Qənirə Paşayeva Milli Məclisdə “Milli arxiv fondu haqqında" qanunda dəyişiklik barədə danışdı
Oxunub: 3649
01 Jun 2022 | 14:43
Qənirə Paşayeva Milli Məclisdə “Milli arxiv fondu haqqında
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsində geniş məlumat verib:
 
- Xanım Sədr,
Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi və bu layihədən irəli gələn digər 3 qanun layihəsi bir məktubla Milli Məclisin müvafiq komitələrinə müzakirə edilməsi üçün təqdim olunmuşdur.
Diqqətinizə çatdırıram ki, əsas dəyişiklik paketini nəzərdə tutan “Milli arxiv fondu haqqında“ Azərbaycan Respublikası qanununun layihəsi müsbət mənada ciddi dəyişiklikləri ehtiva edir. Xatırladım ki, adıçəkilən Qanun 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. 1999-cu il 27 iyul tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən bu Qanunun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Qanun beş fəsil və 23 maddədən ibarət olmaqla Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxiv təşkilatlarının fəaliyyətləri ilə bağlı münasibətləri tənzimləyir.
Digər sahələrdə olduğu kimi, arxiv işi fəaliyyətinin də yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətindən irəli gələrək, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı  ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. “Mill arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi Dövlət Proqramına uyğun olaraq hazırlanmışdır.
Təqdim edilən layihədəki təkliflərin böyük əksəriyyəti  Qanunun müvafiq müddəalarında mahiyyət və məzmun dəyişikliklərini nəzərdə tutur. Hazırlanmış layihənin qəbulu nəticəsində, Milli arxiv fonduna daxil edilən sənədlərin tərkibinin genişləndirilməsi, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, Milli arxiv fondunun uçot-qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, dövlət arxiv xidməti təşkilatlarında  göstərilən iş və xidmətlərin, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində fəaliyyətin tənzimlənməsində müvafiq icra hakimiyyəti orqanın iştirakı, arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi sahələri üzrə ciddi dönüş əldə ediləcək və bu sahədə mövcud olan digər hüquqi tənzimləmə problemləri həllini tapacaq. 
Layihənin qəbul edilməsi ilə Milli arxiv fondunun vahid uçot-  qeydiyyat sisteminin, o cümlədən elektron arxiv məlumat sisteminin formalaşdırılmasına, dövlət arxiv xidməti təşkilatları sisteminə daxil olan arxiv təşkilatları şəbəkəsinin strukturu və statusunun müəyyənləşdirilməsinə, Mill arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, uçotu, istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsinə, arxiv təşkilatları tərəfindən göstərilən xidmətlərin rasionallığının təmin olunmasına, arxiv sənədlərindən elmi-tarixi və sosial məqsədlər üçün daha məqsədyönlü istifadəyə təminat verən hüquqi bazanın yaradılmasına nail olunacaqdır.
 
Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur. Onlardan sırf mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı əsas təklifləri diqqətinizə çatdırıram:
 
1-ci maddəyə yeni anlayışların əlavə edilməsi ilə bağlı dəyişiklik:
Təklif olunan layihədə Qanuna 1-ci maddə ilə  “dövlət arxiv xidməti təşkilatı”, “sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivi, “idarə arxivi” anlayışlarının əlavə edilməsi adıçəkilən sahənin struktur bölmələrinin fəaliyyət hüdudlarının dəqiq müəyyən edilməsini, işəgötürənlə işçi arasında əmək münasibətlərinin əks olunduğu yeni “işçi heyət üzrə sənədlər” anlayışının isə hüquqi mənasının aydınlaşdırılmasını və daha asan başa düşülməsini nəzərdə tutur.
 
5-ci maddəyə təklif olunan dəyişiklik:
Qanunun “Milli Arxiv fondunun daxil edilən sənədlərin təsnifatı” adlanan 5-ci maddəsinə əsasən Milli Arxiv fonduna elektron sənədlərin; sənədin əslini əvəz edən nüsxələrin; xarici dövlətlərdə olan Azərbaycanla bağlı arxiv sənədlərinin surətlərinin daxil edilməsi nəzərdə tutulur ki, bu da Milli Arxiv sahəsi üzrə mövcud qanunvericilikdə vahid uçot-qeydiyyat sisteminin təkmilləşdirilməsinə, o cümlədən elektron arxiv məlumat sisteminin formalaşdırılmasına imkan verəcək.
 
 
7-ci maddəyə təklif olunan dəyişiklik:
Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması qaydası adlanan 7-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təşkilatı və hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir. Təklif edilən əlavəyə görə Dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədləri nümunəvi siyahı əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmaqla onların özləri tərəfindən təsdiq edilmiş sahə siyahısına uyğun olaraq müəyyən edilir. Elektron daşıyıcıda olan sənədlər müvafiq sənədlərin kağız daşıyıcıları üçün müəyyən edilmiş müddətdə saxlanılır.     
 
 
9-cu maddəyə təklif olunan dəyişiklik üzrə:
“Arxiv fondlarının sənədləri üzərində mülkiyyət” adlanan maddədə nəzərdə tutulan dəyişiklik, mahiyyət etibarı ilə Arxiv fondlarının sənədləri üzərində mülkiyyət hüquqlarının dəqiqliklə  tənzimlənməsini, bu hüquqlarla bağlı işlək mexanizmin qaydalarının müəyyən edilməsini, nəticədə Arxiv fondlarının sənədləri üzərində mülkiyyət hüquqlarının qorunması sahəsində  mövcud boşluqların aradan qaldırılmasını ehtiva edir.
 
10, 11, 12 və 13-cü maddələrə təklif olunan dəyişiklik üzrə:
Növbəti 4 maddəyə edilməsi nəzərdə tutulan dəyişikliklər Mill arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, uçotu, istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi və digər məsələlərin hüquqi tənzimlənməsini təsbit etməklə kifayət qədər mütərəqqi əlavə və dəyişikliklərdir. 
 
15-ci maddəyə təklif olunan dəyişiklik üzrə:
Bu maddəyə təklif edilən əlavəyə görə Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, dövlət qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirirlər, habelə hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri göstərirlər. Bu dəyişikliklə ödənişli arxiv xidmətlərinin siyahısını və onların göstərilməsinə görə xidmət haqlarının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edir.
 
16-cı maddəyə təklif olunan dəyişiklik üzrə:
Qanunun bu maddəsində nəzərdə tutulmuş yeni dəyişikliyə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. Eyni zamanda bu maddəyə ediləcək dəyişiklik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə riayət etməklə, Azərbaycan Respublikasının dövlət arxiv fondunun sənədlərindən beynəlxalq müqavilələr əsasında istifadə edə bilməsini təsbit edir.
 
 
17-ci maddəyə təklif olunan dəyişiklik üzrə:
Bu maddənin adının yeni redaksiyada verilməsi ( “Arxivlərin maliyyələşdirilməsi və maddi-texniki təminatı”) mətndəki mahiyyət dəyişikliyini tam əks etdirir. Belə ki, bu dəyişiklik qəbul edildiyi təqdirdə, Dövlət arxiv xidməti təşkilatları bu Qanunun 17-ci maddəsinin birinci hissəsində göstərilən mənbələrlə yanaşı, bu Qanuna uyğun olaraq göstərilən ödənişli arxiv xidmətlərindən daxil olan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
 
 
 
18-ci maddəyə təklif olunan dəyişiklik:
Cox ciddi və mütərəqqi dəyişikliklərdən biri də 18-ci maddə ilə bağlıdır. Belə ki, arxiv işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə bu maddəyə edilməsi nəzərdə tutulan yeni norma ilə Bu Qanunun pozulmasına görə İnzibati xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 50 faizi və ödənişli arxiv xidmətlərinin göstərilməsi ilə əlaqədar toplanılmış xidmət haqları dövlət arxiv xidmətləri işçilərinin sosial müdafiəsini gücləndirmək və dövlət arxiv xidmətinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur.
 
Digər dəyişikliklər texniki redaktə və dəqiqləşdirilmə xarakterli olduğubdan onları qeyd edib vaxtınızı almaq istəməzdim
 
Eyni zamanda bu layihənin qəbul edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Mülki Məcəlləsində”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi nəzərdə tutulur.
 
Xanım Sədr,
onu da diqqətinizə çatdırmaq istərdim ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov, Sizinlə razılaşdırılmış qaydada, Milli Arxiv Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, eləcə də, Milli Məclis Aparatının müvafiq şöbələrinin iştirakı ilə Mədəniyyət komitəsində geniş və faydalı müzakirələr aparmışıq. – Qanuna dəyişikliklər layihəsi yekdilliklə qəbul edilib və Milli Məclisin müzakirəsinə tövsiyyə olunub.
Bu dəyişikliklər strateji fəaliyyət sahələrindən  biri olan Milli Arxiv Fondunun zənginləşdirilməsinə, müvafiq sahədə fəaliyyətin səmərələliliyin artırılmasına, bir sözlə, arxiv  işində, arxivşünaslıqda yeni səhifə açılmasına kömək edəcək. Dəyişikliklər o cümlədən, arxiv işçilərinin sosial müdafisəinin gücləndirilməsinə öz müsbət təsirini göstərəcəkdir.
 
Xanım Sədr,
Birbaşa qanunla bağlı olmasa da, müzakirələrdə irəli sürülmüş bir sıra təklifləri də burada səsləndirmək istərdim.  
Bunlardan biri, arxiv işi sahəsində peşəkar kadrların yetişdirilməsi ilə bağlıdır. Belə kadrlara çox ehtiyac vardır. Təhsil Nazirlinin, uyğunprofilli universitetlərimizin arxiv işçisi ixtisası üzrə kadrların hazırlanması barədə Milli Arxiv İdarəsinin təkliflərini dəyərləndirəcəyinə inanırıq. Söhbət, müasir dövrün tələblərinə cavab verən kadr hazırlığından gedir.
Başqa bir məsələ, Milli Arxiv Fondu əməkdaşlarının zəruri sayda artırılması ilə bağlıdır. Çünki qanuna əlavələrlə də fəaliyyət genişlənəcək, habelə arxivlərə müraciətlərin sayının artmasına təsir edən digər səbəblər vardır və mövcud əməkdaşlarla arxivlərə müraciət edən vətəndaşların tələbatını yüksək səviyyədə ödəmək çətindir.
Digər məsələ, xarici arxivlərdə Azərbaycanla bağlı materialların öyrənilməsi və onların nüsxələrinin ölkəmizə gətirilməsi, başqa sözlə, müvafiq elmi ezamiyyətlərin təşkili ilə bağlıdır. Belə vacib ezamiyyətlər, xarici arxivlərdən materialların yaxud onların surətlərinin əldə edilməsinə görə ödənişlər üçün maliyyə vəsaitləri atrtırılması arzu olunur.
 
Diqqətinizə görə təşəkkür edirəm”!
 
Arzu edənlər bu linkdən izləyə bilər:

 

 
Oxşar xəbərlər
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
11:08, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
GÜNLÜK
18 May 2024 | 11:50
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 11:41
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
18 May 2024 | 11:46
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 11:39
Azərbaycan nefti bahalaşdı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
AYLIQ
18 May 2024 | 11:50
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 11:41
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
18 May 2024 | 11:46
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 11:39
Azərbaycan nefti bahalaşdı