Tarixi şəxsiyyət-Əbülfəz Elçibəy
Oxunub: 5587
23 Jun 2014 | 00:21
Tarixi şəxsiyyət-Əbülfəz Elçibəy
İyunun 24-ü Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin döğum günüdür. Hər bir millətin içərisindən 50-100 il ərzində yetişən tarixi şəxsiyyətlər olur. Həmin şəxsiyyətlər millətin önündə gedərək millətini və xalqını arzu olunan zirvəyə qaldırır. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdən biri idi. Dünən haqqı danılan, bu gün haqqını dandığımız üçün bundan peşimançılıq hissi keçirən bizlər sabah yəqin ki, Elçibəyin tarixi şəxsiyyət kimi əsl qiymətini verə biləcəyik. Elçibəy haqqında xatirələrindən bugün BAXCP sıralarında olan və onun ideyalarını şərəflə həyata keçirən əqidədaşları söz açacaq.
Moderator.az BAXCP Mətbuat xidməti tərəfindən hazırlanan bu materialı oxucuların diqqətinə təqdim edir. 

"Elçibəyi millətimizə bəxş edən Ulu Tanrıya şükürlər olsun"

BAXCP-nin təşkilati işlər üzrə katibi Bünyamin Qəmbərli:"Millətin və dövlətin taleyində xüsusi rol oynayan böyük şəxsiyyətlər haqqında yazmaq və ya söz demək çox çətin bir işdi. Çünki bu şəxsiyyətlər haqqında deyilən və ya yazılan hər hansı söz, eyni zamanda, onların apardığı mübarizəyə, millətin və dövlətin taleyinə və tarixinə deyilmiş olur. Bir də bu şəxsiyyətlər haqqında deyilən və ya yazılan istənilən söz birmənalı qarşılanmır, ciddi müzakirələrə səbəb olur. Azərbaycanın yetirdiyi böyük şəxsiyyətlərdən biri olan Əbülfəz Elçibəylə bağlı danışmaq isə daha çətindir. Çünki son 20 ildə cəmiyyətdə bütün təbliğat vasitələrindən istifadə edilərək Əbülfəz Elçibəyin nüfuzdan salınması, yaddaşlardan silinməsi üçün aparılan təbliğat, dövlətçiliyimizin möhkəmləndirilməsi, əhalidə vətənsevərlik ruhunun formalaşması və gənclərimizin dövlətçilik və millətçilik ruhunda böyüməsi üçün aparılan təbliğatdan qat-qat çoxşaxəli, geniş miqyaslı və "dərin məzmunlu" olub. 

Elçibəy fəaliyyəti dövründə həddən çox insanlarla ünsiyyətdə olub. Bu insanların hər biri Əbülfəz bəyi öz maraq və düşüncəsinə uyğun yadında saxlayıb. Bunun üstünə son 20 ildə Əbülfəz bəy əleyhinə aparılan təbliğatı da gəl. İndi sən Elçibəy haqqında dediyin hər sözün təsir həddini dərindən-dərin ölçməlisən.
Əbülfəz bəylə tanışlılğım harda, necə və kimin vasitəsi ilə olub, dəqiq xatırlamıram. Amma 1982-83-cü illərdə olduğunu bilirəm. Dəqiq yadımdadır 1983-cü ildə tələbə elmi konfransında çıxış etmək üçün "Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə məsələləri" adlı elmi məqalə hazırlayırdım. Əlyazmalar İnstitutunda "Şah İsmayıl" dastanından istifadə etməli idim. Bu dastan ərəb əlifbasında təliq xəttilə yazılıb. Dastanı oxumaq və tərcümə etmək üçün Əbülfəz bəyə müraciət etdim. Əbülfəz bəy dastanın oxunmasında və tərcüməsində mənə çox kömək etdi. Onu deyim ki, həmin müddət Əbülfəz bəyi yüksək səviyyəli bir millətçi və alim kimi tanıyırdım. Özüm gizli təşkilatda olsam da, bu gizli təşkilatın Əbülfəz bəyə bağlandığını bilmirdim. Əbülfəz bəyin fikirləri, milli mövqeyi və tariximizə baxışı çox xoşuma gəldiyindən bu dövrdə bir-neçə dəfə Əlyazmalar İnstitutunda onunla görüşmüşdüm. Amma Əbülfəz bəylə ilk ciddi söhbətim, mübahisəm 1984-cü ildə oldu. Həmin il Arif Rəhimoğlu filologiya elmlər namizədi alimlik dərəcəsi müdafiə etmişdi. Bununla bağlı banket verirdi. Təxminən 200 adam iştirak edirdi. Qonaqları qarşılamaqla məşğul olduğum üçün məclisə gec gəldim. Yalnız Əbülfəz bəyin qarşısında oturmağa boş yer vardı. Oturdum. Məclisin gedişində Əbülfəz bəy söz deyərkən gəncləri az oxumaqda günahlandırdı. Mən etiraz etmək istədim. Amma oturanların demək olar ki, hamısı mənə qarşı sərt reaksiya verdi. Əbülfəz bəy oturanlara etiraz edərək onları sakitləşdirdi. Bir azdan söz demək növbəsi mənə çatdı və Əbülfəz bəyə etirazımı əsaslandırdım. Həmin dövrdə 1983-cü ildə Azərbaycan jurnalında Əbülfəz bəyin Əl Fərabi adlı məqaləsi dərc olunmuşdu. Bu dövrdə Azərbaycanda çap olunan milli-tarixi məzmunlu kitab və məqalələrin demək olar ki, hamısını oxumuşdum. Söz mənə veriləndə bu dövrdə Əbülfəz bəyin də məqaləsi daxil olmaqla oxuduğum bütün kitab və məqalələri bir-bir sadalayıb "siz nələri yazdız ki, biz oxumadıq" dedim və əlavə çıxışımı edib oturdum. Əbülfəz bəy mənimlə tam razılaşdı və üzünü oturanlara tutaraq "bəy düz deyir, niyə imkan vermirsiz sözünü desin. Belə eləməynən biz nə iş görə bilərik? Gərək imkan verək gənclər öz sözlərini desinlər, cəsarətli olsunlar. Yoxsa onlar qorxaq və çəkingən böyüyər. Həm də bəy düz deyir axı"dedi. Bu sözlər məni daha da cəsarətləndirdi. Bunu deyim ki, o banketdə mən Əbülfəz bəyin alimlər, aydınlar, yazarlar arasında nə qədər böyük nüfuza malik olduğunu, gənclərə necə önəm verdiyini, gəncləri sərbəst, cəsur və qürurlu yetişməsi üçün yaşlı və nüfuzlu insanların aqressiv hücumlarından necə qoruduğunu, onlara necə 
inam və umudla yanaşdığını gördüm. Banket təxminən 1-in yarısı qurtardı. Əbülfəz bəy məni söhbəti davam etdirmək üçün əvvəl sahildə gəzməyə dəvət etdi. Sahildə bir az gəzib söhbət edəndən sonra evinə getdik. Həmin gün əvvəl banketdə, sonra sahildə, daha sonra isə gecə saat 5-ə qədər evlərində etdiyimiz söhbətlər və çox sərt mübahisələr... Bir neçə gün sonra Əlyazmalar İnstitutunun qarşısında rastlaşanda mən etdiyimiz mübahisələrdə həddimi aşdığımı düşünərək üzr istəməyə hazırlaşırdım ki, Əbülfəz bəy mənim boynumu qucaqlayıb sərtlik etdiyi üçün bağışlanmasını dedi. Əbülfəz bəyin bu böyüklüyü qarşısında qəhərləndim, gözlərim doldu...
1989-cu ildə AXC Naxçıvan MR şöbəsinin konfransı idi. Əbülfəz bəy də iştirak edirdi. İdarə Heyyətinə 11 nəfər seçildi. Onlardan biri də mən idim ki, 3-cü ya 4-cü səs toplayaraq seçildim. Amma adını demək istəmədiyim yaşlı və alim dostlarımızdan biri seçilmədi. İdarə Heyyətinə seçilənlər arasında yaşda ən balacası olduğumdan bu dostumuz konfransda bir neçə dəfə mənim seçilməyimə özünün kənarda qalmasına narazılıq etdi. Bir şey alınmadı. Sonra bir qrup dostumuzla Elçibəylə birlikdə yeməyə getdik. Bu yaşlı və alim dostumuz da bizimlə getdi. Yemək müddəti bu yaşlı alim dostumuz dəfələrlə mənim seçilməyimə və özünün seçilməməyinə deyindi. Axırı Əbülfəz bəy dözməyərək çox sərt şəkildə "...bəy bəsdi axı. Nə istəyirsən bu adamdan? Bunu sevirlər səni sevmirlər. Sən bu yaşınla, bu savadınla bunun elədiklərinin yarısını edə bilmirsən. İndi nə deyirsən, neyliyək, nizamnaməni-zadı hər şeyi qoyaq qırağa səni İdarə Heyyətinə üzv edək? Bəsdi axı. Əl çək bu adamın yaxasından" deyərək məni həmin yaşlı və alim dostumuzun hücumlarından qorudu. Sonralar dəfələrlə Əbülfəz bəyin belə sərtliyini və qətiyyətini görmüş, çoxlarını elədiyi yanlışlara görə necə sərtlik və qətiyyətlə rədd etdiyinin şahidi olmuşam. İndi Əbülfəz bəyi yumşaq, sadəlöhv adlandıranlara bilmirəm gülüm ya ağlayım. Onları qınamıram, çünki onlar Əbülfəz bəyi bir insan, vətəninə, ulusuna bütün varlığı ilə bağlı bir aydın kimi gördülər. Çünki onlar Əbülfəz bəyi ehtiyacı olan soydaşına hər zaman yanan, qayğı göstərən, aldığı əmək haqqını və ya prezident olarkən ona verilən evi qaçqına bağışlayan gördülər. Çünki onlar Əbülfəz bəyin soydaşlarının ağrısına-acısına dayanammadığını gördülər və buna görə də Əbülfəz bəyi yumşaq, sadəlöhv adlandırdılar. Onlar yazı-pozu ilə məşğul olanların cəsarətlənməsi, demokratiyanın inkişafı, millətin düşüncəsində hamının bərabər olduğu fikrinin oturuşması üçün onu haqlı-haqsız tənqid edənlərə, hətta haqsızlıq edənlərə belə dözümünü, mülayimliyini fağırlıq kimi qiymətləndirdilər. Amma onlar Əbülfəz Elçibəyi Vətəni, Ulusu və Dövləti üçün bütün 
dünyanı qarşısına alacaq qədər cəsarətli, qürurlu və qətiyyətli görə bilmədilər. Çünki həm Əbülfəz Elçibəyin əleyhinə illərlə aparılan təbliğat, həm də bu insanların maraq və düşüncələri onların Əbülfəz bəyin bu böyüklüyünü görməsinə imkan vermədi. 

Əbülfəz bəy əvvəl Bakıda olanda da, Kələkiyə gələndə də və yenidən Bakıya qayıdanda da mən nə zaman istəmişəm Əbülfəz bəylə rahat görüşmüşəm. Mənim ilk övladım dünyaya gələndə Əbülfəz bəy Kələkidə idi. Uşaq dünyaya gələn günün səhəri Kələkiyə getdim. Əbülfəz bəyə bu xəbəri verəndə adını soruşdu. Adını siz qoyacaqsız, dedim. Təxminən iki saat söhbət etdik. Ayrılanda "balaca bəyimizin adını Bayxan qoyarsan", dedi. Mən Əbülfəz bəyi təkcə bir lider, bir prezident və ya vətəninə, ulusuna varlığı ilə bağlı olan bir siyasətçi kimi yox, həm də çox böyük dəyərlərə sahib bir insan və böyük qardaş kimi sevirdim. Elə buna görədir ki, həbsxanadan çıxan kimi səhər saat 10-da heç kimə heç bir xəbər etməmiş Əbülfəz bəylə zəngləşdim. Qərargahda görüşdük. Çox söhbət etdik. Hər şeylə maraqlandı. Amma həbsxanadakı bütün siyasi qrupların içində ən ağır vəziyyətdə cəbhəçilərin olduğunu deyəndə gözləri doldu... 
Elçibəyi millətimizə bəxş edən Ulu Tanrıya şükürlər edir, onu dünyaya gətirən anaya, böyüdən ataya və Elçibəyin özünə Allahdan rəhmət diləyirəm". 

BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi Vaqif Abuşov:"Əbülfəz Elçibəy böyük şəxsiyyət idi. Onun düşüncəsinə Bütöv Azərbaycan, dövlətçiliyi və milləti sevmək, türkçülük, humanizm, insanı qiymətləndirmək bacarığı hakim idi. 1994-ci ilin isti yay günlərinin birində -iyul ayının 26-da, Ordubad rayonunun Kələki kəndində mərhum Elçibəylə görüşüm mənim üçün ən yadda qalan və əziz xatirələrdən biridir. Həmin günlər çətin dövr idi... 
Elçibəyə qarşı təzyiqlər güclənmiş, Kələki kəndinə gediş-gəliş çətinləşmişdi. Belə bir vaxtda Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin üzvü Azad Şəfiyev və mən Kələki kəndinə - Elçibəylə görüşə getməyə qərara aldıq. 1994-ci ilin iyul ayının 25-də Bakıdan Naxçıvana uçmaq üçün hava limanına gələndə burada Xaçmazdan Xalq Hərəkatının tanınmış simalarından biri Müqəddəs bəylə rastlaşdıq. Məlum oldu ki, o da Elçibəylə görüşmək üçün Naxçıvana gedir...
Biz bir güm Naxçıvanda qaldıqdan sonra, iyul ayının 26-da Ordubad rayonunun Kələki kəndinə yola düşdük. Kəndə çatanda artıq günorta idi. İsti yeri-göyü yandırırdı. Yol yorğunluğu və isti bizi yaman əldən salmışdı. Bir yandan da aclıq. Bizim üçün, tez olsun deyə, yumurta ilə pamidor bişirildi, süfrəyə gətirilən zaman Elçibəy də gəldi və hər birimizlə səmimi görüşəndən sonra, "yeməyinizi yeyin və istirahət edin, sonra söhbət edərik" deyib, bizimlə süfrədə əyləşdi... 
Yadımdadır, Kələkidə Fazil Qəzənfəroğlu ilə ağacın altında, təxminən axşam saat səkkiz olardı, şahmat oynayırdıq. Başımız şahmat oyununa elə qarışmışdı ki, Elçibəyin nə vaxt bizə yaxınlaşmasından xəbərimiz olmamışdı. Bir də başımızı qaldıranda Elçibəyin ayaq üstə bizim oynumuzu diqqətlə izlədiyini gördük. Ayağa qalxmaq istəyəndə qoymadı və dedi:" Siz oyununuzu davam etdirin biz də baxaq".
Kələki dağ kəndi olduğuna görə burada axşamlar çox soyuq olur. Gündüzlər havaların isti olmasına baxmayaraq, gecələr yorğanla yatmağa məcbur olursan. Kələki kəndində qaldığımız bir neçə gün ərzində, hər gün olmasa da, imkan tapan kimi Elçibəylə ən çox Azərbaycandakı siyasi vəziyyətlə, xüsusilə 1992-1993-cü il hadisələri ilə əlaqədar fikir mübadiləsi aparırdıq..."

"Elçibəyin dedikləri həqiqət oldu"

BAXCP-nin humanitar məsələlər üzrə katibi Telman Siyabov:"Mərhum Əbülfəz Elçibəylə ilk tanışlığım 1985-ci ildə oldu. Ancaq onu qiyabi olaraq tanıyırdım. 1985-ci ildə bir neçə nəfərin iştirakı ilə 6-7 saat söhbətimiz oldu və bəy məni qardaşım Ələsgər vasitəsilə tanıdı. O zaman mənim xəyal belə edə bilmədiyim məsələlərdən söhbət gedirdi. Yəni SSRİ imperiyasının dağılması, bizim müstəqil olacağımız və 1918-ci ildə Azərbaycanda Cümhuriyyətin qurulması və s. Həmin vaxt biz ona "Əbülfəz müəllim" deyə, müraciət edirdik. Bu danışılan mövzuları dərk edə bilmirdim. SSRİ-nin dağılması, bizim müstəqil olmağımız necə ola bilərdi? Mən bəyə sual verdim və dedim ki, Əbülfəz müəllim, dedikləriniz həqiqət ola bilərmi? Rəhmətlik bəy əlini mənim çiynimə qoydu və dedi:"Bu prosesi siz gənclər həyata keçirəcəksiniz. Sizin iştirakınız və mübarizənizlə Azərbaycan yaxın gələcəkdə müstəqil dövlət olacaq". Həmin söhbətin üstündən bir neçə il keçdi, 1988-89-cu illərdə Milli Azadlıq Hərakatı başladı və həqiqətən də 1991-ci ildə müstəqilliyimizə qovuşduq. Mən 1990-cı ilin fevral ayında söhbətimizi bəyə xatırlatdım. Bəy gülümsədi və dedi:"Gördün həmin dövrü artıq yaşayırıq və çox keçməz müstəqilliyimizi də elan edəcəyik. Mənim məlumatım var ki, sən Haxçıvanda fəal cəbhəçilərdənsən. Eşitmişəm deputatlığa namizədliyini də vermisən. Mübarizəni davam etdir". 
Sonradan Elçibəy Kələkiyə gələndə ayda bir dəfə gedib görüşürdük. Elçibəyin Dövlətə, Xalqa, Millətə və Torpağımıza necə bağlı olduğunun bir daha şahidinə çevrildim. Mən ikinci bir şəxs tanımıram ki, Elçibəy kimi öz dövlətini və millətini sevən insan olsun. Elçibəy olurdu ki, bizə iradlar da tuturdu. Və məsləhətlərini verirdi. Bəy ilk dəfə Azərbaycan manatı tədavülə buraxılanda manatı əlinə alıb və göz yaşlarını saxlaya bilməyib. Sonra isə Allaha şükür edib ki, bunu da gördük. Düzdür AXC çox az müddətdə hakimiyyətdə oldu. Ancaq onun qoyduğu prinsiplər indi də davam edir. Elçibəyin dövründə azad mətbuat yarandı, Milli Ordumuzun formalaşmasının əsası qoyuldu, rus qoşunları Azərbaycandan çıxarıldı, ali məktəblərə qəbul test üsulu ilə həyata keçirildi və s. Bir il ərzində çox işlər görüldü. Allah Elçibəyə rəhmət eləsin". 

"Hər birimizin qəlbində bu millətə, dövlətə bir sevgi qoydu"

BAXCP-nin dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Yaşar Kələntərli:"Elçibəylə bağlı o qədər xoş xatirələr var ki, bu xatirələr bir kitaba sığmaz. Mən Bütöv Azərbaycan məsələsiylə bağlı xatirələrimi bölüşərdim. Elçibəy bu haqda danışanda deyirdi ki, bu, bizim hədəfimizdi. Bu istiqamətdə bütün qüvvələrimizi səfərbər edib təşkilatı qurmalıyıq. Elçibəy Bütöv Azərbaycan məsələsini gündəmə gətirəndən qısa müddət sonra böyük bir təşkilat quruldu. Respublikanın 84 rayon təşkilatı formalaşdı. Bu təşkilat bu gün də olduğu kimi Güneydəki soydaşlarımızın hüquqları uğrunda mübarizə apardı və 700 minə yaxın imza toplnaraq Bakıda yerləşən BMT-nin insan haqlarıyla bağlı qurumuna təqdim olundu. 
Bəyin hər zaman məsləhətlərini dinləmişəm və həyat yolumda bu məsləhətlər köməyim olub. Elçibəyin millətə sevgisi ölçüyə gəlməzdi. Bəzən deyəndə ki, millət niyə belədir. Bəzə iradını bildirərdi və deyərdi:"Millət üçün nə etmisiniz? Millət üçün çalışmaq lazımdır. Özü də təmənnasız çalışmaq". 
Yadımdadır, bir dəfə Kələkidə olanda yenə ümumi vəziyyətlə bağlı söhbət edirdik. Söhbət əsnasında insanların, təşkilatların proseslərdə aktiv fəaliyyət göstərmələrindən da danışdıq. 4-5 gündən sonra da Azərbaycanın milli komandası ilə hansısa Avropa ölkələrinin birinin futbol komandasının Bakıda oyunu keçiriləcəkdi. Bəy dedi ki, burdan gedəndən sonra siyasilərə də bildirin ki, həmin oyunu izləmək və milli komandaya dəstək üçün stadiona getsinlər. Elə də elədik. Bütün dostlarımıza, ayrı-ayrı təşkilatların rəhbərlərinə, üzvlərinə Elçibəyin ismarıcını çatdırdıq. Böyük əksəriyyət həmin oyunu izləmək üçün stadiona gəlmişdi. Bizim komanda 1-0 qələbə qazandı. İnanın ki, bütün stadion Azərbaycan və Türkiyənin bayraqlarına büründü. Elə bir coşqu vardı ki... Futbol qurtarmışdı, ancaq insanlar stadionu tərk etmirdilər. Həqiqətən gördük ki, Elçibəy bu millətin ruhunu bilir və millətə sevgisi sonsuzdu. Kəndə qayıdandan sonra dedi:"Gördünüz, bizim millət çox şeylərə qadirdi". Doğrudan da bəyin sözündə həqiqət vardı. 
Elçibəy dünyasını dəyişəndən sonra onun Bütöv Azərbaycan Birliyində etdiyi çıxışlar hazırlanaraq hər həftənin birinci günləri "Elçibəy dərsləri" keçirilirdi. Bu dərslərdə orta məktəb uşaqları da iştirak edirdilər. Bəzən Güneylə bağlı tədbirlərdə həmin uşaqları görürəm. Artıq onlar böyüyüblər və siyasi təşkilatlarda fəaliyyət göstərirlər. 
Bəy dünyasını dəyişdi, ancaq hər birimizin qəlbində bu millətə, dövlətə, Azərbaycanın bütövlüyünə bir sevgi qoydu. Bu sevgi elə sonsuzdu ki, bundan sonra iki ömür də yaşasaq bəsimizdi".

"Bu xəbəri Elçibəyə özüm dedim"

BAXCP-nin ictimai-siyasi ələqələr üzrə katibi Hiyaməddin Orduxanlı:"İlk dəfə Əbülfəz Elçibəyi 1993-cü ildə görmüşəm. O prezident olanda AXC-nin mənzil qərargahında "Gənc Siyasi Hatiqlik" məktəbi açılmışdı. 20 nəfərdən artıq gəncə həmin məktəbdə siyasi biliklər və digər bacarıqlar öyrədirdilər. 
1997-ci ildə tələbə olarkən "Cümhuriyyət" qəzetində müxbir kimi fəaliyyət göstərirdim. Elə həmin il də Elçibəy Bakıya qayıtmışdı. Çox qısa müddət ərzində Elçibəylə münasibətim yarandı. Artıq mən AXCP gənclər komitəsində şöbə müdiri vəzifəsində çalışırdım. Həm də "Cümhuriyyət" qəzetinin parlament müxbiri idim. Müxbir kimi də bəylə tez-tez təmaslarım olurdu. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirildi. 21 yaşım təzə tamam olmuşdu. Elçibəyə dedim ki, qanunla seçkidə iştirak etmək üçün 21 yaş olmalıdır və istəyirəm seçkilərə qatılım. İnanırsınız, Elçibəy sevindi və dedi ki, gözəl təşəbbüsdür, sən partiyanın namizədi olacaqsan. Seçkiyə qatıldım və 1999-cu ildə AXCP-nin namizədi kimi Azərbaycanın ən gənc bələdiyyə üzvü seçildim. Hətta bu faktın özü belə beynəlxalq təşkilatların hesabatında yer aldı ki, ana müxalifət partiyasının namizədi 21 yaşında seçkili orqana seçilib. Həmin ilin dekabrında MSK seçkinin nəticələrini elan etdi. Bu xəbəri Elçibəyə özüm dedim. Bəy sevindi və dedi:"Rəhmətlik Həcəf Həcəfovun ölümündən sonra belə sevincim ilk dəfədir. Sən bilirsən necə böyük uğura imza atmısan? Bu hadisə sənin həyatında böyük rol oynayacaq". Onun sevincinin bir də səbəbi o idi ki, gənclər siyasətə bu cür maraq göstərir...
Elçibəy Milli Azadlıq Hərakatının şəriksiz lideridir. Onun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var. O böyük ürək sahibi, millətinə, xalqına bağlı insan idi. Hər il BAXCP lideri Qüdrət Həsənquliyev bütün partiya rəhbərliyində olan şəxslərlə birlikdə Elçibəyi yad edir. Bu ənənə bu il davam edəcək. Allah Elçibəyə qəni-qəni rəhmət eləsin". 

"Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi"

BAXCP MHTK-nın üzvü Mircəlal Yusifli:"Elçibəy so dərəcə təmizkar və zövqlü idi. Ancaq bizi bunlardan öncə onun varlığındakı ürəyəyatımlı fərqli cəhət cəlb edirdi ki, bu da Elçibəyin ev adamına məxsus doğmalığı, səmimiliyi, həsəd aparılmalı cəsarəti idi. Loğvalıq, təkəbbürlük, özündən razılıq ona xas deyildi. Uşaq kimi saf, kinsiz, küdurətsiziydi. Saxtakarlıqdan, yalandan, bir də rüşvətdən iyrənirdi. Onun dərsi də xüsusi dərs idi. Mühazirəni yüksək peşəkarlıqla deyirdi. Mövzunu quru və danışmaq ona yad idi. Dərs son dərəcə canlı və hamımızın iştirakı ilə keçirdi. Bu, ona xas nadir üslub idi. O, bizi həyacanlandırmağı və söhbətə qoşmağı bacarırdı. Ona görə də onun dərsində darıxmaq, mürgüləmək, tez-tez saata baxmaq yada düşmürdü. Başqa mühazirələrdə canını dişinə tutub oturan bizlər, gözünü açıq-aşkar yumub yatanlarımız, pəncərədən baxanlarımız, mühazirədən qaçanlarımız onun dərsini səbirsizliklə gözləyərdilər. Bu qoşa saat nə vaxt başlar, nə vaxt qurtarar hiss etməzdik. 
Yadımdadır, Orta Asiyaya səfərini başa vuran Türkiyənin prezidenti Turqut Özal böyük nümayəndə heyəti ilə Bakıya gəldi. Həmin gün Elçibəylə görüşən Özal ertəsi gün Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Milli Məclisə gələrək burada çıxış etdi. Azərbaycanı da özünün vətəni sayan Özal öz münasibətini belə bildirdi:"Müstəqil dövlətimizin parçalanması yolverilməzdir". Sonra o, xəbərdarlıq edərək dedi:"Türk millətinin səbri zorlanmamalıdır". 
Mən o zaman xarici işlər nazirinin müavini vəzifəsində çalışırdım. Hazirlər Kabinetində Elçibəylə Özalın hər iki ölkənin iş adamları ilə görüşündə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı perspektivləri müzakirə edildi. Görüşü yekunlaşdıran Elçibəy bildirdi ki, 70 illik qapalılıq şəraitindən sonra müstəqil, azad iqtisadi əlaqələr imkanı qazanan, eyni vaxtda bir neçə tarixi vəzifə yerinə yetirən Azərbaycan bütün problemlərini tədricən həll edəcəkdir. 
Elçibəy bütün qanı, canı ilə türkçü idi. Həm də bu üzdən deyə bilərəm ki, Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi".


Oxşar xəbərlər
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 13:37
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 13:37
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq