"Bacarıq əsaslı təhsilə keçmək əsas prioritetdir" - Təhsil İnstitutunun direktoru 
Cəmiyyət
Oxunub: 1245
02 Apr 2021 | 12:28
Təhsil İnstitutu “Milli Prioritetlər 2030” ilə bağlı hədəflərini müəyyənləşdirib
 
Məzmun islahatları dərinləşəcək
 
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunur ki, cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi genişləndirilməlidir.
 
Hal-hazırda bacarıq əsaslı və ya biliyin tətbiqinə əsaslanan təhsilə keçmək əsas prioritetdir. Məzmun islahatı ümumi təhsildə bir çox problemlərin həllini inteqrativ və sistemli şəkildə tələb edir. Məzmunun dəyişməsi təkcə dərsliyin dəyişməsi ilə bitmir. Belə ki, məzmun dəyişikliyi həmin dərsi tədris edəcək müəllimin hazırlığının, tədris planının, qiymətləndirmələrin, xüsusilə də qəbul imtahanlarının mahiyyətinin dəyişməsi deməkdir.
 
Məzmunun yenilənməsi ilə bağlı Təhsil İnstitutu Sinqapurun Alston nəşriyyat evi və Marşel Kavendiş İnstitutu ilə birgə fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində bu şirkətlər yuxarı siniflər üçün təbiət fənləri (V sinif təbiət fənni, VI-XI sinif fizika, kimya və biologiya), ibtidai siniflər üçün “Həyat bilgisi” fənninin və bütün siniflər üzrə riyaziyyat fənninin həm təhsil proqramlarının (kurikulumlarının), həm də dərslik komplektlərinin təkmilləşdirilməsi prosesinə cəlb olunmuşdur. Adıçəkilən şirkətlərin ekspertləri yerli mütəxəssislərə kurikulumların və dərsliklərin təhlili və təkmilləşdirilməsi istiqamətində təlimlər keçmişdir. Qeyd edək ki, bu təlimlər yaxın bir neçə ay davam edəcək. Təlimlərdə təkmilləşdirmə prosesinə cəlb olunmuş əsas komanda üzvləri ilə bərabər Təhsil Nazirliyi, Təhsil İnstitutu və Dövlət İmtahan Mərkəzinin (DİM) ekspert və əməkdaşları iştirak edirlər. Qeyd edək ki, V sinif üçün təbiət fənninin dərslik komplektinin yay aylarında hazır olması planlaşdırılır. 2021-ci ilin sonuna qədər isə I-V siniflər üzrə “Həyat bilgisi”, VI-XI siniflər üzrə fizika, kimya və biologiya və I-XI siniflər üzrə riyaziyyat fənlərinin təhsil proqramlarının hazırlanması nəzərdə tutulur.
 
Əlavə olaraq, Təhsil İnstitutu tərəfindən həyata keçirilən uğurlu layihələrin tədricən ümumi təhsil sisteminə yeni məzmun kimi inteqrasiya olunması, onların davamlılığının və əlçatanlığının təmin edilməsi qarşıya qoyulmuş vacib məqsədlərdəndir. Təhsil İnstitutu müxtəlif siniflər üzrə tədris planlarına STEAM dərslərinin ayrıca bir dərs olaraq salınması və ya digər mövcud məzmuna inteqrasiya olunması kimi suallar üzərində də araşdırmalar aparır.
 
Eyni zamanda, yeni məzmuna uyğun olaraq müəllimlərin işə qəbul imtahanlarında cavablandırdığı suallar və müəllimə olan tələblər də nəzərdən keçirilməlidir. Bildiyiniz kimi, Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən mütəmadi ixtisasartırma təlimləri təşkil edilir. Yaxın gələcəkdə yeni məzmuna uyğun və müəllimlərin müxtəlif ehtiyaclarını hədəfləyən fərqli təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, artıq Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) də fəaliyyətə başlamışdır. Bu mərkəzin yaradılmasında əsas məqsəd yerlərdə metodik kabinetlərin işinin yenidən qurulması, müəllimlərə məzmun, qiymətləndirmə, tədrisin təşkili, istedadlı uşaqların müəyyən olunması və digər mövzularda dəstək göstərilməsidir.  Bu il MDM tərəfindən 300 metodistin hazırlanması nəzərdə tutulur.
 
Yeni məzmuna uyğun buraxılış və ali məktəblərə qəbul imtahanlarının da mahiyyəti dəyişməli, suallar müxtəlif bacarıqların ölçülməsinə xidmət etməlidir. Bu istiqamətdə artıq DİM ilə birgə müəyyən işlər görülməyə başlanılmış, müştərək layihə üzərində müzakirələr aparılmış və tədricən birgə fəaliyyət planının tərtib edilməsi hədəf olaraq qoyulmuşdur.
 
Beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yaxşı nəticələrə nail olmalıyıq
 
Milli Prioritetlərə dair sənəddə ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq əsas vəzifələrdən biridir.
 
Adıçəkilən beynəlxalq qiymətləndirmələr tədqiqat xarakteri daşıyır və ölkələrə təhsil siyasətini formalaşdırmağa kömək edir. Təhsil İnstitutu ölkəmizdə beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsində və nəticələrin tədqiq olunmasında əsas rol oynayır. İnstitutun bu fəaliyyət sahəsi ilə məşğul olan ayrıca şöbəsi də mövcuddur. Qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, TIMSS) son illərdə irəliləyiş müşahidə olunmaqdadır. Ən yüksək yaxşılaşma isə TIMSS (riyaziyyat üzrə 463 (2011) - 515 (2019)) beynəlxalq qiymətləndirməsində müşahidə olunmuşdur.
 
Məhz bu cür tədqiqatlar nəticəsində hansı istiqamətdə inkişafetdirici addımların atılması ilə bağlı fikir formalaşır. 2016-cı ildən bəri bu qiymətləndirmə tədqiqatlarının tələblərinə uyğun müxtəlif layihələr: “STEAM Azərbaycan”, “İcma əsaslı məktəbəqədər təhsil”, “Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” həyata keçirilir, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunur. Əldə olunmuş müvəffəqiyyətlərlə yanaşı görüləcək işlər də hələ çoxdur. Belə ki, beynəlxalq qiymətləndirmələrdə şagirdlərimiz riyaziyyatdan nisbətən yaxşı nəticə göstərsələr də, təbiət fənləri üzrə nəticələrin qənaətbəxş olmadığını görürük. Təhsil İnstitutu tərəfindən hazırda təbiət fənlərinin məzmununun təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə nəticələrin yaxşılaşmasına zəmin yaradacaq. Məzmunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən biri və beynəlxalq qiymətləndirmə tədqiqatlarında ən yüksək nəticələr göstərən Sinqapurla  əməkdaşlıq edilir. Vurğulayaq ki, beynəlxalq qiymətləndirmələr bilik yarışı deyil, təhsil sistemimizin cari vəziyyətini qiymətləndirmək, boşluqları tapıb aradan qaldırmaq üçün müvafiq addımlar atılmasına imkan yaradan tədqiqatlardır.
 
Beynəlxalq qiymətləndirmələrin nəticələri mütəmadi tədqiq olunur və digər ölkələrin nəticələrinin yaxşılaşdırmasına yönəlmiş addımlar öyrənilir. Nəticələrə hansı sosial-iqtisadi faktorların, xüsusilə maliyyələşmənin həcmi və makro səviyyədə sistemin təsirləri araşdırılır. Dərin tədqiqatlar bizə atılan addımların effektiv və müvəffəqiyyətli olmasına imkan verəcək.
 
Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilməlidir
 
Milli Prioritetlərə dair sənəddə erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməsi vəzifəsi xüsusilə qeyd edilmişdir.
 
Məktəbəqədər təhsilin şagirdin gələcək uğurlarında əhəmiyyətli rolu olduğu şübhəsizdir. Bunu həm mütəxəssislər, həm də müxtəlif empirik araşdırmalar və beynəlxalq qiymətləndirmələr üzrə ölkələrin müqayisəli analizi göstərir. Son illərdə məktəbəqədər təhsillə bağlı böyük müvəffəqiyyətlər əldə olunmuşdur və burada Təhsil İnstitutunun rolu mühümdür. Belə ki, Təhsil İnstitutu nəzdində keçirilən pilot layihələr tədricən təhsil sistemimizə daxil olmaqdadır. Müqayisə üçün qeyd edək ki, 2015-2016-cı illərdə məktəbəhazırlıq (5 yaş) qruplarına cəmi 24% uşaq cəlb olunurdusa, hazırda bu rəqəm təxminən 85% təşkil edir. Azərbaycan məktəbəhazırlığa cəlb olunmada artım sürətinə görə artıq UNICEF tərəfindən nümunə ölkə kimi göstərilir.  Hazırda Təhsil İnstitutu nəzdində 3 ildir ki, UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən 3-4 yaşlı uşaqlar üçün “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi davam edir. Yeni model, ənənəvi bağça modelinə nisbətən iqtisadi səmərəlilik və əlçatanlıq baxımından böyük potensiala malikdir. Xüsusilə regionlarda olmaqla hazırda 500 qrupda 10.000-dək uşaq bu layihə çərçivəsində məktəbəqədər təhsilə cəlb olunmuşdur. Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi cari ildə də davam etdiriləcək və paralel olaraq, pilot layihənin optimal variant kimi təhsil sisteminə inteqrasiya olunması üçün maliyyələşmə modelləri üzərində təkliflər hazırlanacaqdır.
 
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində geniş maarifləndirmə işləri də aparılır. Valideynlərin uşağın erkən təhsilinin vacibliyinə dair məlumatlandırılmasını təmin edən “İlk 5 il” platforması hazırlanmışdır. Əlavə olaraq, müxtəlif əyləncəli və öyrədici verilişlər hazırlanmış və valideynlər, müəllimlər üçün erkən uşaq inkişafı ilə bağlı maarifləndirici vebinarlar keçirilmişdir. Cəmiyyətdə erkən təhsilin əhəmiyyəti haqqında fikir, münasibət və düşüncə tərzini dəyişmək erkən təhsilin özü qədər vacibdir.
 
Rəqəmsal texnologiyalar və yeni bacarıqlar təmin olunmalıdır
 
Milli Prioritetlər, eləcə də gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsini, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsini vəzifə kimi müəyyən edir.
 
2019-2020-ci tədris ilindən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan “STEAM Azərbaycan” layihəsinin əsas məqsədi şagirdlərimizdə XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq etmə, effektiv ünsiyyət, proqramlaşdırma və texnologiya savadlılığı, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir. Hazırda “STEAM Azərbaycan” layihəsi ölkə üzrə mərkəzlə yanaşı, Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionda 147 ümumtəhsil məktəbindən 25000-dən çox şagird və 800 müəllimi əhatə edir. COVID-19 pandemiyasının davam etməsinə baxmayaraq, layihə uğurla həyata keçirilir.
 
Belə ki, əgər VI siniflər üzrə məzmuna keçən tədris ilindən “STEAM ilə tanışlıq”, rəqəmsal incəsənət - “Tinkerkad və 3D çap”, müxtəlif mühəndislik modulları (Mexanika, Ekologiya, Elektrik mühəndisliyi), birplatalı mini kömpüterlərdə (Micro:bit) kodlaşdırma kimi modullar daxil idisə, bu ildən həmin məzmuna 3D qələmlə işləmə bacarıqları və müxtəlif kiçik layihələrin yerinə yetirilməsi kimi yeni məzmun əlavə edilmişdir.
 
Pandemiya dövründə Təhsil İnstitutunun  üzərinə böyük məsuliyyət və yerinə yetirilməsi zəruri olan işlər düşür. Pandemiya rəqəmsal təhsilə keçidi sürətləndirir və bütün təhsil iştirakçılarının fəaliyyətində müəyyən dəyişiklikləri şərtləndirir. Bu istiqamətdə təhsilverənləri dəstəkləmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutu UNICEF ilə birgə “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” adlı layihə həyata keçirmişdir. Layihə çərçivəsində ilkin olaraq şagirdlərin öyrənmə qabiliyyətini və müəllimə dəstəyi artırmaq, effektiv məktəb fəaliyyətini təmin etmək, distant mühitdə lazımi tədris və qiymətləndirmə strategiyalarının tətbiqi üçün təlimatlar, distant dərsin qiymətləndirilməsi üçün meyarlar və s. hazırlanmışdır. Eyni zamanda, müəllim, məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanlarının nümayəndələrinə distant təhsilin təşkili, e-təhsil resursları və alətləri, distant təhsilin monitorinqi və s. mövzularda təlimlər və vebinarlar keçirilmişdir. Həmçinin, COVID-19 pandemiyası dövründə və sonrasında istər məktəb, istərsə də evdə tədrisin effektiv təşkilinə dair müxtəlif resurslar - video təlimatlar, şagirdlərə ilkin psixososial dəstək göstərilməsi ilə bağlı müəllim və valideynlər üçün tövsiyələr hazırlanmışdır.
 
Düşünürük ki, yaxın gələcəkdə pandemiya bitsə də dünyada rəqəmsal təhsilə keçid sürətlə davam edəcək. Bu baxımdan, Təhsil İnstitutu rəqəmsal təhsilə dair strateji prioritetlərin müəyyən olunmasında da yaxından iştirak edir. Mövzu üzrə kiçik araşdırma aparılmış və müxtəlif ölkələrin təcrübəsinə baxılmışdır. Rəqəmsal təhsilin inkişafı üçün müvafiq hüquqi-normativ baza genişləndirilməlidir. Belə ki, təhsil müəssisələrinin rəqəmsal idarəolunmasının təmin edilməsi və mərkəzləşdirilmiş sistemlərin istifadəyə verilməsi vacibdir. Rəqəmsal təhsil ekosisteminin qurulması, təhsil müəssisələrinin ehtiyaclarının müəyyənləşdirilməsi və təhsil işçilərinin bacarıqlarının təkmilləşdirilməsi təmin olunmalıdır. Təhsilalanların rəqəmsal bacarıqlarının gücləndirilməsi, təhsil proqramlarının adaptasiya olunması, məlumatların mütəmadi yığılması və görülən tədbirlərin təsirinin ölçülməsinin prioritetlər sırasında olacağına inanırıq.
 
Peşə və “Ömürboyu” təhsildə əməkdaşlıq
 
Milli Prioritetlər peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanmasını da vurğulayır. Eləcə də, bacarıqların harmoniyada inkişafına əsaslanan “Ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir.
 
Bildiyiniz kimi, son illərdə ölkədə peşə təhsilinin yenidən təşkili ilə bağlı geniş fəaliyyət göstərilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bu işləri sürətlə və uğurla icra etməkdədir. Təhsil İnstitutu PTDA ilə səriştə əsaslı, Azərbaycanın milli kvalifikasiyalar çərçivəsinin  tələblərinə  uyğun  məzmun tərtibatı istiqamətində əməkdaşlıq edir.
 
Hazırda Avropa Təlim Fondu ilə yeni layihə üzərində işlər gedir. Layihədə milli kvalifikasiya çərçivəsinə uyğun olaraq, “Ömürboyu təhsil”ə dair hüquqi-normativ bazanın təkmilləşdirilməsi, kvalifikasiya və təlim proqramlarının tərtib olunması, kvalifikasiyaların qeydiyyatı və monitorinq sisteminin qurulması, özü öyrənmə səriştələrinin təsdiqi və “Ömürboyu təhsilə” uyğunluğunun təmin edilməsi, milli kvalifikasiyaların sertifikatlaşdırılması və peşə yönümü xidmətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər nəzərdə tutulur.
 
Bundan əlavə, təhsil pillələri arasında varisliyin təmin olunması, kvalifikasiyaların qismən tanınması və pillələrarası əlaqələrin genişləndirilməsi əsas gələcək prioritetlərdəndir. Təhsil İnstitutunun “Ömürboyu təhsil” islahatları ilə məşğul olan ayrıca şöbəsi mövcuddur və aktiv şəkildə proseslərdə iştirak edir.
 
Ali təhsildə rəqabətliliyin təmin olunması
 
Milli Prioritetlər güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin keyfiyyət baxımından beynəlxalq səviyyədə rəqabətədavamlığının təmin olunmasının zəruriliyini qeyd edir.
 
Təhsil İnstitutu ali təhsil müəssisələri (ATM) ilə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Hesab edirik ki, ATM-lər ilə məzmun, pedaqoji kadrların hazırlanması və tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq edə bilərik.
 
2021-2022-ci tədris ilindən etibarən 7 universitetdə SABAH magistratura proqramları tədris olunmağa başlayacaq. Bu proqramların hamısı yeni kurikulum, tədris planı və müəllim hazırlığını tələb edən yeni peşələrlə əlaqəlidir. Bundan əlavə, SABAH magistratura tələbələri üçün əlavə təlimlər, tədqiqatlar, multidisiplinar innovativ layihələr həyata keçirmək və iş dünyası ilə əlaqə qurmaq üçün Təhsil İnstitutu nəzdində Tədris-Təlim Mərkəzi (TTM) yaradılır. Tələbələr mərkəzdə sistem düşüncəsi (systempreneurship), dizayn təfəkkürü, süni intellekt, tədqiqatçı menecer və daha fərqli təlimlərə qatılmaq imkanı əldə edəcəklər. Müxtəlif ixtisas və universitetlərdən cəlb olunan tələbələr birgə yeni məhsul və xidmətlərin dizaynı üzərində işləyəcək, prototiplər hazırlayacaq, sınaqdan keçirəcək, təkmilləşdirəcək və təqdim edəcəklər. Eyni zamanda, SABAH magistratura tələbələri digər ölkələrdə  olan universitet innovasiya mərkəzləri ilə əlaqə qurmaq, mərkəzlərin “Mentorship” proqramlarında iştirak etmək imkanı qazanacaqlar. Təhsil İnstitutunun tədqiqatçıları tələbələrə diplom işləri üçün empirik tədqiqat aparmaq və həmin tədqiqatları beynəlxalq jurnallarda çap etmək üçün əlavə təlimlər keçəcəklər. Düşünürük ki, bu layihə ATM-lərlə əlaqələrin qurulmasında vacib rol oynayacaq.
 
Bundan əlavə, ən vacib istiqamət kimi ölkədə tədqiqat potensialının artırılması üçün ATM-lərin cəlb olunması qeyd edilməlidir. Nəzərinizə çatdıraq ki, Təhsil İnstitutu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihəni yenicə bitirmişdir. Layihə ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması kimi komponentlərdən ibarət olmuşdur. Ümumilikdə 167 iştirakçının qatıldığı təlim proqramına “Milli innovasiya iqtisadiyyatı və milli innovasiya sisteminə giriş”, “Maliyyələşdirmə sxeminin idarə edilməsi üzrə işçilərin təlimi”, “Tİİ çərçivəsində potensialın artırılması”, “Beynəlxalq maliyyələşdirmə təlimini dəstəkləmək üçün Tİİ bölməsinin potensialının inkişafı”, “Horizon 2020 təlimləri”, “COST fəaliyyəti ilə bağlı təlim”, “Açıq Elm Seminarları”, “Müasir doktorantura təhsili üçün “təlimçilərin təlimi”” kimi mövzular daxil edilmişdir. Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalar üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə üç dəstək mexanizmi hazırlanmışdır. Həmçinin, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətlərinin genişləndirilməsi məqsədilə akademik heyət üçün həvəsləndirici mexanizmlər, ali təhsil müəssisələri ilə sənaye və hökumət arasında əməkdaşlıq modeli də daxil olmaqla “Açıq İnnovasiya” konsepsiyası təqdim olunmuşdur. Bundan əlavə, tədqiqatçıların potensialının artırılması məqsədilə müasir doktorantura təhsil proqramı üçün təlim yönümlü yeni proqramı özündə əks etdirən strateji çərçivə, tədqiqat, ixtira və innovasiya bacarıqlarının inkişaf etdirilməsi və tətbiqi məqsədilə təlimçilər üçün təlim proqramı təşkil edilmişdir. 330 nəfərin qeydiyyatdan keçdiyi e-kurslara tədqiqatın metodologiyası, təcrübələr və layihələr, məlumatların toplanması, təhlili və idarə edilməsi, elmi işlərin yazılması və nəşri, əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma, sahibkarlıq təhsili və startaplar aiddir. Qeyd edək ki, e-kurslar yaxın zamanda yenidən istifadəyə veriləcək və ümumiyyətlə, layihədən irəli gələn davamlı müsbət irəliləyişlər istiqamətində işlər aparılacaqdır.
 
Milli Prioritetlərə əsasən ATM-lərin beynəlxalq rəqabətliliyini təmin edə biləcək əsas meyarlardan biri də tədqiqat mühitinin yaradılmasıdır. Konseptual deyil, tətbiqi tədqiqatların aparılması və data əsaslı tədqiqatlara keçidin təmin olunmasında mühüm işlər görülməlidir. Tədqiqat işlərinin aparılması həm də ATM-lər üçün ən böyük problem olan elmi-pedaqoji kadrların hazırlanması məsələsinin həllində də dəstək ola bilər. Tədqiqatların maliyyələşdirilməsi strukturunun dəyişməsi və özəl sektoru maraqlandırmaq mexanizmlərinin də işlənib hazırlanması vacib məqamlardandır.
 
Təhsil İnstitutunun tədqiqat potensialını gücləndirmək üçün xarici təcrübənin öyrənilməsini, institutun doktorantura təhsilinin yenilənməsini vacib hesab edirik. Bu işdə xarici universitetlərdə tədqiqat işləri ilə məşğul olan həmvətənlərimizin dəstəyindən faydalanmağı və müxtəlif universitetlərin təcrübəsini öyrənməyi planlaşdırırıq. Qlobal dünyada tədqiqat ilə innovasiyaya birgə baxılır. Tədqiqat ekosistemi və güclü akademik mühiti olmayan ölkələrin innovativ həllərdə müvəffəqiyyət əldə etməsi çox çətindir. Bu səbəbdən, özəl sektorda innovativ məzmunları olan şirkətlərlə də əməkdaşlıq edəcək, mövcud uzunmüddətli və qısamüddətli kursları təhsil sisteminə daşımağa çalışacağıq.
 
Rüfət ƏZİZOV,
 
Təhsil İnstitutunun direktoru
Oxşar xəbərlər
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 23:04
İlkin ulduzlardan ibarət Qalaktik disk tapıldı - Rəsədxana
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 22:48
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 22:40
“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO
02 Aug 2024 | 22:24
Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında "Qarabağ" böyükhesablı qələbəyə sevinib
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:08
Binəqədidə əməliyyat: odlu silah götürüldü
02 Aug 2024 | 22:00
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:20
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
02 Aug 2024 | 21:12
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
02 Aug 2024 | 21:04
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
02 Aug 2024 | 20:56
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
02 Aug 2024 | 20:48
Yuxuda telefon görmək nə deməkdir?
02 Aug 2024 | 20:40
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
02 Aug 2024 | 20:32
"Kadırov Putinə qarşı çıxıb?.."
02 Aug 2024 | 20:26
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
02 Aug 2024 | 20:21
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
02 Aug 2024 | 20:18
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
02 Aug 2024 | 20:17
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
02 Aug 2024 | 20:15
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
02 Aug 2024 | 20:11
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
02 Aug 2024 | 20:03
Bu restoranda nöqsanlar aşkarlandı
02 Aug 2024 | 19:56
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
02 Aug 2024 | 19:49
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
02 Aug 2024 | 19:42
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
02 Aug 2024 | 19:36
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
02 Aug 2024 | 19:30
İdman etmədən arıqlamağın FƏSADLARI
02 Aug 2024 | 19:24
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
02 Aug 2024 | 19:18
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
02 Aug 2024 | 19:12
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
02 Aug 2024 | 19:06
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
02 Aug 2024 | 19:00
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
02 Aug 2024 | 18:54
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
02 Aug 2024 | 18:49
"Ağ ölüm”lə mübarizə - FOTO
02 Aug 2024 | 18:48
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
02 Aug 2024 | 18:42
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
02 Aug 2024 | 18:36
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
02 Aug 2024 | 18:24
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
02 Aug 2024 | 18:18
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
02 Aug 2024 | 18:14
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
02 Aug 2024 | 18:14
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
02 Aug 2024 | 18:10
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
02 Aug 2024 | 18:05
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 Aug 2024 | 18:00
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
02 Aug 2024 | 17:58
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
02 Aug 2024 | 17:54
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
02 Aug 2024 | 17:50
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
02 Aug 2024 | 17:49
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
02 Aug 2024 | 17:45
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
02 Aug 2024 | 17:41
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 17:32
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Aug 2024 | 17:26
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
02 Aug 2024 | 17:19
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
02 Aug 2024 | 17:13
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
02 Aug 2024 | 17:07
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
02 Aug 2024 | 17:02
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
02 Aug 2024 | 16:57
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
02 Aug 2024 | 16:57
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
02 Aug 2024 | 16:50
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
02 Aug 2024 | 16:44
Şamxal Həsənov vəzifəsindən azad olundu
02 Aug 2024 | 16:38
İrana vurulan şillə - VİDEO
02 Aug 2024 | 16:32
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
02 Aug 2024 | 16:25
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
02 Aug 2024 | 16:18
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
02 Aug 2024 | 16:12
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
02 Aug 2024 | 16:05
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
02 Aug 2024 | 16:00
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
02 Aug 2024 | 15:54
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
02 Aug 2024 | 15:48
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
02 Aug 2024 | 15:46
ATMU ali təhsil müəssisələrinin sərgisində
02 Aug 2024 | 15:45
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
02 Aug 2024 | 15:42
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
02 Aug 2024 | 15:37
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
02 Aug 2024 | 15:37
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
02 Aug 2024 | 15:32
İsmayıl Haniyə DƏFN OLUNUR
02 Aug 2024 | 15:27
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
02 Aug 2024 | 15:20
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
02 Aug 2024 | 15:13
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
02 Aug 2024 | 15:07
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
02 Aug 2024 | 15:01
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
02 Aug 2024 | 14:58
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
02 Aug 2024 | 14:53
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
02 Aug 2024 | 14:46
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 14:30
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
02 Aug 2024 | 14:23
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
02 Aug 2024 | 14:16
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
02 Aug 2024 | 14:09
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
02 Aug 2024 | 14:03
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
02 Aug 2024 | 13:57
Masazırda qanunsuz tikili söküldü - VİDEO
02 Aug 2024 | 13:50
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
GÜNLÜK
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 00:59
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 00:59
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO