22:54
9°C
Bakı
“Beş il döyüşmüşəm. Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Döyüşlər gedən zaman ailəmi Bakıya gətirib yerləşdirib özüm geri qayıdaraq döyüşlərdə iştirak etdim”.
Bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Cəmil Abbasov söyləyib.
“Binəqədi rayonu 2 nömrəli yataqxanada məskunlaşmışdıq. Artıq bütün ağrı-acılar geridə qaldı, çünki torpaqlarımız işğaldan azad olunub və biz oraya qayıdırıq”, -deyə, o bildirib.
O, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna minnətdarlığını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət, onların ailələrinə səbir diləyib.