"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
Cəmiyyət
Oxunub: 1883
12 Aug 2020 | 10:12
Son həftələrdə koronovirus statistikasında müsbət tendensiya müşahidə olunur. Eyni zamanda Rusiyada vaksinin qeydiyyatdan keçməsi insanlarda virusa qalib gəlmək üçün ümidi ikiqat artırır.

Bu və digər məqamlarla bağlı həkim-professor Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, hazırda yoluxma statistikasında rəqəmlər azalmağa doğru gedir. Necə düşünürsünüz, virusla vidalaşırıq, yoxsaq təhlükə hələ qabaqdadır?

- İnşallah vidalaşacağıq, çox uzun dövr qalmayıb. Hər halda rəsmi rəqəmlərdə bu tendensiyanın olması ürəkaçan haldır. Payızda ikinci dalğanın olması ehtimalı qalır, bütün dünya buna hazırlaşır. O baxımdan da Azərbaycanda müəyyən çarpayı resurslarının olması vacibdir. Digər tərəfdən də evdə müalicə alan xeyli ambulator xəstə var. Onlar qeydiyyata düşmür və rəsmi rəqəmlər situasiyanı tam əks etdirmir.

Bununla yanaşı, karantin davranışları əsas məsələlərdən biridir. İndi bəzi sahələrin fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Qapalı sahələrdə, marketlərdə, mağazalarda insanların karantin qaydalarına ciddi əməl etməsi mühüm şərtdir. Məsələn, marketdə səliqə ilə bütün qaydalara riayət edənlərlə yanaşı, maska çənədə marketin içində gəzənlər də var, onlara söz deyən də yoxdur, özləri də məsuliyyət hiss etmir. Bu səbəblə insanları içəri buraxdıqları zaman ciddi nəzarət etməlidirlər. Kim ki, buna əməl etmirsə, xəbərdar edilməli, lazım olduqda cəzalandırılmalıdır. Çünki karantin davranışlarına əməl etməsək, yenidən sərt karantin rejimi ilə üz-üzə qala bilərik.

- İkinci dalğadan söz açdınız. Sizcə, ikinci dalğa iyun ayında yaşadığımız situasiyadan daha gərgin olacaq?

- Düşünmürəm. Çünki virus mutasiyaya uğrayaraq gedir və mutasiya prosesində xeyli zəifləyir. Koronavirusun əvvəlki illərdəki növləri də zaman keçdikcə zəifləyib yoxa çıxırdı. COVID-19-un suporadik xarakter alaraq 8-9 ay sonra yoxa çıxacağı proqnozlaşdırılır.

- Karantin rejimi mərhələli şəkildə yumşaldılır ki, yoluxma sayında artım müşahidə etməyək. Sizcə, qarşıdakı dövrdə hansı yumşaldılma tədbirləri tətbiq olunmalıdır?

- Hesab edirəm ki, qaydaların belə mərhələli yumşaldılması may ayında baş verənlərdən sonra ehtiyatlılıq xarakteri daşıyır. Amma sırf karantin təlimatları olsaydı... Məsələn, insanlar marketin tutumuna uyğun sayla buraxıla bilər., oradan çıxdıqca yeni müştəri daxil olsun. Market girişində dayanan şəxslər buna nəzarət etməlidirlər. Girişdə əllərin dezinfeksiya olunması, insanın maskada gəzməsi, sosial məsafə gözləməsi vacibdir. Bu təlimatlar davamlı aparılsa, insanlarda vərdiş halını alar. Bunlar daha əvvəl olsaydı, həyatımız axarına qayıda bilərdi. Çünki əsas olan karantin davranışlarıdır. Bu, bioloji müharibə kimdir.

- "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pandemiyanın zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın yerdə qalan hissəsində 2022-ci ilin axırında bitəcəyini söyləyib. Sizin bu barədə fikirləriniz necədir?

- Hesab edirəm ki, bu, Sars virusunun analoqudur. 2002-ci ildə koronavirusun Sars, daha sonra Mers adlı formaları meydana gəldi. Bu virus quruluş baxımından Sara virusuna analojidir, buna görə də Sars-2 adlanır. Sars-1 virusu 6-7 ay çəkdi, bu virusun isə 8-9 ay çəkməsini proqnozlaşdırırıq. Bu rəqəmlər uydurma deyil. Virus sürətlə mutasiyaya uğrayır və bu prosesdə zəifləyərək təsirini itirir. Artıq elə bir hala gəlir ki, ya orqanizmdə lövbər salır, ya da tamamilə yox olur. Birinci ehtimal çox azdır.

- Hazırda dünya mütəxəsssisləri arasında çimərliklə bağlı iki zidd fikir hökm sürür: Bir tərəf çimərliklərin virus mənbəyi olduğunu, digəri isə virusla mübarizədə heç bir təhlükəsi olmadığını deyir. Sizcə, hazırkı vəziyyətdə Azərbaycanda çimərliklər təhlükə mənbəyi hesab oluna bilərmi?

- İnsanların çimərlikdə bu cür davranışı təəssüf doğurucudur. Çimərlik illərdir ki, insanların getdiyi yerdir. Elə mənzərə yaranıb ki, sanki ilk dəfədir oranı görürük. Çimərliklər özəlləşdirilib. Özəlləşdirilən sahibkarlar birbaşa borcludurlar ki, obyeklərinə tutum sayına uyğun insan buraxsınlar. Burada tamahkarlıq, təmanna vəziyyətin ziyanına işləyir. Heç kim düşünməsin ki, hansısa bir qayda ilə öz gəliri ilə işini yaxşılaşdırmış olsun. İkinci dalğa baş versə, biz yenə əziyyət çəkəcəyik. Bunu düşünmək lazımdır.

- Hazırda vətəndaşları ən çox narahat edən mövzulardan biri toyların bərpasıdır. Necə düşünürsünüz, hazırkı vəziyyətdə toyları bərpa etmək olar?

- Toylarla bağlı məsələ çətindir. Əgər əvvəlki kimi insanlar səhər saat 5-dən toplaşıb gecə saat 1-ə qədər süfrə arxasında əyləşəcəklərsə, oynayacaqlarsa, kondisioner altında toy davam edəcəksə, bu, çox risklidir. Yox, əgər toylar açıq havada, sosial məsafənin gözlənilməsi ilə qısamüddətli olsa, bu vəziyyətdə toyları həyata keçirmək olar. Bununla bağlı ciddi təlimatlar hazırlanmalıdır.

- Rusiya dünyada ilk koronavirus peyvəndini qeydiyyata aldığını açıqladı. Sizin vaksin barədə fikirləriniz nədən ibarətdir?

- Qətiyyən illüziyalara qapılmaq olmaz. Rusiya istəyir ki, belə hadisələrdə önə keçsin. Təsəvvür edin ki, dünyanın ən müasir texnologiyalarına sahib olan Amerika, Yaponiya, Almaniyada hələ də bununla bağlı ciddi işlər gedir. Bu mənada Rusiyada vaksinin hazırlanması real deyil. "Arbidol" dərmanı da rusların dərmanı idi. Onunla 3 milyarda yaxın pul qazandılar, amma mənasız bir şey idi. O dərmanın koronavirusa heç bir aidiyyatı yoxdur. İnsanlar panikaya düşməsinlər və qətiyyən belə xəbərlərə inanmasınlar. Vaksin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmasa, bu məsələdə önə çıxmaq, o vaksini almaq olmaz. Bu, yalnız kommersiya fəaliyyətidir.
Oxşar xəbərlər
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO