Yuxu kimi QARABAĞ...
Cəmiyyət
Oxunub: 1196
15 Apr 2021 | 16:30
Yuxu kimi QARABAĞ...
...Birdən  səfəri təxirə salınar....
 
...Birdən gecikərəm...
 
...Birdən...yox ee... doğurdandamı Qarabağa gedirəm?! 
 
Səfərə gedənlərin siyahısında olduğum barədə məlumatı alandan, bu aullarla səhəri diri gözlə açdım... 
Səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edib, Prezident Adminstrasiyası ilə birgə. Yenə də baş verənə özümü inandırmaqla məşğulam. Baxmayaraq ki, Fizuli-Zəngilan-Horadiz-Cəbrayıl-Qubadlı-Lələtəpə-Ohanyan səddi-Xudafərin su anbarı-Bərgüşad-Həkəri çayı istiqamətində səfərimizin ilk dayanacağına çatmışıq. 
Otuz ili xofu güc gəlir adama. Və bir də düşünürsən, bu dünyanın ən gözəl marşrutu, həyatımın ən möhtəşəm səfəridir. On beş yaşından, qırxbeşinəcən bunu gözləmisən. Beləcə müşahidələrə başlayırsan. Nə də olsa yazıya sonluq üçün lap axırda həyəcanlarını mütləq qeyd edəcəksən...
 
Sürətli inşaat...
 
Yol boyu maraqla, həvəslə işləyən, gülərüz insanlar görürük. Hər kəs də maşınlara əl edir, salam verir və işinə davam edir, hərbiçi də, mülkü adamlar da. Olmayacaq işləri, oldurmaqla məşğuldurlar. Qarabağda ağıllı kəndlər, şəhərlər tikirlər, taxıl əkir, meyvə bağları, yeni meşə zolaqları salırlar. Erməni terrorunun izlərini başqa heç cür silmək olmaz Qarabağdan. Bizimsə yolumuz hələ çox uzundur, Həkəriyəcən yol getməliyik...
Qarabağın belindəki "qırmızı lent"...
 
Cəbrayıldayıq. Üzərinə iri hərflərlə STOP yazılan qırmızı lentləri bizə göstərir ANAMA rəsmiləri. Deyirlər ki, bu lentin o biri üzünə bir addım belə atmaq olmaz. Adam düşünür ki, necə atmayasan lalələr, sarıçiçək adama gəl-gəl deyir. Düşəncənin ardıyca getməyindən səni bərkdən və qorxu dolu bir səs ayırır: “ ay xanım, ora olmaz, anam!”
 
-Bircə addım da olmaz?
 
-Olmaz!
 
-Axı o lalə...
 
-Qabaqda o qədər görəcəksəəənnn, dərərsən...
 
Elə təəssürat yaranır ki, bu qırmızı lentlər Qarabağın qapısında qırmızı bağdır. Düşünürəsən, gün gələ bu qırmızı lenti kəsək, azad gəzək, laləmizi dərək, havamızı udaq tarixi torpaqlarımızda. Ancaq buna görə addım-addım minalardan təmizlənməlidir bu cənnət diyarın hər yeri. Bunun üçün böyük mütəxəssis, işçi qüvvəsi lazımdır, hansı ki, artıq Azərbaycan dövləti ANAMA-nın tərkibini genişləndirmək və daha böyük heyətlə iş aparılması üçün addımlar atmaqdadır. Ancaq o çağa qədər qardaş Türkiyədən gələn mütəxəssislər Azərbaycanlı həmkarlarına dəstək verirlər. 
Bəs nələr var qırmızı lentin o biri tərəfindən, təkcə insanı fiziki məhv edən minalarmı? Yox! Erməni vandallığının, terrorunun izləri var, dağıdılmış evlər, bağlar, meşə zolaqlar. Kəsilib, uçurulub, dağıdılıb, yandırılıb...Ermənilər təkcə ərazi zəbt etməyiblər. Həm də mənəvi terror hədəfinə çeviriblər Qarabağı. Bu arada düşüncələrdən adamı bir telefon siqnalı ayırır...
Onlayn təhlükəsizlik mesajları...
 
Təhlükəsizlikdən söz düşmüşkən qeyd eləməkdə fayda var. Dövlət bu işi əməlli başlı nəzarətə alıb. Mobil opratorların işğaldan azad edilən ərazilərdə təcili xidmətə başlamasının bir özəlliyi də budur. İşğaldan azad edilən əraziyə daxil olan kimi, mobil xidmət istifadəçisinə harada olduğu və necə qorunmalı olduğu haqda mobil operatordan mesaj gəlir: “Təhlükəli ərazidəsiniz. Mina təhlükəsindən özünüzü qoruyun. Diqqətli olun!” və sair. Bu təxminən ona bənzəyir ki, səni özündən, emosiyalarına qapılıb ata biləcəyin addımdan qoruyurlar.
Mütləq ehtiyatlı olun,ölüm nəfərs qədər yaxındadır...
 
İnsan qəribə varlıqdır. Başına qəza gəlmədən, fani olduğunu qəbul etmir.  Cəbrayılın Əmirvarlı kəndindəyik. Bu kənddə Qarabağın minillik tarixi olan nəhəng çinarını kəsib yuvasına od vurublar vandallar. Amma çinar yeni pöhrə verib. Yəni ki, ilahi bir ədalət var. O, faciəli anda yetişsə belə mütləq var və o kök sənindirsə, tarix sənindirsə, sərvət sənindirsə mütləq onu qoruyacaq. Minillik xan çinarın pöhrəsini qoruduğu kimi. Əmirvarlı kəndinin xarabalığından duyulur ki, böyük və imkanlı adamların kəndi olub. 
 
Kənddən bir qədər aralıda tank əleyhinə mina zərərsizləşdirib mütəxəssislərimiz. 
 
Minanın açdığı çalanın dərinliyi, bir normal adam boyundan iki dəfə artıqdır. Məhz bu mənzərədə anlayırsan və oxucuya da anlatmağı lazım bilirsən,  bu ərazilərdə nə qədər erməni məkirinin toxumu sayılacaq, minalar yatdığını. Odur ki, təhlükə qaydalarına mütləq əməl etmək lazımdır, ta ki, 
 
Sürünə-sürünə, mina axtaran lar işini bitirənə qədər...
 
Dörd bir tərəfinə qırmızı çiv basdırılmış çoxsaylı nöqtələr var. Bizi müşaiət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinə, bunların hamısı... sualı tamamlamağıma qoymadı....Hə, minadır, bəlkə minlərlə var, ona görə qarış-qarış yoxlayırlar. Bir də azərbaycanlı və türkiyəli mütəxəssislərin işbirliyi var bütün sahələrdə olduğu kimi bu sahədə də. Erməni yaralqılarının xalı kimi Qarabağda yerə döşədiyi minaları iki qardaş millətin mütəxəssisləri sözün həqiqi mənasında bir yerdə, dizi üstə sürünə-sürünə zərərsizləşdirir, təmizləyir. Tanrı usandırmasın, yormasın deyək hamılıqla, çünki başqa yol yoxdur, çünki bu təhlükəli olduğu qədər d yorucu işdir. Çox qarışıq və mürəkkəb relyefi, coğrafiyası olan ərazini beləcə, dizi üstə yürüyə-yürüyə minadan təmizləmək asan və hər adamın görəcəyi iş deyil.  Bu arada bu sahədə öz xidmətini təklif edən hər millətin, yaxın-uzaq qonşunun səmimiyyətinə də güvənməmək lazım. Çünki işğal altında olan ərazilərdə soyğun törətmək və sair məsələlərdə ciddi rollarının olması istisna deyil. 
Ohanyan səddi...
 
-Bax-bax-bax oranı görürsünüz...
 
-Bəli, komandir... 
 
-Ora məhşur Ohanyan səddidir. 
 
O səddə kabus kimi təqdim edilirdi hər kəsə. Xof makinası idi erməni yaraqlılarının. Şişirdilmiş sədd idimi, belə demək düzgün olmaz. Azərbaycan əsgərinin, ordusunun əməyini kiçiltmiş olarıq.  Yazın gəlişi üzərinə yaşıl xalı sərib o səddin, nə oğlların qanına bais oldular orada. Amma indi orada müqəddəs şəhid ruhları rahatlıqla dolaşır yəqin. Çünki qisasları alınıb və böyük vahimə, xof makinası yerlə bir edilib. 
 
Paşenyanın çəkə bilmədiyi Cəbrayıl yolu...
 
ANAMA rəsmisi Azər müəllim gülümsəyərək qarşımıza gəlir. Əliylə yolu göstərir. Bax bu o yoldu ha, Cənab Prezidentin dediyi yol, nooldu Paşenyan, Cəbrayılın içi ilə yol çəkirdin, hanı bəs, o yol? Yoxdu! Getdi, görbagor oldu o yol, getdi cəhənnəmə, yoxdu! İndi bizim üçün Azərbaycanın ərazisi, Cəbrayılın bir yoludur, amma düşünəndə ki, həm də düşmənin ürəyində qalan böyük arzudur, adam qürurlanır hələ bir düşüb o yolda şəstlə yeriyir də...
Lələtəpədəki qürurlu an...
 
Uzaqdan, lap uzaqdan Azərbaycanın üç rəngli, aylı, ulduzlu yaraşığı dalğalanır, dövlət bayrağı... Təpənin lap başında. Bura da Lələtəpədir. Onlarla igidimizin canı, qanı bahasına alınan torpaq vacib zirvə. Aprel döyüşlərindən bizə qalan. Aşağıdan ha baxırsan, doymursan, Deyirsən ki, ayına ulduzuna qurban olduğuma, zirvə nə gözəl yaraşır, ya rəbb...Qürurla bir udum Qarabağ havasını ciyərinə çəkib, yola davam edirsən.
Görünən Cənubi Azərbaycan...
 
Bu yerdə olmasan bilməzsən Arazın o tayı adamı necə çəkir. Bunu ancaq orada hiss edir insan. Bir millətə, bir dövlətə nə qədər sitəm ediblər. Rusiya qədər Azərbaycana pislik edən neçə dövlət var tarixdə. Və bu pisliklərin, törədiləncinayətlərin masştabını biz dünyaya necə etsək təqdim edə bilərik. Azərbaycanın tən ortasında Zəngəzur, Qarabağ, Cənubi Azərbaycan faciələrinin hər birinin plan sahibi Rus İmperiyası, icraçısı ermənilərdir.İndən belə biz bunu qəti yox, qətiyyətlə unutmamalıyıq. Yalnız o halda Azərbaycan var olacaq. 
Müəmma dolu Xudafərin qıcığı, Xudafərin su anbarı...
 
 
Uzaqdan görünən Xudafərin su anbarına həstərlə baxırıq. Düzü arzum həm də Xudafərini görmək idi. Tək bircə dəfə o taya boylanıb, Arazın suyunda əl-üzümü yumaq, əlçatmaz arzu kimi gəlir adama. Maraqlı olanı bu ki, indi niyəsə və kimlərinsə ciddi qıcığı duyulur bu məsələdə. Xudafərini, Arazı görmək yaddaşları təzələyir deyə, kimlərsə bərk narahatdır. Olsun, gün gələr o həsrət də bitər. Zatən iki yüz ilin tamamında bəlli yüzillik müqavilələrin də zamanı bitmək üzrədir deyə bir əlahəzrət tarixi fakt mövcuddur. Amma hələlik biz sənə uzaqdan boylanırıq məmləkətin cənub qolu. Nə zamansa sarılanacan, xoşca qal...
 
Azərbaycanın yeni ordu zastavaları...
 
Diqqəti çəkən Qarabağın bizim səfər marşrutumuz boyu həm də ciddi təhlükəsizlik tədbirlərinin alınması çəkir. Bütün qoşun növləri hazır vəziyyətdə, öz işinin başında və yüksək səviyyəli xidmətindədir. Müdafiə nazirliyi, Sərhəd Qoşunları, Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, hər kəs öz işinin peşəkarı kimi yerini və sərhədlərini bilir. Çəkib təqdim eləməyi lazım bilməsəm də ən uca postlarda qürurla dayanan Azərbaycan əsgər və zabitlərinin yeni postları, təminatları diqqət çəkir. Nə deyək, ayağınızı yerə möhkəm basın qardaşlar, bu yerlərdə kökümüz qədimdir. Torpaq bizdən qaçmaz o səbəbdən. 
Həkəri çayı təəssüratı...
 
Həkəri çayı ilə Bərgüşad çayının qovuşağına çatırıq. Yol kənarında düşüb dərə aşağı xeyli yolu suqovuşana tərəf gəlirik. Hələ təbiətin yaz nəfəsi öz rənglərini çox göstərə bilmir burada. Hava bir az sərindir. Amma çevrəyə baxırsan, dağıdılmış onca ev, həyətyanı sahə, təsərrüfatlar arasında belə gözəlliyini əsirgəməyib yaradan bu yerlərdən. Başqa ölkələrin, başqa dövlətlərin təbiətinə vurğunluq boş, bekara söhbətdir, Qubadlını, Həkərini, Bərgüşadı görəndən sonra. Suyu göz yaşı kimi duru, təmiz, saf, içməli. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə suqovuşana çaya iki mindən artıq xırda farel balıqları töküldü. Bizdən can, torpaq, sərvət alanların vurduğu zərərin, ziyanın nəticələrini aradan qardırmaq üçün Azərbaycan dövlətinin gördüyü onlarla tədbirdən biri idi bu, təbiəti zənginləşdirmək. Daha sonra yolumuzu Qubadlının məhşur tut bağlarına idi. İndi bura bağ demək olarsa. Məhşur şerdən misranı xatırladım...“başı kəsik, gözəl kötük”... Başqa heç nə dəymir gözə. Həmsöhbətim olan çalışanlardan biri deyir, “Qudablının hər kəndində barama təsərrüfatları olub.  O təsərrüfatların tut bağları olub bura. Gethagetdə, hamısını qırıb maşınlara yükləyib daşıyıblar, namərdlər”. Biz o yerlərə yeni ağaclar əkdik. Qafqaz çinarının, palıdın tinklərinin yetişməsi üçün gətirilən toxumları səpdik xüsusi yerlərdə. Bir zamanlar bu cənnət diyarda istirahətə gəlmək nəsib olarsa, bu bağı da biz saldıq deyə qürurlanarıq. 
 
Dağıdılmış evlər, yandırılmış bağlar, meşələr, bunlar təkcə Azərbaycan üçün yox, dünya, insanlıq adına cinayətdir. Biz bu SOS siqnalını mütləq dayanmadan çalmalıyıq. Həm də bizdən olmayan, hətta bizi və ölkəmizii ilk dəfə görəcək ədalətli insanlar, mütəxəssislərin dili ilə təqdim etməliyik. Nəhayət ki, dünya Ermənistanın və terrorçu erməni qruplaşmalarının nə qədər təhlükəli olduğunu anlamalıdır. 
 
Naxçıvanın lap yanı, həm də quru yolu ilə buna çox yaxınıq, cəmi 40 kilometr qalır...
 
Yeri gəlmişkən,  xeyli “qruntavoy” yol getdik. Çünki yeni yollar salınır. Öz aralarında bu yola Zəngəzur yolu deyir çalışanlar. Bir az da dərindən söhbətləşəndə öyrəndim ki, Həkərinin sahilində dayandığımız yerlə Naxçıvana qırxca kilometr quru yolu var. Gerisini özünüz təsəvvü edin, görün hara, hansı məqsədə, amala gedir Azərbaycan. 
Zəngəzura, Kəlbəcərin, Zəngilanın qızıl yataqlarına geniş yollar. Gözlə görməyənəcən inanmıram...
 
Kəlbəcədə ermənilərin öz çəkdiyi yol indilik bizim bəsimizdir. Düşmən də olsalar böyük ümidlərlə yaxşıca yol salıblar, amma qismətləri olmadı. Yolçəkən qardaşlaımızdan biri deyir bunu. Bizim Hədəfimiz Zəngilanın qızıl yataqlarına yol çəkməkdir. Üzünün fərqli sevincinə baxıram. Başqa nə var ordan ay qardaş, sözlü adama oxşayırsan deyirəm, ikimiz də gülürük? Nə olacaq Zəngəzurun yoludur də, üzü Zəngəzuracan gedəcəyik inşallah. Yola ha baxırsan, yenə də yuxu kimi gəlir adama, iki yüz il gözləmişik toz basıb, iz itib bu yollardan. Ara-sıra dağ sürüşməsin nəticəsində batmış qədim yollar görünür, o da diqqətlə baxanda, cəmi bir-iki yerdə. Yollar da itib amma tarixdə və beyinlərdə itməyib Zəngəzur. Düşünrsən ki, səbrə bax, əzmə bax, dözümə bax, xarakter bax, bir də MİLLƏTƏ bax, MİLLƏTƏ...O millətə ki, indi özünü özündən diksindirməyə, özünü sevməməyə sürükləmək istəyir onu bir qara əl! Amma hara yol veririk...
Daş xına, çöl nanəsi, yabanı vəzəri, yovşan, çöl qanqalı, sarıçiçək, zəncirotu, nanəcövhər, yarpız...
 
İndiki nəsil bilməz. Barmaqlarda, ayaqlarda duzlaşmanın, daban çatlamasının, sinir uclarının ağrılarını götürtmək, hətta saç tıkülməsinin qarşısını almaq üçün Qubadlıdan daş xına gətizdirərdi nənəm. Sovet dönəmi uşağı olmuşuq. O dönəm pulu ilə yazanda kifayət qədər baha idi xırda bir dəstəsi beş manata. Özü də rəngli şəkil böyütdürmək İrəvandan gələn erməni fotoqraflar gətirərdi bizə onu. Yəqin çoxunuzun evində var o rəngli böyüdülmüş şəkillərdən. Qapı-qapı düşüb baha qiymətə iş yığırdı beləcə keçmiş kirvələr, arada da belə alış-veriş edirdilər. Qadınlar, qızlar, əllərinə, ayaqlarına qoyardı döymə xınanı. Hazırlanması da çox sadə idi, bir mis kasada qəmbər daşla döyərdik, bir az da gözləyərdik şirəsi çıxsın, rəngi dəyişsin, cənnət qoxardı, sonra istifadə edərdik.  İndi Qubadlıda təzə-təzə, yazqabağı, başqaldırır, xırda kolunu görəndə elə bildim uşaqlığıma döndüm...
 
Yabanı bitən nanəsi, vəzərisi, çöl qanlaqı, sarıçiçəyi, zəngirotu, nanəcovhəri, yarpızı. Bir ovuc topladım qarışığını. Gətirdim ki, Qarabağın ətri gəlsin evimizdən. Getməyənlər, görməyənlər bir qanad atsın çayına, görsün Qarabağ nə dadır?..
 
Böyük Mərcanlıda qalan uşaqlıq...
 
Səfərdə tək deyildim, təbii ki, həmkarlarımla idim. Əslən Cəbrayıldan olan həmkarlarımla. Əfqan Qafarlını hamımız çox asta danışan, sakit təbiətli biri kimi tanımışıq. Həmişə min qadından abırlıdır demişəm Əfqan haqda məndən soruşan olandan. Böyük Mərcanlıda balaca, uşaq Əfqanı gördüm, fərqli səs tonu ilə həm də. Bax-bax-bax o təpədə quzu otarırdım ey mən...Ay Allah....Bax buraların hamısı nar bağı idi, indi heç nə qalmayıb... Sonra televiziyadan olan həmkarım ondan müsahibə götürü. “Necə deyim, izah eləyə bilmirəm, bu çox çətindir, bunu çatdıra bilmirəm, bu başqa bir şeydir” Həəə...sözlə oynayan, sözə sahib olan adam da sözsüz olarmış?! Elə bil Böyük Mərcanlıdan necə çıxdıqlarını təzədən yaşayırdı Əfqan, kövrək görünürdü. İlk dəfədir səssiz, dostumun başını dik, gözlərini düzünə baxan görürdüm. Yol kənarından kəndlərinə boylandı, o içəri küçələrdədir. Bizim evin ətrafı minadan təmizlənməmiş ərazidir deyə indi içəri girməyə icazə vermirlər. Amma yol kənarında elə Əfqana görə bir neçə dəqiqə dayandıq. Adam əsas magistralın o yanından, bu yanından boylanır, özlərinə ailələrinə, xatirələrinə aid nəsə axtarırdı. Bir də hiss edirdin ki, o gündədir. Kənddə ermənilər gəlir dedilər, biz çıxmağa yol tapmırdıq, Arazla o taya keçib, təzədən Azərbaycan ərazisinə qayıtdıq, heç nəsiz, zor-güc ailəmizin canını qurtardı böyüklərimiz. İndi onların hamısı həyatdadırmı deyə soruşmuram Əfqan, yaxşı ki, sən o ağır ürək əməliyyatından sonra həyatdasan, yaxşı ki...
Cəbrayılda qanqal qonaqlığı...
 
 
Bakıdan çıxandan bizim Seymur Verdizadə deyir elə deyir, ayəəə mənim bağrım çatlayacaq, ayəəə nətər olacaq, birdən evimizə girməsəm, tapa bilməsəm?! Yox ey ürəyim partlayar. Düz yolun qırağıdır evimiz. Səssiz dur dedim, mən də sənlə gəlirəm. Dediyi işarələrləevə sarı gedirik. Sovet əsgərinin şərəfinə ucaldılmış köhnə abidə dəlik-deşikdir, dağıdılıb. Erməni elə bir varlıq ki, dostuna, himayədarına da sadiq deyil, asidir. Seymur deyir bura çatmamış idi bizim ev. Səməd Vurğunun abidəsi də var idi məhləmizdə. Sağa-sola ha diqqət edirik, nəsə görünmür. Birdən Seymur bərkdən qışqırır, ay Jaləəə, o deyyyy haaa, görürsəəənnn, Səməd Vurğunun abidəsidir yerdəki?  Abidə təbii ki, bərbad durumda, yarıdağıdılmış və ayaqaltınasalınıb. Hələ ki, oralıq da deyilik, adm on səkkiz il yaşadığı evi tapa bilmir. Bax bu abidədədən iki ev sağa idi bizim yurd, həyətin ortasında da hovuzumuz vardı. İkimərtəbəli, hündür evin qarşısındayıq.  Bu dəfə bərkdən çağırır ki, Jalə, ay Jalə bura bizim evimizdir, xoş gəlmisən...
 
...Kişilər ağlayanda mənə həmişə elə gəlir, dünyanın sonudur. Həm də illərlə çiyin-çiyinə yol gəldiyimiz Seymur kimi adamların ən sərt mübarizələrdə belə ağlayıb soluxduğunu görməmişdim bu illər boyu. İndi Əfqan elə, Seymur belə, mən də onlardan betər...
 
...Toparlanıram, ay Seymur, ora bax, qaz plitənizin durur, qalıqları var, yəqin bura mətbəxiniz olub, hə? Belə deyirəm ki, toxdasın. Hə, hə, anamın qaz plitəsidir, bilirsən necə dadlı xörəklər bişirirdi anam?  Ay Jalə bilirsən, nə qədər qonağı olurdu bu evin? Bir gün boş olmazdı süfrəmiz...İndi mən səni burda nəyə qonaq eləyim? Gilasımız kəsilib, narımız yox, xurma ağacımızın kökü də qazınıb. Su hovuzumuz da quruyub. Seymur yabanı qanqala qonaq elədi mənə. Atasının erməni vandalları tərəfindən dağılmış evində, anasına düzəltdiyi mətbəxdə oturdub şəkilini çəkdim mən də. Dinməzcə xeyli oturduq, qanqalımızı yedik, evin quru daşlarından öpüb qalxdıq. Bu bəlkə də həyatımda şəxsən mənim üşün düzənlənən nə şərəfli ziyafət idi. İşğaldan azad olunan
 
Cəbrayılda, qanqan qonaqlığı..
Böyük qələbəni kiçildən cıqqılı xislətlilər haqda...
Danışılanların fonunda çox cılız, ürəkbulandıran oyunlar da var. Məsələn bəzən,
 
Qadın məsələsi siyasidir deyirlər...
Ardıyca söz və mətbuat azadlığından danışırlar...
Sonra intiharlar ölkəni başına alıb deyirlər...
Şəxsi həyatlara yönəlik təhqirləri, rəzillikləri dövlətin üzərinə yönəldirlər...
 
Siyasi məhbus olayına dair statistikanı təzələyirlər...
Gah dini, gah milli zəmində ixtişaşlara “qol qoyurlar”...
Rayon-rayon, kənd-kənd bölməyə çalışırlar məmləkəti...
 
Kimlər? Təkcə kənardanmı? Yaxında-uzaqda olan qonşularmı? Xeyir, həm də onların içəridə olan qanadları, qolları...məsələn, feminzim və başqa ...izm sevdalıları. Bu mərhələdən sonra nə olsa da, elə farslar özləri demiş “çi fayda”. Yəni faydası yoxdur. Ortada iradə, mübarizə əzmi, ciddi regional və dünya çapında razılaşmalar var. Və içəridə narazı olsalar belə, məsələn, Almaniya kimi susmağa üstünlük versələr belə, yenə Azərbaycan adında dövlətlə türk demiş, “iyi keçinməyə” qərar verməkdən başqa yol qalmır. Türkdilli dövlətlərin sonuncu birgə onlayn toplantısı, Dağlıq Qarabağdakı xoşməramlı layihələrdə dəstəkçi olanlardan və sair kimibir neçə məsələdən bəllidir, Qafqazda sanballı lider dövlət möhkəmlənir, adı AZƏRBAYCAN!
 
...Və Qarabağ bizim üçün nə idi...Ilham Əliyev bu gördüyüm mənzərədən sonra mənim üçün, bizim üçün siyasi lider, tarix adamı olaraq kimdir? Onu nədən və niyə "vurmağa" çalışırlar? Xalq və milli media ona nədə dəstək olmalıdır?
 
Prezident İlham Əliyevin ADA-dakı çıxışında qısa epizod:
 
-Biz istəyirik gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə, Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. 
İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq! Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm". 
 
Bu qısa xülası imkan verir söyləyək ki, İlham Əliyev Azərbaycanın tarixi ərazisinin iki yüz il əvvəlki vəziyyətini dünyaya xatırladan, məsələni gündəm edən və onun icrasını mərhələ ilə həyata keçirmək kimi məsuliyyətli işə qol qoyan milli liderdir. Təkcə bu faks bütün milli güclərin onun ətrafında cəm olmasına imkan verir. Bu situasiyada irili-xırdalı sosial probləmləri əsas götürüb nəhəng bir prosesi heç adlandırmaq olmaz. Bəli, Azərbaycanın məmur özbaşınalığından doğan ciddi problemləri mövcuddur. Ancaq istisna deyil ki, bu problemlərin hər biri sünü olaraq, bilərəkdən yaradılır və dövlət-vətəndaş, lider-xalq münasibətlərində yenidən uçurum yaratmağa xidmət edir. Bu “xidmətin” qarşısını almaq, ictimai rəyi məlumatlandırmaq, maarifləndirmək, insanları başına cəm eləməksə ictimai xadimlər, tarixçilər, ən vacibi bu təbliğatın önündə getməli gücüm, milli medianın və onun simalarının üzrinə düşür. Biz elə bir sistem qurmalı, elə bir mənəvi bağ yaratmalı, elə bir şəhid, qazi sevgisi yaşatmalıyıq ki, gələcək və böyük, güclü Azərbaycanı qura, estafeti yeni nəslə şərəflə təhvil verə bilək. Qarabağda görüb müşahidə etdiklərim söyləməyə əsas verir ki, bunun üçün ciddi zəminlər var, sadəcə yaxşı təbliğat işi qurmaq gərəkdir. İctimai-siyasi təbliğat mexanizminin, bu işin ideoloji təbliğatını sürətləndirmək gərəkdir. Kimsəyə yarınmadan, populist çıxışlar etmədən, uzun-uzadı məntiqsiz nitqlərlə efir zamanın almadan işə başlamaq lazımdır. Soyuq baş, sakit beyin və insanlara faydalı olacaq ciddi, sadə təbliğat işi qurmalıyıq. Yeni Azərbaycan uğrunda ideoloji təbliğatın bünövrəsi qoyulmalıdır, həm də son dərəcə sürətlə.
Bizi yolçu edən ruhlar...
 
 
Bakıdan üzü Qarabağa yol kənarında gördüyüm elə məzarlıq olmadı ki, orda Azərbaycan bayrağı sancılan bir şəhid məzarı boylanmasın. Məzarları da seçilir şəhid balaların, oğulların, qardaşların. Elə bil əllrəində bayraq, dimdik dayanıb, bizi Qarabağa müşaiət edirlər. Gedin, qorxmayın, almışıq, rahat olun deyirlər adama yol boyu elə bil. Yələ marşrutumuz boyu yol kənarına səliqə ilə lövhələrdə əks olunan şəkillərini demirəm. Azə yüz belə məzar saydım. Sonrasında ancaq salam qardaş, sağ ol qardaş, bağışla qardaş, ruhuna fatehə qardaş deyə-deyə mənzil başına Qarabağa çatdım həmkarlarımla birgə. Bu yazının sonuna çathaçatdayam, bizi qoruyan o ruhlar qarşısında ancaq susmaq səcdəyə getməkdən başqa bir şey gəlmir əlimdən. Kaş ailələrinə, şəhid əmanəti qazilərə layiqincə sahib çıxaq. Onlar olmasaydı dövlət Qarabağda bəlli siyasətini qursa da icra edə bilməyəcəkdi. Kim gəlsə də nəticə bu olmayacaqdı. Çünki vətən üçün savaşmaq, vətən üçün can vermək təkcə hərb dilinə bələd olmaq məsələsi deyil, həm də canı yanmaq, sevə bilmək, uğruna ölümə gözqırpmadan getmək deməkdir. İndilik bir bunu deyirəm tanrı bizi, sizdən utandırmasın şəhidlər...
 
SON: Lap sona gəldik. Həyatımın ən möhtəşəm səfəri haqda yazının ən sonuna. 
 
...Çevrədə adam çox idi. Əksəriyyəti gənclər. Sevindiricidir. Çoxu elə yaşdadır ki, sənin yaşadıqlarının heç birini yaşamayıb. Onlar müstəqil və qalib Azərbaycanı görüblər gözləri açılandan, ağılları kəsəndən. 
 
Sənsə vətəndaş müharibəsində, atəş səsləri ilə ali məktəb oxumusan...
Uzun-uzadı çörək növbələrində durmusan...
Qəndin, çayın qıtlığını yaşamısan...
Üstünün qızılını dövlətin müdafiə fonduna bağışlamısan...
Qan görmüsən azacıq yaşınla...
Milli azadlıq hərəkatının gedişatından xəbərdar olmusan...
Pionerdən imtina, komsomolu boykot eləmisən...
Partiya bileti yandıranlara kibrit, neft tapmısam... 
Balaca aktivist olmusan...
Birinə su daşımısan, birinə çörək...
Sonra Ağdamın işğalında onlarla yaralı görmüsən rayonunda, anana qısılıb baxmısan əsgərlərinə... 
Arada dövlət çevrilişi silahlılarının gözünə baxa-baxa nənəngilə çörək aparmısan ki, ac qalmasınlar...
Çox qorxmusan, birdən ardınca güllə atarlar qorxulu, amma səninlə eyni dildə danışan pis əmilər...
 
Oxuduğun məktəbin təlim bazasını silah anbarı edəndə, balaca, zərif qız cocuğu əllərinlə silah-sursat daşımısan. Hələ də zədəli olan barmağın, azacıq soyuq oldumu sızıldayır. Silah qutusunun altında qalmışdı axı...
 
Hələ ailə üzvlərinin sayı qədər gülləni atanın anana verib getdiyi anı xatırlayırsan...
Bir də əgər Ağcəbədiyə girsələr bunlar bizə lazım olacaq deməsini də...
 
Uşaqlığın, yeniyetməliyin, gəncliyin olmayıb sənin,sən üzərinə Azərbaycan qurulan gəncliksən və Qarabağ həm də sənin o yaşamadığın uşaqlıq, yeniyetməlik, gənclikdir. Qarabağ şəxsiyyətinin bərpası, vətəndaşlığının tamlığıdır Azərbaycan insanının. Qarabağın alınması özünü VƏTƏN kimi hiss eləməkdir. Sən VƏTƏN adamsan, Azərbaycan insanı, sənin kimi VƏTƏNƏ şükür!
 
P.S. Lap unutmuşdum! Şuşadan, Laçından, Kəlbəcərdən baxmaq istəyirəm bir də Qarabağa. İstəyirəm görüm, necə görünür gələcək və böyük Azərbaycan?! Təki qismət ola...
 
Bakı-Fizuli-Cəbrayıl-Zəngilan-Qudadlı-Bakı
 
Jalə Mütəllimova
15.04.2021.
Oxşar xəbərlər
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
27 Sep 2024 | 17:17
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 17:05
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
27 Sep 2024 | 16:58
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
27 Sep 2024 | 16:52
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
27 Sep 2024 | 16:46
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 16:40
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 16:27
2025-ci ildə bu 4 bürc evlənəcək
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:16
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 Sep 2024 | 16:10
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
27 Sep 2024 | 16:05
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
27 Sep 2024 | 16:00
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
27 Sep 2024 | 15:55
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
27 Sep 2024 | 15:50
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
27 Sep 2024 | 15:44
"Neftçi" klubunda yeni təyinat - FOTO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 15:27
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
27 Sep 2024 | 15:21
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
27 Sep 2024 | 15:15
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
27 Sep 2024 | 15:06
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
27 Sep 2024 | 15:00
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
27 Sep 2024 | 14:55
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:50
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 14:32
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
27 Sep 2024 | 14:26
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
27 Sep 2024 | 14:14
Millimiz Ermənistanı məğlub etdi
27 Sep 2024 | 14:08
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
27 Sep 2024 | 14:02
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
27 Sep 2024 | 13:57
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
27 Sep 2024 | 13:51
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 07:34
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 08:59
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 08:31
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 07:34
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 08:59
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 08:31
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO