“Televiziya rəhbərləri efiri kirayəlik ev kimi satışa çıxarıb” - İradə İsakdan ittiham yağışı
Cəmiyyət
Oxunub: 4051
23 Apr 2021 | 13:05
“Televiziya rəhbərləri efiri kirayəlik ev kimi satışa çıxarıb” - İradə İsakdan ittiham yağışı
Azərbaycan televiziya məkanının illərdir tənqid hədəfi olan qüsurları, bayağı verilişləri və ucuz şousu son günlər yenidən gündəmə gəlib. Azyaşlı uşağa qarşı cinayət törədən və məsuliyyətə cəlb edilən qadının efirə çıxarılaraq bunu detallı danışmasından sonra ATV-nin cərimələnməsi bu mövzunu yenidən aktuallaşdırıb.
 
Tanınmış teleaparıcı İradə İsak “Qafqazinfo”ya müsahibəsində telekanalların bugünkü durumu və çıxış yolları haqda danışıb:
 
- Bir neçə ildir televiziyadan uzaqlaşmısız və artıq iştirakçı yox, tamaşaçısız. Bir TV mütəxəssisi kimi son illərdə televiziya sahəsində hansı dəyişikliklərin olduğunu düşünürsüz?
 
- Müsbət dəyişikliklər təbii ki, var. Amma təəssüf ki, biz bunu ancaq texniki inkişaf kimi qəbul etməliyik. Qoyulan yeni LED ekranlar, tərtib olunmuş böyük studiyalar bu təbii ki, çox lazımlıdır. Ancaq hələ də yaradıcılıq tərəfdən əsaslı inkişaf görülmür, axsamalar çoxdur. Əsas da TV nitqi, üslubu hələ tam formalaşdırıla bilmir. Verilişlərin hazırlıq keyfiyyəti sadəcə montaj üzərində artıb, ssenarilər, yazı üslubu o qədər də cəlbedici deyil. Xüsusən maraqlı məzmun, insanların maraqla gözlədiyi yeni verilişlərin içərisində böyük artım yoxdur.
 
- Sizcə, hələ də tamaşaçı, vətəndaş hüquqlarını, həssas məqamları nəzərə almayan verilişlərin qalmasının səbəbi nədir?
 
- Bu cür verilişlərin qalmasının səbəbi təəccüblü də olsa, məhz tələbatın olmasındadır. Fikir versəniz, belə verilişlər sponsor cəhətdən korluq çəkmir. Sponsorun da əsas tələbi reytinqli, baxılan verilişləri maliyyələşdirməkdir. Tamaşaçını yox, kütləni cəlb etmək üçün də “planka” aşağı salınır. Bir veriliş bir ilə yaxın efirdədirsə və kifayət qədər sponsorları varsa, TV-lər belə verilişi bağlamır. Çünki onlar kanalın əsas maliyyələşdiyi proqramlardır. Süd verən inəyi kim kəsər? Amma nəzərə alsaq ki, 15 il bundan əvvəl sponsorluq qiymətləri zamana görə daha yüksək idisə, indi kiçik məbləğə bir neçə şirkəti cəlb etməklə belə verilişləri ayaqda saxlamağa çalışırlar. Aparıcının da vaxtı verilişin yarısını çoxsaylı sponsorlar haqda məlumatları oxumağa gedir. İlk baxışda bunu verilişin çox maraqlı olması kimi qəbul etmək olar, amma belə deyil. Yəni qiymətlər ucuzlaşdırılır, buna görə də qoyulan kvotanı doldurmaq üçün çoxsaylı şirkətlər əməkdaşlığa cəlb edilir. Məhz bu səbəbdən belə verilişlər kanalların gəlirli verilişi sayılır və uzunömürlü olur.
 
- Telekanallar hər mövsümdə belə desək, islahat apardıqlarını, yeni verilişlər efirə buraxdıqlarını açıqlasalar da, yeni verilişlər köhnələrin eynisi, hətta daha bayağısı olur...
 
