İki oğlu şəhid olan ana: “İki bayraq hazırlamışam, birini Xankəndiyə sancacam, digərini...”
Oxunub: 1225
23 Apr 2021 | 10:04
İki oğlu şəhid olan ana: “İki bayraq hazırlamışam, birini Xankəndiyə sancacam, digərini...”
Naftalan şəhərindən olan iki qardaş - Mehman və Vaqif Bayramovlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olublar.
 
Mehman 1992-ci ildə, Vaqif  isə 2016-cı ildə şəhidlik zirvəsinə yüksəlib.
 
Fərqli illərdə və fərqli günlərdə şəhid olsalar da, eyni ruhda böyümüşdülər. Mehman 1992-cı ildə Ağcakənd bölgəsində şəhid olanda 21, Vaqif isə 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərə qatılarkən 35 yaşında idi.
 
Hələ Qarbağ müharibəsi başlayanda Mehman hərbi xidmətdən yenicə qayıtmasına baxmayaraq, ön cəbhəyə üz tutur. Vaqif isə uşaq yaşlarından ön cəbhəyə gedib-gəlir, yardımlar aparırdı. Daha sonra o da hərb məktəbində oxuyur və xidmət zamanı arxa cəbhəyə düşsə də, imtina edərək ön cəbhə sıralarına qoşulur.
 
Modern.az saytının əməkdaşı şəhid qardaşların anası Zeynəb Bayramova ilə həmsöhbət olub.
 
“Universitetə hazırlaşırdı, müharibə başladı”
 
“Böyük oğlum Mehman 1971-ci il aprelin 1-də Naftalan şəhərində anadan olub. O uşaq yaşlarından idmanla məşğul olub. Karateçi idi.1990-cı ildə  20 Yanvar hadisələri baş verən zaman o, Rusiyada əsgərlikdə idi. 20 Yanvar hadisəsinə görə əsgərlikdə ermənilərlə dava etmişdi, orada iki ermənini bıçaqlamışdı. Buna görə onu tutmuşdular. Mehman əsgərliyini aviasiya hərbi hissəsində keçirib. Döyüş vertalyotlarını hansı hissədən vurmaq lazım olduğunu öyrənmişdi. Bir vertolyot vurub, onun yanında da şəkil çəkdirmişdi...
1991-ci ilin dekabrında hərbi xidmətdən qayıtdı. Universitetə hazırlaşırdı, müharibə başlayanda dedi ki,birinci döyüşmək sonra oxumaq lazımdır: “Bu dəqiqə Vətən öndədir, oxumaq qaçmır”. Mehman oxuya bilmədi, gələn kimi adını könüllü batalyonuna yazdırdı. Əsgərlikdə gəldiyi üçün qonaqlıq etmişdik. Həmin vaxt hazırlanan yemək qazanını götürüb döyüş bölgəsinə apardı. Elə həmin vaxtdan getdi, geri qayıtmadı. 6 ay vuruşdu. 1992-ci il iyulun 1-də Ağcakənd bölgəsində gedən döyüşlərdə şəhid oldu”.
 
“Polad Həşimov Vaqifin nəşi üçün ermənilərə iki dəqiqə vaxt verdi...”
 
“Vaqif 1979-cu ilin dekabrın 25-də Naftalan şəhərində anadan olub. Qardaşı şəhid olanda Vaqifin12 yaşı var idi. O, uşaq vaxtından elə velosipedini götürüb, təpənin başında olan topçuların yanına gedirdi. Bir gün topçulara yemək aparanda, velosipedi başqa uşaqlar tərəfindən oğurlanmışdı. Daha sonra velosiped almağımızı istəmişdi. Getməsin deyə, almamışdıq. Lakin o bizim ona verdiyimiz pulları qəpik-qəpik yığıb, 200 manat pul düzəltmişdi. Pulu aparıb Müdafiə Fonduna köçürmüşdü. Vaqif demək olar ki, 12-13 yaşlarından döyüşə başlamışdı.
 
Qardaşı şəhid olandan sonra 8-ci sinifdə Naxçıvanski adına hərbi liseydə təhsil almağa başaldı.  Daha sonra Bakı Ali Hərbi Məktəbinə qəbul olundu. Hərbi xidmətini “Salyanski kazarması”nda davam etdirdi.
 
Ondan sonra təyinatını Lənkərana verdilər. Özü könüllü ərizə verərək, döyüş bölgəsində olmaq istədiyini bildirmişdi. 2002-2003-cü illərdə Ağdamın Yusifcanlı kəndinə - ön cəbhəyə gəlmişdi. Həmin yerdə başından vurulmuşdu. Mərmi kaskanı deşib keçmişdi.
Müdafiə Nazirliyinə teleqrama vurdum ki, oğlumu arxaya cəbhəyə keçirin. Bunun üstündə mənimlə küsülü qaldı, uşaq olmadığını, cəbhə bölgəsinə könüllü gəldiyini bildirdi.
 
Vaqif Lənkərandan sonra ömürünün qalan bütün ilini ön cəbhədə keçirdi. Murov dağında xidmətə davam edirdi.
2016-cı ildə Talış istiqamətində gedən Aprel döyüşlərində şəhid oldu. Nəşini bizə ölümündən 6 gün sonra - aprelin 11 təhvil verə bildirlər.
 
General Polad Həşimov Vaqif ilə dost idi. Onun nəşinin geri alınması üçün ermənilərə 2 dəqiqə vaxt vermişdi. Polad Həşimov haqqında çəkilən filmdə Eldəniz Sadıqov həmin hadisə haqqında danışmışdı. O, ermənilərə demişdi ki, “verməsəniz, atəşkəsi pozacağıq”.
 
“Hərbi forma hər ikisinə də çox gözəl yaraşırdı...”
 
“Vaqifin üzünü axırıncı dəfə Mehmanın doğum günündə - yəni aprelində 1-də görmüşəm. Mehmanın qəbrini ziyarət edib qayıtdıq. Nə qədər etsəm də, evə gələ bilməyəcəyini, tələsdiyini dedi. Həmin gün gecə döyüşə girəcəklərmiş, lakin biz onu da bilmirdik.
 
Mehman o vaxtlar bizimlə hərbi hissənin telelfonu ilə əlaqə saxlaya bilirdi. Vaqifin dövründə isə artıq cib telefonu var idi.
Vaqif döyüşə girməzdən öncə bizə bildirmişdi ki, “mənə zəng etməyin, elə yerdə olacam ki, telefon tutmayacaq. Telefonu söndürəcəm, narahat qalmayın”.
 
Hərbçi olmaq onun arzusu idi. Mən Allaha yalvarırdım ki, hərbi məktəbə qəbul olunmasın. Lakin onun arzusuna qarşı çıxa bilmədim. Onlarla fəxr edirdim. Hərbi forma hər ikisinə o qədər gözəl yaraşırdı ki...”.
 
“Allaha yalvardım, hətta “Allaha yalvarış” adlı şeirim də var...”
 
“Mehmanın çox gözəl əl qabiliyyəti var idi. O qədər gözəl şəkillər çəkirdi ki... Döyüş vertalyotlarını elə çəkirdi ki, elə bil dahi rəssamlar çəkib. Mehmanın fikri polis olmaq idi.
 
Vaqif uşaq olanda böyük qardaşı şəhid oldu, böyüməyi döyüş vaxtına düşdü. Onun arzusu ancaq hərbçi olmaq idi. Sırf hərbi kadr kimi yetişdi.
 
Mən Vaqifi aprelin 11-ə qədər sağ gözlədim. 6 gün dizimi qatlayıb, Allaha yalvardım, hətta “Allaha yalvarış” adlı şeirim də var:
 
 
Mən sənə heç zaman şübhə etmədim,
İlahi sən mənim balama dəymə.
Nə qədər yandırdın, asi düşmədim,
Sən də insaf elə, balama dəymə.
 
Vaqif həyatımdı, həm də nəfəsim,
Nəfəssiz yaşamaq çətindir, çətin.
Belimi sındırdın, qəddimi əydin,
Ey qadir Allahım balama dəymə.
 
Sənə qurban dedim, dövlət-varımı,
Demədim, balamın gəl al canını.
Sənə can gərəksə, gəl al canımı,
Amandı, amandı balama dəymə.
 
Üç körpə balalı, Vaqifə dəymə.
Mehmanın dərdinə dözə bilmirdim,
Vaqifin dərdini mən necə çəkim?
İki ala gözlü bala itirdim,
Sən də insaflı ol, balama dəymə.
 
Budəfəki müharibə zamanı yoldaşımla mən də könüllü yazılmaq istədik. Dedilər ki, bu yaşda gedib nə edəcəksən? Dedim ki, 3 il tibb bacılığı oxumuşam. Gedim, kiminsə yarasını sarıyaram, kimsə su istəyəndə su verərəm, yeməklərini bişirərəm.
Döyüş bölgəsinə əlimdən gəldiyi qədər yardımlar edirdim. Hətta çəkiliş də etmişdilər. Mənə sual vermişdilər ki, qorxmursuz döyüş bölgəsinə gəlmisiz? Dedim ki, iki şəhid anasıyam, nədən qorxacam?”.
 
“Oğlanlarımın qisası alındı...”
 
“Vətən Müharibəsinin Qələbə xəbərini eşidən günü qurban kəsdim. Oğlanlarımın qisasının aldığını bildim. Qürur hissi duydum. Sevindiyimdən ağladım.
 
Bu dəqiqə Qarabağa – işğaldan azad olunmuş yerlərə getmək istəyirəm. Bunun üçün bir neçə yerə müraciət etmişəm. Minalara görə giriş-çıxış qadağan olunub. Lakin mən qorxmuram. Oğlanlarımdan artıq deyiləm ki...
 
Vaqif sonuncu dəfə dostu ilə danışanda deyib ki, “torpaqlarımızı geri ala-ala gedirik. İnşallah, Xankəndiyə də bayraq sancarıq”.
 
Buna görə də iki bayraq hazırlamışam. Birini Xankəndiyə, digərini Talışa sancmağı arzu edirəm”.
 
“Kimsə Mehmanın məzarı üstünə qızılgül əkmişdi...”
 
“Mehman subay idi. Heç nə bildirmədi. Onun məzarı üstünə kimsə qızılgül gətirib, əkmişdi. Hər cümə axşamı mən gedənə görürdüm ki, kimsə onu məndən öncə gedib sulayıb.
 
Vaqif isə evli idi. 2 qızı, 1 oğlu var. Böyük qızı 7-ci sinifdə, balacası isə 4-də oxuyur. Oğlu da bu il hazırlığa gedir. Onun 7 yaşı var.
 
 
Bu yaxınlarda - 2 gün bundan öncə Vaqifi yuxuda gördüm. Mehmanı əvvələr daha çox görürdüm. İndi demək olar ki, görmürəm. Vaqifdən sonra mənim yuxum yoxdu. Yata da bilmirəm. Düşünürəm ki, onun nəşi 6 gün düşmən tərəfdə qalanda balama görən nələr ediblər...”.
 
“Oğlum yuxuma gəldi, işlərim düzəldi...”
 
“Kərbəlaya gedəndə çətinlik çəkirdim. Yuxuma gəldi, dedi ki, “mama qorxma, mən sənin sənədlərini düzəldəcəm”. O yuxudan sonra hər şey düzəldi. Çox rahatlıqla səfər gedib gəldim. Kərbəlada İmam Hüseynlə İmam Həsənin qəbrinə gedib ziyarət etdim. Orada yalvardım, dedim ki, “analar həmişə ən əziz tikələrini balasına yedirir, lakin mən onlara heç nə verə bilmirəm. Mənim də balamı süfrənizə qonaq edin...”.
 
