Bığına görə şiddətli töhmət almış Xalq artisti... - FOTOLAR
Oxunub: 1628
22 Apr 2021 | 09:41
Bığına görə şiddətli töhmət almış Xalq artisti... - FOTOLAR

Ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmiş və 200-dən artıq obraz yaratmış məşhur teatr və kino aktyoru Ağahüseyn Cavadov... Onun ustalıqla yaratdığı obrazlar uzun illərdir hafizələrdə yaşayır.  Mübaliğəsiz demək lazımdır ki, bu aktyorun oynadığı rollara baxdıqca baxmaq istəyirsən...

“Görüş” filmində suçu Əbülfəz, “Sehirli xalat”da vəzir, “Bəxtiyar”da Rza, “Əhməd haradadır?”da usta Əhməd, “Bir qalanın sirri”ndə falçı-rəmmal, “Şərikli çörək”də İsmayıl baba, “Qızmar günəş altında”da Pirioğlu... İstedadlı aktyorun yaratdığı həm baş rollar, həm də epizodik rollar illər keçsə də, bu gün də böyük maraqla izlənilir.

Bu gün - 22 aprel tarixi usta aktyorun doğum günüdür...


Modern.az saytı bu yazı ilə Ağahüseyn Cavadovun xatirəsini anır...

Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının Xırdalan kəndində anadan olub. O, ilk təhsilini mollaxanada alıb. Ancaq anası Hürmət xanım oğlunun din xadimi deyil, savadlı olmasını çox istəyirmiş. Elə Ağahüseyn Cavadovun da teatra-səhnəyə ciddi marağı varmış... O, imkan tapan kimi gedib tamaşaları izləyirmiş.


Oğlunu savadlı insan kimi görmək istəyən Hürmət xanım onu mollaxanadan çıxarıb Bakıdakı "Səadət" məktəbinə qoyur. Ağahüseyn Cavadov 1919-cu ildə həmin məktəbi bitirir. Ancaq maddi vəziyyətləri ona təhsilini davam etdirməyə imkan vermir və  ailəsini dolandırmaq üçün bir müddət tacir yanında işləməyə məcbur olur.


Çoxsaylı əngəllərə, maddi sıxıntılara məhəl qoymayan, həyatın çətinliklərinə sinə gərən A.Cavadov aktyor olmaq üçün hər cür fədakarlığa qatlaşır. Və istəyinə də nail olur.

O, 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan bir çox tamaşalarında oynayaraq, fərqli obrazlar yaradır.
1921-ci ildə yaradılan Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. 1932-ci ildə teatr Gəncə şəhərinə köçürülür. A.Cavadov da bir neçə il Gəncədə yaşamalı olur.


Sonralar Bakıya qayıdan aktyor fasilələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

1938-ci ildə isə yenicə təşkil edilən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb  və bu teatrda çalışıb. Ağahüseyn Cavadov Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində önəmli rol oynayıb. Burada “Ər və arvad”, “Əlli yaşında cavan”, “Beş manatlıq gəlin”, “Arşın mal alan”, “Toy kimindir”, “Evli ikən subay” kimi tamaşalarda oynasyıb. O, Mirzəağa Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi ustadlarla bir səhnəni bölüşüb.

1942-ci ildən Ağahüseyn Cavadov yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qoşulur. Və ömrünün sonunadək də bu teatrda çalışır. O, Milli Dram Teatrının səhnələşdirdiyi "Məhəbbət" tamaşasında Məmişov, "Toy"da Dəmirçi Musa, "Xoşbəxtlər"də Bərbərzadə, "Nişanlı qız"da Mirzə Salman, "Almaz"da Ocaqqulu, "Dönüş"də Xasməmməd, "Solğun çiçəklər"də Həmzə, "1905-ci ildə"də İmamverdi, "Həyat"da Cəlal, "Yaxşı adam"da Soraq kişi, "Cavanşir"də Qənimət, "Qaçaq Nəbi"də Mürsəl, "İldırım"da Usta Murad, "Yadigar"da Bəbir Bəbiroviç, "Əcəb işə düşdük"də İmran, "Dağlar qızı"nda Savalan, "Tanya"da Vasin, "Müfəttiş"də Luka Lukiç, "Canlı meyit"də Petruşin, "Şeytanın şagirdi"ndə Houkinis, "Şeyx Sənan"da Platon, "Şöhrət və ya unudulan adam"da Qoca, "Hind gözəli"ndə Maytreya, "Mənim günahım"da Almurad və başqa rollarda çıxış edib.



Tamaşaçılar onu daha çox yaratdığı komik obrazlarla yadda saxlayıb. Ağahüseyn Cavadov üçün rolun böyüyü-kiçiyi olmayıb. O, unikal oyun üslubu, özünəməxsus dəst-xətti, bənzərsiz ifaçılığı ilə tamaşaçıların könlündə taxt qurub. 

A.Cavadovun yaradıcılığının önəmli bir mərhələsi Azərbaycan kinosu ilə bağlıdır. Milli kinomuzun ən parlaq dövründə yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin sevgisini qazanan A.Cavadov bir-birinin ardınca ən gözəl filmlərdə rol alıb.

“Bəxtiyar, “Qızmar günəş altında”, “Əhməd haradadır?”, “O olmasın, bu olsun” , “Bir qalanın sirri”, “Sehrli xalat”, “Görüş”, “Şərikli çörək”, "İstintaq davam edir", "Mən ki gözəl deyildim", "Bizim Cəbiş müəllim", "Bakıda küləklər əsir", "Qərib cinlər diyarında" kimi ekran əsərlərində maraqlı obrazlar canlandırıb.

A.Cavadovun yaratdığı obrazlar üz mimikaları, jestləri, duzlu-məzəli deyimləri, təkrarsız ifası ilə ölməzlik qazanıb. O rolların çoxunu xatırlayanda istər-istəməz insanın üzünə təbəssüm qonur. Məsələn, “Görüş” filmində suçu Əbülfəz epizodik rol olsa da, Ağahüseyn Cavadovun mükəmməl ifası ilə bu obrazı tamaşaçının yaddaşına əbədi həkk edə bilib.  


A.Cavadov Azərbaycan klassik aktyor məktəbinin məşhur simaları sırasında dayanır.
Sənətkar teatr və kinoda oynadığı satirik və yumoristik səhnələrin daha canlı, parlaq olması üçün özünün imkanlarından məharətlə istifadə edib.

O, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Bundan əlavə müxtəlif orden və medallara layiq görülüb.

Sənət yoldaşları öz xatirələrində onu çox həlim, təvazökar və sadə insan kimi xarakterizə ediblər. Deyilənə görə, tamaşalarda və filmlərdə yaddaqalan komik rollar yaratmasına baxmayaraq, A.Cavadov həyatda ciddi adam idi. 


A.Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Məsələn, teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalatdan yazır:

“Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlərmiş.

Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur.

Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir.

Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir.

Ağahüseyn Cavadov çaşbaş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır.

Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”.



Ağahüseyn Cavadov həm də nümunəvi ailə başçısı olub. Onun həyat yoldaşı Surat xanımla nikahından 7 övlad - 3 qız və 4 oğlan doğulub. Övladlarından birini erkən yaşda itirən Cavadovlar digər 6 uşağı böyüdüb, boya-başa çatdırıb, hamısını ev-eşik sahibi ediblər.
Həyat yoldaşı 57 yaşında dünyadan köçsə də, A.Cavadov ikinci dəfə evlənməyib.


Görkəmli sənətkar ömrünün son illərində şəkər xəstəliyinə tutulmuşdu. O, 1981-ci ilin 20 iyulunda 87 yaşında Bakıda dünyasını dəyişib. Sənətkar İkinci Fəxri xiyabanda dəfn edilib.

Oxşar xəbərlər
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
27 Sep 2024 | 17:17
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 17:05
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
27 Sep 2024 | 16:58
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
27 Sep 2024 | 16:52
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
27 Sep 2024 | 16:46
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 16:40
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 16:27
2025-ci ildə bu 4 bürc evlənəcək
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:16
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 Sep 2024 | 16:10
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
27 Sep 2024 | 16:05
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
27 Sep 2024 | 16:00
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
27 Sep 2024 | 15:55
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
27 Sep 2024 | 15:50
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
27 Sep 2024 | 15:44
"Neftçi" klubunda yeni təyinat - FOTO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 15:27
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
27 Sep 2024 | 15:21
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
27 Sep 2024 | 15:15
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
27 Sep 2024 | 15:06
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
27 Sep 2024 | 15:00
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
27 Sep 2024 | 14:55
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:50
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
27 Sep 2024 | 11:00
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
27 Sep 2024 | 09:33
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
27 Sep 2024 | 12:10
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
21 Sep 2024 | 12:01
“Onlar özləri də bilir ki, atamı əvəzləyə bilməyəcəklər”- “Ələkbər əmi”-nin oğlu-FOTO+ÖZƏL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
27 Sep 2024 | 11:00
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
27 Sep 2024 | 09:33
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
27 Sep 2024 | 12:10
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO