MTN "başkəsənlər"inin məhkəməsində Ali Məhkəmənin sədri haqqında şok açıqlama...
Oxunub: 11267
02 Jun 2022 | 09:38
MTN
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ötən prosesdə zərərçəkən qismində Nizami Kazımov sərbəst ifadə verib. Deyib ki, 1992-ci ildə Naxçıvandan Bakıya köçərək sahibkarlıq fəaliyyətinə başlayıb. Rusiya və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışı ilə məşğul olub. Quru meyvə yağlarının istehsalına başlayıb. “BİOİL” MMC-ni təsis edib:
 
 – 2008-ci ildə, Qurban bayramı günü idi. Telefonuma tanımadığım şəxs zəng elədi. Özünü təqdim etmədən dedi ki, saat 3-də Milli Təhlükəsizlik Nazirliyinə gəl. Deyilən vaxt ora getdim. Nəzarət buraxılış məntəqəsində araşdırdılar, dedilər ki, nazirliyin İstintaq Baş İdarəsi tərəfindən çağırılmısız. Məni 6-cı mərtəbədə yerləşən istintaq idarəsinin 2-ci şöbəsinin müdiri Vüsal Ələkbərovun xidməti otağına apardılar. Otağa girən kimi  Vüsal Ələkbərov olduqca aqressiv və kobud danışdı. Burada quzu balası kimi oturmağına baxmayın, MTN-də özünü küçə uşağı kimi aparırdı.  Mənə deyirdi ki, 3 milyon verməlisən, yoxsa həbsə gedəcəksən. Mən də dedim ki, nə etmişəm ki, həbsə də gedim. Dedi ki, görəcəksən nə etmisən. Məndən ifadə aldı. Kürəkənim Samirin “Texnikabank”da adına əmanət qoyduğu 1 milyon 120 min dollar vəsait barədə soruşdu. Dedim ki, pulu kürəkənimin adına hesaba xərcləməsi üçün qoymuşam. Vüsal Ələkbərov qışqırıb bağırırdı ki, guya “Texnikabank” əməkdaşları ilə cinayət əlaqəsinə girmişəm, kürəkənimin adına qoyduğum pulu da  mənimsəmişəm.
 
Elə oradaca qərar qəbul edib məni şübhəli şəxs kimi tutdu. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında 2 gün saxladılar. Məndən heç bir şikayətçi olmadığı halda, barəmdə ərizə, şikayət yox ikən, hər hansı şəxsi aldatmadığımı bilə-bilə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham elan etdilər. Səbayel Rayon Məhkəməsinə apardılar. Barəmdə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov təxminən 20 dəfə məni öz xidməti otağına gətizdirib. Deyirdi ki, 3 milyon dollar ver, barəndəki cinayət işini xitam edək.  Hər dəfə Vüsala deyirdim ki, o qədər vəsaitə imkan yoxdur. İsrarla deyirdi ki, rəhbərliyin göstərişi belədir, pulu verməlisən. Məni 8 ildən 12 ilədək cəza kəsiləcəyi ilə hədələyirdi. Pulu Eldar Mahmudov istəyir, Mövlam Şıxəliyev isə tələb edirdi. Həbs ediləndən 15-20 gün sonra məni o zaman İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyev xidməti otağına çağırdı. Bax burada necə bir küncə qısılıb, orada şir-pələng idi. Vəkilimi də yanıma çox çətinliklə buraxırdılar. Mövlam otağında saymazyana şəkildə, əmr edirmiş kimi dedi ki, Vüsalın dediyi məbləği, yəni 3 milyon dolları verməlisən. Dedim ki, həmin məbləği ödəməyə imkanım yoxdur. Mövlam Şixəliyev də Vüsalın dediyini təkrarladı, dedi ki, pulu verməsən, səni 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Səni günə-gün həbsdə saxlayacağıq. Mövlam Şıxəliyevə qəti şəkildə dedim ki, mənim o qədər vəsaitim yoxdur. Bundan sonrakı görüşlərdə Vüsal Ələkbərov 2 milyon dollar tələb etməyə başladı. Dedim ki, həmin pulu da ödəyə bilməyəcəm.
Həmin günlərdə vəkilim Osman Kazımovla müqavilə bağladım. Onun hüquqi xidmətindən istifadə etmək istədim. Vüsal Ələkbərov biləndə ki, Osman Kazımov vəkilimdir, ondan imtina etməyim üçün təzyiq etməyə başladı. Buna etirazımı bildirdim və onun xidmətindən imtina etməyəcəyimi dedim. Bundan sonra Vüsal Ələkbərov məni Mövlam Şixəliyevin yanına apardı. Qoşalaşıb təkidlə məndən Osman Kazımovdan imtina etməyimi tələb etdilər. Bir müddət təzyiqlərə tab gətirib vəkildən imtina etmədim. Lakin sonradan sağlamlığım pozulmuşdu deyə məcburiyyət qarşısında Osman Kazımovla istintaq təcridxanasında görüşən zaman ona vəziyyəti izah etdim. Vəkil israrla deyirdi ki, bu cinayətkarlara tələb etdikləri pulu vermə, səni qanunsuz həbs ediblər. Məcbur olub azad edəcəklər. Sonradan Vüsal Ələkbərov məcburiyyət qarşısında məndən imtina ərizəsi aldı.
 
“Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur”
Həbs edildikdən təxminən 45 gün sonra Mövlam Şıxəliyev məni növbəti dəfə öz xidməti kabinetində qəbul etdi. Yenə də pul söhbəti elədi, dedi ki, Vüsalın tələb etdiyi 2 milyon dolları verməlisən. O qədər pul verə bilməyəcəyimi dedim. Mövlam Şıxəliyev də dedi ki, başına torba geyindirib maskalıların yanına aparılacaqsan, 12 il həbsdə yatızdıracağıq. Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur. Amma yenə də pulu ödəməyə razılaşmadım. Vüsal Ələkbərovun otağına gəldik. Orada Vüsal da qara maskalılar söhbətini elədi. Dedi ki, razılaşmasan, söhbəti səninlə onlar, yəni maskalılar edəcək.
 
Həmin günlərdə qardaşım Arzu Kazımov MTN-ə Mövlam Şixəliyevin yanına gedib. Söhbət əsnasında Mövlam Şıxəliyev qardaşıma deyib ki, Nizaminin taleyi Eldar Mahmudovluqdur. Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. Eldar Mahmudov qardaşımın yanında Mövlam Şixəliyevlə telefonla danışandan sonra Arzuya deyib ki, qardaşının həbsdən çıxarılması üçün onun istədiyini verməlisiz.
 
Zərərçəkən deyib ki, 2008-ci ilin noyabr ayının sonlarında artıq səhhətində ciddi problemlər yaranıb:
– MTN-də şəkərli diabet xəstəliyinə tutuldum. Həbsdən azad ediləndən sonra ürəyimdən açıq əməliyyat olundum. Səhhətimdə yaranmış problemlərlə əlaqədar özümü yaxşı hiss etmirdim. Vüsal Ələkbərovun təhdidlərinə artıq dözə bilmədim. Məcbur olub Vüsal Ələkbərov və Mövlam Şixəliyevin tələb etdikləri 2 milyon dollar pulu verməyə razılaşdım.
 
Dedim ki, pulu dərhal ödəyə bilməyəcəm. Pulun bir hissəsini ödəyib azadlığa buraxılmağımı, qalan hissəsini isə müəyyən vaxt ərzində toplayıb verməyə şərait yaratmalarını istədim. Vüsal Ələkbərov Mövlam Şixəliyevlə danışdı, mənə də dedi ki, rəis razılıq verib, 1 milyon dolları gətir, barəndəki həbs qərarı ev dustaqlığı ilə əvəz ediləcək. Qalan 1 milyon dolları ödəmək üçün 4-5 ay vaxt verdilər. Vüsal Ələkbərov dedi ki, pulu ödəyəndən sonra barəndəki cinayət işinə xitam veriləcək. Vüsal Ələkbərovla razılaşdıqdan sonra qudama məktub yazdım, qohum-əqrəbadan 1 milyon dollar pulu yığıb mənə çatdırmağı xahiş etdim.
 
Zərərçəkənin sözlərindən bəlli olub ki, bundan sonra kürəkəni ona məxsus olan “Mercedes Benz S klass 500″, ”BMW 745″ və “Lexus 470″ markalı avtomobilləri bazar qiymətindən çox aşağı qiymətə satıb:
 
– Həmin maşınların alışına 600 min dollara yaxın vəsait xərcləmişdim. Maşınlar faktiki olaraq yarı qiymətdən aşağı satıldı. Maşınların satışından 250 min dollar pul toplanmışdı. 325 min dollar pulu qardaşım Niyazi Kazımov vermişdi. Qalan pulu da qudam Tahir düzəldib vermişdi. Ümumilikdə 1 milyon dollar pul toplamışdılar.
 
“Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı”
Zərərçəkən deyib ki, 3 dekabr 2008-ci ildə kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yanına gəliblər:
 
– Vüsal Ələkbərova pulu Samir verib. Vüsal pulu alandan sonra məni yanına çağırdı, dedi ki, Samirdən 1 milyon dolları pulu alıb, məni də məhkəmədən ev dustaqlığı qərarını alıb buraxacaq. Belə də oldu. Həmin gün axşam İstintaq Təcridxanasından buraxıldım. Növbəti gün Vüsal məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdı, başqa yerə getməmək haqda iltizama imza etdirdı. Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı. Amiranə şəkildə dedi ki, 1 milyon dollar pulu da 4-5 ay ərzində tap gətir. Şərt qoydu.
 
Zərərçəkən deyib ki, kürəkəninin adına “Texnikabank”a qoyduğu vəsaiti də ələ keçiriblər:
 
-Mən həmin pulu kürəkənimin adına hesaba qoymuşdum ki, istədiyi vaxt xərcləsin. Həmin pulu “Texnikabank”a 2007-ci ilin yanvar ayında 1 milyon 120 min dollar kimi qoymuşdum. Lakin dolların məzənnəsinin aşağı düşdüyünü görüb Samirə tapşırdım ki, pulu götürsün və avro kimi yenidən banka qoysun. Samir də 1 milyon 120 min dollar pulu həmin günün məzənnəsi ilə avroya çevirərək 704 min avronu yenidən öz adına “Texnikabank”a qoymuşdu. Bunları niyə deyirəm. Məni qanunsuz olaraq həbsə alandan və hədə-qorxu ilə 2 milyon dollar tələb edəndən sonra bunlara dedim ki, imkan verin, kürəkənin adına olan pulu götürək, sizə verək, əl çəkin. Mövlam Şixəliyev dedi ki, banka qoyulan pulun adını çəkmə, həmin pulların sizə aidiyyəti yoxdur, onların yiyəsi var. Vüsal Ələkbərov həmin puldan imtina etməyim barədə məndən ərizə aldı.
“Qələbə kruqu”na gəl, pul gətir!
 
Zərərçəkən Vüsal Ələkbərova 1 milyon dolları hissə-hissə ödəməsini məhkəmədə belə xatırlayıb:
 
– 2009-cu ilin fevral ayında Vüsal Ələkbərov zəng elədi, dedi ki, “Qələbə kruqu”na gəl, pul gətir. Ora getdim, deyilən yerdə görüşüb 150 min dollar verdim. 1 ay sonra, yenə də zəng elədi. Dost-tanışdan 280 min dollar borc alıb aparıb Vüsala verdim. Apreldə yenə də Vüsal Ələkbərov zəng elədi, pul istədi. Bu dəfə 300 min dollar, 1 ay sonra, 2009-cu il mayın sonlarında Vüsal Ələkbərova 200 min dollar vermişəm. Axırıncı dəfə Milli Təhlükəsizlik Nazirliyinin yanında görüşüb 70 min dollar pulu da verdim. Vüsal Ələkbərov məni xidməti otağına dəvət etdi, çay içib söhbət elədik. Vüsal bilirdi ki, baş verənlərdən narazıyam, elə danışırdı ki, guya heç bir günahı yoxdur. Ertəsi gün Vüsal zəng elədi, barəmdəki saxta cinayət təqibinə xitam verildiyini dedi. Qərarı götürmək üçün MTN-ə çağırdı. Gedib qərarın surətini götürdüm. Vüsal Ələkbərova dedim ki, məndən aldığınız pulları qohum və dostlardan borc almışam, ödəyə bilmirəm, ona görə də “Para Bank”dan 300 min manat kredit götürmüşəm.
 
Yadıma düşmüşkən onu da deyim ki, bunlar məndən 1 milyonu alıb buraxandan sonra Mövlam Şıxəliyev mənə zəng etmişdi. Deyirdi ki, Vüsal sənə deyir pulu ver, niyə gecikdirirsən, vermirsən?! 3 ay sənə vaxt vermişəm, yubatma, gətir pulu ver! Mən də borc-xərc alıb dediyim kimi aparıb pulu vermişdim.
 
Bunlar özlərini yerin-göyün ağası bilirdilər. Bu Mövlam, bu gün qəfəsin bir küncünə sıxılıb oturub, vəzifəsindən, dövlətin gücündən istifadə edib başımıza oyun açdı. Mövlam, elə bu qəfəs sənin yerindir. Sənin kimilər özlərini də, vəzifəni də gözdən salırlar.
 
Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib. 
 
Zərərçəkən sərbəst ifadəsini davam etdirərək deyib ki, kürəkəni Samir Nadirliyə ərizə yazdırıblar ki, guya ona vurduğu zərəri qızı ödəyib:
 
– Vüsal Ələkbərov məndən tələb etdi ki, kürəkənim Samirdən ərizə yazım, şikayətçi olum. Bunu Mövlamın tapşırığı ilə Vüsal Ələkbərov eləyirdi. Vüsal Ələkbərov mənə də ərizə yazdırmışdı ki, guya kürəkənimə vurduğum zərəri ödəmişəm.
 
Prezident 2015-ci ildə bunların mütəşəkkil cinayətkar quldur yuvası olan MTN-i dağıdandan sonra Vüsal Ələkbərov həbs olundu. O, iş üzrə də zərərçəkən idim. O işə hakim Siyavuş Hacıyev sədrlik edirdi. Vüsala 12 il cəza kəsildi. Sonradan isə Vüsalın cəzası 5 ilə endirildi və şərti hesab edib onu azad etdilər. Bunun necə baş verdiyini bizə hakim dedi. Məlum oldu ki, Vüsal Ələkbərovun azadlığa çıxması Ali Məhkəmənin sədri Ramiz Rzayevin şifahi göstərişi əsasında baş tutub. Məndən hədə-qorxu ilə alınan 2 milyon dollar və başqa zərərcəkənlərdən alınan pulların onun göstərişi ilə rüşvət kimi tanınması barədə məsələ qaldırıldı. Guya cinayət etmişik və rüşvət vermişik ki, bizi azad etsinlər. Mən heç bir cinayəti törətməmişəm, dələduzluq etməmişəm, heç kəsə maddi ziyan vurmamışam.
 
Faktiki olaraq barəmdə saxta ittihamla girov götürülmüşəm, MTN-in istintaq təcridxanasında qanunsuz olaraq 3 ay saxlanılmışam, 1 milyon dollar pulumu alandan sonra azadlığa çıxmışam. Sonradan qalan 1 milyon dolları düzəldib Vüsal Ələkbərova vermişəm. Sonuncu isə 12 il cəza alıb, həmin cəza Alı Məhkəmənin qərarı ilə bir dəfəyə 5 ilə endirilib və şərti hesab edilib. Bu gün Vüsal Ələkbərov yenidən burada oturub. Pulumuzu bu günə kimi ödəməyib və ödəmək fikrində deyillər. Bu mütəşəkkil cinayətkar quldur dəstə yüksək səviyyədə, Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən himayə olunub və olunmaqdadır. Açın qulaqlarınızı eşidin!
 
Zərərçəkənin bu sözləri hakim Elbəy Allahverdiyevin ayağa qalxıb onun sözünü kəsməsinə səbəb olub:
 
– Siz niyə bildiyinizi və bilmədiyinizi danışırsız. Keçin əyləşin.
 
Zərərçəkən:
 
– Mən sözümü bitirmədim.
 
Hakim:
 
– Keçin əyləşin.
 
Hakim zərərçəkənə sərbəst ifadəsini yekunlaşdırmağa imkan verməyib. Məhkəmə iyunun 6-na qədər təxirə salınıb. (Musavat.com)
Oxşar xəbərlər
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir