Yeni orfoqrafiya normalarıına və orfoqrafiya lüğətinin 7-ci nəşrinə ötəri baxış
Cəmiyyət
Oxunub: 1496
14 May 2021 | 14:28
Yeni orfoqrafiya normalarıına və orfoqrafiya lüğətinin 7-ci nəşrinə ötəri baxış
Azərbaycanda ilk orfoqrafiya lüğəti 1929-cu ilə çap olunub. Təbii ki, ona qədər də müəyyən qaydalar olub. Doğrudur, bu istiqamətdə ətraflı tədqiqatlar aparılmayıb. Amma filologiya elmləri doktoru, professor Samət Əlizadənin “Kitabi-Dədə Qorqud” və Füzulinin dilinin orfoqrafik qaydaları haqqında müəyyən araşdırmalar apardığı məlumdur. Təəssüf ki, belə tədqiqatlar çox azdır. 20-ci əsrdə ölkəmizdə 1940, 1960, 1975, 2004-cü illərdə orfoqrafiya lüğətinin təkmilləşdirilmiş nəşrləri çap olunub. Qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri 5 ildən bir təkmilləşdirilib nəşr edilməli olsa da, 2009, 2010, 2011, 2011-ci illərdə bu, baş verməyib. 2012-ci ildə çap edilən lüğət Prezident Administrasiyasında qəbul edilməyib. “Kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib, lüğətin 2012-ci il nəşrinin 6500 nüsxəlik tirajının ləğvi və satışdan yığışdırılmasına göstəriş verilib.
 
2013-cü ildəki 6-cı nəşr də legitim sayıla bilməz. 40 minə qədər qondarma sözün daxil ediliyi deyilən lüğət həm də qanunvericiliyə zidd olaraq orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən nəşr edilib. Cəmiyyətdə bu lüğətin legitim olub-olmaması barədə müəmmalar bundan sonra da davam edəcək. İndi söz açacağımız lüğət 7-ci nəşr adlanırsa və Dövlət Dil Komissiyasının bəzi üzvləri əvvəlki lüğətin tirajının az olmasından gileyini bildiribsə, demək, bu lüğəti legtim sayırlar. Amma Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli bu fikirdə deyil. O, Milli Məclisin Elm və təhsil komitəsinin 29 yanvar 2018-ci ildə keçirilən iclasında belə deyib: “On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb”.
 
İndi isə əvvəllər kiçik hərflə, sonra böyük hərflə, sonra yenə kiçik hərflə yazılan “normalar”dakı (bu barədə sonra) bir sıra kobud səhvlərə diqqət yetirək:
 
1. “3. Alınma sözlərdə samitlərin yazılışı 3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır”.
BİZİM QEYD. Əvvəla, царь sözü də eyni qəbildəndir, amma indiyədək sar yox, çar kimi yazılıb. Bu barədə ayrıca qeyd olmalı idi.
İkincisi, əgər yeni normalara görə, ц xüsusi isimlərdə sözün əvvəlində olanda s kimi yazılırsa, onda Царское Село şəhərinin adı necə yazılmalıdır? Belə çıxır ki, царь sözü ümumi isim kimi ç, xüsusi ismin əvvəlində olanda s, xüsusi ismin ortasında isə ts ilə yazılmalıdır. Çox gülünc alınmırmı? Bu barədə normalarda heç nə yazılmayıb.
 
2. “3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s”.
BİZİM QEYD. Dilimizin lüğət tərkibinə çoxdan daxil olmuş “gigiyena” sözü h samiti ilə başlayır. Əsli yunancadan olan bu sözün rus dilinə XIX əsrin birinci yarısında alman və ya fransız dilindən keçdiyi ehtimal edilir. Hər iki dildə (alman, fransız) bu söz h ilə başlayır və hygiene şəklində yazılır. Əgər deyilən qaydaya əməl etsək, demək bu söz higiyena kimi yazılmalıdır. Ya da bu söz normalarda istisna kimi qeyd edilməli idi (yəqin ki, başqa belə sözlər də var).
 
3. “3.7. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s”.
BİZİM QEYD. Burada qeyd edilən Siciliya sözü mənbə dildə c yox, ç ilə yazılır və tələffüz edilir. Bundan başqa, həmin dildən keçən Siseron xüsusi ismi italyancada Çiçero kimi yazılır. İkincisi dilimizdə Siseron kimi sabitləşib. Ona görə hər iki sözün normalara tabe olmadığı nəzərə alınmalı və nümunə kimi verilməməli, xüsusi isimlər lüğətinin öhdəsinə buraxılmalı idi.
 
4. “3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s”.
BİZİM QEYD. Normaların başdansovdu hazırlanmasına daha bir nümunə. Əgər bu bəndə əməl edilərsə, bundan sonra dilimizdə yazılış şəkli hələ keçən əsrdən sabitləşmiş Uoll-Strit sözü (Wall Street) Vol-Strit, Ceyms Uatt (James White) Ceyms Vatt, Uinston Çörçil (Winston Churchill) Vinston Çörçil, Herbert Uels (Herbert Wells) Herbert Vels, Uels (Wales) dövlətinin adı isə Vels şəklində yazılmalıdır.
 
5. “8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s.”
BİZİM QEYD. Burada “bütün sözlər” çıxarılmalıdır. Çünki və də sözdür və adında və bağlayıcısı olan çox sayda ölkə var: Trinidad və Tobaqo, Bosniya və Hersoqovina, Sent-Kits və Nevis, Antiqua və Barbuda, San-Tome və Prinsipi… Təbii ki, bu adlarda və bağlayıcısının böyük hərflə başlanması düşünülə bilməz.
 
6. “8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır”.
BİZİM QEYD. Bəs Fransanın Milli Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı kimi mürəkkəb fəxri adlar necə yazılmaılıdır? Bu barədə mütləq qeyd olmalı idi…
 
7. “9. İxtisarlar və qısaltmalar”.
BİZİM QEYD. Bu bənddə mürəkkəb ixtisarlar barədə bir kəlmə də yazılmayıb. Dilimizdə mürəkkəb ixtisarlar da var və onlar ayrı yazımalıdır. Nümunələr: BMT TŞ (Birləşmiş Mİllətlər Təşkilatının Təhlükəsizlik Şurası), ATƏT PA (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası), AŞ PA (Avropa Şurasının Parlament Assambleyası), ATƏT DTİHB (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu).
 
8. “10. Sözün sətirdən sətrə keçirilməsi. 10.5. Durğu işarələri yeni sətrə keçirilmir”.
BİZİM QEYD. 2018-ci ildə müzakirəyə təqdim edilən layihədə defis də durğu işarələri sırasında verilmişdi. Bizim də iradımızdan sonra o hissə çıxarıldı. Amma yeni normalarda qeyri-hərf orfoqrafik işarə olan defisi və drobu sətrin sonunda saxlamağın düzgün olub-olmaması barədə heç nə yazılmayıb (keçən əsrdəki normalarda yolverilməz sayılırdı).
 
Orfoqrafiya normaları barədə hələlik bu qədər. Bir qədər də lüğətdəki bəzi sözlər haqqında
 
Bundan əvvəlki lüğətlərdə yol verilən bir sıra səhvlərin yenidən təkrarlanması acı təəssüf doğurur. Son illər orfoqrafiya ilə bağlı cəmiyyəti ən çox narahat edən məsələ yazılışı sabitləşmiş sözlərin qondarma və əsası olmayan mülahizələrlə dəyişdirilməsidir. Bu, sözün əsl mənasında orfoqrafik anarxiya yaradıb.
1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunun nəşr etdiyi “Rusca-azərbaycanca lüğət”də apellyasiya kimi yazılan söz
2004-cü ilin orfoqrafiya lüğətində hansısa mülahizələrdənsə apelyasiya kimi verilib. 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğətində bu söz əvvəlki kimi (apelyasiya) qalıb, onunla yanaşı apellyasiya verən mənasında apelyant sözü də lüğətə daxil edilib. 2021-ci ilin orfoqrafiya lüğətində yenidən məlum söz apellyasiya şəklində yazılıb, apelyant sözü isə indi apeliant olub. Görünür, lüğəti tərtib edənlər həmin sözü ofisiant sözünə baxıb elə yazmağı qərara alıblar. Halbuki yeni orfoqrafiya lüğətində olan simulyasiya sözündən yaranan simulyant sözü kimi bu söz də -yant şəkliçisi ilə bitməli və iki l ilə yazılmalı idi. Məzhəkə bununla bitmir, absurda fikir verin: eyni kökdən olan (latın dilində appellatio — müraciət) apellyasiya sözü hüquq termini kimi iki, dilçilik termini kimi isə bir l ilə yazılır (apelyativ).
 
Sonda qeyd etmək istərdim ki, yazdıqlarım cəmi bir neçə saatlıq araşdırmaların nəticəsidir, oxucuları yormamaq və lüğətin tərtibi zamanı vicdanla çalışan alimlərimizə hörmət əlamət olaraq onların heç də hamısını qeyd etmədim. Ön sözdə yeni lüğətə yazıçılarımızın əsərlərindən bir sıra sözlərin daxil edildiyi bildirilir. Bu, xoşdur. Xoş olmayan isə bir də odur ki, son 20 ildə yaranan orfoqrafik anarxiyanın katalizatoru olan orfoqrafiya lüğətlərinin sırasına daha biri əlavə olundu. Lüğətə ön sözdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, hörmətli akademik Möhsün Nağısoylu orfoqrafiya lüğətinin “bütün vətəndaşların istifadəsi üçün zəruri olan dəyərli və mötəbər bir qaynaq” olduğunu göstərir. Kaş elə olaydı, amma təəssüf ki, ola bilmədi…
 
Lap sonda qeyd edək ki, yeni orfoqrafiya lüğəti son 20 ildə orfoqrafiya lüğətlərinin yaratdığı orfoqrafik anarxiyaya daha bir “töhfə” verib. Belə ki, istər 2018-ci ildə müzakirəyə çıxarılan mətndə, istər Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilən mətndə, istərsə də 2020-ci ildə Nazirlər Kabineti tərəfindən normalara dəyişiklik edilməsinin təsdiq olunduğu qərarda orfoqrafiya normaları söz birləşməsi böyük hərflə başlayır və təbii olaraq kütləvi informasiya vasitələrində də o cür yayılıb. Amma orfoqrafiya lüğətinin 7-ci nəşrinin titul vərəqində orfoqrafiya normaları yenidən kiçik hərflə yazılıb: “Kitab Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanmış ilk nəşrdir”. Amma e-qanun (//e-qanun.az/framework/42073) portalında orfoqrafiya normaları böyük hərflə yazılıb və çətin ki, dəyişiklik edilsin.
 
Orfoqrafiya Komissiyası bir neçə il ərzində “orfoqrafiya normaları” sözlərinin böyük, ya kiçik hərflə yazılması ilə bağlı tərəddüd içində olub, yalnız 2021-ci ildə düzgün qərara gələ bilməsi, birinci versiyanın da mətbuatda yayılması və hökumət sənədlərində fiksə edilməsi daha bir çaşqınlıq üçün şərait yaradır və acı təəssüf doğurur.
Oxşar xəbərlər
11:45, Bu gün
“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan daha mövcud olmayacaq”- Saakaşvili  
11:37, Bu gün
İsrail Təhlükəsizlik Kabineti bu gün toplanacaq
11:36, Bu gün
Salyan sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
11:34, Bu gün
Qlobal istiləşməyə 200 trilyon dollarlıq çarə tapıldı
11:26, Bu gün
"Amaliya Pənahova xərçəngə tutulanda yazdı ki..."
11:22, Bu gün
"Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"
11:20, Bu gün
İsrailin İrana hücum planları üzə çıxıb
11:18, Bu gün
İsrail ordusu Qəzza və Livana 175 zərbə endirdi
11:15, Bu gün
"Nədən canavarların geriyə dönüşü Avropada narahatlıq doğurur?" - "The Economist"
11:09, Bu gün
Bu yolda sürət həddi bərpa olundu
11:06, Bu gün
Qəzzada çoxmərtəbəli yaşayış binasına zərbə endirildi- 73 nəfər HƏLAK OLDU
10:56, Bu gün
Xalq artisti təcili əməliyyat olundu – FOTO
10:50, Bu gün
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”
10:42, Bu gün
İranın nüvə bombasından güclü silahı - "Qiyamət günü" maşını
10:31, Bu gün
Dietoloq gecələr xurma yeməməyi məsləhət GÖRÜB 
10:22, Bu gün
Zəngilan şəhər günü: 4 ildir ki, azaddır...
10:16, Bu gün
Telegram istifadəçilərinə fotoşəkil adı altında virus göndərilməyə BAŞLADI
10:13, Bu gün
Parkda çantadan kişi qalıqları TAPILDI
10:09, Bu gün
Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib - VİDEO
10:00, Bu gün
Sağlamlığınıza zərər vermədən gündə nə qədər çörək yeyə bilərsiniz?
09:53, Bu gün
Sinvar 18 gün döyüşüb, öldüyü gün isə… - Şok detallar
09:45, Bu gün
Rusiyada 3 uşaq yanğında ÖLDÜ
09:40, Bu gün
NASA xəbərdarlıq etdi: Asteroid Yerə yaxınlaşır
09:36, Bu gün
“Oxuyanda qışqırmaqdan qrija olmuşam”
09:30, Bu gün
Azərbaycanda DƏHŞƏT: yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
09:16, Bu gün
Putin Bakıya gəlməkdən imtina etdi- ŞOK SƏBƏB 
09:09, Bu gün
Əlavə pul alan şəxs əmək pensiyasına necə keçə bilər? - CAVAB
09:00, Bu gün
İş və istirahət günlərinin YERLƏRİ DƏYİŞDİRİLDİ - RƏSMİ
08:48, Bu gün
Okeanın dibində Dinozavrlar dövrünə aid sirli BÖLGƏ TAPILDI 
08:40, Bu gün
Partlayan binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO
08:33, Bu gün
Mühasiblər ikinci dəfə imtahan verəcək
08:28, Bu gün
Estakada ÇÖKDÜ: 7 nəfər öldü
04:52, Bu gün
Gəlini ilə münasibətdə olan qayınata oğlunu baltaladı - Dəhşətli qətlin TƏFƏRRÜATI
04:32, Bu gün
İlqar Mirzəyevin oğlu bu xanımla nişanlandı- FOTOLAR
19 Oct 2024 | 23:47
Aeroport yolunda sürət həddi endirildi
19 Oct 2024 | 23:31
Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib
19 Oct 2024 | 23:19
Netanyahu: İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi
19 Oct 2024 | 23:17
İsrail ordusu “Hizbullah”ın kəşfiyyat komanda mərkəzinə zərbə endirib
19 Oct 2024 | 23:10
Kuba ikinci dəfə zülmətə qərq oldu
19 Oct 2024 | 22:56
Böyük QALMAQAL! - Müqəddəs torpaq anlayışı varmı? - VİDEO
19 Oct 2024 | 22:55
"Qərb raketləri çox bahadır, qoy dronlar buraxsınlar" - Pentaqon rəhbəri
19 Oct 2024 | 22:40
Bəşəriyyəti iqlim dəyişikliyindən bu bitki SAĞ ÇIXARACAQ - FOTO
19 Oct 2024 | 22:30
Samir Abasovun qələbə şərhi: "Görüləcək işlər çoxdur"
19 Oct 2024 | 22:20
“Axsaq örədəklərin” Berlində görüşü
19 Oct 2024 | 22:15
İran İsrailin hücumuna hazırdır - Arakçı
19 Oct 2024 | 22:08
Partlayan binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO
19 Oct 2024 | 22:00
Bu ölkədə 1100-ə yaxın məhbus vaxtından əvvəl AZAD EDİLƏCƏK
19 Oct 2024 | 21:53
Yeni Dehlidə Yamuna çayını toksik köpük örtüb
19 Oct 2024 | 21:50
Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir - TƏHLİL
19 Oct 2024 | 21:43
Hamsterin dişlədiyi qadın uşaqlarının gözü önündə öldü
19 Oct 2024 | 21:39
2025-ci il İran və Türkiyənin Mədəniyyət ili elan edildi
19 Oct 2024 | 21:37
Ukrayna ilk “Mirage-2000” təyyarələrini 2025-ci ilin əvvəlində alacaq
19 Oct 2024 | 21:34
KİV: İsrail Sinvarın cəsədini girovlarla dəyişdirmə nəzərdən keçirir
19 Oct 2024 | 21:28
KXDR Ukrayna müharibəsinə 12 min hərbçi göndərəcək - Cənubi Koreya kəşfiyyatı
19 Oct 2024 | 21:27
"Mançester Yunayted" qələbə həsrətinə son qoydu
19 Oct 2024 | 21:25
Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? - Qazipur
19 Oct 2024 | 21:20
Vergidən yayınan müğənnilərə XƏBƏRDARLIQ: “Cinayət məsuliyyətinə cəlb olunacaqlar”-FOTO
19 Oct 2024 | 21:17
“Ermənilərin toyunda “Uzundərə” rəqsini bəy və gəlin oynayır” - Növbəti oğurluq-VİDEO
19 Oct 2024 | 21:11
Şabranda kanalda qadın meyiti aşkarlanıb
19 Oct 2024 | 21:05
Zelenski Qərbə ULTİMATUM VERDİ - "Bir neçə həftə ərzində..."
19 Oct 2024 | 20:55
Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır
19 Oct 2024 | 20:50
Buş Putinin sözlərini ciddi qəbul etmədi, bu da nəticəsi...
19 Oct 2024 | 20:45
13 yaşlı oğlu üçün fahişə çağıran ata saxlandı
19 Oct 2024 | 20:38
Zəhərli köpüklə selfi çəkən hindlilər - FOTOLAR- VİDEO
19 Oct 2024 | 20:35
Türkiyə Prezidenti: İsrailin qarşısı alınmasa, bölgədə sülh olmayacaq
19 Oct 2024 | 20:25
ƏHALİNİN NƏZƏRİNƏ! - Azərbaycanda zəlzələ olacaq- Seysmoloq AÇIQLADI
19 Oct 2024 | 20:18
Türkiyə ilə bu məsələdə fərqli düşünürük - Şolts
19 Oct 2024 | 20:17
“Qələbə dünyanın bizə münasibətini dəyişdi”
19 Oct 2024 | 20:13
600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR
19 Oct 2024 | 19:57
Xaçmazda çaydan kişi meyiti tapıldı
19 Oct 2024 | 19:53
Faktiki hava açıqlanıb - YENİLƏNİB
19 Oct 2024 | 19:53
İspaniyada İŞİD üzvləri həbs edildi
19 Oct 2024 | 19:47
Ərdoğan: "Hazırda Türkiyədə 3,5 milyona yaxın suriyalı qaçqın var"
19 Oct 2024 | 19:45
Dünya çempionu müharibədə ÖLDÜ - FOTO
19 Oct 2024 | 19:39
İsrail ordusu Beyruta zərbələr endirib
19 Oct 2024 | 19:20
Sumqayıtda silah-sursat tapılıb
19 Oct 2024 | 19:10
“İMZA” İctimai Birliyinə yeni üzvlər qəbul olundu - FOTO
19 Oct 2024 | 19:05
Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov
19 Oct 2024 | 19:00
Bəhreyndə keçiriləcək Gimnaziadaya güləşçilərimiz də qatılacaq
19 Oct 2024 | 18:55
Onlar üçün qapımızı açıq tutmuşuq - Ərdoğan
19 Oct 2024 | 18:50
Ac ayılar karvana hücum etdilər
19 Oct 2024 | 18:38
Sakitləşməyə kömək edən vasitələr - Psixoloq açıqladı
19 Oct 2024 | 18:30
Rusiya həmin hərbçilərdən BU MƏQSƏDLƏ istifadə edəcək - SENSASİON İDDİA
19 Oct 2024 | 18:23
Netanyahunun evinə PUA hücumu: İsrail hərəkətə keçdi
19 Oct 2024 | 18:18
Sığorta şirkətlərinin ikili oyunu: Görün nələr edirlər
19 Oct 2024 | 18:08
106 yaşlı qadının həyat sirri
19 Oct 2024 | 18:01
"Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi
19 Oct 2024 | 17:57
Bu həftə sonu bədbəxtliklərə görə hönkür-hönkür ağlayacaq 6 BÜRC
19 Oct 2024 | 17:56
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüş keçirib - FOTO
19 Oct 2024 | 17:52
Yeni aldığınız paltarları geyinməzdən əvvəl yumalısınız - XƏBƏRDARLIQ
19 Oct 2024 | 17:47
“Tağı Əhmədovun məclislərinin başında Yaşar olub, dəstəyini görmüşük”- ÖZƏL
19 Oct 2024 | 17:47
Ölümündən əvvəl həkimlər Tağı Əhmədova görün nə deyib
19 Oct 2024 | 17:43
"28 May" metrostansiyasının yaxınlığındakı yolda CİDDİ DƏYİŞİKLİK - VİDEO
19 Oct 2024 | 17:38
İntihar edən hərbçimizin FOTOSU
19 Oct 2024 | 17:32
"Hizbullah" Netanyahunu hədəfə alıb, baş nazir və ailəsi evdə olmayıb...
19 Oct 2024 | 17:27
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələrlə görüşdü - FOTOLAR
19 Oct 2024 | 17:25
“Yaxın Şərqdəki münaqişələrin gərginlik dalğaları ABŞ-dəki seçki prosesləri ilə bağlıdır...”
19 Oct 2024 | 17:22
Efirdə qalmaqal: “Gəlin heç kimin qulluqçusu deyil” - VİDEO
19 Oct 2024 | 17:17
Kosmosun ən qorxunc planeti: Cəhənnəm Yerə yaxın imiş
19 Oct 2024 | 17:12
Günay bacısının xeyir işindən yeni görüntülər paylaşdı - VİDEO
GÜNLÜK
19 Oct 2024 | 15:34
“Hökümə Qurbanova ilə Nəcibə Məlikova bu səhnəni oynamaqdan imtina etdilər”- KÜSÜLÜ məşhurlar-ARAŞDIRMA+ÖZƏL
19 Oct 2024 | 12:49
“Atamın sənətinə hörməti var idi, artıq pul verdi” - Arif Quliyevin evini alan iş adamı kimdir?-ÖZƏL
19 Oct 2024 | 17:47
“Tağı Əhmədovun məclislərinin başında Yaşar olub, dəstəyini görmüşük”- ÖZƏL
19 Oct 2024 | 12:54
Əlbəyaxa döyüşdə erməni zabitini məhv edən  Vətən Müharibəsi Qəhrəmanı...
19 Oct 2024 | 21:20
Vergidən yayınan müğənnilərə XƏBƏRDARLIQ: “Cinayət məsuliyyətinə cəlb olunacaqlar”-FOTO
19 Oct 2024 | 12:41
“İlhamə Quliyevanın barmağını qapı arasında qoyanda üstümə qışqırıb dedi ki...”- ÖZƏL+FOTOLAR
19 Oct 2024 | 14:56
“Hansısa təyyarədə Azərbaycan türkcəsində “Xoş gəldiniz” deyilməsinin İran rəhbərliyində müzakirəsi doğru deyil...”
19 Oct 2024 | 15:25
COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edildi - YENİLƏNİB
19 Oct 2024 | 12:47
Suğra Bağırzadə İLLƏR sonra bunu edir: “Bu axşama görə çox həyəcanlıyam”-ÖZƏL+FOTO
19 Oct 2024 | 11:54
Tağı Əhmədovun evindən görüntülər - VİDEO
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
19 Oct 2024 | 15:34
“Hökümə Qurbanova ilə Nəcibə Məlikova bu səhnəni oynamaqdan imtina etdilər”- KÜSÜLÜ məşhurlar-ARAŞDIRMA+ÖZƏL
19 Oct 2024 | 12:49
“Atamın sənətinə hörməti var idi, artıq pul verdi” - Arif Quliyevin evini alan iş adamı kimdir?-ÖZƏL
19 Oct 2024 | 17:47
“Tağı Əhmədovun məclislərinin başında Yaşar olub, dəstəyini görmüşük”- ÖZƏL
19 Oct 2024 | 12:54
Əlbəyaxa döyüşdə erməni zabitini məhv edən  Vətən Müharibəsi Qəhrəmanı...
19 Oct 2024 | 21:20
Vergidən yayınan müğənnilərə XƏBƏRDARLIQ: “Cinayət məsuliyyətinə cəlb olunacaqlar”-FOTO
19 Oct 2024 | 12:41
“İlhamə Quliyevanın barmağını qapı arasında qoyanda üstümə qışqırıb dedi ki...”- ÖZƏL+FOTOLAR
19 Oct 2024 | 14:56
“Hansısa təyyarədə Azərbaycan türkcəsində “Xoş gəldiniz” deyilməsinin İran rəhbərliyində müzakirəsi doğru deyil...”
19 Oct 2024 | 15:25
COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edildi - YENİLƏNİB
19 Oct 2024 | 12:47
Suğra Bağırzadə İLLƏR sonra bunu edir: “Bu axşama görə çox həyəcanlıyam”-ÖZƏL+FOTO
19 Oct 2024 | 11:54
Tağı Əhmədovun evindən görüntülər - VİDEO