Milli Məclisin növbəti plenar iclasında millət vəkilləri çoxsaylı təkliflərlə çıxış ediblər...
Cəmiyyət
Oxunub: 1057
13 Apr 2021 | 17:30
Milli Məclisin növbəti plenar iclasında millət vəkilləri çoxsaylı təkliflərlə çıxış ediblər...
Aprelin 13-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. 
 
Parlamentin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Şahin İsmayılov, Azay Quliyev, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Ramin Məmmədov, Sahib Alıyev, İlham Məmmədov çıxış edərək  ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə ötən gün Bakıda keçirilmiş Hərbi Qənimətlər Parkının açılışı barədə öz fikirlərini söyləyiblər. Bildirilib ki, bu, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinin əbədiləşdirilməsi baxımından önəmli hadisədir. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün təmin edilməsi, həm də tarixi ədalətin bərpasının təqdimatı idi. Millət vəkilləri öz çıxışlarında, həmçinin, digər aktual məsələlərə də toxunublar.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 9 məsələ müzakirə ediləcək. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatıdır. Spiker bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hesabatın geniş müzakirəsi keçirilib. İclasda parlamentin digər komitələrinin sədrlərinin və sədr müavinlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirak etməsi müzakirələrin səmərəsini daha da artırmağa imkan verib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edib. Bildirilib ki, 2020-ci il bizi onillərdir işğal altında olan torpaqlarımıza qovuşduran, yurd həsrətimizə son qoyan zəfər, qələbə ili olmaqla Azərbaycan tarixinin şanlı səhifələrindən ən parlağı kimi yaddaşlarda həkk olunub. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi dünya hərb elminə Ali Baş Komandan tərəfindən hazırlanmış qələbə strategiyası kimi daxil olub.  Qeyd edilib ki, Vətən müharibəsinin ilk günündən Hesablama Palatası bu müharibənin ədalətin, hüququn bərpa müharibəsi olduğunu öz xarici həmkarlarının, beynəlxalq təşkilatların diqqətə çatdırıb.
Vüqar Gülməmmədov hesabatında deputatların diqqətini ötən il dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar statistik göstəricilərə yönəldib.  Bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə  plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq millət vəkillərinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, Hesabata rəylərdə əks olunmuş əsas tövsiyələr daxil edilib.
Diqqətə çatdırılıb ki, Hesabat ilində 83 faizi audit olmaqla 41 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Bildirilib ki, maliyyə hesabatlarının tərtib edilməsi zamanı iki istiqamətdə nöqsana yol verilir. Maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi birinci qrupa aid edilməklə təsir dərəcəsinə görə daha əhəmiyyətli pozuntu hesab edilir. Hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat müəyyən olunub. İkinci qrupa mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi halları aid edilir. Bu, ümumilikdə 335,4 milyon manat həcmindədir.
Məlumat verilib ki, 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib. Bu nöqsanlar arasında büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi, əsaslı qoyuluşlarla bağlı xərclərin icrasında yol verilmiş nöqsanları göstərmək olar.
Bildirilib ki, hesabat ilində nəzarət tədbirləri daha çox aqrar, dövlət satınalmaları, dövlət borclanmaları, maliyyə hesabatlarının təhlili, büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib. Əmək haqqı sistemi ilə bağlı qurumlararası uyğunsuzluğun aradan qaldırılmasının vacibliyi, dövlət satınalmalarının təşkili, keçirilməsi və icra olunmasına nəzarətin təşkilinin zəruriliyi, investisiya layihələrinin nəticələrinin və iqtisadi artıma təsirinin artırılması məqsədilə bu sahədə konkret göstəricilər sisteminin formalaşdırılması və monitorinq mexanizmlərinin yaradılmasının zəruriliyi, ölkədə informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı rast gəlinən çatışmazlıqların yaratdığı problemlərin aktuallığı qeyd edilib.
Hesablama Palatasının sədri öz çıxışında nəzarət tədbirlərinin nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hesabat ilində ümumilikdə 130,3  milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub. Pul, əvəzləmə və natura formasında olmaqla 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı qərar verilib və 94 faizinin icrası təmin edilib.
