Azərbaycanda ölümün kritik yaş həddi: hər 2 kişidən biri, hər 100 qadından 30-u...
Cəmiyyət
Oxunub: 1119
16 Apr 2021 | 08:29
Azərbaycanda ölümün kritik yaş həddi: hər 2 kişidən biri, hər 100 qadından 30-u...
Ekspertlər deyir ki, səhiyyə xidmətləri əlçatan deyil, iqtisadi və psixoloji amillər də əsas rol oynayır.
 
Bu günlərdə iqtisadçı-ekspert Rövşən Ağayev ölkə ictimaiyyətinin diqqətini cəlb edən və kifayət qədər təşvişə səbəb olan statistika açıqlayıb. Ekspertin Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər əsasında apardığı hesablama nəticəsində məlum olub ki, Azərbaycanda 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41 faizi 65 yaşa qədər baş verib.
 
Onun sözlərinə görə, erkən (əmək qabiliyyətli yaşda) ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir: “Ən son statistikaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18 faizi 65 yaşa qədər, 82 faizi 65 yaşdan sonra baş verir. Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58 faizdən 38 faizə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb”. Ekspert bildirib ki, qadın və kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir: "1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68 faizdən 47 faizə ensə də, 2019-cu ildə 50 faizə yüksəlib. Yəni vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir.
 
Qadınlar üzrə nəticə belədir: 1990-2005-c illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46 faizdən 29 faizə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30 faiz təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu, kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir".
 
Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ən  çox ölüm sayı qan dövranı sisteminin xəstəliklərindən olub - cəmi 55916 ölümdən 32471-i. Sonrakı yerdə 8819 ölümlə yenitörəmələr - xərçəng xəstəliyi gəlir. Üçüncü yerdə isə həzm sistemi xəstəlikləridir - 2687, dördüncü yerdə olan tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı isə 1854 nəfərdir.  Acınacaqlı haldır ki, ölüm səbəbləri arasında yenitörəmələrin  payı durmadan artır. Digər xəstəliklər müəyyən illərdə az, digərlərində çox olmaqla fərqlidir. Amma yenitörəmələrdə davamlı artım dinamikası var.
 
65 yaşa qədər - yəni əmək qabiliyyətli insanlar arasında ölüm faizinin belə yüksək olmasının səbəbi nədir? Tanınmış həkim Vasif İsmayıl hesab edir ki, burada əsas amil səhiyyə xidmətlərinin əlçatan olmamasıdır: “Azərbaycanda həqiqətən də gənc yaşlarda insanların ölüm faizi mədəni ölkələrə nisbətən yüksəkdir. Düşünürəm ki, burada əsas səbəb səhiyyə xidmətlərinin əlçatan olmamasıdır - yəni insanların maddi imkanları vaxtında keyfiyyətli səhiyyə xidməti əldə etmələri üçün yetərli deyil. Bu səbəbdən insanlar zəruri tibbi müayinəni, müalicəni, dərman preparatlarını əldə edə bilmirlər. Digər bir səbəb vətəndaşların xəstəliklər barədə məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Ən adi şəkər dərmanlarının, aparatların istifadə qaydalarını yaxşı bilmirlər, yaxud ilkin əlamətləri görə bilmirlər. Yaxud zəruri dərmanlardan müntəzəm istifadə etmirlər. Bu isə xəstəliyin ağırlaşmasına gətirib çıxarır”.
 
Həkimin fikrincə, gənc ölümlərin səbəbləri sırasında Azərbaycanda dərman vasitələrinin keyfiyyətsizliyi də mühüm rol oynayır: “Bu, faktdır ki, Azərbaycanda bir çox dərman vasitələrinin keyfiyyəti aşağıdır. Bu da xəstəliklərin müalicəsində gözlənilən effekti əldə etməyə imkan vermir. Nəticədə də gənc yaşda ölüm sayı artır”.
 
R.Ağayev bildirir ki, Azərbaycan əhalisinin 7,2 faizi 65 və yuxarı yaşda insanlardır: “Bölgələr üzrə mənzərə fərqlidir. Həmin göstərici Tərtər üzrə 12 faiz, Gədəbəy üzrə 9 faiz ətrafındadır. Gəncə, Bakı, Qazax, Naftalan, Kəlbəcər üzrə 8-9 faiz intervalında dəyişir.
 
Ən aşağı göstərici Abşeron (3.5 faiz), Yardımlı (5 faiz), Cəlilabad (5,1 faiz), və Neftçalada (5,2 faiz) qeydə alınıb. Yaşlı əhalinin payına adətən 2 amil təsir edir. Bu amillərdən biri ölkədə yüksək təbii artım səbəbindən aşağı yaş qrupundan əhalinin daha yüksək çəki qazanmasıdır.  Digər amil isə əhalinin 65 yaşdan sonrakı orta ömür müddətinin aşağı olması ilə bağlıdır. Yaşlı əhalinin xüsusi çəkisi əsasən ölkənin Aran rayonlarında və cənub bögəsində aşağıdır - 5-6 faiz intervalında".
 
Ekspert qeyd edir ki, Azərbaycanda ölüm statistikasından üzə çıxan bu problem indiyədək ölkədəki tədqiqat institutlarının diqqətini cəlb etməyib: “Mən bu məlumatı alternativ tədqiqat nəticəsində deyil, rəsmi statistika əsasında üzə çıxarmışam. Bu, hər kəsin əli çatan bir mənbədəndir. Tədqiqat institutlarının borcu statistik göstəricilər əsasında tədqiqatlar aparıb, problemləri vaxtında üzə çıxarmaqdır. Bu məsələ bütün ölkəni fövqəladə dərəcədə düşündürəsi məsələdir və onu tədqiqat institutları vaxtında ortaya çıxarıb SOS verməliydilər, səbəbləri müəyyənləşdirməliydilər. Səbəblər isə kompleksdir: həm tibbi, həm sosialoji, həm də iqtisadi səbəblər var. Tibbi amillər genişdir - təkcə zəruri infrastrukturun olmaması, tibbi xidmətin keyfiyyəti deyil, psixoloji yardımın vəziyyəti də bura daxildir. Həkim dostların dediklərindən aydın olur ki, bir çox xəstəliklərin, xüsusilə bəzi daxili xəstəliklərin meydana gəlməsi, inkişaf etməsi insanların psixoloji durumu ilə çox əlaqəlidir. Uzun müddət psixoloji sarsıntı şəraitində yaşayan insanlarda belə xəstəliklərə daha çox rast gəlinir. Ona görə də düşünürəm ki, qiymətləndirmə kompleks olmalıdır. Amma əlbəttə, birinci amil tibbi amildir”.
 
Ekspertin sözlərinə görə, Azərbaycanda tibbi infrastruktur qeyri-bərabər paylanıb, bölgələrdə bu sahədə vəziyyət çox acınacaqlıdır: “İnfrastruktur şaxələnməyib, əksər hallarda insanlar normal müayinə almaq üçün Bakı, Sumqayıt şəhərlərinə gəlməli olurlar ki, bu da hər kəsin imkanları daxilində olmur. Bu baxımdan, 65 yaşa qədər insanlar arasında ölüm hallarının artmasının səbəbləri sırasında iqtisadi-sosial amillər ikinci yerdə gəlir. Burada birinci yerdə iş problemi gəlir. Diqqət yetirmisinizsə, 65 yaşa qədər ölüm halları kişilər arasında qadınlardan xeyli yüksəkdir. Bunun da əsas səbəbi odur ki, mentalitetimizdən irəli gələrək ailə başçısı sayılan kişilər daha çox işləməli olurlar. Ailənin yükü çiyinlərində olur, daim həm fiziki, həm psixoloji ağırlıq daşıyırlar. Azərbaycanda qeyri-formal iş yerlərinin sayı qeydiyyata düşənlərdən çox olaraq qalmaqdadır. Hətta bir neçə il əvvəldən vergilər sistemində aparılan islahatlar belə bu göstəricini əhəmiyyətli şəkildə azalda bilmədi. Belə görünür ki, qeyri-formal məşğulluğa vergi sisteminin də təsiri yetərincə deyilmiş.
 
İş yerlərinin çoxu qeyri-formal olduğu üçün onlarda əmək şəraitinə nəzarət də yoxdur: insanlar bəzi hallarda zərərli əmək şəraiti olan yerlərdə günün 13-14 saatını işləyirlər. Rəsmi iş yerlərində dövlət orqanları bunu tənzimləyirlər, zərərli işlərdə iş saatı qısa olur, yaxud orqanizmə mənfi təsirin qarşısını almaq üçün müəyyən qidalar verilir. Qeyri-formal iş yerlərində bunların heç biri edilmir. Onlarda işləyən insanlar - daha çox kişilər ağır iş şərtləri üzündən daha çox xəstəliklərə tutulurlar. Təəssüf ki, statistika ölümün bölgələr üzrə yaş strukturunu açıqlamır, açıqlansa, əminəm ki, Aran iqtisadi rayonu öndə gedər. Çünki bu bölgədə ağır və zərərli iş yerlərinin sayı daha çoxdur".
 
Hökumət bu statistikadan hansı nəticələr çxarıb, müvafiq addımlar atmalıdır? Aydın məsələdir ki, qısa müddətə bu problemi aradan qaldırmaq mümkün deyil. R.Ağayevin fikrincə, hökumət ilk öncə statistikadan başlamalıdır: “Mən qeyd etdim ki, rəsmi statistika ölümün bölgələr üzrə yaş strukturunu açıqlamır. İlk növbədə demoqarfik statistika təkmilləşdirilməli, şəffaflığı artırılmalıdır.  Çünki açıqlanan statistik məlumat nə qədər geniş, hərtərəfli olsa, problemləri bir o qədər vaxtında aşkarlamaq, onların qarşısını almaq üçün addımlar atmaq rahat olar. Hökumətin görməli olduğu ikinci mühüm iş tibbi xidmətin əlçatanlığının təmin olunması, keyfiyyətinin yüksəldilməsi olmalıdır. İcbari tibbi sığortanın tətbiqi bu qədər uzadılmamalıydı. İndi icrasına başlayıblar, amma proses ləng gedir. Üstəlik, mütəxəssislər bir çox zəruri tibbi xidmətlərin baza zərfinə daxil edilməməsindən narazılıq edirlər. Bir sıra androloji, həmçinin onkoloji xəstəliklərin müalicəsi belə xidmətlərdəndir. Hökumət bu prosesə başlayıbsa, ən yaxşı dünya təcrübəsinə əsaslanmaqla daha əhatəli paket təklif etməli və prosesi sürətlə aparmalıdır. İkinci məsələ tibbi infrastrukturla bağlıdır. Bir misal deyim, mən icbari tibbi sığortaya keçidlə bağlı ölkədə mövcud olan tibbi müayinə infrastrukturunun vəziyyətini qiymətləndirmək istəyirdim. Məsələn, ölkədə hər yüz min nəfərə neçə UZİ, neçə rentgen aparatı və sair düşməsini, bunların rayonlar üzrə bölgüsünü öyrənməyə çalışdım. Məlum oldu ki, bu göstərici heç yerdə yoxdur. Halbuki dünyanın bütün ölkələrində bu göstəriciləri açıqlayırlar. Hökumət bu sahədə məlumatları əlçatan etməlidir, hazır baza yoxdursa, qısa müddətə inventarlaşdırma aparılıb, cəmiyyətə, əhaliyə məlumat verilməlidir. Eyni zamanda harada problem varsa, dövlət onu həll etməlidir”.
 
Ekspert vurğulayır ki, dövlət ölkədə qeyri-formal məşğulluğu aradan qaldırmaq üçün geniş bir işçi qrupu yaratmalıdır: “İşçi qrupuna həm xarici, həm yerli mütəxəssislər cəlb olunmalı, qeyri-formal məşğulluğun aradan qaldırılması üçün ciddi proqram hazırlanmalı və həyata keçirilməlidir. Qeyri-formal məşğulluq adətən ağır fiziki əməyin olduğu, əmək keyfiyyətinin aşağı olduğu ölkələrdə yüksək inkişaf edir. Buna görə də hökumət əməyin keyfiyyətini artırmalı, bunun üçünsə rəqabətli iqtisadiyyat yaratmalıdır. Nəhayət, tədqiqat institutlarının inkişafına diqqət yetirilməlidir. Bu gün demoqrafiya sahəsi ən az tədqiq olunan sahələrdən biridir. Bu sahədə normal tədqiqatlar aparan institutlar yaradılmalıdır. Vətəndaş cəmiyyətlərini də bu prosesə stimullaşdırmaq lazımdır ki, ölüm hallarını hər bir fakt üzrə araşdırsınlar, səbəbləri, təsir edən amilləri üzə çıxarsınlar. Əlbəttə, bütün bunlar qısa müddətə həyata keçiriləcək tədbirlər deyil, amma bundan artıq vaxt itirmək də olmaz”.(Musavat.com)
Oxşar xəbərlər
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
10:59, Bu gün
Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
10:56, Bu gün
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
10:49, Bu gün
Azərbaycanda “Iphone” alanda müştəriləri belə aldadırlar - DETALLAR
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:37, Bu gün
Yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər
10:29, Bu gün
Milli Məclisin payız sessiyası bu tarixdə işə BAŞLAYACAQ
10:27, Bu gün
Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
10:19, Bu gün
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm”- Əməkdar artist
10:15, Bu gün
İsrailin Livana hücumu nəticəsində "Hizbullah"ın bir neçə komandiri ölüb
10:12, Bu gün
Talıbovun "tilsimi" - Kreslosu niyə boş qalıb?
10:05, Bu gün
Azərbaycan bu ölkə ilə viza tələbini ləğv edir
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
09:55, Bu gün
Qənirə Paşayevanın ölümündən 1 il ötdü
09:49, Bu gün
Yanacaqdoldurma önündə qətl – Bakıdakı dəhşətli cinayətin detalları
09:43, Bu gün
Ən etibarlı bürclər hansılardır?
09:36, Bu gün
"Milan"a 5 dəqiqə kifayət edib
09:25, Bu gün
COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib