Moderator.az xəbər verir ki, Parlament Jurnalistləri Birliyi (PJB) dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2013-cü ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
PJB sədrinin müavini Aqil Aslan bildirib ki, 50 jurnalistin
iştirak etdiyi sorğunun nəticələrinə əsasən dörd nominasiya üzrə qaliblər müəyyən
edilib. Onun sözlərinə görə, ümumilikdə 15 deputat ilin ən fəalı seçiliblər.
«İlin fəal millət vəkili» nominasiyasının qalibləri Qüdrət Həsənquliyev,
Fazil Mustafa, Siyavuş Novruzov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Əli Hüseynli
və Elmira Axundova olub.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti
dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin
müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
«Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili»
nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Qənirə Paşayeva və Vahid Əhmədov
olub.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti
dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə
müəyyən ediliblər.
«Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət
vəkili» nominasiyasının qalibləri Bahar Muradova, Rövşən Rzayev və Fuad
Muradovdur.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti
dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda
”“ AŞ PA, ATƏT PA, Avronest PA-da fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.
“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili”
nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Abel Məhərrəmov və Azay Quliyev
olub.
Bu nominasiyanın qalibləri Milli Məslisin 2013-cü ildəki fəaliyyəti
dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən ediliblər.
Sorğunun nəticələrindən göründüyü kimi Azərbaycanın birinci
xanımı, millət vəkili Mehriban Əliyeva iki nominasiya üzrə («Seçici hüquqlarını
müdafiə edən fəal millət vəkili» və “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən
fəal millət vəkili”) qalib seçilib.
PJB sədrinin müavini deyib ki, Mehrban Əliyeva yeganə millət
vəkilidir ki, iki nominasiya üzrə jurnalistlərin səsini qazanıb: “Parlament
jurnalistlərinin böyük əksəriyyətinin qənaətincə Mehriban xanım nəinki təmsil
etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə
kömək edir. Həmçinin ötən il mayın 7-də Mehriban Əliyevanın təşəbbüsü ilə Milli
Məclisdə Amnistiya haqqında qanun layihəsi qəbul olunub və bu amnistiya aktı 9
min nəfərə şamil olunub”.
Aqil Aslan həmçinin bildirib ki, sorğu nəticəsində
parlamentin 2013-cü ildəki ümumi fəaliyyətinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə
də qiymət verilib.
Belə ki, «Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin
2013-cü ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən
parlament jurnalistlərinin 46 faizi «qənaətbəxşÂ», 24 faizi «qeyri-qənaətbəxşÂ»,
30 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.
«Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin
2013-cü ildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə
qiymətləndirirsiniz» sualına cavab verən sorğu iştirakçılarının 68 faizi «qənaətbəxşÂ»,
10 faizi «qeyri-qənaətbəxşÂ», 22 faizi isə «cavab verməkdə çətinlik çəkirəm»
cavabını veriblər.
Aqil Aslan onu da qeyd edib ki, bu, PJB-nin Milli Məclisdə
akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sayca 9-cu sorğudur.
“Millət vəkillərinin fəaliyyətinin qiymətləndirilməsi Parlament Jurnalistləri
Birliyinin təşəbbüsü və layihəsidir.
Biz artıq 9-cu ildir ki, dörd nominasiya üzrə ilin fəal
deputatlarını sorğu əsasında müəyyən edib onları cəmiyyətə təqdim edirik”, -
deyə PJB sədrinin müavini bildirib.