- TV-lər maraqlı layihələrə lazımi məbləği ayıracaq konkret büdcəyə ya sahib olmurlar, ya da yeni layihələrə pul xərcləmək istəmirlər, az məbləğə isə yaxşı işlər görmək olmur. Olur köhnə hamam, köhnə tas. Çox zaman yeni layihə təqdim edən prodakşnlara və şəxslərə veriliş üçün sponsor cəlb edilməsi əsas şərt kimi qoyulur. Təbii ki, bu da keyfiyyətə böyük təsir edir. Belə verilişlərlə isə real mühiti dəyişmək olmur.
 
- Nəyə görə efir TV təcrübəsi və anlayışı olmayan təsadüfi adamlara həvalə olunur?
 
- Bayaq dediyim məsələ. Əlahəzrət sponsor. Qəribədir ki, təcrübəli TV əməkdaşları sponsorları tapa bilmir. Amma arada gəzən, bol vədlərlə şirkətləri və TV rəhbərləri inandıra bilənlər meydanı tuturlar. TV əslində insanları ulduz da, rəzil də edə bilir. Televiziya rəhbərləri rəhbərlik etdikləri kanalın vaxtını kirayəlik ev kimi satışa çıxarıb. Hansı layihə yaxşı pul ödəyir, efirin saatını ona satırlar. Belə şərtlərlə çalışan məkanlarda keyfiyyətin olmaması təbiidir. TV də bir iqtisadi strukturdur, o da real bazara çıxmalı, real rəqiblərlə yarışmalıdır. Əks halda nə pul olacaq, nə keyfiyyət.
 
- Amma eyni zamanda sosial şəbəkələrdə müzakirələr, rəylər göstərir ki, artıq Azərbaycanda auditoriya dəyişib və tələbləri fərqlidir. Kütlə ucuz şouya gülsə də, ictimai rəyi formalaşdıran şəxslər ciddi müzakirələrin aparıldığı sosial verilişlər tələb edirlər. 
 
- TV nəyi göstərirsə, insanlar ona baxır. Baxdıqca öyrəşir, öyrəşdikcə tələbat yaranır. Buna deyirlər, ehtiyacın süni şəkildə yaradılması. İllərdir Azərbaycan tamaşaçısının damarına belə zəhər yeridilir. Başqa nə gözləmək olar ki? Hansı tamaşaçı yetişsin?
 
- Məlumdur ki, telekanallar ən asan pul qazana biləcək şirkətlərdir. Maraqlı, hərtərəfli efir və qazanc öz axarı ilə gələcək. Bizdə TV-lər pulu niyə çətinliklə qazanır?
 
- Bəli, təbii ki. ANS öz resursları ilə maliyyələşən kanal idi. Ən böyük əməkhaqqını da o verirdi. Xatırlayıram, hətta Lider TV öz əməkdaşlarını evlə belə təmin edə bilirdi. Yüksək qonorar, mükafatlar təyin olunurdu. Yanlış idarəetmə, bazarın səhv analizi, ucuz qazanca meyl, televiziyaların idarəetməsinə yanlış kadrların cəlb olunması belə mənzərə yaratdı. Amma halbuki dünyanın ən gəlirli biznes sahələrindən biri televiziyadır. Əbəs yerə deyil, dünya TV ulduzlarının adı ən çox pul qazanan insanlar arasındadır. Təsəvvür edirsinizmi, onların təmsil etdiyi TV-lərin qazancı hansı yüksək səviyyədədir? Yanlış idarəetmə, büdcədən asılı qalmaq meyli televiziyalarımızı belə həddə gətirib çıxarıb.
 
- Son illərdə bəzi kanallarda rəhbər dəyişiklikləri olub, birinci şəxsin dəyişməsi efirin səviyyəsinə təsir edə bilirmi?
 
- Hər sahədə olduğu kimi, TV-də də çox şey rəhbərdən asılıdır. Necə ola bilər ki, ağıllı idarəetmə yanlış nəticəyə səbəb olsun? Elə rəhbərlər tanıyıram ki, təyinatlarının ilk aylarında taksi ilə gəlib-gedirdilər. Bir ildən sonra xeyli varlandıqları hiss olunurdu. Yadınızdadırsa, vəzifədən çıxarıldıqdan sonra ATV rəhbəri Vüqar Qaradağlının sərvətinin böyük siyahısı dərc edildi. Bir çoxu da TV-yə təyinatından sonra əldə olunmuşdu. Necə ola bilir ki, qısa təyinatdan sonra özləri xeyli varlanır, TV isə kasıblayır, normal layihələr efirə verə bilmirlər? Hər halda vəziyyət özü hər şeyi daha yaxşı danışır və göstərir.
 
- Bəzi məşhur aparıcılarımız sosialyönümlü verilişləri belə ifrat şouya çevirməyi bacarıblar. Niyə Azərbaycan efirində, məsələn, Türkiyədəki peşəkar aparıcılardan yoxdur?
 
- Yaxşı aparıcı həqiqətən əjdahadır. Təsəvvür edin, yaxşı aparıcı kimdir? O həm yaraşıqlı, xarizmatik, həm nitqi, intellekti mükəmməl, həm psixoloq, həm diplomatik və aktyorluq bacarıqları, dil bilgiləri, gözəl qələmi, natiqliyi, hazırcavablığı, yumoru, siyasi savadı, tarixi, coğrafi, elmi bilgiləri, mütaliəsi geniş, dəbi bilən, təqib edən, yüksək etikaya sahib olan, yəni yüzü birində insan olmalıdır. Belə nə qədər aparıcımız var? Keçmişdə vardı. Rafiq Hüseynov, Qulu Məhərrəmli, Xəyal Tağıyev, Mehriban Ələkbərzadə, Sevil Nuriyeva, Qulp Mübariz, İlhamiyyə Rzayeva, Həmid Herisci, Kamran Həsənli, İlqar Əlfioğlu, Ləman Ələşrəfqızı və s. misallar göstərə bilərəm. İndi nə qədər belə aparıcımız var? Mən indi Könül Arifi, Leyla Quliyevanı, Rövşanəni, Lalə Azərtaşı, Səyyarə Səyyaf, Turan İbrahimov, Anar Nəcəfli və s. misal göstərə bilərəm.  Amma bu aparıcıların hamısı gənc görünsələr də, yaşları 40-ı haqlayıb. Yenilərdən kim var?
 
İndi diksiyası və siması normal olan birini görəndə şükür edirik. Bəs indi bazalı nə qədər gənc aparıcı var? Bilmirəm. AzTV-nin daxildə fəaliyyət göstərən akademiyası hələ ki, ancaq düzgün diksiyalı aparıcı yetişdirməklə məşğuldur, diqqəti cəlb edən telejurnalist, reportyor, yaxşı müxbir hələ görünmür. Robot aparıcılar erası bitib. TV telejurnalist istəyir. Aparıcı verilişin siması və kanalın üzüdür, amma o demək deyil ki, bütün verilişin yükü aparıcının çiynində olmalıdır. Çox vaxt aparıcını layihə rəhbəri təyin edib hər şeyi ona yükləyirlər. Və yaxud da deyirlər, yeni veriliş istəyirsənsə, özünə ideya düşün tap, layihə yaz. Aparıcı hansı səlahiyyətlə ordan-burdan kopyaladığı “layihə”ni efirə çıxarır?
 
Kanalın özünün ideya generatorları olmalıdır. Bunca məsuliyyətli işi necə yalnız bir şəxsin üzərinə yükləmək olar? Bu, böyük məsuliyyətsizlikdir. İdeya generatorları bütün kanal üçün verilişlər düşünməli, uyğun aparıcıları ora hazırlamalıdırlar. Təbii, aparıcının da fikrinin önəmi var, amma bütün məsuliyyəti onun üzərinə qoyuruqsa, əlavə ekspert baxışı, yəni redaktor, rejissor, prodüser analizi yoxdursa, o verilişə necə komanda işi demək olar, orda hansı keyfiyyətdən söhbət gedə bilər? Tamaşaçı elə bilir ki, efirə gedən hərf səhvində də aparıcı günahkardır. Amma titr yazan əməkdaşın başısoyuqluğundan xəbərsizdir. Titr yazan belə elə düşünür ki, ona yazılar hazır gəlməlidir, onu da aparıcı, ya redaktor etməlidir.
 
