Şəmkirdə yeniyetmələr arasında dava QANLA BİTDİ
338
09 Feb 2026 | 08:43

Şəmkirdə yeniyetmələr arasında dava QANLA BİTDİ

Şəmkirdə yeniyetmələr arasında mübahisə qanla nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü H. Abuzərli münaqişə zəminində 2011-ci il təvəllüdlü S. Məmmədliyə bıçaqla xəsarət yetirib. 

Bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 15 yaşlı oğlan xəstəxanaya çatdırılıb. 

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Link kopyalandı!
Son xəbərlər