Qeyd edilib ki, Hesablama Palatası öz fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün çalışıb, hazırlanmış rəylərin, hesabatların məlumatlılığının artırılmasını və müəyyən edilmiş qaydada ictimaiyyət üçün əlçatanlığını təmin edib. Hesabat ilində Palatanın 2021-2025-ci illər üzrə yeni Strateji Planı təsdiq edilib.
Hesabatın yekununda 2021-ci ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verilib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı ilə bağlı komitənin rəyini təqdim edib. Bildirilib ki, Milli Məclis Sədrinin tövsiyəsi əsasında Hesablama Palatasının hesabatının  komitədə müzakirələri zamanı ilk dəfə olaraq parlament Sədrinin birinci müavini və hesabatın əhatə etdiyi sahələrə aidiyyəti olan Milli Məclisin 6 komitəsinin sədrləri və onların müxalifətdən olan müavinləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Hesablama Palatasının iş planında nəzərdə tutulmuş hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib. Hesabat geniş və əhatəlidir. Aşkar edilmiş pozuntuların miqyası və ünvanlılığı barədə geniş təhlil aparılıb. Dövlət və icmal büdcəyə əlavə yük ola biləcək iş sahələri açıq göstərilib. Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji İş Planında əks olunan vəzifələrin göstərilməsi və gələcəkdə fəaliyyətin bu vəzifələrə uyğunlaşdırılması təqdirəlayiqdir. Əsas dəyərlər kimi qanunçuluq, müstəqillik, şəffaflıq, hesabatlılıq, obyektivlik və peşəkarlığın müəyyən olunması Palatanın fəaliyyətində nəticəliyin artmasına xidmət edəcək. Mürəkkəb kecən 2020-ci il şəraitində 30 faiz işçi heyəti ilə işləmək məcburiyyətində qalan Palata qarşısına qoyduğu hədəflərə əsasən nail olub. 
Qeyd edilib ki, Palatanın verdiyi təkliflərin bir çoxunun qanunvericilik aktlarında və hökumətin qərarlarında öz əksini tapması Milli Məclis-Hökumət əməkdaşlıq çərçivəsinin effektivliyinin bariz nümunələrindən biridir.
Komitə sədri deyib ki, mühasibat uçotu, dövlət satınalmaları, dövlət investisiya layihələrinin icrası və digər proseduralarda müəyyən edilmiş nöqsanlar bu sahədə daha ciddi və kompleks tədbirlərin görülməsini zəruri edir. Proseslərin düzgün planlaşdırılması, elektronlaşdırılması, subyektiv amilinin minimuma endirilməsi maliyyə intizamının güclənməsi üçün zəruri şərtlərə çevrilib. Bildirilib ki, Azərbaycan dövlət büdcəsinin həcmi böyüməkdədir, iqtisadiyyatımız inkişaf edir. Cari ilin 3 ayının yekunlarına görə ölkənin qeyri-neft ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501 milyon dollarlıq rekord məbləğə çatıb. Bu göstərici pandemiyadan sonrakı dövrdə, xüsusən 2021 və 2022-ci illərdə iqtisadiyyatımızın sürətlə böyüyəcəyini göstərir. Belə bir şəraitdə artan dövlət vəsaitlərindən səmərəli istifadə olunması, dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflərə çatmaqda dövlət orqanlarının uyğunluğunu təhlil etmək bu gün qarşıda duran əsas vəzifələrdən biridir. 
Çıxışının sonunda komitə sədri bildirib ki, Hesablama Palatasının hesabatı komitənin iclasında məqbul hesab edilib.
Hesablama Palatasının hesabatı ətrafında müzakirələr zamanı çıxış edən  deputatlar Musa Quliyev, Əli Məsimli, Razi Nurullayev, Zahid Oruc, Rəşad Mahmudov, Azay Quliyev, Etibar Əliyev, Elman Nəsirov, Sadiq Qurbanov  Palatanın 2020-ci ildə fəaliyyətini müsbət dəyərləndiriblər. Millət vəkilləri hesabatla bağlı bir sıra irad və təkliflərini  səsləndiriblər.
Müzakirələrin sonunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov millət vəkillərinə Palatanın fəaliyyətinə verdikləri qiymətə görə öz minnətdarlığını ifadə edib, deputatların qaldırdığı məsələlərə münasibətini bildirib. 
İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı nəzərə alınıb.
Sonra “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Sənədi təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirib ki,  sənəd "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif edilən dəyişiklik  uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. 
Deputat Razi Nurullayev layihə ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiq olunub.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri  parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Həmin qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib.
Müzakirələrdə çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli,  millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı, Sahib Alıyev, Musa Qasımlı, Novruzəli Aslanov, Hikmət Məmmədov, Rauf Əliyev, Fatma Yıldırım qanunlara təklif olunan dəyişiklər barədə öz fikirlərini açıqlayıblar.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Sədri bildirib ki, gündəliyin digər iki məsələsi – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir.
Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Bildirilib ki, qanun layihələrinin komitədə ikinci oxunuşu keçirilib və yekdilliklə dəstəklənib. Qeyd edilib ki, hər iki qanun layihəsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. 
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda təqdim edib. 
Bildirilib ki, "Prokurorluq haqqında" qanunda prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tutulan normaların daha çevik və dəqiq tətbiqini təmin etmək məqsədi ilə bir sıra dəyişikliklər təklif edilir. Belə ki, prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi, prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi və nəhayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizinin Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülməsi nəzərdə tutulur.
Qanun layihəsi ilə bağlı deputatlar Razi Nurullayev və Erkin Qədirli öz fikirlərini səsləndiriblər. Əminə Ağazadə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Daha sonra deputat Əminə Ağazadə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər prokurorluqda stajorluq və sınaq keçməyə dair yeni müddəaların əlavə edilməsi, prokurorluq işçisinə vaxtından əvvəl rütbə verilməsi ilə əlaqədardır və prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Arzu Nağıyev öz rəy və təkliflərini bildiriblər, suallarını səsləndiriblər. Əminə Ağazadə verilən sualları ətraflı cavablandırıb. 
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin iclası başa çatıb.
 
Oxşar xəbərlər
17:17, Bu gün
Kamran Əliyev nazir müavini təyin edilən prokuroru belə yola saldı - FOTO
17:12, Bu gün
Polis əməkdaşları hərəkətin intensiv olduğu yollarda xidmətlərini davam etdirirlər - VİDEO
17:08, Bu gün
Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq öldü
17:04, Bu gün
Fuad Hüseynov: "Qarabağa 8000-dək insan köçürülüb" - FOTO
16:58, Bu gün
Estetik əməliyyatda pasiyenti ölən həkimin MƏHKƏMƏSİ BAŞLAYIR
16:54, Bu gün
Əmək pensiyaları hansı əsasla indeksləşdirililir? - CAVAB
16:48, Bu gün
Sevdanı izləyən manyakla bağlı QƏRAR
16:42, Bu gün
Turist zəhərli ilanların olduğu qapalı adaya düşdü – VİDEO
16:36, Bu gün
Yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
16:30, Bu gün
Tokayev İlham Əliyevə zəng etdi
16:23, Bu gün
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI
16:16, Bu gün
"Dairə qapanır": USQ Kursk vilayətində daha bir körpünü məhv etdi - VİDEO
16:09, Bu gün
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
16:02, Bu gün
"Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI
15:55, Bu gün
Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir? – Anası onu... – AÇIQLAMA
15:50, Bu gün
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
15:44, Bu gün
Qəzaya düşən Mirmahmud Mirəlioğlu danışdı - "Həm hərbi maşına, həm də..."
15:38, Bu gün
Yaxın günlərdə... - Sülh sazişi ilə bağlı real şans
15:32, Bu gün
Gəncədə "ÖLÜ KART" ƏMƏLİYYATI: 1 milyonluq yeyinti
15:26, Bu gün
Şöbə rəisi və həkimə cinayət işi açıldı - 126 minlik dələduzluq
15:20, Bu gün
Kamandan oxatanlarımız Vətənə medalla döndü - FOTOLAR
15:15, Bu gün
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
15:09, Bu gün
Xoşbəxtliyə dair 20 aforizm
15:02, Bu gün
"Ukrayna müharibədə qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək" - Zelenski
14:56, Bu gün
Rəsmi Bakı Tacikistanı təbrik etdi
14:51, Bu gün
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
14:48, Bu gün
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
14:45, Bu gün
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...
14:39, Bu gün
Bakıda evdən 89 min manatlıq oğurluq - 3 nəfər saxlanıldı
14:33, Bu gün
Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək
14:27, Bu gün
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
14:20, Bu gün
COP29-dan sonra Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLANDI
14:14, Bu gün
Məşhur aparıcıdan ÜZÜCÜ XƏBƏR
14:07, Bu gün
"Olaf Şolts Ukrayna üçün "sülh planı" hazırlayır" - "La Repubblica"
14:01, Bu gün
ABŞ rəsmisinin Azərbaycan səfərinin SENSASİON pərdəarxası - ŞƏRH
13:56, Bu gün
Dünyanın ən hündür atı haqqında maraqlı faktlar
13:50, Bu gün
Sumqayıtda avtotəmir sexindəki yanğın söndürüldü - YENİLƏNİB
13:48, Bu gün
“Türkiyənin iqtisadi böhrandan qısa müddətdə çıxması real görünmür...”
13:46, Bu gün
Bəstəkar İmruzə Hüseynovanın "Mübarəkdir Zəfərim" adlı yaradıcılıq gecəsi keciriləcək
13:45, Bu gün
Corc Qafarov işdən ayrılma səbəbini açıqladı: "Cəhənnəmə, qara-gora oyna, mən də səni istəmirəm" - VİDEO
13:43, Bu gün
“Qərbi Azərbaycan Manifesti gəncliyin gözü ilə” adlı layihəsinin icrasına başlanılır
13:39, Bu gün
Ukrayna diplomatının işdən çıxarılmasının əsl səbəbi məlum oldu
13:38, Bu gün
UEFA Millətlər Liqası: Türkiyə İslandiyaya qarşı - AFİŞA
13:33, Bu gün
Rusiyada güclü yanğın: Helikopter cəlb olundu
13:33, Bu gün
Azərbaycanda kişi arvadını GÜLLƏLƏDİ
13:31, Bu gün
ƏHD Partiyası: “İran dost olmayan dövlət elan edilsin”
13:26, Bu gün
Sabah bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
13:20, Bu gün
Tələbələrə yataqxana və nəqliyyat üçün də kredit veriləcək? - Rəsmi AÇIQLAMA 
13:15, Bu gün
BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir - FOTO
13:09, Bu gün
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
13:04, Bu gün
"Mənim sinfim olub, məktəbim yox" - Vaqif Gərayzadə
12:58, Bu gün
Makronu Paralimpiya Oyunlarının bağlanış mərasimi zamanı fitə basıblar - VİDEO
12:52, Bu gün
Məktəbli formasına ehtiyac varmı? - “Ailələr üçün əlavə maliyyə yükü...”
12:46, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimələndi
12:40, Bu gün
Hərbçilərə ev bu şərtlərlə veriləcək: Qaydalar asanlaşdı
12:40, Bu gün
Azərbaycanlı alimdən səhiyyə xərclərinin idarə edilməsi ilə bağlı TƏKLİF
12:35, Bu gün
“Bakılı oğlanlar”ın çempionluğunu elan edən bakılı oğlan – Maslyakov kim idi?