Şəhid analarına səbr diləyirəm. Axır qəmləri olsun. Övladlarımızla qürur duymalıyıq. Onlar bizim fəxrimizdir!”.
Oxşar xəbərlər
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:51
Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
16 May 2024 | 17:47
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:33
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 17:27
Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 17:21
Qarabağ Universitetinə mətbuat katibi axtarılır
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:11
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY + FOTO
16 May 2024 | 17:07
Sahibə Qafarova Alen Simonyanla görüşdü
16 May 2024 | 17:02
Sumqayıtda 12 mindən çox abonentin qazı KƏSİLƏCƏK
16 May 2024 | 16:58
Millimiz Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16 May 2024 | 16:55
Türkiyəli məşhur müğənni Bakıya gəlir
16 May 2024 | 16:54
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı
16 May 2024 | 16:50
Bələdiyyə sədri həbs olundu
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:42
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
16 May 2024 | 16:34
Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini andı - FOTO
16 May 2024 | 16:30
Belarus Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 16:24
BDU və Milli Depozit Mərkəzi arasında memorandum imzalandı - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:05
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldu
16 May 2024 | 16:00
TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:40
Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü saxlanıldı - FOTO
16 May 2024 | 15:35
Slovakiyalı politoloq: "Baş nazirə hücum cəmiyyətdə qütbləşməyə səbəb olacaq"
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:22
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub - FOTO
16 May 2024 | 15:20
Yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparılıb - FOTO
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:10
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı
16 May 2024 | 15:05
BQXK Azərbaycanda saxlanılan separatçılara baş çəkdi
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 14:53
“Toya gedəndə imkan verin, yemək yeyək”
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:22
Culian Assancın vəkili danışdı: O, ABŞ-a ekstradisiya edilərsə... - FOTO
16 May 2024 | 14:16
Suriyada döyüşən azərbaycanlılara hökm oxundu - FOTO
16 May 2024 | 14:12
UNEC-də növbəti ictimai müzakirə: Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan - VİDEO
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 14:00
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
16 May 2024 | 13:55
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
16 May 2024 | 13:50
10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb
16 May 2024 | 13:48
Sumqayıtda qəza: Bir nəfər ölüb - FOTO
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
16 May 2024 | 13:40
Əhalinin NƏZƏRİNƏ - Say açıqlandı...
16 May 2024 | 13:35
Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ
16 May 2024 | 13:30
Pensiya ödənişlərinə yönəldilən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 13:20
Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj - FOTO
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
GÜNLÜK
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 09:29
Hərbçimiz VƏFAT ETDİ - BU SƏBƏBDƏN...
16 May 2024 | 08:16
ULDUZLAR Mayın 16-da sizə nə vəd edir?- Sevgi, maliyyə, ayrılıq
16 May 2024 | 08:50
Əli bəy Hüseynzadə M.Ə.Rəsulzadə haqqında - Nəsiman Yaqublunun təqdimatında
16 May 2024 | 07:11
Dırnaqdakı bu ləkə ürək xəstəliyinin  göstəricisidir
16 May 2024 | 09:00
Xalq artisti: "Bu yaşımda söyülürəm"
16 May 2024 | 10:25
Albinistlərin-FOSFORLU İNSANLARIN ACI HƏYATI: “Anadan olanda anam məni boğmaq istəyib, doğum evindən çıxanda...”
16 May 2024 | 08:09
Yuxuda qucaqlaşmaq nə deməkdir?- Güvən və yaxınlıq
16 May 2024 | 08:38
Gündə 1 ədəd yesəniz orqanlarınız yenilənəcək
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 09:29
Hərbçimiz VƏFAT ETDİ - BU SƏBƏBDƏN...
16 May 2024 | 08:16
ULDUZLAR Mayın 16-da sizə nə vəd edir?- Sevgi, maliyyə, ayrılıq
16 May 2024 | 08:50
Əli bəy Hüseynzadə M.Ə.Rəsulzadə haqqında - Nəsiman Yaqublunun təqdimatında
16 May 2024 | 07:11
Dırnaqdakı bu ləkə ürək xəstəliyinin  göstəricisidir
16 May 2024 | 09:00
Xalq artisti: "Bu yaşımda söyülürəm"
16 May 2024 | 10:25
Albinistlərin-FOSFORLU İNSANLARIN ACI HƏYATI: “Anadan olanda anam məni boğmaq istəyib, doğum evindən çıxanda...”
16 May 2024 | 08:09
Yuxuda qucaqlaşmaq nə deməkdir?- Güvən və yaxınlıq
16 May 2024 | 08:38
Gündə 1 ədəd yesəniz orqanlarınız yenilənəcək