Çingiz Abdullayev: “Qadınlar dünyada ən böyük möcüzədir”
Oxunub: 3959
05 Jun 2022 | 14:00
Çingiz Abdullayev: “Qadınlar dünyada ən böyük möcüzədir”

Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, “Kaspi” qəzetinin  informasiya dəstəyi ilə həyata keçirilən “Məktəbdə” layihəsi çərçivəsində Ramana qəsəbəsindəki 198 saylı məktəbdə baş tutan görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev onu dünyada məşhurlaşdıran, oxucuların sevimlisinə çevirən yaradıcılığından söhbət açıb.

Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunub. 34 ildir ki, Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Səməd Vurğunun otağında oturub işləyir. “Xalq yazıçısı” fəxri adına ölkəmizdə ən cavan yaşda - 45 yaşında layiq görülüb. 203 romanı çap olunub. 52 ssenarisindən 8-nə kino və serial çəkilib. “Bu gün Azərbaycanda cəmi dörd Xalq şairi var – 81 yaşlı Nəriman Həsənzadə, yaşları 80-ə yaxınlaşan Ramiz Rövşən, Sabir Rüstəmxanlı və 77 yaşlı Vahid Əziz. O cümlədən, səkkiz xalq yazıçımız var. İndi onların ən cavanı sizin görüşünüzə gəlib…”

Moderator.az mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edir:

Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, “Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə həyata keçirilən “Məktəbdə” layihəsi çərçivəsində Ramana qəsəbəsindəki 198 saylı məktəbdə baş tutan görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev onu  dünyada məşhurlaşdıran, oxucuların sevimlisinə çevirən yaradıcılığından söhbət açdı. Şagirdlərin görüşdən öncə məktəbin kitabxanasında yazıçının “Kişi papağı” adlı hekayəsi əsasında təqdim etdikləri səhnəcik, “Uşaqlarımız çoxdan sizinlə görüşmək arzusunda idilər” deyən məktəbin direktoru Şəlalə Nadirovanın səmimi sözləri Çingiz Abdullayevin yaradıcılığını sevdiklərinin təsdiqi idi ki, bu, yazıçının gözlərini yaşartdı: “İndiyə qədər ölkəmizdə 174 məktəbdə olmuşam. Elə bir universitet və ya kollec yoxdur ki, orda tələbələrlə görüşməyim. Heç vaxt görüşlərdə oturmuram. Elə vaxt olub ki, 6 saat ayaq üstdə dayanıb suallara cavab vermişəm. Onda elə bilirəm ki, auditoriyaya daha yaxınam, bir-birimizi daha yaxşı başa düşürük...”

Əgər torpaqlarımızı qaytarmasaydıq...

Yazıçı öncə ən çox hörmət etdiyi peşə sahiblərinə - MÜƏLLİMlərə olan məhəbbətinin sirrini açıqladı: ”Anam müəllimə olub. İki ixtisas var ki, mənə görə ən hörmətlidir: müəllim və həkim. Nə üçün mən müəllim adını xüsusi vurğulayıram? Prezidentin Sərəncamı ilə Yaşat Fondunun Himayəçilər Şurasında təmsil olunuram. Biz 2-ci Vətən Müharibəsində 3 min şəhid vermişik. Həmin 44 günlük müharibədə 60-70 yaşlı insanlar şəhid olmayıb. Həlak olanların əksəriyyəti 20-25 yaşlı gənclərdir. Onların heç biri Şuşanı, Ağdamı, Füzulini görməyiblər. Amma müəllimlərimizə, Prezidentimizə, yazdıqlarımıza inanaraq gedib döyüşüblər və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olublar. “Onlar torpaqlarımızı qaytarıblar” deyiləndə mən o qədər də xoşlamıram. O cavanlar təkcə torpaqlarımızı yox, ləyaqətimizi, qürurumuzu qaytarıblar. Əgər biz torpaqlarımızı  qaytarmasaydıq, özümüzə hörmət edə bilməzdik. Amma biz sübut elədik ki, qəhrəman xalqıq. Müharibə dövründə, ondan sonra da ermənilərin ölkəmiz haqqında yalanlarını, uydurmalarını eşitdik. Amma biz öz həqiqətlərimizi dünyaya danışırdıq və bu gün də danışırıq”.

“Yaxşı kitablar dünyanı başa düşməyə kömək edir” 

Yazıçı mütaliənin əhəmiyyətli olmasını, biliklərə yiyələnməyin faydasını izah etməyə çalışdı: “Mən həmişə deyirəm: mütləq deyil ki, mənim kitablarımı oxuyasınız, amma mütləq kitab oxuyun. Bizim gələcəyimiz sizdən asılıdır. Yaxşı kitablar dünyanı başa düşməyə kömək edir. Min illər boyu yaxşı kitabları ağıllı yazıçılar yazıblar. Gəncəyə yolu düşənlər Nizaminin məqbərəsinə baş çəkə bilər. Min illər ərzində ordan nə qədər padşahların özləri və dəstələri, həmçinin vəzifəli insanlar keçsələr də, onların heç birinin izi-tozu qalmayıb. Ancaq kasıb bir şairin – Nizaminin qəbri bundan sonra da min illər qalacaq. Və yaxud mən Kərbəlada olmuşam. Şair Füzulini İraqda, İmam Hüseyn məscidində dəfn ediblər. Üstündən 1500  il keçib. O müqəddəs yerə heç bir sultanın, şahın qəbrini qoymayıblar. Amma Füzulinin qəbri ordadır. Görünür, bu yazıçılar xalq üçün nəsə yaza biliblər. Əslində, yaxşı yazıçı öz xalqının əbədiyyətdə vəkilidir. Onun yazdıqları xalqı üçündür. Siz də o kitabları oxusanız və ya internet proqramlarını yaxşı bilsəniz, xarici dillər öyrənsəniz biz inkişaf edəcəyik. Onda bizim ordumuz da güclü olacaq, ölkəmiz də siyasi və iqtisadi baxımdan inkişaf edəcək”.

“Deyin ki, mən sizi sevirəm...”

Yazıçı şagirdlərə nəinki valideynlərini sevməyi, daim bu sevgini izhar etməyi tövsiyə etdi: “İndi siz bu görüşdən çıxıb evinizə gedəcəksiniz. Evdə valideynlərinizi görəcəksiniz. Bu, həyatda ən böyük xoşbəxtlikdir. Amma biz bunu zamanında başa düşmürük. Onları necə sevdiyimizi vaxtında demirik. Mənim atam 81, anam 87 yaşında dünyasını dəyişib. Amma çox xoşbəxtəm ki, onlar daim mənim yanımda olublar. Mənim ən yaxın dostum atam olub. Mən onun böyük oğlu olmuşam. Biz hamımız hüquqşünas olmuşuq. Atam mənim bütün kitablarımın ilk oxucusu idi. Amma ömrümdə atama deməmişdim ki, mən səni sevirəm. O başa düşürdü ki, mən onu çox istəyirəm. İndi fikirləşirəm ki, niyə bunu vaxtında deməmişəm? Ona görə siz atanıza da, ananıza da onları sevdiyinizi deyin, çəkinməyin. Əgər siz evə gedəndə “mən səni sevirəm” desəniz, onlar üç gün daha çox yaşayacaqlar. Bu, onları xoşbəxt edəcək”. 

“Yazıçı qəhrəmanını yaradanda özünə oxşatmaq istəyir”

Çingiz Abdullayev şagirdlərin ünvanladığı sualları səmimiyyət və həvəslə cavablandırdı.

“Əsərlərinizi təxəyyülünüz əsasında yazırsınız, yoxsa həyatda qarşılaşdığınız konkret faktlar əsasında?” sualına yazıçının cavabı uşaqlar üçün maraqlı idi: “Mən həyatda çox şey görmüşəm. İki müharibədə iştirak etmişəm. Təbii ki, öz təxəyyülümü yazıram. Qızımın 14 yaşı olanda bir gün “Ata, sənin qəhrəmanın kimdir?” deyə maraqlandı. Dedim ki, yazıçı öz qəhrəmanını yaradanda özünə oxşatmaq istəyir, amma özündən də ağıllı göstərməyə çalışır. İndi hamı mənə yox, mənim qəhrəmanıma məktub yazır. Maraqlıdır ki, mən qadın adına 6 kitab yazmışam. Mənə deyirlər  ki, qadınları bu qədər hiss edən hər yazıçı bunu yaza bilməzdi. Mənim üçün qadınlar dünyada ən böyük möcüzədir. Xüsusən dünyaya övlad gətirən qadın mənim üçün ən böyük sirdir. Mən “ağıl uşaqlara anadan keçir” deyəndə bəzən çoxlarının xoşuna gəlmir. Hansı ailədə ana təhsillidirsə orda uşaqlar daha yaxşı oxuyurlar. Ona görə həmişə cavanlara məsləhət verirəm: əgər istəyirsinizsə uşaqlarınız ağıllı olsun, ağıllı qızlarla evlənin!”

“Pulu, şöhrəti fikirləşirsənsə, yazıçı adlana bilməzsən” 

Uşaqlara maraqlıdır: “Bütün dünyada tanınan Çingiz Abdullayev özü hansı yazıçıların əsərlərini oxuyur?”
 
“Mənim kabinetimdə Hemenqueyin böyük şəkli var” deyə yazıçı cavab verdi: “Mən onun əsərlərini həmişə sevmişəm. 60-70-ci illərdə Bakıda hər bir ziyalı ailəsində onun şəkli vardı. Hemenquey mənə həmişə nümunə olub. O deyirdi ki, yazıçının vicdanı etalon olmalıdır. “Sən heç kəsdən qorxmamalısan. Heç kəsə yaltaqlanmamalısan. Əgər bunları edirsənsə, yazıçı deyilsən. Sən min adamı aldada bilərsən, amma on milyon adamı aldada bilməzsən. Əgər pulu, şöhrəti fikirləşirsənsə, yazıçı adlana bilməzsən. Əgər sən xalqının tərəfində olmasan, sən yazıçı deyilsən” deyə Hemenquey yazırdı. Biz də həmişə xalqı müdafiə etməli, xalqın yanında olmalıyıq”.

Uğurlar zəhmətsiz olmur

“Bir kitabı yazmağa nə qədər vaxt sərf edirsiniz” deyə şagirdlərdən biri soruşdu: “Elə kitabım var ki, onu 14 ilə yazmışam. Yuli Sezarın həyatı haqqında tarixi romandır. Çox adam mənim detektiv əsərlərimi sevir. Elə bilirlər ki, yalnız detektiv yazıram. Amma mən tarixi romanlar, publisist əsərlər də yazıram. 20 Yanvar hadisələri ilə bağlı “Qara Yanvar” kitabını İbrahim Şükürovla yazandan sonra bu əsəri hər yerdə, o cümlədən xaricdə də payladılar. Əsər 1990-cı ildə çıxıb. Bundan əlavə, Zori Balayan, Ter-Petrosyanla bağlı kitablarım nəşr olunub. Konan Doyl “Şerlok Holms”u yazandan sonra qəhrəmana hər yerdə abidələr qoyuldu. Amma onun yaradıcılığı təkcə bu əsərdən ibarət deyil. Mənim elə əsərlərim var ki, tez yazmışam. Bir və ya iki aya əsər yaza bilərəm. Atamın uşaqlıqda çap maşını vardı. Mən onda işləmişəm və tez-tez yazmağı öyrənmişəm. Ona görə peşəkar “maşinistka” kimi yaza bilirəm. Amma təbii ki, elə kitablar var ki, yazarkən araşdırma lazımdır. Onda bir az gec yazıram. Bir dəfə atam məndən soruşdu: “Əgər sənə qonorar verməsələr, amma əsərlərini dünyada çap etsələr razı olarsanmı? Dedim ki, istəyərəm. İndi Azərbaycanda kimin pulu çox olursa, şadlıq evi tikdirir. Amma mənim şadlıq evim yoxdur, yalnız kitabdan və kinodan qonorar alıram. Mən təkcə qonorar üçün yazmıram. Ona görə yazıram ki, əsərlərim oxunanda sevinirəm. Yaradıcı insan təvazökar olmur. Mən də istəyirəm ki, əsərlərimi oxusunlar. Şairin ən böyük xoşbəxtliyi odur ki, şeri səslənsin. Bəstəkar da, rəssam da, müğənni də, jurnalist də bunu istəyir. İndi dəb düşüb, sosial şəbəkələrdə paylaşım edəndə hamı nə qədər “like” edilməsini gözləyir. Yazıçı da belədir, oxunmasını istəyir. Amma uğurlar zəhmətsiz olmur”.

Dronqo Emin Sabitoğluna görə sağ qalıb

“Niyə əsərlərinizdə “Dronqo” baş qəhrəman olur?” Bu sual yazıçı üçün çox xoş oldu: “Mən o qəhrəmanı sevirəm. O, mənim bır sıra əsərlərimdə xəfiyyə obrazıdır. Bir dəfə onu “öldürmüşdüm”. Həmin əsər çap olunanda bəstəkar Emin Sabitoğlu zəng vuraraq “mənim qızım Dronqonu “öldürdüyünə” görə ağlayır. Elə qəhrəmanı öldürmək olar?” deyə narazılıq etdi. Mən də Dronqonu yenidən “diriltdim”. İndi həmin qız rektordur. Onu hər görəndə “Dronqo sənə görə sağ qalıb” deyə yadına salıram”.

İnsan nə qədər çox oxuyursa...

Məktəbin müəllimlərindən biri “Şagirdlərə hansı əsərləri oxumağı tövsiyə edərdiniz” deyə yazıçının tövsiyəsini istədi. “Bizdə gənc nəsil yazıçılar yetişir. Aralarında çox istedadlı gənclər var. Onlara da həmişə deyirəm: elə yazın ki, sizi dünyada oxusunlar. Natiq Rəsulzadənin əsərləri xoşuma gəlir. Onun əsərlərində Bakının ruhu var. Uşaqlar Elçin Hüseynbəylinin, Ramiz Dənizlinin əsərlərini oxuya bilərlər. Mən uşaqlıqda Məmməd Səid Ordubadinin, Anarın, Elçinin əsərlərini oxuyurdum. Ramiz Rövşən, Nəriman Həsənzadənin yaradıcılığını, Mövlud Süleymanlının hekayələrini çox bəyənirəm. Qoy uşaqlar Azərbaycan yazıçılarının əsərlərindən başlasınlar. Onlar mütləq “Dədə Qorqud”u oxumalıdırlar. Böyük şairlərimiz olub. Sabir kimi cəsarətli şairimiz, Mirzə Cəlilimiz, 29 yaşında güllələnən Mikayıl Müşfiqimiz olub. Qoy onların əsərlərini oxusunlar. Dünya ədəbiyyatını da oxumalıdırlar. İnsan nə qədər çox oxuyursa, dünyagörüşü o qədər zəngin olur. Mən sevinirəm ki, öz ölkəmizdə də, dünyanın hər yerində də mənim əsərlərimi oxuyurlar. Fəxr edirəm ki, dünyada bir neçə prezident mənim əsərlərimi oxuduğunu deyib. Sevinirəm ki, Prezident İlham Əliyev də mənim əsərlərimi oxuyub. Onunla bir neçə dəfə görüşmüşəm və bunu dəfələrlə qeyd edib. Medvedyev Rusiyanın prezidenti olanda mənə üzərində “Ən sevimli yazıçıya” sözləri yazılmış saat bağışlayıb. Vladimir Putin Azərbaycan –Rusiya dostluğuna görə məni ”Dostluq ordeni” ilə təltif edib. Rusiyanın səfiri “Bütün Rusiyada sənin əsərlərin oxunur” deyirsə, mən bununla qürur duyuram. Əgər bu görüşdən sonra uşaqlar gedib hər hansı yazıçının 2-3 kitabını açsalar, bu görüş daha əhəmiyyətli olar”, - yazıçı cavab verdi. 

“Bütün tanınmış şəxsiyyətlərin qəribə xüsusiyyətləri var. Sizin qəribə xüsusiyyətiniz nədir?” deyə gənc müəllimlərdən birinin sualı görüşə həm də yekun vurdu.  “Mən  qadınları sevirəm” deyən yazıçının cavabı zalda alqışlarla qarşılandı: “Qadınlar qəhrəmanları böyüdüblər, tərbiyə ediblər. Əgər bu sevgi yaradıcı adamlarda olmasa, heç nə yaratmaq olmaz. Hemenquey deyirdi: “O gün ki, mən sevməyəcəyəm, yaza bilməyəcəyəm. Sevgi olmasa, həyatı sevə bilməzsən. Bilmirəm, necə yazıçıyam – yaxşı, ya pis? Bilmirəm, necə insanam, - yaxşı, ya pis? Ancaq onu bilirəm ki, dünyada elə bir qadın yoxdur ki, məndən incisin. Və ya bir kişi də yoxdur desin ki, mən sadiq dost olmamışam. Mən bununla fəxr edirəm!”

Oxşar xəbərlər
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir