Dövlət İmtahan Mərkəzində (DİM) 2022-ci il yanvarın 22-də TOEFL iBT imtahanı keçirilib.
Moderator.az Mərkəzin saytına istinadən xəbər verir ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 1 əcnəbi olmaqla 17 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 12 fevral 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:
//dim.gov.az/activities/exams/toefl/