Abutalıbovun bu qərarı onu həbsə apara bilər
Cəmiyyət
Oxunub: 1467
07 Apr 2021 | 09:34
Abutalıbovun bu qərarı onu həbsə apara bilər
Sabiq Bakı meri  həbs edilən Rasim Quliyevə rəsmi surətdə, qanunla səlahiyyət verib ki, tikintinin aparılmasına dair sənədə qol çəksin; Çingiz Qənizadə: “İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa...”
 
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin həbsi diqqəti dərhal sabiq mer Hacıbala Abutalıbovun personasına yönəldib.  R.Quliyevə Cinayət Məcəlləsinin iki maddəsi -314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
 
R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Prezident İlham Əliyev sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib, sonra isə təqüdə göndərilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi  sahələrdən biri isə təmir-tikinti sahəsi olub.
 
BŞİH başçısı təyin edilən Eldar Əzizov isə dərhal Abutalıbovun dövründəki verilmiş qərarlar da daxil, bütün strukturlarında tam və hərtərəfli şəkildə yoxlamalar aparılması üçün komissiya yaratdı. Hələ o vaxt da bildirilirdi ki, Hesablama Palatası da daxil, hökumət strukturlarının cəlb edilmiş yoxlamaların nəticəsi olaraq meriyada Abutalıbovun dövründə vəzifə tutmuş məmurlar qanun qarşısında cavab verməli olacaqlar, sabiq merin məsuliyyəti də gündəmə gələcək.
 
Yoxlamalarla bərabər, BŞİH-də Abutalıbovun kadrlarının da işdən uzaqlaşdırılması başlandı. 2018-ci ilin sentyabrında dünən həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyev də tutduğu vəzifədən azad edildi. R.Quliyev o zaman açıqlamasında demişdi ki, öz istəyi ilə tutduğu vəzifədən azad edilib: "Öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam". Amma o, departament rəhbəri vəzifəsində də çox qalmadı, 2019-cu ildə bu vəzifədən də uzaqlaşdırıldı.
 
E.Əzizov BŞİH-də araşdırmaya və “təmizləmə”yə əlbəttə ki, Prezidentin tapşırığı ilə başlamışdı. Çünki dövlət başçısı xüsusilə Bakıdakı qanunsuz tikintilərdən narazı idi. Prezident  Abutalıbov vəzifəsindən uzaqlaşdırılandan sonra- 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair nazirlərin iclasda bu barədə sərt danışmışdı. Sitata diqqət edək: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər”. 
 
Paytaxtda bina tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan zaman tikintiyə icazə sənədi verildi. Hacıbala Abutalıbov R.Quliyevə rəsmi surətdə, qanunla səlahiyyət verib ki, tikintinin aparılmasına dair sənədə qol çəksin. Bildirilir ki, 2017-ci ilədək bu səlahiyyət BŞİH başçısının müavini Rauf Pənahovda olub. Onun vəfatından sonra isə səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə edilib. Heç şübhəsiz ki, tikinti ilə bağlı sənədlərin imzalanması birbaşa Abutalıbov göstərişi və razılığı ilə həyata keçirilib. Bu işi R.Quliyev nə təkbaşına, nə də özbaşına həyata keçirə bilməzdi. Əlbəttə ki, bunu rəsmi orqanlar da araşdıracaq. 
 
R.Quliyevin həbsi fonunda Abutalıbovun bir neçə gün əvvəl verdiyi geniş müsahibə də diqqətə gəlib. Saytlardan birinə geniş müsahibə verən Abutalıbov dövlətə və hakimiyyətə sadiqliyini dilə gətirmiş, sadə təqaüdçü həyat sürdüyünü, oğlanlarının isə  böyük biznesinin olmadığı, sadəcə, “başlarını aşağı salıb çörək qazandığı” rəyi yaradıb. O, xələfi Eldar Əzizovun fəaliyyəti haqda danışmaqdan yayınmışdı: “Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim”. Yeri gəlmişkən, iddialara görə, Abutalıbov onun fəaliyyət dövrünü araşdırdığı üçün Eldar Əzizovdan ciddi narazı qalıb. Sadəlövh Abutalıbov başa düşməyib ki, onun fəaliyyətini araşdırmaq, təftiş etmək bir merin səlahiyyətlərinə sığmayan məsələdir.
 
Abutalıbov müsahibəsində hər gün Heydər Əliyevin məzarını ziyarət etdiyini dilə gətirmiş, iki müxtəlif məqamlarda isə kövrəlmişdi də: qardaşının vəfatı və hazırda Almaniyada olan xanımının sağalmaz xəstəliyi ilə bağlı məqamlarda...
 
Azpolitika.info müsahibədəki məqamlara diqqət çəkərək yazır ki, sabiq merin R.Quliyevin cinayət işində adının ən başda keçəcəyi şübhəsizdir: “Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, Aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək”.
 
Bəs fəaliyyəti dövründə Rasim Quliyevə tapşırıqlar verən Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da məsuliyyətə cəlb oluna bilərmi?
 
Modern.az-ın bu sorğusunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırıb.
 
Ç.Qənizadə hər kəsin öz əməlinə görə məsuliyyət daşıdığını qeyd edib: “Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Əgər istintaq zamanı məlum olsa ki, Rasim Quliyev qanunazidd əməlləri Hacıbala Abutalıbovla birgə və ya onun tapşırığı ilə edib, o zaman keçmiş mer də məsuliyyətə cəlb oluna bilər. Hər hansı bir məmurun həbsi nəticəsində onun rəhbərinin barəsində də cinayət işinin qaldırılması qanunaziddir. İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa, o zaman rəhbər şəxs də məsuliyyətə cəlb olunacaq”.(Musavat.com)
Oxşar xəbərlər
21:20, Bu gün
STM növbədənkənar parlament seçkisində ekzitpolun nəticələrini AÇIQLADI
20:55, Bu gün
Hüseyn Cavidin mənəvi oğullarından biri vəfat etdi- Foto
20:50, Bu gün
Bu qidalar şəkər xəstələrinə xeyirlidir
20:47, Bu gün
Rusiyanın Xalq artisti vəfat etdi - FOTO
20:39, Bu gün
İranın ilk qadın hökumət sözçüsü Fatimə Mühacirani DANIŞDI
20:36, Bu gün
Seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib
20:33, Bu gün
Konteyner daşıyıcılarının mənfəəti rekord səviyyəyə çatıb
20:22, Bu gün
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
20:13, Bu gün
Ermənistan müdafiə naziri Gürcüstana rəsmi səfər edib
20:12, Bu gün
Azərbaycanda seçki başa çatmayıb, ATƏT-in hesabatı isə hazırdır - FOTOFAKT
20:09, Bu gün
“Google Maps”də ermənilərin Xankəndidən çəkdiyi FOTOLAR – Qondarma bayraqları necə silək?
20:07, Bu gün
Mətbuat Şurası: Seçki ilə bağlı jurnalistlərdən "qaynar xətt"ə müraciət daxil olmayıb
20:06, Bu gün
Durova qarşı yeni ittiham irəli sürülüb
20:04, Bu gün
Neftçalada seçki məntəqəsində GƏRGİNLİK
19:48, Bu gün
Parlament seçkisində ən çox məntəqə sayı olan seçki dairəsi məlum olub
19:19, Bu gün
"Ermənistan İranın marionetkasına çevrilib" - "The Jerusalem Post"
19:06, Bu gün
Azərbaycanda parlament seçkisində səsvermə başa çatdı
18:55, Bu gün
Rəisinin helikopteri BU SƏBƏBDƏN qəzaya uğrayıb
18:54, Bu gün
Çoxuşaqlı ailələrə verilən müavinət nə vaxt dayandırılır? - Rəsmi AÇIQLAMA
18:28, Bu gün
Ölkədə seçici fəallığı açıqlandı
18:23, Bu gün
Niyaməddin Orduxanlı səs verib
18:21, Bu gün
Kamala Harris özünün ilk seçkiöncəki müsahibəsində Ukraynanı "unudub"
18:19, Bu gün
"Vaqner"ə yazılan qatil cəbhədən geri dönərək məşuqəsi və onun qızını qətlə yetirib
18:18, Bu gün
“Tramp məni işdən qovub” - Emin Ağalarov
18:09, Bu gün
Məntəqə sədri: Əsgəranda seçicilər tam şəffaf şəraitdə səs veriblər
17:59, Bu gün
Hoteldən özünüzlə apara biləcəyiniz 6 ƏŞYA
17:51, Bu gün
Uğurlu insanların ortaq cəhətləri nələrdir?
17:43, Bu gün
Dünyanın ən ağ qumlu çimərliklərini harda tapmaq olar? - TOP-20
17:35, Bu gün
Seçkilər şəffaf keçirilir - ŞƏT-in müşahidə missiyasının rəhbəri
17:29, Bu gün
ABŞ klubunun oyunçusu güllələnib
17:18, Bu gün
MEDİA: “Azadlıq Radiosu” parlament seçkiləri ilə bağlı ictimai rəyi manipulyasiya edir
17:09, Bu gün
Qarabağdakı antiterror əməliyyatından real döyüş kadrları ilk dəfə yayımlandı - VİDEO
16:55, Bu gün
Bakıda ŞOK: 17 yaşlı itkin düşdü, telefonundan bu mesaj gəldi – FOTO
16:48, Bu gün
Bu qidalar beyin hüceyrələrini qoruyur
16:39, Bu gün
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI
16:29, Bu gün
Rusiya artıq Kurska hücuma cavab verir - Peskov
16:20, Bu gün
“Şuşa kart” istifadəyə verildi
16:10, Bu gün
Qərbin Azərbaycandakı təxribat şəbəkəsinin seçki prosesini pozmaq cəhdi
16:07, Bu gün
“MeydanTV”-nin 29 saylı seçki məntəqəsi ilə bağlı yaydığı saxta məlumat
16:00, Bu gün
Toyda dava: Tovuzlu toyu yarımçıq qoyub getdi - Video
15:50, Bu gün
Növbədənkənar parlament seçkisi: Saat 15:00-a olan seçici fəallığı açıqlandı 
15:42, Bu gün
Kərə yağı bitki yağı ilə əvəz edilməlidir?
15:38, Bu gün
BDU-nun baş müəllimi vəfat etdi
15:31, Bu gün
Şirin çaydan imtina etsəniz nə baş verər? -  Cəmi iki günə fərqi hiss edəcəksiniz
15:25, Bu gün
“Pozuntularla bağlı MSK-ya məlumat daxil olmayıb” - Rəsmi
15:19, Bu gün
Bakının bu ərazisində kirayə mənzillər 5000 manatdır - Səbəb bu imiş... 
15:11, Bu gün
Türkiyənin Yüksək Seçki Şurasının sədri: Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir
15:04, Bu gün
"Kəpəz"in yeni baş məşqçisi: Ağır yükün altına girdim
14:55, Bu gün
Pomidorla xiyarı birlikdə yeməyin - SƏBƏB
14:49, Bu gün
Yeni ailə quran cütlük bəy və gəlin paltarında səs verdi - FOTO
14:41, Bu gün
3 günlük meyvə pəhrizi orqanizmə necə təsir edir?
14:33, Bu gün
ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ - Ölənlər var
14:29, Bu gün
Dünən yoxa çıxan helikopterin qalıqları tapıldı: sağ qalan yoxdur
14:19, Bu gün
Rus ordusu bu kəndləri ələ keçirdi
14:04, Bu gün
"Donbas kimə və nəyə görə lazımdır?" - Dmitri Medvedev
14:00, Bu gün
Azərbaycanda tarixi seçki: AB və ABŞ istərdi ki… - Markov
13:53, Bu gün
Duz xərçəngin dərmanı ola bilər
13:45, Bu gün
Akif Nağı səs verdi
13:43, Bu gün
Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
13:30, Bu gün
Dağınıq ev hansı ruhi xəstəliklərdən xəbər verir?
13:25, Bu gün
İnsanların dəfn mərasimində etdikləri böyük səhv-  BU HALDA ÖLÜMÜ ÖZÜNÜZLƏ GƏTİRƏ BİLƏRSİNİZ 
13:20, Bu gün
İndiyədək Mətbuat Şurasının “qaynar xətt”inə heç bir müraciət daxil olmayıb
13:12, Bu gün
Rusiya FHN: “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb
13:06, Bu gün
Ukraynanın ən yaxşı qorunan xətti yarıldı: indi nə baş verəcək?
12:55, Bu gün
Divardan niyə xalça asırdıq?- Dekorasiya, səsqoruyucu, istilik...
12:49, Bu gün
İran prezidenti: "Söz verirəm ki, xalqa vəd etdiklərimi unutmayacağam"
12:45, Bu gün
Qüdrət Həsənquliyev səs verib
12:33, Bu gün
Avtomobil atəşə tutuldu - 3 nəfər həlak oldu- VİDEO
12:29, Bu gün
Şirniyyat yemə istəyindən necə XİLAS OLAQ?
12:11, Bu gün
Zahid Oruc: “Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” – VİDEO
11:59, Bu gün
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
11:53, Bu gün
Gündə iki kartof yeməklə ÖMRÜNÜZÜ UZADIN 
11:47, Bu gün
Hər şeyin şəffaf şəkildə aparıldığının şahidi olduq - Beynəlxalq müşahidəçi
11:39, Bu gün
Qadın məhkumların saxlandığı müəssisədə səsvermə keçirilir
11:23, Bu gün
Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir (VİDEO)
11:13, Bu gün
İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib
11:09, Bu gün
Ermənistanda Aİ missiyasına xitam verilməlidir: "Paşinyanın yalanları..." - Hikmət Hacıyev
10:53, Bu gün
Sizi qocaldan VƏRDİŞLƏR -qırışlar, çillər, piqment ləkələri...
10:46, Bu gün
Yumurta ilə heç vaxt yeməməyiniz lazım olan- 4 QİDA
10:36, Bu gün
Baş nazir: Seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir
10:31, Bu gün
Baş nazir Əli Əsədov seçici hüququndan istifadə edib
10:27, Bu gün
Vəfa Nağıdan növbəti qanunsuz ƏMƏL: Seçki qutusuna müdaxilə etdi, vəkili yaraladı – FOTO / VİDEO
10:25, Bu gün
Kəlbəcərdə avtomobil aşıb, ölən var
10:21, Bu gün
“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan..."
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
10:01, Bu gün
Hikmət Hacıyev bu məntəqədə səs verdi - FOTO
09:55, Bu gün
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər
09:49, Bu gün
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəlib
09:42, Bu gün
Modern.az 15 yaşında...
09:35, Bu gün
Satılmır, amma ucuzlaşmır da - Mənzil bazarında nə baş verir?
09:29, Bu gün
Şuşada seçicilər səsvermədə fəal iştirak edirlər
09:25, Bu gün
Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – Açıqlama (Video)
09:20, Bu gün
Zabuxda seçicilər səsvermə hüququndan istifadə edirlər
09:10, Bu gün
Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq
09:02, Bu gün
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər səsvermə hüququndan istifadə edirlər
08:53, Bu gün
Stalin SSRİ-də korrupsiyanı necə aradan qaldırdı?- FAKTLAR 
08:48, Bu gün
Azərbaycanda ƏN YÜKSƏK ödənişli ixtisaslar
08:41, Bu gün
Məzahir Pənahov: Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
08:26, Bu gün
Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb
GÜNLÜK
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
31 Aug 2024 | 22:26
Xoruz davaya səbəb oldu: 3 nəfər bıçaqlandı
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
31 Aug 2024 | 22:43
Nikoldan tarixi etiraf: Göyçə, Zəngəzur, Dərələyəz...
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
26 Aug 2024 | 10:32
Əməkdar artist İLLƏRİN SİRRİNİ AÇDI: “Rəşid Behbudov buna görə tələbələrinə mane olurdu, qadağalar qoymağa çalışırdı”
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
27 Aug 2024 | 12:32
"Faydalarını biləndən sonra hər kəs dinləndirilmiş ət yeyəcək" - Qida mütəxəssisindən maraqlı TÖVSİYƏ
AYLIQ
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
31 Aug 2024 | 22:26
Xoruz davaya səbəb oldu: 3 nəfər bıçaqlandı
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
31 Aug 2024 | 22:43
Nikoldan tarixi etiraf: Göyçə, Zəngəzur, Dərələyəz...
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var