oct 2024 | 18:50
“Bura sizin ölkəniz deyil” - Çarlz tənqidə məruz qaldı- FOTOLAR
21 Oct 2024 | 18:45
Mixael Şumaxerin 5 yarış qalibi olduğu maşını hərraca çıxarılır
21 Oct 2024 | 18:38
“Reallıq baxımından İsrailin bu cür planları gülməli görsənir...”-Sabiq baş diplomat
21 Oct 2024 | 18:26
Dünya Hakimlərinin Baş Assambleyası Azərbaycanda keçiriləcək
21 Oct 2024 | 18:20
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
21 Oct 2024 | 18:15
Bərdədə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
21 Oct 2024 | 18:10
326 milyonluq qaçaqmalçılıq edən dəstənin MƏHKƏMƏ PROSESİ keçirilir
21 Oct 2024 | 18:05
İsrail Livandakı müharibəni bu şərtlərlə dayandıra bilər
21 Oct 2024 | 18:00
Həftədə neçə dəfə yumurta yemək lazımdır və nə üçün vacibdir?
21 Oct 2024 | 17:56
"İnsanlar neçə il ömür sürəcək? - Alimlərin kəşfi
21 Oct 2024 | 17:52
Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO
21 Oct 2024 | 17:48
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
21 Oct 2024 | 17:44
AFFA bu klubun futbolçusunu 4 oyunluq cəzalandırdı
21 Oct 2024 | 17:40
COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlandı
21 Oct 2024 | 17:36
Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi - FOTO
21 Oct 2024 | 17:32
Dövlət Komissiyası bu şəxslərin ailələrinə müraciət etdi
21 Oct 2024 | 17:27
UNEC-ə yeni prorektor təyin olunub
21 Oct 2024 | 17:23
Bakı metrosunda yaşanan problemin riyazi qanunauyğunluqları – ELMİ-LƏDUN 
21 Oct 2024 | 17:20
Qubada “Gənc turizm liderləri” düşərgəsi baş tutdu - FOTO
21 Oct 2024 | 17:17
Bakıda avtobusda "qaraçı"lar GÖRÜN NƏ OYUN ÇIXARDILAR - ANBAAN GÖRÜNTÜLƏR
21 Oct 2024 | 17:13
"Qarabağ" - "Ayaks" oyununa 20 mindən çox bilet satılıb
21 Oct 2024 | 17:08
Dizellə işləyən avtomobil sahiblərinin nəzərinə! - VACİB
21 Oct 2024 | 17:03
Mehriban Rəsulovaya yüksək vəzifə verildi - FOTO
21 Oct 2024 | 16:58
BDU-da erməni dilinə dair təlim keçirilib - FOTO
21 Oct 2024 | 16:53
"İsrail Livanda atəşkəs üçün şərtlərini açıqlayıb" - "Axios" portalı
21 Oct 2024 | 16:48
Şuşanın azad edilməsində qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
21 Oct 2024 | 16:43
Bəzi bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA
21 Oct 2024 | 16:39
Naxçıvana ilk qar yağdı
21 Oct 2024 | 16:35
Yağışlı hava şəraiti ilə bağlı Bakı yollarında sıxlıq yarandı - SİYAHI
21 Oct 2024 | 16:30
Xəbərdarlıq edildi: Noyabrın 1-dən benzinin qiyməti...
21 Oct 2024 | 16:24
Fətullah Gülənin yerinə kim gələcək? - Ad açıqlandı
21 Oct 2024 | 16:18
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsindən geri çağırıldı
21 Oct 2024 | 16:14
Sabunçuda iki nəfərin meyiti aşkarlandı - Araşdırma aparılır
21 Oct 2024 | 16:09
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
21 Oct 2024 | 16:03
"Qarabağa gəlmək, sözün əsl mənasında, ziyarətə bərabərdir" - Gürcüstan azərbaycanlısı
21 Oct 2024 | 15:58
COP29-un gündəlik tematik proqramı açıqlandı
21 Oct 2024 | 15:53
Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
21 Oct 2024 | 15:47
“Sənə demişəm, səviyyəli verilişlərə çıx!” - VİDEO
21 Oct 2024 | 15:42
"Biz HƏMAS-ın fiziki və mənəvi iflasına nail olmaq əzmindəyik" - Netanyahu hökuməti
21 Oct 2024 | 15:39
Deputat: “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq”
21 Oct 2024 | 15:35
Qarabağdan gizli şəkildə Ermənistana aparılır? – Yayılan fotolar şok etdi - VİDEO
21 Oct 2024 | 15:30
BMT-nin tədbirini qaralamaq cəhdləri: COP29-la Azərbaycana təzyiqlər - ŞƏRH + FOTO
21 Oct 2024 | 15:25
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
21 Oct 2024 | 15:15
Mətanət İsgəndərli bunun üçün 10 min xərclədi - VİDEO
21 Oct 2024 | 15:10
AMEA-dakı qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlandı
21 Oct 2024 | 15:04
BDU Türkiyənin Erzincan Binəli Yıldırım Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
21 Oct 2024 | 14:58
Gürcüstanlı səyyahların üçüncü qrupu Qarabağa gəldi
21 Oct 2024 | 14:53
"Ukrayna müharibəsindən sonra Rusiya ordusu daha da güclü olacaq" - general Kristofer Kavoli 
21 Oct 2024 | 14:48
Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu
21 Oct 2024 | 14:42
“Aztelekom”-un yeni  baş direktorunun təyinatı nələr vəd edir? - Osman Gündüz AÇIQLADI
21 Oct 2024 | 14:35
Təhsil ekspertindən kurrikulum islahatları ilə bağlı MÜHÜM AÇIQLAMA: “Biz tərsinə işləyirik”
21 Oct 2024 | 14:30
Azadlıqda sonuncu bayramı ola bilər: Arifin ömürlük həbsi istənildi - FOTO
21 Oct 2024 | 14:25
Gənclər Lerikə gəzməyə getdilər: Oğlanla qız bir yerdə qaldığı otaqda... – TƏFƏRRÜAT
21 Oct 2024 | 14:20
Fidan Fətullah Gülənin ölümündən danışdı - "Türkiyə kəşfiyyatı da..."
21 Oct 2024 | 14:15
“Bu təşkilatlar təzyiq aləti kimi istifadə etmək üçün yaradılıb” - Niyaməddin Orduxanlı
21 Oct 2024 | 14:11
Zəngilan: Yaşıl enerji bölgəsi
21 Oct 2024 | 14:07
Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldü
21 Oct 2024 | 14:03
Muxtar Babayev: "COP29 Azərbaycana olduqca böyük dividendlər qazandıracaq" - MÜSAHİBƏ
21 Oct 2024 | 13:58
Bakının bu küçəsinin bir hissəsi təmir edildi - VİDEO
GÜNLÜK
21 Oct 2024 | 14:25
Gənclər Lerikə gəzməyə getdilər: Oğlanla qız bir yerdə qaldığı otaqda... – TƏFƏRRÜAT
21 Oct 2024 | 12:18
Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ - 200 manat CƏRİMƏ
21 Oct 2024 | 10:14
“Dünya xarici ticarətinin 80 %-dən çoxu ABŞ dolları ilə aparılır, pomidorla yox...”
21 Oct 2024 | 09:26
Fətullah Gülən öldü
21 Oct 2024 | 08:47
Vəfa Şərifova müəllimini TƏNQİD ETDİ: "Tacir Şahmalıoğluya qadınların ağzından..."
21 Oct 2024 | 08:36
Bakıda avtomobil qatara çırpıldı - ağır xəsarət alanlar var - SON DƏQİQƏ
21 Oct 2024 | 08:15
Dəhşətli qəza 5 CAN ALDI
21 Oct 2024 | 08:55
Azərbaycanlı məşhur yeni tikdirdiyi evində həyat yoldaşını qadınla tutdu - VİDEO
21 Oct 2024 | 07:51
"Amerika hərbçiləri Ukrayna piyadalarının döyüşdüyü şəraitə dözə bilərdilərmi?"
21 Oct 2024 | 09:16
Ölkəyə minik avtomobillərinin idxalı azaldı - Qiymətlərə təsir edəcək? - VİDEO
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
21 Oct 2024 | 14:25
Gənclər Lerikə gəzməyə getdilər: Oğlanla qız bir yerdə qaldığı otaqda... – TƏFƏRRÜAT
21 Oct 2024 | 12:18
Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ - 200 manat CƏRİMƏ
21 Oct 2024 | 10:14
“Dünya xarici ticarətinin 80 %-dən çoxu ABŞ dolları ilə aparılır, pomidorla yox...”
21 Oct 2024 | 09:26
Fətullah Gülən öldü
21 Oct 2024 | 08:47
Vəfa Şərifova müəllimini TƏNQİD ETDİ: "Tacir Şahmalıoğluya qadınların ağzından..."
21 Oct 2024 | 08:36
Bakıda avtomobil qatara çırpıldı - ağır xəsarət alanlar var - SON DƏQİQƏ
21 Oct 2024 | 08:15
Dəhşətli qəza 5 CAN ALDI
21 Oct 2024 | 08:55
Azərbaycanlı məşhur yeni tikdirdiyi evində həyat yoldaşını qadınla tutdu - VİDEO
21 Oct 2024 | 07:51
"Amerika hərbçiləri Ukrayna piyadalarının döyüşdüyü şəraitə dözə bilərdilərmi?"
21 Oct 2024 | 09:16
Ölkəyə minik avtomobillərinin idxalı azaldı - Qiymətlərə təsir edəcək? - VİDEO