- Ümumiyyətlə, televiziyadakı problemlərin həlli üçün təkcə aparıcının dəyişməsi kifayətdirmi? Aparıcı prosesdə nə qədər rol oynayır?
 
- Aparıcı sadəcə TV-nin mətbəxində bişən digər adi əməkdaşlardan biridir. Onun düzgün peşə vərdişləri, etikası, yanaşması, məktəbi olmalıdır. İndi aparıcılar bahalı vizajistin yanından uzun kipriklərlə çıxıb, brend maqazinin paltarlarını reklam etməklə işini bitmiş sayır. Verilişə hazırlıq zəifdir, qonaqlarla əvvəldən söhbət edilməyib, süjetlərə baxılmayıb, müsahiblər instruktaj edilməyib. Qonağın hazırlığı yalnız qonağı qrim otağında pudralamaq deyil, danışıq müddətinə qədər ona məlumat verilməlidir. Bu səbəbdən MTRŞ işi tez-tez verilişləri cərimələmək və bağlamaqla həll edir. Amma bu çarədirmi?
 
Nələri efirə verməməklə bağlı verilişlərdə xüsusi və bəlli qaydalar varmı? Ondan əməkdaşların nə qədər xəbəri var? Aparıcı studiyadadır, indi bütün verilişlər efirə 5 dəqiqə gecikmə ilə verilir. Bəs redaktorlar hara baxır? Onlar lazımi yerdə yanlış ifadələri vaxtında bağlamalıdırlar.
 
Verilişlərdə bir nəfər azı 3 adamın işini görür. Xəbəriniz var? Redaktor həm prodüser, həm müxbirlik, hətta arada rejissorluq edir. Və yaxud da əksinə. Maaş da eyni maaş. İşin sonunda bitab düşən əməkdaş işindən necə zövq alsın? Zövq yoxdursa, keyfiyyət ola bilərmi?
 
Televiziyalarımızın dağıdılmış sistemi, məktəbi, iş prinsipi hazırda dünya standartlarına uyğunlaşmağa imkan vermir. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq.
Oxşar xəbərlər
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
12:10, Bu gün
“Mirvari” yenidən Xəzərdə... - FOTOLAR
12:09, Bu gün
Bunu edərkən iki dəfə düşünün... - Xanımlar MÜTLƏQ OXUSUN
12:06, Bu gün
“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa
12:02, Bu gün
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
11:58, Bu gün
Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
11:54, Bu gün
BDU-nun SABAH məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub - FOTO
11:50, Bu gün
“600 qəbiristanlıqdan cəmi ikisi salamatdır, vəssalam!”
11:45, Bu gün
2030-cu ilədək milyonçu ola biləcək 4 bürc
11:41, Bu gün
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinə təqdim edilib - FOTO
11:35, Bu gün
BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir - FOTO
11:30, Bu gün
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
11:25, Bu gün
Əli Əsədovdan yeni QƏRAR
11:23, Bu gün
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
11:20, Bu gün
“Allah eləsin ki, TikTok bağlansın” - VİDEO
11:11, Bu gün
“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
11:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxs işdən AZAD OLUNDU
10:55, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10:50, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi
10:45, Bu gün
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
10:40, Bu gün
ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...
10:30, Bu gün
Nadir İsrafilov: “Moderator.az moderatorluq ənənəsinə sadiqlik nümayiş etdirir.”
10:10, Bu gün
Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?
10:02, Bu gün
"Qarabağ" Tovuz səfərində
09:58, Bu gün
Küçə ticarətinə kim nəzarət etməlidir?
09:53, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:50, Bu gün
Hökumətə iki həftə vaxt verildi: Qiymət artımını dayandırın
09:40, Bu gün
Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq - Polşa
09:34, Bu gün
Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu...
09:28, Bu gün
COP29 ərəfəsində hotellərdə qiymətlər necədir? - Endirimlər də var
09:25, Bu gün
Rusiya gəmilərini Xəzərdən Aralığa göndərəcəkmi?
09:20, Bu gün
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
09:18, Bu gün
Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
09:15, Bu gün
Rusiya XİN: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
09:11, Bu gün
İran bu ölkədən İsraili vurmağa hazırlaşır - TARİX AÇIQLANDI
09:08, Bu gün
Kişi daha tez ölür: niyə qadın pensiyaya tez çıxmaldır? - Ekspert
09:06, Bu gün
Təxminimiz doğruldu- keşiş Baqrat Moskvaya getdi...- 40 erməniyə isə qadağa qoyuldu...
09:05, Bu gün
Ərdoğan və Orban Qırğızıstana səfər edəcəklər
09:02, Bu gün
10 saniyəyə yuxuya getməyin "HƏRBİ ÜSULU"
08:58, Bu gün
Bu gün hava necə olacaq?
08:53, Bu gün
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
08:45, Bu gün
"Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni funksiya gəlir
08:38, Bu gün
“Real Madrid”dən bir milyonluq yardım
08:35, Bu gün
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
08:33, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq
08:30, Bu gün
"Gürcüstan bunu edərsə, artıq Azərbaycan susmayacaq!" - Elçin Alıoğludan SENSASİON İFADƏLƏR
08:25, Bu gün
Tıxac olan yollar - Siyahı
08:20, Bu gün
Arıqlamağa kömək edir, xərçəngdən qoruyur
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
08:14, Bu gün
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
08:10, Bu gün
Rusiya bu yolla Gürcüstandakı seçkilərə MÜDAXİLƏ ETDİ - Fikrət Yusifovdan ŞOK FAKTLAR - VİDEO
08:05, Bu gün
Uşağı biznesmen kimi böyütmək üçün praktik nümunələr - SƏHƏR OXUSU
08:00, Bu gün
Moderator.az 12 yaşında - VİDEO
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyəvi əyləncədir"
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun
31 Oct 2024 | 22:24
İki nəfər dəm qazından boğularaq öldü
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:08
Güləşçilərimiz DÇ-ni medalsız başa vurdular
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 21:57
"Naxışlı müğənniyəm, indiki ağlım olsaydı o qədər pul alardım ki..."-FOTO+ÖZƏL
31 Oct 2024 | 21:50
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
31 Oct 2024 | 21:43
Bu ərazilərdə qaz kəsiləcək
31 Oct 2024 | 21:35
Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
31 Oct 2024 | 21:30
COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 21:28
BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
31 Oct 2024 | 21:22
"Kübar təbəqə bu müğənniləri məclisinə dəvət etmir"
31 Oct 2024 | 21:16
“Bizdə bir dəfə çap edilən klassik 10 il yada düşmür, Rusiyada isə...”
31 Oct 2024 | 20:50
Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?
31 Oct 2024 | 20:40
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
31 Oct 2024 | 20:30
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
31 Oct 2024 | 20:25
Gürcüstandan Ermənistana tərs şillə
31 Oct 2024 | 20:18
Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib
31 Oct 2024 | 20:10
XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab
31 Oct 2024 | 20:00
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
31 Oct 2024 | 19:45
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
31 Oct 2024 | 19:40
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
31 Oct 2024 | 19:30
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
31 Oct 2024 | 19:23
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
GÜNLÜK
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 14:45
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 Oct 2024 | 13:48
Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 14:12
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 13:45
ABŞ prezidenti seçkilərinə 5 gün qalıb: kim irəlidədir? - İctimai rəy sorğusunun nəticələri
31 Oct 2024 | 14:17
Bakı metrosunun yeni nəsil qatarlarının hansı özəllikləri var? - FOTOLAR
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 14:45
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 Oct 2024 | 13:48
Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 14:12
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 13:45
ABŞ prezidenti seçkilərinə 5 gün qalıb: kim irəlidədir? - İctimai rəy sorğusunun nəticələri
31 Oct 2024 | 14:17
Bakı metrosunun yeni nəsil qatarlarının hansı özəllikləri var? - FOTOLAR
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO