Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Universitetin akt zalında ölkənin bir neçə nüfuzlu QHT-sinin iştirakıyla qarşıdan gələn bələdiyyə seçkilərində qadınların daha yaxından iştirakını təmin etmək məqsədilə bir tədbir keçirilib.
Belə ki, Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə 2012-ci ildən Qadın İştirakçılığı Proqramını (QİP) həyata keçirir. QİP-nın ümumi məqsədi qadınlar üçün vacib olan məsələlərlə bağlı ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi və qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının (QHT lərin) və qadın məsələləri sahəsində fəaliyyət göstərən dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır. Layihənin birinci dövrü 2013-cü ilin iyul ayında uğurla başa çatmışdır.
Bu dövrdə “Lider Qadınlar” İB, “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” və “Qadınlar Gələcək Uğrunda” İB-dən ibarət koalisiya Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir” adlı layihəni həyata keçirmişdir. Layihə müddətində Bakıda və Azərbaycanın 5 bölgəsində (Şəmkir, Gədəbəy, Lerik, Qobustan, Xızı) qadın liderliyi ilə bağlı silsil”™ maarifləndirmə təliməri, qərar qəbulunda təmsil olunan məmurların iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Layihə Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçirilmişdir.
15 yanvar 2014-cü il
tarixindən Kaunterpart
Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatı ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Qadın İştirakçılığı Proqramının (QİP)
ikinci mərhələsinə start vermişdir.
Koalisiyamız ikinci mərhələdə “Seçkili orqanlarda qadınların
təmsilçiliyinin artırılması” adlı
layihənin icrasına başlamışdır. Layihənin əsas məqsədi seçkili
orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi
və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.
Layihənin əsas vəzifələri:
-qadınların siyasi iştirakçılığının, seçkili
orqanlarda təmsilçiliyinin artırılması zərurətinin əsaslandırılması ilə bağlı
ictimai məlumatlandlrma, maarifləndirmə kompaniyasının aparılması,
-qadınların
elektoral aktivliyinin gücləndirilməsi, onların namizəd qismində seçkilərdə
iştirak etməyə həvəsləndirilməsi,
-potensial
qadın namizədlərin seçki texnologiyaları sahəsində maarifləndirilməsi,
-qadın
namizədlərin seçki kompaniyasının
təşkili, könüllü qadın müşahidəçilərin
hazırlanması,
-qarşıdan
gələn bələdiyyə və parlament seçkilərində qadın namizədlərin sayının artması,
-qadınların
siyasi iştirakçiliğı platformasının gücləndirilməsi.
Layihəhə
çərçivəsində Bakı, Salyan, Sabirabad, Lerik, Yardımlı, İsmayıllı, Yevlax şəhərlərində
qadın Forumları, İctimai Dinləmələr, bələdiyyə seçkilərində namizəd qadınlar,
və müşahidəçilər üçün silsilə təlimlər, 18-35 yaçlı qadınlar üçün sahibkarlığın
inkişafı ilə bağlı təlimlər keçiriləcək.
Layihə 2015-ci il iyun ayında başa
çatacaqdır. Layihə birinci mərhələdə olduğu kimi Ailə, Qadın, Uşaq məsələləri
üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçiriləcəkdir..