“Heydər Əliyevin Azərbaycan veteran hərəkatının formalaşmasında tarixi xidmətləri mövcuddur”.
Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müahribəsi veteranı, polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, 6 aprel tarixində Bakı Konqres Mərkəzində “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda keçirilən konfransda Ulu öndərin bu sahədəki xidmətlərindən ətraflı bəhs olunub:
“Dünən Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda möhtəşəm bir konfrans keçirildi. Konfransda Heydər Əliyevin veteran hərəkatının formalaşmasındakı tarixi xidmətlərindən, veteranlara göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs olundu. Veteranlar məmnunluq hissi ilə vurğuladı ki, Heydər Əliyev hər zaman veteranların yaxın dostu və himayədarı olub. Onların təşkilatlanmasına, veteranların həyat və döyüş təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirib.
Sevindiricidir ki, Ulu öndərin veteranlara olan bu qayğısı Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Bu gün veteranlar dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunur. Bu fakt bir daha onu göstərir ki, dövlətimiz vətən qarşısında xidmətləri olan heç kəsi unutmur, ona daim diqqət və qayğı göstərməyi vacib hesab edir”.
Seymur ƏLİYEV