12:30, Bu gün
Prezident forum iştirakçılarına müraciət ünvanladı
12:24, Bu gün
İran XİN: Sərhədlərin dəyişdirilməsi cəhdinə qətiyyətli etirazımızı bildiririk
12:18, Bu gün
Kabulda faciə: Baydenin yalanı 13 hərbçinin ölümünə səbəb olub
12:14, Bu gün
İran vətəndaşına kuryerlik edən keçmiş məhkum 50 kiloqram narkotiklə TUTULDU
12:13, Bu gün
Həyət evi almaq istəyənlərə XƏBƏRDARLIQ
11:57, Bu gün
654 manatlıq yeyib-içdi - Hesab gələndə qaçmaq istədi
11:55, Bu gün
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
11:45, Bu gün
O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?
11:34, Bu gün
Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkisində öndədir
11:34, Bu gün
"İnsanlar Günəş sistemini tərk edəcəklərmi? Bu, tamamilə mümkündür - ekspert rəyi
11:19, Bu gün
FHN Gəncədə gecə təlimi keçirib
11:17, Bu gün
Ədliyyə nazirinə yeni müavinlər təyin olunub
11:11, Bu gün
NİİM dərs ilinin başlanmasına görə müraciət edib: Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq
11:10, Bu gün
DYP "Formula-1"lə bağlı müraciət edib
11:08, Bu gün
Geomaqnit qasırğası gözlənilir
11:06, Bu gün
Ermənistanın Auditorlar Palatasının sədri: Belə davam edərsə, 25 ilə ölkədə əhali qalmayacaq
11:04, Bu gün
Alen Simonyan: "Mənim üçün "Dağlıq Qarabağın prezidenti" deyə bir anlayış yoxdur"
10:55, Bu gün
İran nədən narahatdır? - "Qırmızı xətt"lər çoxalır
10:52, Bu gün
Füzulidə ağır qəza: Ölən və xəsarət alanlar var
10:49, Bu gün
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
10:46, Bu gün
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
10:32, Bu gün
Düyü böhranı: Limitlə satılacaq
10:26, Bu gün
Bu BDU rektorunun tələm-tələsik güllələnməsi təəccüb doğurur... -FOTOLAR
10:25, Bu gün
Düşmənin 5 metrlik bunkeri BELƏ VURULDU – VİDEO
10:16, Bu gün
Sentyabr ayı 4 bürc üçün fantastik olacaq: Mühüm tarixlər
10:09, Bu gün
Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyir
09:58, Bu gün
Yola bitum dağıldı, 6 maşın toqquşdu - Fotolar
09:54, Bu gün
Komandolar 30 dəqiqəyə düşməni belə darmadağın edib – ŞOK FAKTLAR
09:44, Bu gün
Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
09:36, Bu gün
Dollarla bağlı mühüm açıqlama - Məşhur iqtisadçı insanlara ÇAĞIRIŞ ETDİ
09:22, Bu gün
Ölkədə yaxın müddətdə güclü zəlzələ baş verə bilər? - Baş seysmoloqdan AÇIQLAMA
09:16, Bu gün
Son günlər əhali arasında yayılan virus nədir? – VİDEO
09:08, Bu gün
Ukrayna bu ölkədəki səfirini geri çağırdı, digərlərinə XƏBƏRDARLIQ ETDİ
09:03, Bu gün
“Yes Travel” şirkətinin rəhbərləri yenidən məhkəmə qarşısında
08:48, Bu gün
Sirli video kaset tapan ata və oğul dəhşətə gəldilər
08:35, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ - 10 sentyabr saat 10:00-dan etibarən...
08:32, Bu gün
İldırımlar daha çox çirklənmiş səmaları vurur... -TƏHQİQAT - “SCiİENCE ALETT”
08:27, Bu gün
İsrail Suriyanı VURDU: 5 nəfər öldü, 19 nəfər yaralandı
07:45, Bu gün
"Rusiyanın Qərbdəki agentura şəbəkəsi çökür..."- EKSPERT
07:41, Bu gün
Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...
07:09, Bu gün
Yəhudi rejissor film festivalında İsrailin Qəzzada davam edən soyqırımını pislədi...-VİDEO
08 Sep 2024 | 23:39
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
08 Sep 2024 | 23:37
Toya getmişdi, cənazəsi gəldi - FOTO
GÜNLÜK
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia