Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ADA Universiteti ilə birlikdə “Güvən yürüşü” tədbiri keçirib
Cəmiyyət
1957
21 Dec 2023 | 15:03

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ADA Universiteti ilə birlikdə “Güvən yürüşü” tədbiri keçirib

Moderator.az xəbər verir ki, 21 dekabr 2023-cü il tarixində saat 13:30-da ADA Universitetində görkəmli  oftolmoloq a    kademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunuş ADA Universitetinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə icra etdiyi “Şəfqət boşluğu” layihəsi  çərçivəsində “Güvən yürüşü” tədbiri baş tutub.

 

Tədbir çərçiəsində ilk öncə ADA Universitetində konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan ADA Universiteti tələbə xidməti meneceri Günel Əskərova layihə barədə iştirakçılara ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən bəhs edib.

 

Konfransda çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdulayev öncə görkəm oftolmoloq, akademik Zərifə Əliyevanın tibb elmi sahəsindəki tarixi xidmətlərinə diqqət çəkib. Zərifə Əliyevanın tibb elminə bir sıra mühüm, mütərəqqi yeniliklər gətirdiyini bildirən Səmyar Abdullayev, onun elmə gətirdiyi bu yeniliklərdən bu gün də uğurla istifadə edildiyini bildirib.

 

Daha sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlillərə olan diqqət və qayğısından danışıb. Səmyar Abdullayev bildirib ki, Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir.

 

Tədbirdə çıxış edən layihə koordinatoru Fidan Quliyeva layihə iştirakçılarına öz minnətdarlığını bildirib, Səmyar Abdullayevlə birlikdə fərqlənən tələbələrə sertifikatlar təqdim ediblər.

 

Konfransdan sonra “Dədə Qorqud” parkında ADA Universitetinin əcnəbi və yerli tələbələrinin müşayəti ilə görmə üzrə əlilliyi olan şəxslərin gəzintisi təşkil olunub.

 

Qeyd edək ki, “Güvən yürüşü” sadəcə bir toplaşma deyil, həm də empatiya, anlaşma və inklüzivliyin bayramıdır. Bu tədbir əlillər də daxil olmaqla müxtəlif fonlardan insanları bir araya gətirərək bir-birilərinin əlindən tutaraq, dərin bir birlik və qarşılıqlı dəstək hissini təşviq           edir. Bu cür tədbirlər əlillərin qarşılaşdıqları çətinliklər və əlverişlilik, inklüzivlik kimi vacib sosial məsələlərə işıq salmaq üçün mühüm ictimai mesaj rolunu oynayır.

 

“Şəfqət boşluğu” layihəsi çərçivəsində baş tutan “Güvən yürüşü”ndə maraqlı musiqi ifaları səsləndirlib, əcnəbi və yerli tələbələrlə birlikdə gəzinti təşkil olunub.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər