Xankəndi narahatlığımız və ya orada suverenliyimiz nə vaxt bərpa olunacaq?
Cəmiyyət
Oxunub: 1138
16 Jun 2021 | 12:52
Xankəndi narahatlığımız və ya orada suverenliyimiz nə vaxt bərpa olunacaq?
Tofiq Zülfüqarov: “Bundan sonra sülhməramlı qüvvələrin nəzarəti altında indentifikasiya prosesi baş verməlidir”
 
Zərdüşt Əlizadə: “Biz elə şərait yaratmalıyıq ki, oradakı erməni əhalisi ilə Azərbaycan əhalisi arasında insani, hüquqi münasibətlər olsun”
 
İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr üçtərəfli Birgə Bəyanatdan sonra Azərbaycan ictimaiyyətini düşündürən əsas suallardan biri budur – Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə süverenliyimizin nə zaman bərpa olunacaq, bayrağımız Xankəndində nə vaxt dalğalanacaq. Məlumdur ki, hazırda adları sadalanan ərazilərimizdə erməni vətəndaşlarımız Rusiya sülhməramlılarının nəzarəti altında yaşayırlar. Lakin sadə erməni vətəndaşlarımızla yanaşı, erməni separatçıları da Xankəndidədirlər. Və onlar hələ də  qondarma qurumun yaşadığını bildirirlər. Başlarının üzərində əski parçalarını asıb, “dövlət” oyunlarını davam etdirirlər. “Rəsmilər” müxtəlif bəyanatlar verirlər.
 
Bütün bu kimi hallar təbii ki, Azərbaycan toplumunda qıcıq yaradır. Analitiklər isə bildirirlər ki, Xankəndidə suverenliyimizin bərpa olunması elə sadə məsələ deyil, bir günün içərisində bu həll oluna bilməz. Müəyyən zaman lazımdır ki, ordakı erməni vətəndaşlarımız suverenliyimizi qəbul etsinlər.
 
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya bildirib ki, müxtəlif zamanlarda Qarabağdakı erməni separatçıları təxribat məqsədilə bəyanatlar verirlər. Məqsəd isə qıcıq yaratmaqdır.
 
Onun sözlərinə görə, bu gün münaqişənin həllində Ermənistan dövləti faktoru aradan götürülüb: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün böyük hissəsi aradan qaldırılıb. Bundan sonra sülhməramlı qüvvələrin nəzarəti altında indentifikasiya prosesi baş verməlidir. Yəni oradakı xarici ölkələrə məxsus silahlı birləşmələr evakuasiya olunmalıdır. Qalan məsələlər isə bərpa olunmuş sərhədimizdə beynəlxalq səviyyədə danışıqlarla ola bilər”.
 
“Rusiya-Türkiyə və Azərbaycanın iştirakı ilə qalan məsələləri həll edəcəyik. O ərazilərdə addım-addım Azərbaycanın suverenliyi bərpa olunmalıdır və olunacaq. Üçtərəfli sazişin məntiqinə uyğun olaraq təhlükəsizlik funksiyası ordumuza, müşahidəçilərə və sülhməramlılara məxsusdur. Digər tərəf yoxdur, ola da bilməz. Yəni Ermənistan yoxdur, Azərbaycan öz ərazisində separatizmin kökünü kəsməlidir. Təbii ki, ilk növbədə qeyri-qanuni hərbi birləşmələr zərərsizləşdirilməlidir. Bu iş bitdikdən sonra digər proseslərə keçəcəyik – iqtisadi, siyasi, humanitar sahədə məsələlərin həlli başlayacaq. Məqsəd də birdir – Azərbaycanın suverenliyinin bərpası”, – deyə sabiq nazir qeyd edib.
 
T.Zülfüqarov vurğulayıb ki, insanların tez-tez verdiyi suallardan biri bayraqla bağlıdır: “Deyirlər ki, Xankəndidə bayrağımız niyə dalğalanmır. İnsanları anlamaq olar.Əlbəttə, bayraq suverenlik hüquqlarının rəmzidir, amma suverenliyi təşkil edən məsələlər var. Bura valyuta, kommunal işlərin təşkili, işə götürmək məsələləri daxildir. Bu işlər də addım-addım reallaşdırılacaq”.
 
Siyasi analitik Zərdüşt Əlizadə isə AYNA-ya deyib ki, gərək bir işi planlı şəkildə görəsən: “Vəziyyət nədən ibarətdir, hansı işlər görülməlidir, hansı resursları səfərbər etmək lazımdır və s. Ölçüb-biçmək lazımdır, zamanı doğru dəyərləndirmək lazımdır. İndi bizim cəmiyyətin bəzi kəsimləri, xüsusilə də müxaliflərin əsas demək olar ki, hamısı əsassız ittihamlar səsləndirirlər. Bağırırlar, qışqırırlar ki, Rusiya sülhməramlıları çıxıb getməlidir. Birincisi, bu, hüquqi prosedurdur, üçtərəfli Birgə Bəyanat imzalanıb, tərəflər razılaşıblar. İkincisi, yadımıza salmalıyıq ki, sülhməramlılar niyə gəldilər?! Əlbəttə, Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat vermək üçün gəldilər. Daha doğrusu, məqsədin bu olduğu bildirilib. Orada da müddət göstərilib – 5 il. Sənədə bu müddətin yazılması təsadüf deyil. Biz elə şərait yaratmalıyıq ki, oradakı erməni əhalisi ilə Azərbaycan əhalisi arasında insani, hüquqi münasibətlər olsun”.
 
Politoloq bunun müxtəlif yollarının olduğunu qeyd edib: “Biz əks-erməni təbliğatına son qoymalıyıq. Ermənistanla münasibətlər bərpa olunmalıdır, Dağlıq Qarabağ ermənilərinə zəmanətlər verməliyik. Yavaş-yavaş hökumət qurumlarımız ermənilərin yaşadığı ərazilərdə formalaşmalıdır. Daha sonra Qərb dünyasını, avropalı jurnalistləri dəvət etməliyik ki, gəlib görsünlər, onlara necə yaxşı şərait yaratdığımızın şahidi olsunlar. Postkonflikt dövrünün bütün qanunları işə salınmalıdır ki, hər kəs barış tərəfdarı olduğumuzu görsün. Bunu etsək, 4 il yarımdan, yaxud da 9 ildən sonra suverenliyimiz tam bərpa oluna bilər”.
 
“Bütün dünya görsə ki, Dağlıq Qarabağın erməni əhalisinin hüquqları da digər vətəndaşların hüquqları ilə bərabərdir, onların təhlükəsizliyinə zəmanət var, o zaman biz deyə bilərik ki, sülhməramlılara ehtiyac yoxdur. Biz buna neçə ilə nail ola bilərik – 4.5 ilə, yoxsa 9.5 ilə, dəqiq demək çətindir. Amma dediyim şərait yaradılsa, rəsmi Bakı deyə bilər ki, “Rusiya sülhməramlılarına ehtiyac yoxdur, gedə bilərlər”. Təbii ki, Rusiya getmək istəməyə bilər, qalmaq üçün hansısa təxribatlar törədə bilər. Amma biz buna imkan verməməliyik, təxribatın qarşısını almalıyıq. Dövlətin hüquq-mühafizə orqanları var, zəhmət çəksinlər elə etsinlər ki, təxribatlar baş tutmasın”, – deyə Z.Əlizadə vurğulayıb.
 
Analitik deyib ki, Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq həll edilib: “Dediyim kimi, erməni vətəndaşlarla elə əlaqə qurmalıyıq ki, dünya sülhməramlılara ehtiyac olmadığı həqiqətini görsün. Xankəndində suverenliyimizi bu cür bərpa edə bilərik”.
 
“Barışıqdan sonra Qarabağ separatçılarının yenidən baş qaldırmayacağına kim zəmanət verə bilər?” sualına gəldikdə isə Z.Əlizadə deyib ki, separatizmin inkişafına səbəb amillər olur: “Bu qüvvələrin baş qaldırması üçün münbit şərait olmamalıdır. Erməni separatizmi ərazilərimizdə nə vaxt çiçəkləndi – hakimiyyətimiz zəif olduğu vaxt. Azərbaycanda güclü hakimiyyət olduqdan sonra separatizmin baş qaldırması mümkün deyil. Politologiyanın bir qanununa görə belədir: separatizm o zaman çiçəklənir ki, mərkəzi hakimiyyət zəif olur. Azərbaycan güclü və demokratik dövlət olmalıdır. Dünyaya göstərmək lazımdır ki, ərazimizdə azlıqların yaşaması üçün münbit şərait var”, – deyə politoloq fikrini tamamlayıb.
Oxşar xəbərlər
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 09:23
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
18 May 2024 | 08:49
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 08:58
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 09:23
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
18 May 2024 | 08:49
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 08:58
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası