BDU riyaziyyatçılarının tədqiqatları davam edir - FOTO
Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları “Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası” (“Characterizations for the genuine Calderón-Zygmund operators and commutators on generalized Orlicz-Morrey spaces”) adlı məqalə “Web of Science” beynəlxalq elmmetrik bazasında Q1 kvartilli jurnallar siyahısına daxil “Advances in Nonlinear Analysis (IF: 4.2)” jurnalında dərc olunub: //www.degruyter.com/document/doi/10.1515/anona-2022-0307
Məqalədə ümumiləşən Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilib. Həmçinin bu fəzalarda həqiqi Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu araşdırılıb.