Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Cəmiyyət
1667
20 Nov 2023 | 21:00

Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 21-də Bakı Təşəbbüs Qrupu paytaxtımızda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirəcək.

Burada Fransa, ABŞ, Türkiyə, Rusiya, Əlcəzair, Seneqal, Nigeriya, Tanzaniya, Uqanda və Keniya da daxil olmaqla 18 ölkədən 40-dan çox nümayəndə iştirak edəcək.

Komor adaları, Hindistan və Fransanın bir neçə dənizaşırı ərazilərindən - Yeni Kaledoniya, Martinika, Fransa Polineziyası, Qvadelupa, Fransa Qvianası və Korsikadan da nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Tədbirin əsas məqsədi 21-ci əsrdə davam edən neokolonializm siyasəti nəticəsində hələ də müstəmləkə altında olan ərazilərdə qadınların ağır vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər