Azərbaycanda internet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?
Cəmiyyət
Oxunub: 3417
07 Apr 2023 | 09:58
Azərbaycanda internet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

Azərbaycanda internet provayderlərinin yaradılması və vətəndaşlara xidmət göstərilməsi ilə bağlı xüsusi şərtlər olmadığı üçün bir sıra şirkətlər bundan sui-istifadə edir.

Moderator.az xəbər verir ki, bunu  “Report”a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin internet xidməti göstərən provayderləri, o cümlədən host provayderlərini uçota alınmasına başlamasını şərh edərkən bildirib.

Onun fikrincə, bu, bazarda rəqabətli mühit yaradacaq: “Hazırda provayder bazarında qarışıqlıq var. İstənilən şirkət “Backbone” provayderindən trafik əldə edərək xidmət göstərir. Bunun üçün lisenziya tələbi yaxud xüsusi şərtlər yoxdur. Nəticədə provayderlər özləri barədə məlumat vermədən, saytını yaratmadan müəyyən ərazidə xidmət göstərirlər. Belə hallar daha çox yeni binalarda baş verir. Provayderlər MTK-larla işbirliyinə gedir, adambaşına 1 manat verərək binanın yeganə internet təchizatçısı olur. Digər provayderlər haqqında isə vətəndaşlar ümumiyyətlə məlumatsız olur.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin uçot tədbirləri provayderlərə əlçatanlıq yaradacaq. Şəffaf mühitin olması istifadəçilər üçün çox vacibdir. Bu, həm də ictimai nəzarət imkanı yaradır, rəqabətə yol açır. Nəticədə həm internetin keyfiyyəti artacaq, həm də vətəndaşların seçim imkanı yaranacaq. Onlar istədikləri provayderi seçə biləcəklər”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov da düşünür ki, hazırda ölkəmizdə internet təchizatı ilə bağlı xaotik vəziyyət hökm sürür: “Bu vaxta qədər Azərbaycanda hansısa hüquqi yaxud fiziki şəxsin provayder kimi fəaliyyətə başlaması üçün heç bir icazəyə ehtiyac yox idi. Yəni o, özünü provayder elan edib özünə magistral provayderlərdən kanal alıb, bağlantılar kirayələyə bilirdi və fəaliyyətə başlayırdı. Amma onun göstərdiyi xidmətin keyfiyyətini araşdırmaq mümkün olmurdu. Həmçinin provayderlərin və istifadəçinin hüquq və vəzifələrini müəyyən edən heç bir sənəd olmayıb. Bu isə tərəflərin bir-biri qarşısında məsuliyyətinin olmamasına imkan yaradır.

Bildiyiniz kimi internetdə ən əsas göstəricilərindən biri kanalın sürətidir. Bir çox hallarda müqavilələrdə sürəti 10 MB/S yaxud 20 MB/S yazırlar, amma faktiki yoxlayanda orada heç 2 MB/S belə olmur. Xüsusən də pik saatlarda kanallarda sıxlaşdırma nəticəsində sürət kəskin aşağı düşür. Nəzərə almaq lazımdır ki, dövlətimiz rəqəmsallaşmaya gedir və sürətli internet dövlət və özəl qurumların göstərdiyi elektron xidmətləri əlçatan edir. Digər tərəfdən son illər kiberhücumlar artıb. Nəticədə pozuculuq fəaliyyəti göstərənlər hüquqi və fiziki şəxslərə maddi və mənəvi ziyan vurur, onların ictimai nüfuzuna xələl gətirir”.

Q.Qurbanov Nazirliyin İctimai Şurasına və rəhbərlik etdiyi təşkilata internetin keyfiyyəti ilə bağlı bir çox müraciətlərin daxil olduğunu və bu baxımdan da tənzimlənmənin vacibliyini qeyd edib: “Bütün bunları nəzərə alaraq ölkəmizdə telekommunikasiya və internet bazarının fəaliyyətinin tənzimlənməsinə ehtiyac olduğunu demək olar. Bazarda qayda-qanunun olması çox vacibdir. Operator və provayderlərin, o cümlədən host provayderlərinin uçota alınmasına həmçinin ölkədə olan internet təchizatçılarının sayını, fəaliyyət arealını öyrənməyə imkan verəcək. Nəticədə isə müştərinin provayder seçmək imkanı yaranacaq. Yəni vətəndaş bir provayderdən narazı olsa digərini seçə biləcək. Burada ən əsas məsələ ondan ibarətdir ki, internet təchizatı və ondan istifadə ilə bağlı ayrı qaydalar olmalıdır. Məndə olan məlumata görə, aidiyyəti strukturlar bu qaydaları hazırlayır.

Hazırda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin fəaliyyəti “Telekommunikasiya haqqında” qanunla tənzimlənir ki, həmin qanun da 2006-cı ildə qəbul edilib. Hazırda bu qanunun yenidən işlənərək qəbul edilməsinə ciddi ehtiyac var. Digər məsələni də nəzərə almaq lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bir müddət əvvəl yaranmasına baxmayaraq onun tənzimlənməni həyata keçirmək üçün əlində dövlət tərəfindən qəbul edilmiş müvafiq qanun və qaydalar yoxdur. Bu isə həmin agentliyin fəaliyyətini yubadır”.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə internetin artıq əlavə xidmət sahəsi deyil, vacib kommunal sahələr sırasına daxil olduğu qənaətindədir: “Uçota başlama onu göstərir ki, internet artıq kommunal sahələrdən biri olur. Dünya Bankının Azərbaycanda həyata keçirdiyi sonuncu tvinninq layihəsi çərçivəsində də bildirildi ki, artıq dünyada internetə zəruri olan kommunal predmet kimi baxırlar. Qlobal iqtisadi zəncirin tərkib hissəsi olan Azərbaycan da bu istiqamətdə addımlar atır. Yəni əgər internet vacib faktordursa onun təchizat və istifadə qaydaları, şərtləri olmalıdır. Əslində Azərbaycan dövləti bu işlərə əvvəldən başlayıb. 2025-ci ilə qədər ölkədə 100%-lik minimum 25 MB/S sürətli internetin olması planları açıqlanıb və layihənin icrası istiqamətində sürətli addımlar atılmaqdadır. Son göstəricilər uğurlu nəticədən xəbər verir. Uçotun aparılması isə göstəriləcək internet və telekommunikasiya xidmətlərinin keyfiyyətini artıracaq. Standartlaşmanın olması üçün reyestrin olması mütləqdir".

"Bəzən vətəndaşlar internetin sürəti və yaxud keyfiyyəti ilə bağlı şikayətlənir, amma müraciət etməyə yer tapmır. Hesab edirəm ki, uçotun aparılması lazımi suala cavab tapmağa imkan verəcək. Uçot təkcə internetin keyfiyyətinin yüksəlməsinə deyil, provayderlərin istifadə etdikləri avadanlıq və texnologiyalardan, onların əməkdaşlarının peşəkarlıq səviyyəsindən xəbərdar olmağa imkan verəcək, peşəkar kadrların isə daha rəqabətli mühitdə çalışmasına imkan yaradacaq. Hesab edirəm ki, gələcəkdə internet təchizatı daha strateji olsa o zaman lisenziyalaşmaya getmək olar. Amma hazırkı mərhələdə dövlətimizin bu sahədəki düşüncəsi belədir ki, internet azad olmalıdır. Azadlıq isə nəzarətsizlik demək deyil. Buna görə də, uçotun aparılması ilə nəzarət mexanizminin tətbiqinə başlanılması uğurlu addımdır”, - deyə ekspert fikrini tamamlayıb.

Məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə yeni meneceri Günel Əhmədova isə "Report"a bildirib ki, hazırda uçota alınma prosesi davam edir: "Məqsəd ölkədə internet telekommunikasiya xidmətləri göstərən subyektlər barədə lazımi məlumatların toplanması, ümumiləşdirilməsi, həmçinin tənzimlənən sahədə vəziyyətin öyrənilməsi və istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsidir".

Oxşar xəbərlər
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
10:59, Bu gün
Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
10:56, Bu gün
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
10:49, Bu gün
Azərbaycanda “Iphone” alanda müştəriləri belə aldadırlar - DETALLAR
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:37, Bu gün
Yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər
10:29, Bu gün
Milli Məclisin payız sessiyası bu tarixdə işə BAŞLAYACAQ
10:27, Bu gün
Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
10:19, Bu gün
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm”- Əməkdar artist
10:15, Bu gün
İsrailin Livana hücumu nəticəsində "Hizbullah"ın bir neçə komandiri ölüb
10:12, Bu gün
Talıbovun "tilsimi" - Kreslosu niyə boş qalıb?
10:05, Bu gün
Azərbaycan bu ölkə ilə viza tələbini ləğv edir
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
09:55, Bu gün
Qənirə Paşayevanın ölümündən 1 il ötdü
09:49, Bu gün
Yanacaqdoldurma önündə qətl – Bakıdakı dəhşətli cinayətin detalları
09:43, Bu gün
Ən etibarlı bürclər hansılardır?
09:36, Bu gün
"Milan"a 5 dəqiqə kifayət edib
09:25, Bu gün
COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib