“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək” - Amerikalı həkim
Oxunub: 1102
23 Jan 2021 | 11:19
“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək” -  Amerikalı həkim
ABŞ COVID-19-a qarşı vaksinasiya prosesini həyata keçirən ilk ölkələrdən biridir. Belə ki, uzun müddət pandemiyanın episentri sayılan və 40 minə yaxın insanın öldüyü Nyu-York ştatı da başda olmaqla, ABŞ-ın 50 ştatında kütləvi peyvəndləmə həyata keçirilir. Yeri gəlmişkən, ABŞ-ın hər bir ştatında ilk növbədə kimin vaksinasiya olunacağı barədə qərarı qubernatorlar verirlər. Bu proses xəstəxanalarda yaradılan xüsusi tibbi heyət vasitəsilə idarə olunur. Hazırda Nyu-York ştatında kütləvi peyvəndləmənin ikinci mərhələsi başlayıb.

Nyu-York ştatının tanınmış tibb mərkəzlərindən biri olan “The Mount Sinai Hospital” və Albert Eynşteyn Universitetinin xəstəxanasının həkimi Abdo Balıkçıoğlu “Report”a pandemiya və vaksinasiya prosesinin gedişatı ilə bağlı müsahibə verib.

- Uzun müddətdir ki, pandemiyanın episentri olan Nyu-York ştatında koronavirus xəstələri üçün ayrılmış iki böyük xəstəxanada işləyirsiniz. İndiyədək apardığınız müşahidələrinizdən yola çıxaraq nə deyə bilərsiniz?

- Mən işlədiyim xəstəxana 2020-ci ilin mart ayından etibarən koronavirusa yoluxmuş xəstələri qəbul etməyə başladı. Martın 9-da Nyu-Yorkda virusa yoluxmuş ilk xəstəni qəbul etdim. Bundan sonra qısa müddətdə tibb ocağı pasiyentlərlə doldu. Mənim nəzarətimdə 59 koronavirus xəstəsi vardı və xəstəxanaya hər gün təxminən 5 pasiyent gəlirdi. Eyni zamanda hər gün ən azı 5 nəfəri koronavirusdan itirirdik. Mən 40 ildir həkim işləyirəm və təəssüf ki, bir ay ərzində müalicə etdiyim xəstələrdən ölənlərin sayı bütün fəaliyyətim dövründəki pasiyent itkisindən çox oldu.

Mayın ortalarına doğru koronavirusa yoluxanların sayında azalma müşahidə olunmağa başladı. 2020-ci ilin sentyabrından isə yenidən yoluxma artdı. Hazırda xəstəxanamızın üçdə biri koronavirus xəstəsidir. Yoluxma yüksək səviyyədə olsa da, ancaq ölüm sayı bir qədər azaldı. Çünki yeni müalicə metodları tətbiq etməyə başladıq və “Kortizon” (Cortisone) preparatının sayəsində ölümlərin qarşısını bir qədər aldıq.

Hazırda Nyu-Yorkda insanlar tibbi maskadan istifadə etməklə sosial məsafəni qoruyaraq gəzir. Təmizlik çox vacibdir, ancaq vaksin ondan da vacibdir.

- Koronavirusun yayılma sürətini və təsir gücünü hansı faktorlarla əlaqələndirirsiniz?

- COVID-19-a yoluxan insanların orqanizmindəki gedişat onların genetik faktorlarına görə dəyişir. Burun və boğazda CCR5 adlandırdığımız reseptor var. Həmin reseptorları yüksək olan insanlar xəstəliyə daha tez yoluxurlar. Çünki CCR5 reseptorları virusu maqnit kimi özünə çəkir. Virus orqanizmə daxil olduqdan sonra bədənin ona qarşı reaksiyası başlayır. Belə ki, xəstələrin orqanizmində anticism ifraz edilir. Bundan sonra bədəndə, immun sistemində antigenlə anticism arasında mübarizə vəziyyəti ağırlaşdırır və virus kənarda qalır. Koronavirusda bədənin virusa qarşı verdiyi reaksiya ağırlaşma yaradır. Hətta gənclər belə heç bir xəstəlikləri olmadığı halda ciddi ağırlaşmalarla dünyalarını dəyişirlər. Bəzən isə 70-80 yaşlı və bir çox xəstəlikləri olan pasiyentlər tamamilə sağalıb, evlərinə dönürlər. Təbii ki, diabet, təzyiq, böyrək və ürək xəstəlikləri olan insanlara koronavirus daha çox təsir göstərir. Ona görə də koronavirusun insanlara təsirinin birbaşa genetik faktorlarla əlaqəli olduğunu əminliklə deyə bilərəm.

- Hazırda Nyu-Yorkda vaksinasiya ilə bağlı vəziyyət nə yerdədir?

- Artıq bir aydır Nyu-Yorkda könüllülük prinsipi əsasında vaksinasiya aparılır. Mən peyvəndin ikinci dozasını da vurdurmuşam. Hələlik heç bir əks-təsirini hiss etməmişəm. Peyvəndin hansı ölkənin və şirkətin istehsalı olmasından asılı olmayaraq, hər kəs vaksinasiyada könüllü iştirak etməlidir. Artıq ABŞ-da 6 milyondan çox insan peyvəndlənib və sadəcə 20 nəfərdə allergik reaksiya yaranıb. Mənim işlədiyim xəstəxanada 2 nəfərdə vaksinə qarşı əks-təsir müşahidə etdik və bunun hansı səbəbdən qaynaqlandığını araşdırırıq.

ABŞ-da vaksinasiyada “Pfizer” və “BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə olunur. Nyu-Yorkda vaksinasiya mərhələli şəkildə aparılır. Belə ki, vaksin əvvəlcə intensiv terapiya, daha sonra isə təcili yardım şöbələrinin işçilərinə vuruldu. Bundan sonra polislər və müəllimlər, daha sonra 75 yaşdan yuxarı vətəndaşlar peyvənd olundu. İndi də 65 yaşdan yuxarı şəxslərə vaksin vurulur. Xəstələrdən vaskinasiyadan əvvəl hansısa qidaya və dərmana allergiyalarının olub-olmaması soruşulur. Çünki allergiyası olan insanlar risk qrupuna daxildir və həmin şəxslərdə anafilaktik şok yarana bilər. Hələlik bu səbəbdən ölən xəstəmiz yoxdur, sadəcə bir tibb işçimiz anafilaktik şok keçirdi və onu reanimasiya şöbəsinə yerləşdirdik. Onun vəziyyəti üç gün içində yaxşılaşdı və evinə göndərdik. Peyvənddən sonra inyeksiya nahiyədə bir qədər qızartı olur, əzələ və sümük ağırları müşahidə olunur. Peyvənd ilk dozası vurulandan on gün sonra orqanizmdə koronavirusla mübarizəyə başlayır, ikinci dozadan sonra vaksin 95% effektivlik göstərir. Hətta bədəndə 5%-lik müqavimət formalaşsa belə, koronavirus daşıyıcısı xəstəliyi daha yüngül keçirir. Koronavirusa yoluxmuş xəstələrə on gündən sonra vaksin vura bilirik. Plazmafarez olunmuş pasiyentlər isə peyvənd olunması üçün ən azı üç ay gözləməsi lazımdır. Belə ki, plazmafarezdə anticismlər ifraz olunur, o da vaksini təsirsiz hala gətirir. Əminliklə deyə bilərəm ki, biz sadəcə vaksinlərdən istifadə edərək virusa qalib gələ bilərik. Ona görə də hər kəsə vaksinasiyada iştirak etməyi məsləhət görürəm.

- Bu gün insanlarda skeptik yanaşma görürük, hətta əksəriyyət vaksinasiyadan yayınmağa çalışır. Bununla bağlı nə deyə bilərsiniz?

- Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək. Əhali 70-75 faiz vaksinasiya olunarsa, immunitet formalaşa bilər və virus tədricən zəifləyərək sıradan çıxar. Ancaq ABŞ-da əhalinin bir qismi peyvənd olunmaqdan imtina edir. Təxminən 50-60 faiz insanın vaskinasiya olunacağını düşünürük. İnanıram ki, Azərbaycanda və Türkiyədə insanlar bu mövzuya daha həssas yanaşaraq vaksinasiyanı qəbul edəcəklər. Eyni zamanda koronavirusa qarşı preparatların hazırlanması üçün işlər aparılır. Hazırda 300-dən artıq dərman sınaqdan keçirilir və onların içərisində heç şübhəsiz effektiv olanları müəyyənləşdiriləcək. Bu da bir qədər zaman ala bilər. Yaxın günlərdə üzərində işlədiyimiz bir dərmanı istifadəyə təqdim edəcəyik. Dərmanların hazırlanması və vaksinasiya eyni zamanda aparılarsa, nəticənin daha ürəkaçan olacağını düşünürük. Tarixdə mövcud olmuş digər pandemiyalar kimi, koronavirus da uzun müddət davam edə bilməyəcək, təbii ki, bir müddət sonra yox olub gedəcək.

- Hazırda üzərində işlədiyiniz dərman haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Koronavirusa qarşı istifadə olunacaq bu dərman böyük ümidlərimiz var. Bu araşdırmalar Albert Eynşteyn Universitetinin xəstəxanasında aparılır. “Leronlimab” adlanan dərman əvvəllər QİÇS-in müalicəsində istifadə olunurdu. Həmin dərmanı ilk etapta 11 xəstə üzərində sınaqdan keçirdik. Onlardan 6 nəfərdə böyrək çatışmazlığı vardı, bir nəfərə isə qaraciyər nəql olunmuşdu və hamısı da xərçəng xəstələri idi. 11 pasiyentdən 9 nəfəri süni tənəffüs aparatına qoşulu vəziyyətdə yaşayırdı. Bu xəstələrdən 6-sı tamamilə sağaldı. Bu da bizim üçün böyük uğur idi. İkinci mərhələdə ABŞ Səhiyyə Nazirliyinin icazəsi ilə 60-70 xəstə üzərində sınaqdan keçirdik. Son mərhələdə isə dərman Harvard, Boston, Kaliforniya xəstəxanaları da daxil olmaqla, 10-dan çox tibb ocağında koronavirusa yoluxmuş 390 xəstə üzərində sınaqdan keçirildi və hazırda nəticəni gözləyirik. Əgər hər şey istədiyimiz kimi olarsa, koronavirusla mübarizədə çox əhəmiyyətli bir addım atmış olacağıq.
Oxşar xəbərlər
23:37, Bu gün
Moskva Tehrana çağırış etdi
23:35, Bu gün
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
23:31, Bu gün
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
23:28, Bu gün
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
23:24, Bu gün
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
23:13, Bu gün
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
23:09, Bu gün
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
22:50, Bu gün
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
22:43, Bu gün
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
GÜNLÜK
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO