“Sosial şəbəkə qaydasız döyüş kimidir - orada heç bir ölçü yoxdur” - FOTO
Cəmiyyət
Oxunub: 3900
01 Apr 2023 | 23:54
“Sosial şəbəkə qaydasız döyüş kimidir - orada heç bir ölçü yoxdur” - FOTO

Qulu Məhərrəmli: “Sosial şəbəkə qaydasız döyüş kimidir – orada heç bir ölçü yoxdur. Ondan gərək məqsədəuyğun şəkildə istifadə edəsən”.

“Məktəblilərlə görüşdə nələrdən danışmaq olar? Onların maraq dairəsində olan hər şeydən! Əsas mövzular kitab mütaliəsi, peşə seçimi, intellekt, TV, Ana dili, media, tarixi şəxsiyyətlər və milli dəyərlər oldu!”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsində qonaq olan televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli şagirdlərlə görüşündən dərhal sonra fb profilində belə paylaşım etdi.

Xətai rayonundakı 263 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Q.Məhərrəmli auditoriyaya öz fəaliyyəti haqqında qısa məlumat verərək “Əsas məsələ odur ki, bu görüşdən sonra siz məni daha yaxşı tanıyacaqsınız” dedi.

“Kaspi” qəzetinin həmin görüşdən hazırladığı məqaləni təqdim edirik:

Jurnalistikanı seçməyimdən peşman deyiləm

“7-8-ci sinifdə oxuyanda jurnalist olmağı qərara almışdım. Xarici ölkələrdəki müxbirlərin reportajları xoşuma gəlirdi. Ona görə xarici dil öyrənməyə çalışırdım. Çoxlu qəzet, jurnal oxuyurdum. Mənə deyirdilər ki, xarakterin başqa cürdür, səndən yaxşı prokuror olar, amma mən jurnalistikanı seçdim. Bundan da peşman deyiləm. Hazırda təkcə verilişlər aparmıram, həmçinin siyasi icmallar, müxtəlif mövzularla bağlı şərhlər verirəm. Daha çox televiziyaları tənqid etməklə məşğulam. Sosial siyasi proseslərə münasibət bildirirəm”. Q.Məhərrəmli qeyd etdi ki, 1998-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində “Televiziya və radio jurnalistikası” kafedrasında çalışır. Hazırda kafedra müdiridir: “Çoxlu tələbəmiz var. Məşğul olduğum sahələrdən biri də dilçilikdir. Nitq mədəniyyəti məsələləri, Azərbaycan dilinin düzgün işlənməsi qaydaları, o cümlədən, dərsliklərin dili ilə məşğulam. 2 il Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışmışam. Arada vaxtım olanda kitablar yazmışam. 40-a yaxın kitabım nəşr olunub ki, bura dərsliklər, publisistik və köşə yazılar, araşdırmalar və s. daxildir”. 

Mətbuat azadlığı özbaşınalıq deyil

Şagirdlərdən birinin “Bu gün mətbuatın, xüsusilə elektron medianın gücünü necə izah edərdiniz?” sualına cavab olaraq Q.Məhərrəmli sovet dövrü jurnalistikası ilə çağdaş jurnalistikanın müqayisəsindən danışdı: “Sovet jurnalistikası fərqli idi. Daha çox partiya orqanlarının bir təkəri idi. Tapşırıq verirdilər işləyirdi, müstəqil deyildi. Amma səmimi jurnalistika idi. Qaydalar vardı, indiki kimi çox xaos içində deyildi. İndi mətbuat azaddır. Təəssüf ki, o azadlığın ortaya gətirdiyi naqisliklərlə üz-üzəyik. Etik qaydalar pozulur, insanların şəxsi həyatına müdaxilə olunur, çoxlu böhtanlar yazılır. Mən Mətbuat Şurasının Etik komissiyasının sədriyəm. Bu məsələləri o qurumda müzakirə edirik. Mətbuat azadlığı özbaşınalıq deyil. Mətbuat azadlığı, demokratiya xaos deyil. Azadlığı əldə edib məsuliyyəti unudanda, mətbuat azadlığı gözdən düşür. Biz bunları qoşa qanad kimi aparmalıyıq. Mətbuat azadlığından silah kimi istifadə etmək olmaz. Bu kütləvi qırğın silahı deyil, kütləvi məlumat vasitəsidir”.

İnformasiya cəmiyyəti dövrü

Professor qeyd etdi ki, ən ciddi problemlərdən biri yeniyetmə və gənclər arasında doğru- düzgün informasiyaları yaymaqdır: “İnformasiya cəmiyyəti dövründə yaşayırıq. İnsanların əldə etdiyi və yaydığı məlumata görə dövr müəyyənləşir. Məsələn, bu gün “neft” haqqında olan informasiya neftin özündən qiymətlidir. İnformasiya ilə işləmək xüsusi savad tələb edir. Bunun adı media savadlılığıdır. Bu, bizim məktəblərdə keçirilmir, amma Türkiyədə orta məktəblərdə 6-cı sinifdən başlayaraq “Media savadlılğı” keçirilir. Biz oxuduğumuz informasiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını bilməliyik. 44 günlük müharibədə ən çox müraciət olunan məsələ “yalan məlumatlara inanmayın” idi. Yalan məlumata inanmamaq üçün gərək doğru məlumatın necə olduğunu bilək. Mənə elə gəlir ki, bizim məktəblərdə 10-11-ci siniflərdə ya “İnformasiya”, ya da “Media savadlılığı” fənni keçilməlidir. Əgər siz status yazırsınızsa, bilməlisiniz ki, bunu necə dəqiq və cəlbedici yazmalısınız. “Nə, harada, nə vaxt, niyə, necə olub və kim iştirak edib?” - xəbərin suallarıdır. Ümumiyyətlə, informasiya bizə nə üçün lazımdır?”

“Televiziya tənqidçilərinin sayı çox azdır”

“Hazırda efir məkanında yeniyetmə və gənc auditoriyanın marağına uyğun verilişləri qənaətbəxş saymaq olarmı?” sualına cavab verən televiziya tənqidçisi etiraf etdi ki, bu sahədə boşluqlar var. Onlardan biri də uşaqlar və yeniyetmələr üçün verilişlərin azlığıdır: “Televiziya bir cəmiyyəti formalaşdıra bilir. Bunun üçün tənqidi düşüncəni inkişaf etdirmək lazımdır. Biz onun gücündən çox istifadə edə bilərik. Televiziya tənqidçilərinin sayı çox azdır.  Televiziya aparıcılarının peşəkarlığı da çox önəmlidir. Bəzən bir aparıcı televiziyanın siması sayılır. Əgər televiziyalar maraqlı verilişləri çox etsələr, heç sosial şəbəkələrə ehtiyac qalmaz”.

Dil qaydaları ən çox televiziyalarda pozulur

Şagirdlərin “Teleməkanda Ana dilimizin norma və qaydalarına əməl olunması sizi qane edirmi?” sualına cavab verən professor bildirdi ki, dil qaydaları çox pozulur: “Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi yaradılıb. İki kitab nəşr ediblər. Məlum olub ki, dil qaydaları ən çox televiziyalarda pozulur. Azərbaycan dili şəkilçisi olan dildir. Başqa dilin qaydalarını bura tətbiq etmək olmaz. Mənim fikrimcə, dil normaları televiziya, radio və küçə reklam və elanlarında daha çox pozulur”.  Professor “Biz öz dilimizi gözəl bilməli, fikrimizi aydın, səlis ifadə etməliyik”, - deyə şagirdlərə tövsiyə etdi: “Əlbəttə, ingilis, rus, fransız və ya ispan dillərini də bilmək lazımdır. Neçə dil bilirsənsə, bir o qədər adamsan”.

“O qədər gözəl arzudur ki...”

Məktəbin müəllimlərindən birinin sualı ümumən cəmiyyətin narahatlığını ifadə etdi: “Bu gün sosial şəbəkələr əhatə dairəsinə görə telekanalları və medianı üstələyib. Bunun müsbət və mənfi tərəflərini necə izah edərdiniz? Nə etmək lazımdır ki, bizim televiziyaların hazırladıqları proqramlar böyüyən nəslin marağına uyğun olsun?”. Bu sual qonağı da qayğılandırdı: “Bu, o qədər gözəl arzudur ki... Ancaq elə arzu olaraq da qalır. Sosial şəbəkələr daha qorxulu platformadır. Onların heç bir ölçüsü yoxdur. İnsanların düşüncə, hərəkət azadlığını, xüsusən qadağalara münasibətini stimullaşdıran bu platformalar çox böyük dağıdıcı gücə malikdir. Oradakı informasiyanın doğru, yalan və ya zərərli olduğunu necə müəyyənləşdirməliyik? Yenə təkrar edirəm, bunun üçün informasiya savadlılığı olmalıdır. Bir müğənni var: Üzeyir. Bircə mahnısına da qulaq asmamışam. Onu sosial şəbəkələrdə 2-3 milyon insan layk edir. Amma klassik Azərbaycan musiqisinin banisi Üzeyir bəyi çox adam tanımır. Biz özümüzü dərk etməli, hansı ölkədə yaşadığımızı bilməli, millətin yetirdiyi şəxsiyyətləri və onların yaratdığı dəyərləri bilməli və qorumalıyıq. Sosial şəbəkə qaydasız döyüş kimidir – orada heç bir ölçü yoxdur. Sosial şəbəkələr atom bombası kimidir. Ondan gərək məqsədəuyğun şəkildə istifadə edəsən”. Bununla belə, professor gələcəklə bağlı ümidini də ifadə etdi: “Mənə elə gəlir ki, sosial şəbəkələrin indiki üstünlüyü müvəqqətidir. Zaman  keçəcək, onlara olan maraq itəcək. Bu həvəs keçəndən sonra dalğalar öz məcrasına qayıdan kimi narahatlıq da keçəcək...”.

Təhsil sisteminin problemləri

Şagirdlərdən biri “Sizin fikrinizcə, təhsil sahəsində müsbət və mənfi cəhətlər hansılardır?”, - deyə professorun fikirlərini bilmək istədi: “Təhsilin problemini ilk növbədə təhsil sisteminin özündə görürəm. Təhsil  nazirini şəxsən tanıyıram. Müasir düşüncəli və intellektli, gözəl texnoloji biliklərə malik gəncdir. Amma həm orta, həm ali təhsildə problemlər var. Məsələn, bakalavr təhsili müəyyən qədər özünü doğruldur, amma magistratura pilləsində gəlib bakalavrda oxuduqlarını təkrar edirlər. Təhsilimizə “Boloniya sistemi” gətirilib. Amma bu sistemin adı var, mahiyyəti yoxdur. Və yaxud tələbələr ali məktəbə hazırlaşmaq üçün repetitor yanına gedirlər. Bunu müəyyən qədər məktəb yaradır. Digər tərəfdən, bu valideynlərin istəyi ilə üst-üstə düşür. Təhsilin məqsədinə ancaq kitab oxumaq kimi baxırıq. Repetitor yanına getməklə ancaq testləri biləcəksiniz. Amma ümumən həyata hazır olacaqsınız, yoxsa yox? İctimai düşüncəniz olacaq, yoxsa yox? Orta məktəbi bitirəndə kompleks biliklərə yiyələnəcəksiniz, yoxsa yox? Biz elə etməliyik ki, orta məktəbi bitirən şəxs müəyyən yetkinliyə sahib olsun”. 

“Əksliklərin vəhdəti və mübarizəsi”

“Mənim sualım bütün dövrlərdə mövcud olmuş nəsillərin mübarizəsi ilə bağlıdır.  Yaşlı nəsil bu günün gəncliyini çox zaman öz dövrlərinin gəncliyi ilə müqayisə edir. Bu müqayisəni haqlı sayırsınızmı?” deyə yuxarı sinif şagirdi soruşdu. Sualın cavabında professor bildirdi ki, nəsillərin bir-biri ilə davası əbədidir: “Siz indi özünüzdən böyükləri tənqid edirsiniz. Bir az keçəcək, onların yerində oturanda, sizdən sonra gələnlər sizi top atəşinə tutacaq. Bu, əbədi bir mübarizədir. Nə yaxşı ki, bu mübarizə var. Mübarizəsiz heç nə olmur. Ali məktəblərdə fəlsəfə keçəcəksiniz. Dialektikanın ikinci qanunu “Əksliklərin vəhdəti və mübarizəsi”dir. Əksliklərin vəhdəti həmişə olacaq”.

“Belə olarsa, bu milləti də irəli apara biləcəklər”

Görüşün sonunda Q.Məhərrəmlinin məktəblilərə  bir pedaqoq və vətəndaş kimi tövsiyəsi də  səsləndi: “Dil, Vətən və dövlət – bu 3 amil bizim üçün vacibdir. Gələcəkdə aranızdan jurnalistlər, həkimlər, mühəndislər yetişəcək. Nəyi öyrənirsinizsə, dərindən öyrənin. Mən istəyirəm ki, bizim gənclərimiz həm keçmişlərini, həm milli kimliklərini yaxşı bilsinlər, həm də müasir dünya ilə təmasda olsunlar. Kompüter elmlərini mənimsəsinlər və dünyanın yaradıcı gəncləri kimi yetişsinlər.  Belə olarsa, milləti də irəli apara biləcəklər”. 

 

Oxşar xəbərlər
13:11, Bu gün
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
13:06, Bu gün
Bu məhsullar bahalaşdı - SİYAHI
13:00, Bu gün
"Harris və Tramp arasında debatlar: tamaşaçılar kimi qalib hesab edir?" - CNN-nin sorğusu
12:55, Bu gün
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək - FOTO
12:49, Bu gün
Azərbaycanın ən BAHALI ixtisasları - Hər il 10 min manat ödənilir
12:42, Bu gün
İlkin sülh sənədində bu qeydlər olacaq - Sabiq nazir detallı danışdı
12:36, Bu gün
Kriminal aləmin üzvünü öldürən azərbaycanlı HƏBS OLUNDU
12:30, Bu gün
"Ukrayna Kremlə qarşı elə onun öz "silahından" istifadə edib" - ekspert rəyi
12:24, Bu gün
Sentyabrın 11-nin ən xoşbəxt BÜRCÜ: Sizə elə bir şans veriləcək ki...
12:18, Bu gün
Mövqelərimiz atəşə tutuldu - MN məlumat yaydı
12:14, Bu gün
“Tramp daha güclü lider təsiri bağışladı...” - Qüdrət Həsənquliyev
12:08, Bu gün
Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - MÜHÜM QƏRARLAR VERİLDİ  
12:04, Bu gün
DSX əməkdaşını öldürənlərə cəza istənildi
11:58, Bu gün
Ermənistan silah axtarışında: Qərb “hə” deyib, sırada “Asiya əjdahaları”dır
11:48, Bu gün
Sevgiyə inanmayan BÜRCLƏR - Onu vaxt itkisi sayırlar
11:48, Bu gün
Məmməd İsmayıl: Mən Yazıçılar Birliyinə tərif deyib nəsə ummaram - MÜSAHİBƏ
11:42, Bu gün
Sülh sazişi: Razılaşdırılmayan 3 bənddə nələr var?
11:40, Bu gün
Azərbaycanda devalvasiya gözlənilirmi? - TƏHLİL
11:36, Bu gün
Xəbərdarlıq: Geomaqnit qasırğası olacaq - FOTO
11:30, Bu gün
Müğənni Kərim toyda döyüldü - Saxlanılanlar var
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11:22, Bu gün
Xocalı və Xocavənddə yanğın: əraziyə helikopterlər cəlb edildi - VİDEO
11:19, Bu gün
Azərbaycanlı müğənni Türkiyədə konsertdən QOVULDU - VİDEO
11:16, Bu gün
Tokayevin Astanada yeni sülh danışıqları təklifi
10:58, Bu gün
11-ci sinif şagirdi intihar etdi- TƏFƏRRÜAT (FOTO)
10:55, Bu gün
Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?
10:53, Bu gün
ŞOK araşdırma: Patogen mikroblar havada minlərlə kilometr məsafə qət edə bilər
10:48, Bu gün
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
10:45, Bu gün
Hacıqabulda bir ay narkotiklərlə bağlı 15 nəfər saxlanılıb
10:39, Bu gün
Xocalı və Xocavəndə helikopterlər cəlb edildi - VİDEO
10:38, Bu gün
“Kəlbəcərlilər o günü gözləyir...”
10:23, Bu gün
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
10:18, Bu gün
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
10:15, Bu gün
Azərbaycanda bu məktəblərdə dərslər noyabrda başlayacaq
10:06, Bu gün
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
09:58, Bu gün
Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA
09:49, Bu gün
Azərbaycanda tələbə yataqxanalarının qiyməti - SİYAHI
09:41, Bu gün
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbəri yenidən məhkəmə qarşısında
09:32, Bu gün
Əhəmiyyəti böyük olan debat - Nələr müzakirə olundu?
09:32, Bu gün
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
09:20, Bu gün
Ronaldo seçimini etdi: Futbol tarixinin ən yaxşı klubu hansıdır?
09:09, Bu gün
Laçın sakini: Bu gün bizim ailə bayramımızdır
08:54, Bu gün
Eynşteynin məktubu 4 milyon dollara satıldı-FOTO
08:41, Bu gün
Laçına növbəti köç karvanı YOLA SALINDI
07:27, Bu gün
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
07:09, Bu gün
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:14
Rusiyada tarix yenidən yazılır: siyasi repressiyalar qurbanlarının sayı azalacaq
10 Sep 2024 | 23:02
"MEDİALAB” televiziya proqramına start verildi
10 Sep 2024 | 23:00
Həkim yaşlı insanlar arasında qidalanma ilə bağlı əsas səhvləri açıqlayıb
10 Sep 2024 | 22:53
ABŞ-da hava limanında iki təyyarə toqquşdu - FOTO
10 Sep 2024 | 22:45
Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
10 Sep 2024 | 22:38
İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sep 2024 | 22:30
Hamilə qadın naməlum səbəbdən öldü
10 Sep 2024 | 22:22
İran intihar məngənəsində: hər il 80 min cəhd
10 Sep 2024 | 22:14
Ən faydalı çay növləri – Bu xəstəliklərə çarədir
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 22:06
“İran Air”ə qarşı sanksiya
10 Sep 2024 | 21:58
Rus ordusu Kurskda əks-hücuma keçdi
10 Sep 2024 | 21:50
Rusiya Hərbi-Dəniz Donanması strateji təlimlərə başlayıb
10 Sep 2024 | 21:43
İrəm özünü tanınmaz hala saldı - FOTO
10 Sep 2024 | 21:35
Ronaldo Vinisiusa şans tanımadı - “Qızıl top”u o qazanacaq
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 21:20
Bu məktəblər birləşdirilir? – RƏSMİ AÇIQLAMA
10 Sep 2024 | 21:13
Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
10 Sep 2024 | 21:05
ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..
10 Sep 2024 | 20:58
“Alov qüllələri” arasında yeriyən görün kim imiş – VİDEO
10 Sep 2024 | 20:50
“Müsəlman qardaşları” qurucusunun nəvəsi qadın zorlayıb – TƏFƏRRÜATLAR
10 Sep 2024 | 20:44
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
10 Sep 2024 | 20:38
Payızda bu vərdişlər xəstələnməyə səbəb olur
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 20:23
Prezident əlcəzairli həmkarını təbrik etdi
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 20:15
Hadisənin sərvət dəyərində geyimi müzakirə yaratdı - VİDEO
10 Sep 2024 | 20:10
Bu çərəz gözlərə çox faydalıdır
10 Sep 2024 | 20:03
Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
10 Sep 2024 | 19:53
Rəsmi Bakıdan Paşinyana CAVAB
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 19:43
Amerikalılar Ukraynaya yardımın artırılmasına qarşı çıxdı
10 Sep 2024 | 19:37
Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:20
Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı
10 Sep 2024 | 19:13
Bürclər istədiklərinə necə nail olurlar? – Hiyləgərlik, yalan...
10 Sep 2024 | 19:08
“Chatbot” nədir, istifadə zamanı nəyə diqqət edilməlidir?
10 Sep 2024 | 19:02
ABŞ dominantlığını saxlamağa çalışır - Putin
10 Sep 2024 | 18:56
Oğlunu xilas etmək üçün ata qeyri-adi dərman hazırlayır
10 Sep 2024 | 18:50
Çinlilər bu yeni telefona heyrandılar – Özəllikləri nələrdir?
10 Sep 2024 | 18:43
Türkiyədə dizel bu tarixdən UCUZLAŞACAQ
10 Sep 2024 | 18:38
Ermənistanda İES-də güclü partlayış baş verdi
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 18:30
Cavanşir Feyziyev: “Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək”
10 Sep 2024 | 18:25
Azərbaycanda Əlincədağ təbiət abidəsi yaradılır
10 Sep 2024 | 18:25
Ermənistanda Azərbaycanla delimitasiya üzrə sənədə baxılacaq tarix BİLİNDİ
10 Sep 2024 | 18:20
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
10 Sep 2024 | 18:17
Azərbaycanda "Tik-Tok"dan pul qazananlardan VERGİ TUTULACAQ
10 Sep 2024 | 18:10
İşdən çıxarıldınız? - Yeni işə başlamağın faydalarını oxuyun
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
GÜNLÜK
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 13:36
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 13:22
Əli Əhmədovun yerinə bu nazir gətirilir
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 13:36
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 13:22
Əli Əhmədovun yerinə bu nazir gətirilir
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...