Hərbi Qənimətlər Parkı və...- Cənubi Qafqaza yeni baxış...
Cəmiyyət
Oxunub: 1000
14 Apr 2021 | 20:08
Hərbi Qənimətlər Parkı və...- Cənubi Qafqaza yeni baxış...
Milli Məclisin Mədəniyyət Komitəsnin sədri Q.Paşayevanın yazısını təqdim edirik:
 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də və 13-də iki mühüm tədbirdə iştirakı etdi və mühüm çıxışları oldu. – 12 apreldə Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı açıldı, 13 apreldə isə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirildi.
Respublikamızda indiyədək müxtəlif parklar, muzeylər (o cümlədən Naxçıvanda “Döyüş Şöhrəti Muzeyi”, Qubada “Şəhidlər Muzeyi”, “Quba Soyqırımı Memorial Kompleksi”, Lənkəranda “Həzi Aslanovun Ev-muzeyi”, paytaxt Bakıda “Şirvanşahlar Saray Kompleksi”, “Azərbaycan İstiqlal Muzeyi” və b. mühüm ünvanlar) açılıb. Lakin vətəndaşlarımızın və xarici qonaqların üzünə açılan bu ünvanların heç biri Hərbi Qənimətlər Parkının məna-mahiyyətində olmayıb. Hərbi Qənimətlər Parkı öz planında, fakturasında və fəlsəfəsində ölkəmiz üçün bir ilkdir – mübarək işdir və dünyada da oxşarına çox rastlandığı deyilə bilməz.
30 illik işğaldan sonra əldə edilmiş tarixi qələbəni simgələyən, özü də “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı Parkının yanıbaşında – onunla eyni rayonda və ona paralel yerləşmiş bir unikal parkdan danışırıq. Azərbaycan Prezidentinin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlis bildiyinin daha bir parlaq təcəssümüdür bu Park. Hərbi Qənimətlər Parkı qürur parkıdır, inam parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır, yaralı qazilərmizə şəfa parkıdır, bütün döyüş iştirakçılarına minnətdarlıq parkıdır! Özəlliklə uşaq və gənclərimiz üçün çox önəmli bir ziyarət yeri yaranmışdır paytaxtımızda. Bir daha mübarək olsun və bir daha dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq!
Bəli, Şanlı Qələbəmiz də, onu estetik baxımdan əla şəkildə simgələyən Hərbi Qənimətlər Parkı da Azərbaycanın qüdrətinin göstəricisidir! Azərbaycan öz intiqamını düşməndən xalq-dövlət birliyi ilə döyüş meydanında alıb. Döyüşlər arxada qalıb, münaqişə arxada qalıb, iki Üçtərəfli Bəyanat imzalanıb, dövlət rəhbərlərinin səlahiyyət verdiyi məsul hökumət üzvləri arasında kommunikasiyaların açılması (yolların bərpası, yeni yolların çəkilməsi və s.) ilə bağlı müzakirələr gedir. – Bütün bunların fonunda Ermənistanda əvəzçıxma çağırışları tam səngiməyib. Bəs İlk Üçtərəfli Bəyanatın mürəkkəbi qurumamış, baş nazir Paşinyanın imzasına bir daha qeyri-ciddilik gətirən hərəkətlə Qarabağa terrorçular göndərən uğursuz Ermənistan dövləti və erməni ictimai-siyasi fikri Hərbi Qənimətlər Parkından sonra nə hallara düşüb? – Uzağa getmək lazım deyil, mənzərə bilgisayarın yaxud telefonun bir düyməsi qədər yaxındır: ermənilər sosial şəbəkələrdə, internet informasiya resurslarında öz rəhbərlərinin ünvanına nə qaldı deməmiş ola? – Bax, bu mənzərə özü, Parkın necə bir psixoloji təsir gücünə malik olmasının sübutudur.
Hərbi Qənimətlər Parkının paytaxtın ən çox ziyarət edilən məkanı olacağına qətiyyən şübhə etmədən, o park və parkın açlışında dövlət başçısının çıxışının ən ümdə məqamlarını ümumiləşdirməyə çalışaq:
- Azərbaycan Ordusu qəhrəman və peşəkar ordudur, düşmən üzərində ordumuzun mənəvi üstünlüyü danılmaz faktdır;
- Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır;
- Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün, düzgün taktikanın, dəqiq siyasi-iqtisadi və diplomatik kursun təzahürüdür.
- Azərbaycan XXI yüzilin müharibəsini aparıb və örnək yaradıb;
- Hərbi Qənimətlər Parkı da XXI yüzil müharibəsinin miqyasını və Azərbaycanın şərəfli Qələbəsinin möhtəşəmliyini göstərir;
- Park Qələbənin əbədiləşdirilməsinə xidmət edir;
- Biz Qələbəmizi əbədiləşdirdiyimiz kimi, erməni vandalizminin insanlığa qarşı cinayət olduğunu da unuda, unutdura bilmərik.
Və “Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik”!
***
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdan cəmi bir gün öncə Hərbi Qənimətlər Parkını ziyarət edərkən – qalib ordunun hərbçiləri qarşısında çıxış zamanı hərbi formada idi. Ali diplomatiya təhsili ocağında, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin biləvasitə (yaxud “onlayn”) qatıldığı konfransda çıxış edən Prezident, Cənubi Qafqaza yeni baxışın özünü, özəyini – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını, mahiyyətini ustadcasına açdı.
26 fevral beynəlxalq mətbuat konfransı və 31 mart Türk Şurasının qeyri-formal Toplantısından sonra bu konfrans, konfransda Prezidentin verdiyi ismarınclar həqiqətlər silsiləsi təşkil edir. Beynəlxalq mətbuat konfransı Xocalı Soyqırımının 29-cu, Türk Şurasının toplantısı Azərbaycanlıların (Bakı) Soyqırımının 103-cü ildönümünə təvafüq edirdisə, ADA-dakı çıxış Hərbi Qənimətlər Parkının açılışının ardından gerçəkləşirdi... Elə bilirəm bu xronologiya, tarix ayarlaması, tarix şüuruna düzgün köklənmə olub böyük gələcəyə gedişin yol xəritəsini cızmaqdadır: “Hardan gəlmişik, necə gəlmişik, hardayıq, hara, necə və kiminlə gedirik?”..
Beləliklə:
- Rəsmi İrəvanda adlar, idarəçilər dəyişsə də, işğalçılıq siyasəti heç vaxt dəyişməyib;
- Rəsmi İrəvanın niyyəti münaqişənin dondurulması olub – “Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”;
- Rəsmi İrəvan hərbi cinayətkardır;
- Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub –
“mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir”;
- Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir– “Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”;
-Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir. – “Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik”;
- Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb;
- Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır;
- Sabitlik inkişafın əsasıdır. Regionun inkişafı strateji prioritetdir. – “Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”;
- Beynəlxalq təşkilatlar daha fəal mövqe tutmalıdır. – “Beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilər: demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət”;
- Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var;
- Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu;
- Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir;
- Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub;
- Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.
Və nəhayət son günlərin ən çox müzakirə olunan mövzusu: Şuşaya atılan “İsgəndər-M”!.. – Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamalar tələb edir. – “Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələlərin müzakirəsi artıq olub. Rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik”...
DÖVLƏTİMİZ VAR OLSUN!
Oxşar xəbərlər
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir